Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-58/2020 14.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi X3, cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh “X6 LTD” MMC-yə qarşı “auditor hesabatı üzrə nəticələrin etibarsız sayılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Paşayeva) İddiaçı cavabdeh “X6 LTD” MMC-yə qarşı “auditor hesabatı üzrə nəticələrin etibarsız sayılması” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Ş.Məhərrəmova, hakimlər M.Məmmədov və E.Şamayev) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə b axarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsi qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdeh “X6 LTD” MMC-yə qarşıiddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçı haqqında tərtib etdiyi xx xxxxxx 2017-ci il tarixli NAK-R- № 01 saylı “Auditor” hesabatı üzrə nəticələrin etibarsız sayılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasi ya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki iş materiallarında olan “X6 LTD” MMC-nin “xxxx” ASC-nin, təqdim olunmuş sənədlər əsasında xx xxxxxx 2013-cü il tarixdən xx xxxxxx 2016-cı il tarixə kimi olan dövrünün maliyyə-təsərrüfat fəaliyyətinin audit yoxlamasının nəticəsi barədə xx xxxxxx 2017-ci il tarixli Auditor hesabatında auditlə əhatə olunan dövr ərzində cəmiyyətin maliyyələşdirilməsi üçün səhmdar Aydın Hüseynovdan kassaya mədaxil edilmiş 91300 manat vəsaitin geri qaytarılmadığı, kassadan və saitin silinməsi üçün Aydın Hüseynovun adına tərtib olunmuş, lakin alınması təsdiq olunmamış 58936 manat məxaric orderlərinin şübhəli olduğu, müxtəlif xərclər adı ilə kassa məxaric orderi tərtib olunmaqla silinmiş 21145,46 manatın şübhəli əməliyyat olduğu, 2015-ci ilin yekununa görə müəyyən edilmiş və səhmdarların ümumi yığıncağında təsdiq edilmiş 27348,45 manat xalis gəlirin divident kimi səhmdarlara bölüşdürülərək verilmədiyi, icarə müqavilələri üzrə qarşılıqlı öhdəliklərin düzgün göstərilməməsi nəticəsində vergi orqanları tərəfindən 87223,34 manat ziyan hesablandığı göstərilir. Həmçinin iş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli xüsusi qərardadı ilə mülki işə baxılarkən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci və 179.3.2-c i maddələri ilə nəzərdə tutulmuş vəzifə səlahiyyətlərindən sui-istifadə və mənimsəmə və ya israfetmə cinayətlərinin əlamətləri aşkara çıxarıldığından bu barədə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə xəbər verilməsi qərara alınmışdır. Həmin qərar onunla əsaslandırılmışdır ki, mülki işə baxılarkən məhkəmə, “xxxx” ASC-nin xx xxxxxx 2013-cü il tarixdən xx xxxxxx 2016-cı il tarixə kimi olan dövrdə X7 işləmiş İddiaçı əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 179.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin əlamətlərinin olduğunu aşkara çıxarmışdır. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikasının Prokurorluğu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin xx.xx.2018-ci il tari xli məktubunda Nəsimi Rayon Məhkəməsi tərəfindən iddiaçı “xxxx” ASC-nin cavabdeh İddiaçı qarşı əmlakın təhvil verilməsi və dəymiş ziyanın ödənilməsi tələbinə dair işə baxılarkən ASC-nin sabiq direktoru İddiaçı əməlində cinayət əlamətlərinin olması qənaətinə gəlinərək Azərbaycan Respublikası MPM-in 265.4-cü maddəsinə əsasən xüsusi qərardad qəbul edildiyi və aşkar olunmuş fakta hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərildiyi, aparılmış araşdırma zamanı toplanmış materialda şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, həmçinin öz qulluq mövqeyindən istifadə edilməklə külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talama cinayətlərinin əlamətləri olduğundan fakta görə Baş idarə Rəhbərliyi tərəfindən Azərbaycan Respublikası CM-nin 308.1 -ci və 179.3.2-ci maddələri ilə *** ****** saylı cinayət işinin başlandığı və hazırda istintaq aparıldığı göstərilir. Bundan başqa iş materiallarında olan qanuni qüvvəyə minmiş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı “xxxx” ASC-nin cavabdeh İddiaçı qarşı “əmlakın təhvil verilməsi və dəymiş zərərin ödənilməsi tələbinə dair” ilkin iddiası qismən təmin edilərək “xxxx” ASC-yə məxsus 2 ədəd masa dəstinin, 8 ədəd stulun, 1 ədəd LG markalı kondisionerin (işlənmiş), 1 ədəd stolüstü telefonun, DS-7200 seriyalı H264/linux Embedded markalı DVR və 14 ədəd diskin, 1 ədəd model BNT-600 USP-nin və “xxxx” ASC-nin Baş direktorunun otağının və Baş direktorun qəbul otağının açarlarının “xxxx” ASC-nin Baş direktoruna təhvil-təslim edilməsi işinin aparılması öhdəliyi cavabdeh İddiaçı üzərinə qoyulmuş, cavabdeh İddiaçı “xxxx” ASC-nin auditlə əhatə olunan xx xxxxxx 2013-cü il tarixdən xx xxxxxx 2016-cı il tarixə kimi olan dövr ərzində cəmiyyətin maliyyələşməsi üçün səhmdar Aydın Hüseynovdan kassaya mədaxil edilmiş, lakin hazırda kassada mövcud olmayan 91300 manat və 2015-ci ilin yekununa görə müəyyən edilmiş və səhmdarların ümumi yığıncağında təsdiq edilmiş və dividend kimi səhmdarlara bölüşdürülməli olan 27.348,45 manat, cəmi 118.648,45 manat məbləğin tutularaq “xxxx” ASC-yə ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçı ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) “xxxx” ASC-yə qarşı “İddiaçı cəmiyyətə sədrlik etdiyi dövrdə istifadəsində olmuş otağın cəmiyyətin səhmdarı və cəmi yətin ən iri səhm paketinin idarəçisi İddiaçı istifadəsində saxlanılması və “xxxx” ASC-nin təmiz mənfəətini təşkil edən 27.348,45 manat məbləğdən İddiaçı çatan 43 % miqdarında payın və ödənilmiş dövlət rüsumunun da ödənilməsi vəzifəsinin cavabdeh “xxxx” ASC-nin baş direktoru X1 üzərinə qoyulması haqqında” qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2015-ci il tarixdə vergi orqanı tərəfindən “xxxx” ASC barədə X5 keçirilmiş, yoxlama zamanı müəyyən edilmişdir ki, əvvəl xx.xx.2013-xx.xx.2014 dövrü üzrə aparılmış yoxlama zamanı 58148,89 manat əlavə vergi hesablanmış, 29074,45 manat maliyyə sanksiyası tətbiq edilmişdir. xx.xx.2017-ci il tarixdə X5 keçirilmiş, yoxlama zamanı müəyyən edilmişdir ki, əvvəl iyun 2014- iyul 2015 dövrü üzrə aparıl mış yoxlama zamanı 46716,06 manat əlavə vergi hesablanmış, 23358,03 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin iş materiallarından görünür ki, “xxxx” ASC-nin səhmdarlarının xx xxxxxx 2016-cı il tarixli illik yığıncağında 2015-cı il üzrə idarə həyətinin hesabatı qeyri qənaətbəxş hesab edilmiş, İddiaçı “xxxx” ASC-nin X7 vəzifəsindən azad edilməsi və X1 “xxxx” ASC-nin Baş Direktoru vəzifəsinə təyin olunması qərara alınmışdır. Bundan başqa iş materiallrına əsasən xx.xx.2016-cı il tarixdə cəmiyyətə məxsus aktda adları qeyd olunan sənədlər, əsas vəsaitlər, inventarlar və digər əşyalar,1 ədəd dairəvi möhür və 1 ədəd künc ştampı təhvil-təslim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən Məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir (maddə 91.4). Həmin Məcəllənin 106-1.3.6-cı maddəsinə əsasən səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək hüquqları vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən hakim b ütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan başqa həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı, iddiasını Auditor hesabatının heç bir sənədə, sübuta əsaslanmadığını, tamamilə qərəzli, əsassız, heç bir qanuna söykənməməsi ilə əsa slandırsa da, tələbinin əsası kimi istinad etdiyi həmin halların təsdiqi üçün əsaslı şübhədən kənar hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Avropa insan Hüquqları Məhkəməsi Qavazov Bolqarıstana qarşı ış üzrə xx xxxx 2008-ci il tarixli qərarında xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bır qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. İddiaçının bildirdikləri yalnız dolayısı ilə "xxxx” ASC-nin baş mühasibi tərəfindən tərtib olunmuş “xxxx” ASC-nin 2015-ci ilin maliyyə fəaliyyəti haqqında arayışda təsdiq edilmişdir. Belə ki, həmin arayışda aparılan yoxlamalar nəticəsində müəssisənin fəaliyyətində ciddi heç bir nöqsan və pozuntunun qeydə alınmadığı göstərilmişdir. Məhkəmə kollegiyası, iddiaçının maraq və mənafeyinə uyğun tərtib edilməklə iş mat erialları ilə tamamlanmayan həmin arayışı inandırıcı saymır. Belə ki, arayışda qeyd edilənlərin əksinə vergi orqanı tərəfindən “xxxx” ASC-də aparılmış X5 barədə aktlarla müəyyən edilmişdir ki, aparılmış yoxlamalar zamanı “xxxx” ASC-yə xx.xx.2013-xx.xx.2014 dövrü üzrə 58148,89 manat əlavə vergi, 29074,45 manat maliyyə sanksiyası, iyun 2014- iyul 2015 dövrü üzrə 46716,06 manat əlavə vergi, 23358,03 manat maliyyə sanksiyası, iyul 2015- iyun 2016 dövrü üzrə 33373,77 manat əlavə vergi hesablanmış, 16726,89 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa, “xxxx” ASC-nin səhmdarlarının xx xxxxxx 2016-cı il tarixli illik yığıncağının qərarı ilə müəyyən edilmişdir ki, İddiaçı “xxxx” ASC-nin X7 vəzifəsindən xəstəliyi ilə əlaqədar deyil, 2015-ci il üzrə idarə həyətinin hesabatı qeyri qənaətb əxş hesab edildiyi üçün azad edilmişdir. İddiaçı həmin qərarı mübahisələndirməmişdir. İddiaçı xx xxxxxx 2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək, eləcə də iyun 2016cı ildən xx xxxxxx 2016-cı il tarixədək olan dövr üzrə isə “xxxx” ASC- də yoxlama aparılmasına və əlavə vergi hesablanmadığına, maliyyə sanksiyası tətbiq edilmədiyinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası, iddiaçının müvafiq sübutları təqdim edə bilməməsini nəzərə alaraq, vergi orqanları tərəfindən “xxxx” ASC-nin 87223,34 manat məbləğində ziyana düşməsi barədə tərtib edilmiş xx xxxxxx 2017-ci il tarixli Auditor hesabatında göstərilənləri işin hallarına uyğun sayır. Bundan başqa kassasiya şikayətin digər dəlilərinə - məhkəməyə təqdim edilmiş 2013-2014 və 2015-iyul 2016-ci illər üçün VN yanın da Bakı Vergilər Departamentinin xx.xx.2015-ci il tarixli X5 aktı və VN-yi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinin xx.xx.2017-ci il tarixli X5 aktına münasibətdə Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, cəmiyyətdə ümumiyyətlə kassir olmamış, kassaya bilavasitə İddiaçı özü nəzarət etmişdir. İddiaçı təşkilatın kassasından qeyd olunan pul vəsaiti isə hər hansı kassa məxaric orderləri yazılmadan və ümumiyyətlə həmin pul vəsaiti iddiaçı təşkilatın kassasına mədaxil edilmədən götürülmüşdür. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş bu hal iddiaçının fəaliyyəti dövründə kassanın iddiaçının özünün nəzarətində olması, kassa məxaric orderləri yazılmadan və pul vəsaitini n cəmiyyətin kassasına mədaxil edilmədən götürülməsi kimi faktlar audit hesabatının etibarlılığını bir daha təsdiq edir. MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, iş üzrə olan sübutlarla auditlə əhatə olunan dövr ərzində cəmiyyətin maliyyələşdirilməsi üçün səhmdar Aydın Hüseynovdan kassaya mədaxil edilmiş 91300 manat vəsaitin geri qaytarılması, 58936 manat məxaric orderlərinin təyinatı üzrə düzgün tərtib olunması, 21145,46 manatın silinməsinin qanunauyğun əməliyyat olması, 2015-ci ilin yekununa görə müəyyən edilmiş və səhmdarların ümumi yığıncağında təsdiq edilmiş 27348,45 manat xalis gəliri n divident kimi səhmdarlara bölüşdürülərək verilməsi təsdiq edilməmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, audit hesabatının məlumatlarının qeyri-mötəbər olduğunu sübut etmək yükü iddiaçı tərəfin üzərinə düşür. Lakin iddiaçı öz tələblərini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Mübahisələndirilən hesabat qanunvericiliyə uyğun aparılmışdır. İddiaçı həmin hesabatın tərtin edilməsi zamanı qanunun tələblərinin pozulması barədə sübutlarını işə əlavə etməmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-58/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-58/2020
14.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver