Məhkəmə qərarları › İş №2(102)-58/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-58/2024

21.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-58/2024 21.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 MTK, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı QƏRARİ (Açar sözlər: qətnamənin əsaslandırılması, mülkiyyətin müdafiəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4098/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qa ydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Bakı şəhəri İcra Hakimiyyətinin 247 saylı, xx.xx.2005-ci il tarixli sərəncamına əsasən, Cavabdeh1 MTK tərəfindən ünvan 1 ünvanında yerləşən 15 mərtəbəli yaşayış binalarının tikintisi layihələndirilmişdir. Sərəncama əsasən inşa edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində 1 №-li bina, blok A və B, 2 girişli, 14 (+texniki mərtəbə) mərtəbəli, 2 səviyyə zirzəmili; və 1 girişli, 15 (+mansarda) mərtəbəli, 2 səviyyəli zirzəmili yaşayış binalarının xx.xx.2019-cu il tarixdən istismarına icazə verilmişdir.

2. İddiaçı («Payçı») ilə Cavabdeh1 MTK ("xxxx") arasında bağlanmış xx.xx.2010-cu il tarixli 047 №-li müqaviləyə əsasən, MTK ünvan 1 ünvanda inşa etdiyi 1A nömrəli 15 mərtəbəli yaşayış binasının tikintisi b aşa çatdıqdan sonra həmin binanın 13-cü mərtəbəsində yerləşən 88 nömrəli, ümumi sahəsi layihə üzrə 179,29 kv.m təşkil edən 3 otaqlı mənzili payçıya (mənzilin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verməyi, payçı isə həmin mənzili qəbul etməyi öz öhdələrinə götürmüşdür. Mənzilin dəyəri 105.000 manat müəyyən edilmiş, Cavabdeh1 MTK tərəfindən xx.xx.2010-cu il tarixdə iddiaçıya həmin məbləğin tam ödənilməsi barədə maliyyə arayışı verilmişdir.

3. İddiaçı və onun anası X13 ünvan 1 saylı mənzilə yaşayış yeri üzrə qeydiyyata düşmüşlər və bu günədək həmin ünvanda qeydiyyatdadırlar.

4. İddiaçı ilə bağlanmış müqavilə əsasında ona verilmiş mənzillə bağlı mübahisə yaranmışdır.

5. Belə ki, Cavabdeh1 MTK ("xxxx") ilə Cavabdeh2 («Payçı») arasında bağlanmış xx.xx.2006- cı il tarixli, 047 №-li müqavilə bağlanmış, müqaviləyə əsasən MTK ünvan 1 ünvanında 1 nömrəli 15 mərtəbəli yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binanın 13-cü mərtəbəsində yerləşən 88 nömrəli, ümumi sahəsi layihə üzrə 167,28 kv.m təşkil edən 3 otaqlı mənzil payçıya (mənzilin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verməyi, payçı isə həmin mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Mənzilin dəyəri 48511,20 manat müəyyən edilmişdir. 6. xx.xx.2006-cı il tarixli, 047 №-li müqaviləyə əsasən 48511,20 manat pulun xx.xx.2019-cu il tarixdə ödənilməsi barədə Cavabdeh1 MTK tərəfindən Cavabdeh2 maliyyə arayışı verilmişdir.

7. Cavabdeh2 cavabdehlər X13 və İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Sabunç u rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 1 saylı evin 88 saylı mənzilindən istifadə hüququ olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin İddiaçı Cavabdeh2, Cavabdeh1 MTK-ya və DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qrşılıqlı iddia ərizəsi verərək, DƏDRX tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın (1V evə dair) etibarsız hesab edilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iş üzrə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-517/2021 saylı qətnaməsi ilə iddia tələbləri rədd edilmiş, qətnamə qanuni qüvvəyə minmişdir.

8. MTK tərəfindən Cavabdeh2 adına xx.xx.2019-cu il tarixli MTK-nın üzvlərinin ümumi iclasının 015 №-li protokolundan çıxarış verilmişdir. Həmin çıxarışda binanın nömrəsi artıq 1 deyil, 1V göstərilmiş, mənzilin ölçüsü 167,28 kv.m qeyd edilmişdir.

9. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Yavər Əliyev küçəsi ev 1V, 88 saylı mənzil Cavabdeh1 MTK-nın 015 nömrəli xx.xx.2019-cu il tarixli protokoldan çıxarışa, xx.xx.2019-cu il tarixli maliyyə arayışına və Cavabdeh1 MTK ilə bağlanmış xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına ilkin qeydiyyatdan keçmişdir.

10. DƏDRX tərəfindən verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Yavər Əliyev küçəsi ev 1 V, mənzil 88-in mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olduğu qeyd olunmuşdur. Çıxarışda mənzilin ölçüsü 154,9 kv.metr göstərilmişdir. Sonradan onun xx.xx.2021 -ci il tarixli müraciəti əsasında mənzilin ünvan rekviziti ilə bağlı reyestrdə aparılmış qeyddə düzəliş aparılmış, Cavabdeh2 məxsus mənzil sahəsinin ünvanı ünvan 28, yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev küçəsi, 56, M13, m8 olaraq göstərilmiş və bununla bağlı xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli yeni çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 MTK-ya və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (sonradan – DƏDRX) qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında ünvan 3 ünvanında 1 №-li 15 mərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləş ən 88 №-li mənzilə dair bağlanmış 047 №-li, xx.xx.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər və bu qeydlər əsasında Cavabdeh2 adına verilmiş ünvan 4 ünvanına dair xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi, Cavabdeh2 və onun ailə üzvlərinin həmin mənzildən çıxarılmaqla, iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, o, ünvan 1A saylı binanın 88 saylı mənzilini Cavabdeh1 MTK-dan 08 iyul 2010-cu il tarixdə 105.000 manat ödəyərək almış və buna görə aralarında alğı-satqı müqaviləsi bağlanmışdır. Mənzil hazır olduqdan sonra həmin mənzilə köçüb yaşamış, ev tam olaraq ev əşyaları ilə təmin edilmişdir. Səhhəti ilə əlaqədar olaraq xaricdə olduğu üçün uzun müddət həmin mənzildə yaşamamışdır. Anası ilə birlikdə həmin mənzildə qeydiyyatdadırlar. Lakin DƏDRX tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Yavər Əliyev küçəsi ev 1V, 88 saylı mənzil Cavabdeh1 MTK-nın 015 nömrəli xx.xx.2019-cu il tarixli protokolundan çıxarışa, xx.xx.2019-cu il tarixli maliyyə arayışına və Cavabdeh1 MTK ilə bağlanmış 047 nömrəli xx.xx.2006-cı il tarixi müqaviləyə əsasən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, Şirinov X4 Ayna Cəlal qızına və İddiaçı qarşı idd ia ərizəsi ilə məhkəməyə müraciət edərək X6 və İddiaçı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsi 1 saylı evin 88 saylı mənzilindən istifadə hüquqları olmayan hesab edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 047 nömrəli müqavilə iddiaçının hüquqlarını pozur. Belə ki, həmin müqavilə qanunsuzdur və saxtadır. Həmin müddətdə, yəni xx.xx.2006-cı il tarixdə bağlanmamışdır və heç bir hüquqi nəticə yaratmır. Müqaviləyə nəzərə salınsa, xx.xx.2006-ci il tarixdə bağlanmış müqavilənin heç də həmin tarixdə tərtib edilməsi görünmür. Çünki müqavilənin özündə göstərilən bənddən də açıqaşkar görünür ki, müqavilə bağlanan müddətdə Cavabdeh2 vəsiqəsi xx.xx.2009-cu il tarixdə Nizami rayon Polis İdarəsi tərəfi ndən verilmişdir. Əgər Cavabdeh1 MTK Cavabdeh2la 2006-cl ildə müqavilə bağlayaraq sözügedən mənzili ona vermişdirsə, iddiaçı həmin mənzildə necə və hansı əsasla yaşamışdır. O evdə olan əşyalar iddiaçıya məxsusdur. Cavabdeh2 iddiaçının qadın olmağından və əmisinə arxayın olmaqla iddiaçının mənzilinə qanunsuz daxil olmaqla iddiaçının mülkiyyətindən məhrum edib.

13. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)476/2022 saylı qətnaməsi ilə (hakim T.Əsədova) iddia qismən təmin edilərək, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında Bakı şəhəri, Y.Əliyev küçəsi,1 ünvanında 1 №-li 15 mərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 88 №-li mənzilə dair bağlanmış 047 №-li, xx.xx.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında daşınmaz əmla kın dövlət reyestrində aparılmış qeydlər və bu qeydlər əsasında Cavabdeh2 adına verilmiş ünvan 4 ünvanına dair xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi; Cavabdeh2 həmin mənzildən çıxarılması, İddiaçı həmin mənzilə köçürülməsi qət edilmiş, iddia «ailə üzvlərinin həmin mənzildən çıxarılması» hissəsində rədd edilmişdir.

14. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı Cavabdeh1 MTK-dan mənzil almış, həmin mənzilin tam dəyərini ödəmiş, mənzilə qeydiyyata düşmüş, MTK 2012-ci ildə iddiaçının anası X6 həmin mənzildə yaşaması və qeydiyyatda olması faktını verdiyi arayışda təsdiq etmiş, lakin sonradan izahsız bunları inkar etmişdir. Bu zaman, MTK yalnız məhkəməyə və vəkillər ə ünvanladığı məktublarda bu halları qeyd etmiş, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş, buna dair hər-hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı qeyd-şərtsiz ünvan 1 ünvanında 1A nömrəli 15 mərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 88 nömrəli mənzili əldə etmiş və onun həmin mənzilə mülkiyyət hüququ yaranmışdır.

15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin (xx.xx.2018-ci il tarixədək olan redaksiyasında) mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. 16. 2006-cı ildə bağlanan müqavilədə Cavabdeh2 Nizami rayon Polis İdarəs i tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinə istinad edilmişdir. Məhkəmə tərəfindən elektron məhkəmə sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Nizami rayon Polis İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş vəsiqədə Cavabdeh2 qeydiyyat ünvanı ünvan 6ilinin sorğusuna Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh2 xx.xx.2002-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai küçəsi, bina 3, mənzil 13-də qeydiyyatda olmuş, xx.xx.2008-ci il tarixdən isə ünvan 7 ünvanında qeydiyyatdadır. Cavabdeh2 şəxsiyyət vəsiqəsi sonuncu dəfə xx.xx.2019-cu il tarixdə yenilə nmişdir.

17. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2la bağlanmış müqavilə 2006-cı ildə deyil, çox sonralarda arxa tarixlə tərtib edilmişdir. Belə ki, qeyd edildiyi kimi, 2006-cı ildə bağlanan müqavilədə Cavabdeh2 Nizami rayon Polis İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinə istinad edilmiş, həmin vəsiqədə onun qeydiyyat ünvanı Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, bina 4A, 47 göstərilmişdir. Halbuki, Cavabdeh2 xx.xx.2002-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai küçəsi, bina 3, mənzil 13-də qeydiyyatda olmuş, xx.xx.2008-ci il tarixdən isə ünvan 7 ünvanında qeydiyyatda düşmüş, onun şəxsiyyət vəsiqəsi sonuncu dəfə xx.xx.2019-cu il tarixdə yenilənmişdir. Belə olan halda inkaredilməz faktdır ki, həmin müqavilə 2006-cı ildə bağlana bilməzdi. İşin halları həmin müqavilənin 2019-cu ildə bağlandığına dəlalət edir. Belə ki, qeyd edildiyi kimi, protokoldan çıxarış, maliyyə arayışı 2019-cu ildə verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, müqavilə arxa tarixlə tərtib edildiyindən həmin müqavilə etibarlı əqd hesab edilə bilməz.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 178.8, Mənzil Məcəlləsinin 112.1, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0, 8.0.6-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

19. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman İddiaçı Cavabdeh2 mülkiyyətində olan ünvan 9, 88 saylı mənzilə dair hər hansı bir hüquqa malik olmaması ilə bağlı Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malik olan göstərilən faktlar məhkəməyə məlum olmuş, lakin məhkəmə həmin qətnamə qəbul edilən zaman Cavabdeh2 ünvanının 1V saylı evə dair olmasına və buna görə də adıçəkilən məhkəmə qətnaməsinin hazırki iş üçün preyudisial qüvvəsinin olmamasına dair əsassız nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh2 ünvan 9 ünvanı üzrə bir neçə mənzilin deyil, yalnız bir mənzilin (88 saylı mənzilin) mülkiyyətçisidir. Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə isə hazırkı iş üzrə İddiaçı hazırkı iş üzrə Cavabdeh2 məxsus yeganə mənzil olan hazırkı iş üzrə mübahisə predmeti olan mənzilə dair subyektiv hüquqlara malik olmaması müəyyən edilmişdir. Əvvəlki mübahisə üzrə işə baxılan zaman verilmiş çıxarışda olan sadə səhv (evin nömrəsinin 1V deyil, 1 olmasına dair) Cavabdeh2 ərizəsi əsasında Azərbaycan Respublikası MM-nin 141-ci maddəsinə müvafiq olaraq düzəldilmişdir (düzəliş edilmişdir). Lakin göstərilən düzəliş, hazırkı iş üzrə İddiaçı üçün yenidən çıxarışın etibarsızlığına dair iddia tələbi irəli sürməsi üçün əsas ola bilməz. Belə ki, şərh olunduğu kimi Cavabdeh2 ünvan 9 ünvan üzrə bir neçə mənzilin deyil, yalnız bir mənzilin (88 saylı mənzilin) mülkiyyətçisidir. Cavabdeh2 göstərilən ünvanda digər mənzili yoxdu r. Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə isə hazırkı iş üzrə İddiaçı hazırkı iş üzrə Cavabdeh2 məxsus mənzilə dair subyektiv hüquqlara malik olmaması müəyyən edilmişdir. Odur ki, əvvəlki mübahisə üzrə işə baxılan zaman verilmiş çıxarışda olan sadə səhvin (evin nömrəsinin 1V deyil, 1olmasına dair) Cavabdeh2 ərizəsi əsasında AR MMnin 141-ci maddəsinə müvafiq olaraq düzəldilməsi, hazırkı iş üzrə İddiaçı üçün yenidən çıxarışın etibarsızlığına dair iddia tələbi irəli sürməsi üçün əsas ola bilməz. Digər tərəfdən, iş materiallarında olan Cavabdeh1 MTK tərəfindən verilmiş çoxsaylı arayışlarda göstərilmişdir ki, İddiaçı tərəfindən MTK-nın kassasına ümumiyyətlə hər hansı bir ödəniş aparılmasını təsdiq edən kassa mədaxil orderinin kötüyü mövcud olmamışdır. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh2 Cavabdeh1 MTK üzvlərinin ümumi yığıncağının qərarı ilə Cavabdeh1 MTK üzvlüyünə qəbul edilmiş, ünvan 9, 88 saylı mənzilin payçısı olmuş, həmin mənzilin pay haqqını tam ödəmiş, mənzili təmir etdirmiş və uzun illərdir ki, ailə üzvləri ilə birlikdə göstərilən mənzildə yaşayır. Həmçinin göstərilən mənzil üzrə "xxxx" ASC, "xxxx" ASC və "xxxx" ASC-də abonent kimi qeydiyyata düşmüş, mənzilinə öz adına internet xətti və domofon çəkdirmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4894/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X3) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 may 2022-ci il tar ixli, 2(008)-476/2022 saylı qətnaməsi qismən - iddianın təmin olunmuş hissəsində ləğv edilmiş, iddia həmin hissədə - İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 MTK, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, cavabdehin mənzildən çıxarılması və iddiaçının mənzilə köçürülməsi tələbinə dair hissəsində təmin olunmamışdır.

22. Kollegiya ilk növbədə qeyd etmişdir ki, mübahisənin düzgün həlli baxımından iddiaçı ilə cavabdehin iddia etdikləri mübahisəli mənzilin eyni mənzil olub-olmaması müəyyən edilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi, Cavabdeh1 MTK tərəfindən inşa edilmiş yaşayış kompleksi əslində ayrı-ayrı üç binadan ibarətdir. İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış 08 iyul 2010-cu il tarixli 047 №-li müqavilədə mənzilin ünvanı ünvan 11rtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 88 nömrəli, ümumi sahəsi 179,29 kv.m-dən ibarət 3 otaqlı mənzil kimi göstərilmişdir. Cavabdehlə Cavabdeh1 MTK arasında bağlanmış 01 iyun 2006-cı il tarixli 047 №-li müqavilədə isə müqavilə predmeti olan mənzilin ünvanı ünvan 12təbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 88 nömrəli, ümumi sahəsi 167,28 kv.m-dən ibarət 3 otaqlı mənzil kimi göstərilmişdir. Lakin hər iki müqavilənin mətnindən görünür ki, MTK tərəfindən inşa edilmiş kompleksin bir ünvanı olmuşdur - Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi,

1. Sonradan, yəni 2019-cu il tarixdə Cavabdeh1 MTK-nın ümumi yığıncağının 015 №-li protokolundan çıxarışda Cavabdeh2 aid mənzilin ümumi sahəsi 167,28 kv.m, binanın sayı i sə 1-V kimi göstərilmişdir. Halbuki MTK tərəfindən məhkəməyə 1V saylı binanın mövcud olmaması barədə məktub göndərilmişdir. MTK səlahiyyətli nümayəndəsinin iştirakını heç bir iclasda təmin etmədiyindən 1V saylı binanın olmadığı halda hansı səbəbdən protokolda 1V bina qeyd edildiyi barədə MTK-nın mövqeyini öyrənmək mümkün olmamışdır.

23. Kollegiya daha sonra bildirmişdir ki, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş sənədlərdən göründüyü kimi cavabdehin mübahisəli mənzilə dair mülkiyyət hüquqları onunla MTK arasında 2006-cı ildə bağlanmış müqaviləyə, habelə Cavabdeh1 MTK-nın ümumi yığıncağının 015 №-li protokoluna və eyni tarixli maliyyə arayışına əsasən dövlət reyestrində qeydə alınmış və bu barədə verilmiş dövlət reyestrindən çıxarışda mənzilin ünvanı ünvan 14ənzil 88, mənzilin ümumi sahəsi isə 154,9 kv.m kimi göstərilmişdir.

24. Kollegiya tərəfindən Qaraxan MTK-nın inşa etdiyi yaşayış kompleksindəki binaların ünvanları ilə bağlı müvafiq sorğular verilmiş, Cavabdeh1 MTK-nın sorğuya cavab məktubundan görünür ki, MTK-nın inşa etdiyi 3 bina hal-hazırda 1, 1A, 1B kimi sıralanır. Daşınmaz əmlakın kadastrı və reyestri publik hüquqi şəxsi Kadastr və yerquruluşu layihə-tədqiqat Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli, **********94 saylı cavab məktubunda isə qeyd olunan ünvanda Cavabdeh1 MTK tərəfindən 1A, 1B, 1C nömrəli çoxmərtəbəli yaşayış binaları inşa edildiyi göstərilmişdir. Göründüyü kimi, Cavabdeh1 MTK ilə “Daşınmaz əmlakın kadastrı və reyestri publik hüquqi şəxsi Kadastr və yerquruluşu layihə-tədqiqat Mərkəzi” MMC mübahisəli ünvanla bağlı müxtəlif cav ablar vermişlər. Bu baxımdan kollegiya mübahisəli ünvandakı evlərin 1A, 1B, 1C nömrələri ilə nömrələnməsinə dair “Daşınmaz əmlakın kadastrı və reyestri publik hüquqi şəxsi Kadastr və yerquruluşu layihə-tədqiqat Mərkəzi” MMC tərəfindən verilmiş arayışı mötəbər hesab etmir. Belə ki, MMC-nin verdiyi arayışdan bəlli olur ki, həmin ünvanda 1 saylı ev yoxdur, evlər 1A, 1B, 1C nömrəlidirlər. Amma dövlət reyestrindən cavabdehin adına verilmiş çıxarışda mübahisəli mənzilin 1 saylı evdə yerləşdiyi qeyd edilmişdir. Göründüyü kimi, həmin arayışda olan məlumat daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məlumatla ziddiyyət təşkil edir və reyestrdə qeydin həqiqiliyi prezumpsiyası baxımından bu məlumatlar mötəbər hesab edilə bilməz. Yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, Cavabdeh1 MTK-nı n həm İddiaçı ilə bağladığı 08 iyul 2010-cu il tarixli, həm də Cavabdeh2la bağladığı 01 iyun 2006-cı il tarixli müqavilələr eyni mənzilə aid olmuşdur.

25. Kollegiya hesab etmişdir ki, ilk iddiaçı Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan mənzilin ünvanının dövlət reyestrində fərqli qeyd edilməsi ilə bağlı yanlışlıq aradan qaldırılmaqla reyestrdəki qeydə düzəliş edildiyindən, iddiaçının eyni cavabdehə qarşı eyni əsaslarla və eyni tələblərə dair iddia irəli sürməsinə dair dəlili əsassızdır. Belə ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsində cavabdehə məxsus mənzilin 1V saylı binada yerləşməsinə istinad edilmişdir. Hazırkı düzəlişdən sonra isə mənzilin yerləşdiyi binanın sayı 1 kimi göstərilmişdir. Hazırda iddiaçı mübahisəli mənzili 2010-cu ildə 105.000 manat pul ödəmə klə Cavabdeh1 MTK-dan aldığını, həmin mənzili özünün təmir etdiyini, mənzildəki əşyaların ona məxsus olduğunu, 2010-2013-cü illərdə həmin mənzildə bir müddət yaşadığını, özünün və anasının həmin mənzilə qeydiyyata düşdüklərini, sonradan səhhəti ilə əlaqədar xaricdə olduğu üçün uzun müddət həmin mənzildə yaşamadığını və bu müddət ərzində cavabdehlərin əlbir olaraq ona məxsus mənzili qanunsuz yollarla ələ keçirdiklərini bildirir. Buna sübut olaraq iddiaçı işin o hallarına istinad edir ki, cavabdehlə bağlanmış müqavilənin tarixi xx.xx.2006-cı il olsa da, həmin müqavilədə cavabdehin xx.xx.2009-cu il tarixdə aldığı şəxsiyyət vəsiqəsində olan məlumatlar öz əksini tapmışdır. Bu isə həmin müqavilənin saxta olmasını göstərir. Cavabdeh isə həmin mənzili hələ 2006-cı ildə əldə etdiyini, mənzili ald ıqdan sonra özünün təmir etdiyini, onun əmisi Ceyhun Şirinovun iddiaçı ilə yaxın münasibətlərdə olduğunu və onların həmin mənzildə müvəqqəti olaraq bir müddət yaşadıqlarını, lakin sonradan mənzili tərk etdiklərini, 2019-cu ildə mənzilə dair hüquqlarını dövlət reyestrində qeydə aldırdığını və hazırda ailəsi ilə birlikdə orada yaşadığını bildirir. Həmçinin bildirir ki, onunla bağlanmış müqavilədə mənzilin yerləşdiyi binanın nömrəsi 1 göstərilsə də, dövlət reyestrində səhvən 1V kimi qeydə alınmış, buna görə də onun müraciəti əsasında reyestrdə yol verilmiş yanlışlıq aradan qaldırılaraq, ünvana dair düzəliş aparılmış və ona yeni çıxarış verilmişdir.

26. Kollegiya qeyd etmişdir ki, iddiaçı 08 iyul 2010-cu il tarixdə MTK ilə aralarında bağlanmış müqaviləyə istinad edərək, 105.000 manat ödəyərək mənzili aldığını bildirir və mənzilin dəyərinin tam ödənilməsinə dair eyni tarixli maliyyə arayışını təqdim edir. Cavabdeh2 müqavilə üzrə ödənilməli olan məbləğin iddiaçı tərəfindən ödənilmədiyini bildirsə də, MTK tərəfindən bununla bağlı cavabdehə maliyyə arayışının hansı səbəbdən verildiyini ağlabatan dəlillərlə izah edə bilməmişdir.

27. Kollegiya daha sonra qeyd etmişdir ki, MTK nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, bu məsələyə aydınlıq gətirmək mümkün olmamışdır. MTK yalnız onun arxivində saxlanan sənədlər əsasında İddiaçı tərəfindən MTK-dan mənzilin alınması və həmin şəxs tərəfindən pay haqqının ödənilməsi barədə hər-hansı bir məlumatın aşkarlanmadığı, təlimata uyğun sənədlərin saxlanma müddəti 5 il müəyyən edildiyindən, 2015-ci il tarixədək olan sənədlərin m əhv edildiyi barədə, İddiaçı tərəfindən MTK-nın kassasına ümumiyyətlə hər-hansı bir ödənişin aparılmasını təsdiq edən kassa mədaxil orderinin kötüyünün mövcud olmaması barədə sorğuya cavab verməklə kifayətlənmişdir. Cavabdeh hüquqi şəxsin möhürü və rəhbərinin imzası ilə təsdiq edilmiş arayış iş materiallarına əlavə edilmişdir. Məhkəmə yalnız sorğuya cavab məktubunda qeyd olunanlara və cavabdehin izahatına əsaslanaraq həmin halı (məbləğin ödənilmədiyini) müəyyən edə bilməz. Böyük məbləğdə pul mübahisələrini həll edən məhkəmə aktları tərəflər üçün ağır maddi-hüquqi nəticələrə səbəb olduğundan mötəbər sübutlara əsaslanmalıdır. Odur ki, kassa mədaxil orderinin kötüyünün mövcud olmaması İddiaçı təqsirindən deyil, MTK-nın təqsirindən baş vermiş, MTK mənzilin pay haqqı ödənilmədiyi təqdirdə onun vəzifəli şəxsinin imzası və möhürü ilə təsdiq edilmiş maliyyə arayışının hansı səbəbdən verildiyinə dair məntiqli mühakimə yürütməmişdir. Beləliklə, müəyyən olunur ki, İddiaçı Cavabdeh1 MTK ilə mənzil tikintisinə dair müqavilə bağlamış və mənzilin tam dəyərini ödəmişdir.

28. Cavabdehlə MTK arasında mübahisəli mənzilə dair bağlanmış müqaviləyə münasibətdə isə kollegiya qeyd edib ki, iş materiallarından da göründüyü kimi Cavabdeh2la MTK arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 047 №-li müqaviləyə əsasən Cavabdeh1 MTK mənzili tikərək Cavabdeh2 təhvil verməyi öhdəsinə götürmüş, sonuncu isə mənzilin dəyərini tam ödəmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh2 mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı və MTK üzvlərinin ümumi yığıncağının protokolundan çıxarış verilmişdir. Cavabd eh həmin sənədlər əsasında mübahisəli mənzilə dair hüquqlarını dövlət reyestrində qeydə aldırmışdır. Birinci instansiya məhkəməsi Cavabdeh2la MTK arasında bağlanmış müqavilənin etibarsız hesab olunması barədə qənaətə gələrkən, Cavabdeh2la MTK arasında alğı-satqı müqaviləsinin 01 iyun 2006-cı il tarixdə bağlanmasını, lakin həmin müqavilədə Cavabdeh2 Nizami rayon Polis İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin seriyasının və nömrəsinin yazıldığını əsas gətirmişdir. Belə ki, həmin vəsiqədə onun qeydiyyat ünvanı Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, bina 4A, 47 göstərilmişdir. Halbuki Cavabdeh2 xx.xx.2002-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai küçəsi, bina 3, mənzil 13-də qeydiyyatda olmuş, xx.xx.2008-ci il tar ixdən isə ünvan 7 ünvanda qeydiyyata düşmüş, onun şəxsiyyət vəsiqəsi sonuncu dəfə xx.xx.2019-cu il tarixdə yenilənmişdir. Bununla da, məhkəmə həmin müqavilənin 2006-cı ildə bağlanmasının qeyri-mümkün olduğu, işin hallarının həmin müqavilənin 2019-cu ildə bağlandığına dəlalət etdiyi, müqavilə arxa tarixlə tərtib edildiyindən həmin müqavilənin etibarlı əqd hesab edilməsinin mümkünsüzlüyü barədə nəticəyə gəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, kollegiyanın qənaətinə görə, qeyd edilən müqavilədə “payçı” qismində çıxış edən cavabdehin müqavilə tarixindən sonra almış olduğu şəxsiyyət vəsiqəsinin məlumatlarına istinad edilməsi özüözlüyündə bu müqavilənin etibarsız hesab edilməsi üçün əsas vermir.

29. Çünki “M.Hüseynovun şikayəti üzrə Azərbaycan R espublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 mart 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mülki Məcəllənin 419.2-ci maddəsinə əsasən müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Bu baxımdan, Mülki Məcəllənin 419.2-ci maddəsinin mənasına görə "xxxx" MTK ilə M.Hüseynov arasında bağlanan müqavilə sonuncunun şəxsiyyət vəsiqəsinin seriyasını və nömrəsini müqaviləyə daxil edən MTK-nın ziyanına (əleyhinə) təfsir edildiyindən, həmin müqavilə onun imzalandığı tarixin qeyri-müəyyən olması səbəbindən etibarsız hesab edilə bilməz”.

30. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarındakı hüquqi mövqeyə görə, müqavilənin bağlanması tarixi müqavilənin standart şərti olmaqla, müqavilənin məzmununa aid tələblərə cavab verməlidir və bu şərtə düzgün əməl edilməsi öhdəliyini onu təklif etmiş tərəf, hazırkı halda MTK daşıyır. MTK tərəfindən bu tələbə əməl edilməməsi isə müqavilənin digər tərəfinin, hazırkı halda Cavabdeh2 ziyanına təfsir edilə bilməz.

31. Kollegiya qeyd etmişdir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bu baxı mdan kollegiya hesab edir ki, cavabdehlər Cavabdeh2la Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2006-cı il tarixli Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilmiş hüquqi mövqe nəzərə alınmaqla, qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır. Belə ki, işin hallarından da müəyyən edildiyi kimi tərəflər müqavilənin onların iradəsinə uyğun bağlandığını mübahisələndirməmiş, müqavilə üzrə öz üzərlərinə düşən öhdəlikləri icra etmiş, yəni MTK müqavilə predmeti olan mənzili inşa edərək Cavabdeh2 təhvil vermiş, sonuncu isə öz növbəsində müqavilə üzrə nəzərdə tutulmuş pul məbləğini MTK-ya ödəmişdir.

32. Kollegiya daha sonra qeyd etmişdir ki, iddia tələbinin digər əsası ondan ibarət olmuşdur ki, mübahisəli mənzil MTK tərəfindən 2010-cu ildə iddiaçıya təhvil verilmiş, iddiaçı həmin mənzili öz hesabına tə mir etməklə orada yaşamış, mənzildə olan əşyalar ona məxsus olmuşdur. Cavabdeh isə iddiaçının bir müddət orada yaşamasını etiraf etsə də, mənzilin ilk olaraq ona təhvil verildiyini, həmin mənzili özünün təmir etdirdiyini, iddiaçının mənzildə müvəqqəti yaşamasına isə əmisi ilə iddiaçı arasında yaxın münasibətlərin olması səbəbindən icazə verdiyini bildirmişdir. İddiaçı onun iddia tələbinin faktiki əsasını təşkil edən bu dəlilləri sübut etmək vəzifəsini daşısa da, mübahisəli mənzilin onun tərəfindən təmir edilməsi, mənzildəki əşyaların ona məxsus olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi fotoşəkillər isə onun mübahisəli mənzildə yaşamasını təsdiq edir ki, bu halı cavabdeh mübahisələndirmir. Kollegiya hesab etmişdir ki, iddiaçı ilə c avabdehin yaxın qohumu (əmisi) arasında müəyyən müddət ərzində yaxın münasibətlərin mövcud olması mübahisəsiz olduğundan, həmin şəraitdə iddiaçının bir müddət mübahisəli mənzildə cavabdehin razılığı ilə yaşaması ağlabatandır. Bu baxımdan kollegiya hesab edir ki, həmin halın mövcudluğu, habelə iddiaçı və onun anasının qeyd edilən mənzilə qeydiyyata alınmaları iddianın əsaslılığını güman etməyə imkan vermir.

33. Bundan başqa, iddiaçı cavabdehin adına tərtib edilmiş müqavilədə və MTK-nın ümumi yığıncağının protokolundan çıxarışda mübahisəli mənzilin sahəsinin 167,28 kv.m, onun adına tərtib edilmiş dövlət reyestrindən çıxarışda isə 154,9 kv.m göstərilməsinin, bu ölçülərin onunla bağlanmış müqavilədə göstərilmiş 179,29 kv.m sahədən daha az olmasının, mənzilin sahəsinin çıxarışda göstərilən öl çülərinin müqavilədə və protokoldan çıxarışda göstərilən sahələrdən fərqli olmasının həmin müqavilənin sonradan bağlanmasına və saxta olmasına dəlalət etdiyini bildirmişdir. Bununla bağlı kollegiya qeyd etmişdir ki, mənzil sahəsinin əvvəllər 179,29 kv.m olması, sonradan arakəsmələr və divarlar tikildikdən sonra həmin sahənin 167,29 kv.m-ə qədər azalması işin araşdırılan halları ilə öz təsdiqini tapmamışdır və bu dəlil yalnız iddiaçının ehtimallarına əsaslanır. Tərəflərin təqdim etdikləri müqavilələrdə də, mənzilin ümumi sahəsinin arakəsmə və divarlar nəzərə alınmaqla, yaxud bunsuz hesablanması göstərilməmişdir. Həmçinin, kollegiya qeyd edir ki, iddiaçının özünün adına olan xx.xx.2010-cu il tarixli müqavilə və maliyyə arayışı eyni gündə tərtib edilmiş olsa da, həmin sənədlərdə də mənzilin s ahəsi 179,29 kv.m və 178,79 kv.m olmaqla, fərqli göstərilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, qeyd edilən dəlil hazırkı iddianın əsaslılığı baxımından mötəbər sübut kimi qiymətləndirilə bilməz.

34. Beləliklə, işin araşdırılan hallarından müəyyən edilmişdir ki, mübahisəli mənzil xx.xx.2006-cı ildə bağlanmış müqavilə əsasında Cavabdeh1 MTK tərəfindən Cavabdeh2 təhvil verilmiş, həmin mənzil onun tərəfindən təmir edilmiş, iddiaçı cavabdehin əmisi ilə yaxın münasibətdə olmuş və cavabdehin icazəsi ilə həmin mənzildə bir müddət yaşamışdır. Lakin sonradan iddiaçı ilə Cavabdeh1 MTK arasında mübahisəli mənzilə dair xx.xx.2010-cu il tarixli müqavilə bağlanmış və MTK mənzili iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı mübahisəli mənzildə bir müddət yaşadıqdan sonra mənzili tərk edər ək getmişdir. Cavabdeh mənzilə dair mülkiyyət hüquqlarını 2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır və hazırda həmin mənzildə ailəsi ilə birlikdə yaşamaqdadır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

35. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 aprel 2023cü il tarixli, 2(102)-612/2023 nömrəli qərarı ilə (hakimlər Zaur Əliyev (məruzəçi), Abiddin Hüseynov və Əhməd Nurməmmədov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

37. Kassasiya instansiya məhkəməsi hesab etm işdir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, işə mahiyyəti üzrə baxmış apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, mübahisə eyni mənzillə bağlıdır və həmin yaşayış sahəsinə dair “Qaraxan MTK” ilə İddiaçı arasında xx.xx.2010cu il tarixdə müqavilə bağlanmış, sonuncu həmin ünvana qeydiyyata düşməklə orada yaşamışdır. Belə ki, “Qaraxan MTK” xx.xx.2012- ci il və xx.xx.2021-ci il tarixli arayışlarla (cild 1, səh.183-184), İddiaçı və Ayna Hacıyevanın mübahisəli mənzildə qeydiyyatda olma və yaşama faktlarını təsdiq etmişdir. Eyni zamanda iş materiallarında Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında tərtib olunmuş xx.xx.2006-cı il tarixli müqavilə mövcuddur.

38. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, hazırkı işdə mübahisə sözügedən uyğunsuzlu qların olduğu müqavilə tərəfi - Cavabdeh2la Cavabdeh1 MTK arasında deyil, digər müqavilə ilə mənzilə hüququnun yarandığını bildirən İddiaçı arasındadır. Belə olan halda, apellyasiya məhkəməsinin müqavilədəki uyğunsuzluqları ağlabatan arqumentlərlə izah etmədən, onu Cavabdeh2 xeyrinə, digər mənzil alıcısı və mübahisə tərəfi olan İddiaçı zərərinə təfsir etməsi, xx.xx.2006-cı il tarixli müqavilənin saxta olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsaslı şəkildə təkzib edilməsi sayıla bilməz.

39. Beləliklə, Cavabdeh2 adına olan müqavilənin etibarsız olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslandırılmış şəkildə təkzib olunmadığı halda işə mahiyyəti üzrə baxan məhkəmə mübahisəli mənzilə dair xx.xx.2010-cu il tarixdə müqavilə bağlanmış İddiaçı həmin y aşayış sahəsi üzərindəki əmlak hüququna düzgün qiymət verməlidir. Belə ki, Mülki Məcəllənin 178.8-ci maddəsinin 15 dekabr 2017-ci il tarixli, 918- VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiyasına əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Məlum olduğu kimi, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

40. Məhkəmə öz hüquqi mövqeyini «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstit usiyasının 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İİİ-İV hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 178.8, 337.1 və 337.3-cü maddələrinə istinadən əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

41. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4098/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər X9 (sədrlik edən və məruzəçi), X10 və X11) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

42. Məhkəmə qeyd etmişdir ki, MTK tərəfindən inşa edilmiş kompleksin bir ünvanı olmuşdur - ünvan 16nda 1A nömrəli binada yerləşən 88 nömrəli mənzilə dair müqavilə bağlanmışdır, yəni ünvan Y.Əliyev küçəsi 1 olmuş, yalnız binanın nömrəsi 1A qeyd edilmişdir. Cavab dehlə bağlanan müqavilə isə Y.Əliyev küçəsi, 1 ünvanında 1 nömrəli 15 mərtəbəli yaşayış binasındakı mənzilə dair olmuşdur. Məhkəmə haqlı olaraq hesab etmişdir, iddiaçı ilə bağlanmış müqavilədə MTK binanı 1A qeyd etməklə əslində 1 nömrəli binanın A blokunu nəzərdə tutmuşdur. Cavabdehlə bağlanmış müqavilədə MTK binanı 1 qeyd etməklə əslində 1 nömrəli binanın yenə də birinci blokunu, yəni A blokunu nəzərdə tutmuşdur. MTK tərəfindən Cavabdeh2 adına xx.xx.2019-cu il tarixli MTK-nın üzvlərinin ümumi iclasının 015 nömrəli protokolundan çıxarışda binanın nömrəsi artıq 1 deyil, 1V göstərilmişdir, halbuki MTK tərəfindən məhkəməyə 1V binasının mövcud olmaması barədə məktub göndərilmişdir. Cavabdeh2 DƏDRX-dən ilk aldığı çıxarışda da binanın nömrəsi 1V göstərilmiş, sonra onun özünün müraciəti əsasında binanın nömrəsi 1 qeyd edilmişdir. Mübahisə eyni mənzillə bağlı olmuş, mübahisəli mənzilə dair MTK tərəfindən həm iddiaçı, həm də cavabdehlə müqavilə bağlanmışdır.

43. Məhkəmə haqlı olaraq göstərmişdir ki, Cavabdeh2 ilə bağlanmış müqavilə 2006cı ildə deyil, çox sonralar arxa tarixlə tərtib edilmişdir. Belə ki, qeyd edildiyi kimi, 2006-cı ildə bağlanan müqavilədə Cavabdeh2 Nizami rayon Polis İdarəsi tərəfindən xx.xx.2009cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinə istinad edilmiş, həmin vəsiqədə onun qeydiyyat ünvanı Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, bina 4A, 47 göstərilmişdir, halbuki Cavabdeh2 xx.xx.2002-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai küçəsi, bina 3, mənzil 13-də qeydiyyatda olmuşdur. xx.xx.2008-ci il tarixdən isə ünvan 7 ünvan ında qeydiyyatda düşmüş, onun şəxsiyyət vəsiqəsi sonuncu dəfə xx.xx.2019-cu il tarixdə yenilənmişdir. Belə olan halda inkaredilməz faktdır ki, həmin müqavilə 2006-cı ildə bağlana bilməzdi. İşin halları həmin müqavilənin 2019-cu ildə bağlandığına dəlalət edir. Belə ki, qeyd edildiyi kimi protokoldan çıxarış, maliyyə arayışı 2019-cu ildə verilmişdir.

44. Qeyd olunanlara əsasən də müqavilə arxa tarixə tərtib edildiyi üçün etibarlı əqd hesab edilə bilməz. Əqd əhəmiyyətsiz olduğu üçün onun hüquqi nəticələri də ləğv edilməli olduğundan, Cavabdeh2 adına verilmiş çıxarışlar da ləğv edilməlidir. Ona görə də iddiaçının tələbi bu hissələrdə əsaslı olmuşdur. İddiaçı Cavabdeh1 MTK-dan mübahisəli mənzil almış, həmin mənzilin tam dəyərini ödəmiş, həmin mənzilə qeydiyyata düşmüş, MTK 2012-ci ildə iddiaçın ın anası X6 həmin mənzidə yaşaması və qeydiyyatda olması faktını verdiyi arayışda təsdiq etmişdir. Lakin sonradan MTK izahsız bunları inkar etsə də, buna dair hər-hansı bir sübut məhkəməyə təqdim etməmişdir.

45. Məhkəmə də əsaslı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı qeyd-şərtsiz ünvan 1 ünvanında 1A nömrəli 15 mərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 88 nömrəli mənzili əldə etmiş və onun həmin mənzilə mülkiyyət hüququ yaranmışdır. Mübahisəli mənzilin 2010-cu ildən 2017-ci ilədək (iddiaçı müalicəsi ilə bağlı Türkiyə Respublikasına getdiyi vaxtadək) iddiaçının faktiki istifadəsində olmasını cavabdeh tərəf də inkar etmir. Odur ki, pellyasiya şikayətində göstərilənlər əsassızdır.

46. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 178.8, 337.1 və 337.3-cü maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

47. Cavabdeh2 (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, İddiaçı iddiasının rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

48. Kassasiya şikayəti iş materiallarına və işin faktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, Cavabdeh2 Cavabdeh1 MTK üzvlərinin ümumi yığıncağnın qərarı ilə Cavabdeh1 MTK üzvlüyünə qəbul edilmiş, ünvan 9, 88 saylımənzilin payçısı olmuş, həmin mənzilin pay haqqını tam ödəmiş, mənzili təmir etdirmiş və uzun illərdir ki, ailə üzvləri ilə birlikdə göstərilən mənzildə yaşayır. Həmçinin göstərilən m ənzil üzrə "xxxx" ASC, "xxxx" ASC-də abonent kimi qeydiyyata düşmüş, mənzilinə öz adına internet xətti və domofon çəkdirmişdir. Həmçinin MTK-nə üzvlüyünə qəbul edilərək pay haqqını ödəməklə ünvan 18 ünvanda yerləşən mənzil üzərində tam qanuni əsaslarla mülkiyyət hüququ əldə etmişdir. Göstərilən mənzil daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına qeydə alınaraq Cavabdeh2 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Qanunla və beynəlxalq hüquqla müəyyən edilmiş əsaslar olmadan Cavabdeh2 mülkiyyətindən məhrum edilməsi əsassızdır.

49. Göstərilənlərə əsasən, Cavabdeh2 mənzil üzərində tam qanuni əsaslarla mülkiyyət hüququ əldə etdiyindən, mənzil üzərində dövlət tərəfindən tanınan və qorunan hüquqlara malikdir. Buna görə də həmin mən zilə dair Cavabdeh2 adına aparılmış qeydiyyat və çıxarış İddiaçı formal və əsassız dəlilləri əsasında ləğv edilə bilməz.

50. Mübahisəli mənzil Cavabdeh1 MTK tərəfindən Cavabdeh2 təhvil verilmiş, həmin mənzil onun tərəfindən təmir edilmiş, iddiaçı cavabdehin əmisi ilə yaxın münasibətdə olmuş və cavabdehin icazəsi ilə həmin mənzildə bir müddət yaşamışdır. Lakin sonradan iddiaçı ilə Cavabdeh1 MTK arasında mübahisəli mənzilə dair xx.xx.2010-cu il tarixli müqavilə bağlanmış və MTK mənzili iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı mübahisəli mənzildə bir müddət yaşadıqdan sonra mənzili tərk edərək getmişdir. Cavabdeh mənzilə dair mülkiyyət hüquqlarını 2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır və hazırda həmin mənzildə ailəsi ilə birlikdə yaşamaqdadır.

51. La kin apellyasiya instansiyası məhkəməsi işin göstərilən həqiqi hallarına zidd nəticəyə gəlmişdir. Digər tərəfdən, İddiaçı onunla Bakı şəhəri, Sabunçu rayonu, ünvan 19 ünvana dair müqavilənin bağlanmasına əsaslanmaqla mövcud iddia tələbini irəli sürsə də, tələbi irəli sürdüyü mənzil ünvan 18 saylı ünvana dairdir.

52. İş materiallarında olan Cavabdeh1 MTK tərəfindən verilmiş çoxsaylı arayışlarda göstərilmişdir ki, İddiaçı tərəfindən MTK-nın kassasına ümumiyyətlə hər hansı bir ödəniş aparılmasını təsdiq edən kassa mədaxil orderinin kötüyü mövcud olmamışdır. İddiaçı Cavabdeh1 MTK üzvlərinin ümumi yığıncağının qərarı ilə Cavabdeh1 MTK üzvlüyünə qəbul edilməmiş, hər hansı mənzilin payçısı olmamışdır. Göstərilən xüsusat, yəni İddiaçı Cavabdeh1 MTK-nin üzvlərinin ümumi yığıncağının qərarı ilə MTK ü zvlüyünə qəbul edilməməsi, hər hansı sahənin o cümlədən mübahisəli mənzilin payçısı olmaması apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş və həmçinin İddiaçı MTK-nın kassasına ümumiyyətlə hər hansı bir ödəniş aparılmaması MTK tərəfindən verilmiş arayışla təsdiq edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçı N.Hacıeyeva ilə müqavilə bağlanmasını və onun pay haqqı ödəməsini MTK-nın izahsız bunları inkar etsə də, buna dair hər-hansı bir sübutu məhkəməyə təqdim etməməsinə əsaslanmaqla iddianın təmin ediliməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olaraq dəyişdirilmədən saxlanmasına dair nəticəyə gəlmişdir.

53. İddiaçı Cavabdeh1 MTK-nin üzvlərinin ümumi yığıncağının qərarı ilə MTK üzvlüyünə qəbul edilməsi, hər hansı sahənin o cümlədən mübah isəli mənzilin payçısı olmasına dair iddia edən şəxs kimi İddiaçı üzərinə düşür. İddiaçı isə buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi şəxsin Mənzil Tikinti Kooperativinə qəbulu, onun payçı olması və bunun əsasında MTK-da əmlaka hüquq əldə etməsinin qaydasını və əsaslarını düzgün müəyyən edə bilməmiş, bunun da nəticəsində olmayan hala dair sübutun və həm də iddia edən tərəfindən deyil, təkzib edən tərəfindən təqdim edilməməsinə əsaslanmaqla mübahisənin mahiyyəti üzrə düzgün həlli ilə nəticələnməyən qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

54. İddiaçı kassasiya şikayətinə qrşı etiraz edərək, kassasiya şikayətinin rədd olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

55. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

56. Maddə 29, İİİ-İV hissələr. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

57. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

58. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017-ci il tarixli, 918-VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya).

59. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

60. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

61. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digə r tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

62. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

64. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

65. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

66. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

67. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

68. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

69. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu he sab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

70. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

71. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri

72. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

73. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

74. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə tam ləğv edilərək iş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

75. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına görə İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2010-cu il tarixli 047 №-li müqaviləyə əsasən, MTK ünvan 1 ünvanda inşa etdiyi 1A nömrəli 15 mərtəbəli yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binanın 13-cü mərtəbəsində yerləşən 88 nömrəli, ümumi sahəsi layihə üzrə 179,29 kv.m təşkil edən 3 otaqlı mənzili payçıya (mənzilin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verməyi, payçı isə həmin mənzili qəbul etməyi öz öhdələrinə götürmüşdür. Mənzilin dəyəri 105.000 manat müəyyən edilmiş, Cavabdeh1 MTK tərəfindən xx.xx.2010-cu il tarixdə iddiaçıya həmin məbləğin tam ödənilməsi barədə maliyyə arayışı verilmişdir.

76. Həmçinin Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 047 №-li müqaviləyə əsasən MTK ünvan 1 ünvanında 1 nömrəli 15 mərtəbəli yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binanın 13-cü mərtəbəsində yerləşən 88 nömrəli, ümumi sahəsi layihə üzrə 167,28 kv.m təşkil edən 3 otaqlı mənzili payçıya (mənzilin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verməyi, payçı isə həmin mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Mənzilin dəyəri 48511,20 manat müəyyən edilmişdir. xx.xx.2006-cı il tarixli, 047 №-li müqaviləyə əsasən 48511,20 manat pulun xx.xx.2019-cu il tarixdə ödənilməsi barədə Cavabdeh1 MTK tərəfindən Cavabdeh2 maliyyə arayışı verilmişdir.

77. İddia tələbi bir-biri ilə bağlı olan üç hissədən ibarətdir: - Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında ünvan 3 ünvanında 1 №-li 15 mərtəbəli yaşayış b inasının 13-cü mərtəbəsində yerləşən 88 №-li mənzilə dair bağlanmış 047 №-li, xx.xx.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi; - həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin və bu qeydlər əsasında Cavabdeh2 adına verilmiş ünvan 4 ünvanına dair xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi; - Cavabdeh2 və onun ailə üzvlərinin həmin mənzildən çıxarılmaqla, iddiaçının həmin mənzilə köçürülməsi.

78. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, MTK ilə iddiaçı və cavabdeh arasında bağlanmış müqavilələrdə mənzilin rekvizitləri fərqli göstərilməsinə baxmayaraq, mübahisə eyni mənzillə bağlı olmuş, mübahisəli mənzilə dair MTK tə rəfindən həm iddiaçı, həm də cavabdehlə müqavilə bağlanmışdır.

79. İş materiallarından görünür ki, Cavabdeh2 cavabdehlər X13 və İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 1 saylı evin 88 saylı mənzilindən istifadə hüququ olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin İddiaçı Cavabdeh2, Cavabdeh1 MTK-ya və DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qrşılıqlı iddia ərizəsi verərək, DƏDRX tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın (1V evə dair) etibarsız hesab edilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iş üzrə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-517/2021 saylı qətnaməsi ilə iddia tələbləri rədd edilmiş, qətnamə qanuni qüvvəyə minmişdir.

80. Cavabdeh2 məhz həmin qətnaməyə istinadla tərəflər arasında eyni əsaslarla, eyni predmet barədə qanuni qüvvəyə minmiş qətnamə olduğuna əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

81. Lakin məhkəmə cavabdeh tərəfindən iş üzrə icraata xitam verilməli olduğu barədə dəlilini müzakirə etməmiş, həmin dəlilə qiymət verməmişdir.

82. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəc ə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Hiro Balani İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il, Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli Qərarları).

83. Bundan başqa, məhkəmə Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 047 №-li, xx.xx.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmasını belə əsaslandırmışdır ki, həmin müqavilə arxa tarixə tərtib edildiyi üçün etibarlı əqd hesab edilə bilməz. Əqd əhəmiyyətsiz olduğu üçün onun hüquqi nəticələri də ləğv edilməli olduğundan, Cavabdeh2 adına verilmiş çıxarışlar da ləğv edilməlidir.

84. Lakin məhkəmə kollegiyası bu nəticəyə məhz hansı maddi hüquq norması əsasında gəldiyini, mübahisəyə hansı maddi hüquq mormasını tətbiq etdiyini əsaslandırmamışdır.

85. Belə ki, məlum olduğu kimi Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.

86. Mülki Məcəllənin 340-cı maddəsində əhəmiyyətsiz müqavilələrin iki növü – uydurma və yalan əqdləri müəyyən edilmişdir. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

87. İşə baxmış məhkəmə mübahisələndirilən əqdin məhz hansı normaya əsasən əhəmiyyətsiz saydığını göstərməmişdir.

88. Bu həm də ona görə zəruridir ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

89. İşə baxmış məhkəmələr mübahisələndirilən əqdi etibarslz saymasına baxmayaraq, Mülki Məcəllənin 337.5-ci maddəsindən irəli gələn vəziyyətə dair qərar qəbul etm əmiş və ya buna dair izah verməmişdir.

90. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 05 dekabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “...Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası mübahisəli mənzilə dair alqı-satqı müqaviləsini etibarsız hesab edərkən, ondan irəli gələn məsələləri həll etməmiş, alıcının və satıcının hüquqi statusunu ilkin vəziyyətə qaytarmamış və T.Mənsurovun həmin mənzilə dair ödədiyi pulun ona qaytarılmasını həll etməmişdir. Bununla məhkəmə, tətbiq edilməli olan Mülki Məcəllənin 337.5-ci maddəsini tətbiq etməmişdir. Buna əsasən Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, etibarsız hesab edilən alqı-satqı müqaviləsinə müvafiq ödənilən pulun qaytarılmaması T.Mənsurovun Konstitusiyanın 29-cu maddəsində təsbi t olunmuş mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur”. 91. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

92. Adı çəkilən Qərarda daha sonra qeyd olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər (adı çəkilən Qərarın 2.2, 2.4 və 17-ci bəndləri).

93. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

94. Məhkəmə kollegiyası vurğulayır ki, mübahisənin mahiyyətinə qiymət vermədən, aidiyyəti maddi hüquq normalarını yoxlamadan, sadəcə bəzi qanunvericilik normalarının sadalanması ilə iddianın əsassız olması barədə qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

95. Bu qaydalara riayət edilməməsi həm İnsan Hüquqlarının və X5 X2 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun, hə m Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun pozulmasına dəlalət edir.

96. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).

97. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi və əsaslandırılmadığı üçün ləğv edilməli, iş yenidən yuxarıd a göstərilən hallar araşdırılmaqla baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

98. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4098/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar