Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-580/2021 25.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ödənilməmiş borcla əlaqədar illik bank faizləri, əsassız varlanma məbləği və əldən çıxmış fayda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ödənilməmiş borcla əlaqədar illik bank faizləri, əsassız varlanma məbləği və əldən çıxmış fayda tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki ko llegiyasının 2(103)-5677/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(103)- 5073/2009 nömrəli, xx xxxxxx 2009-cu il tarixli icra vərəqəsinə əsasən, xx xxxxxx 2007-ci il tarixli AN-1 seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə Bakı şəhəri, Xətai rayonunun, R.Bağırov küçəsindəki 25 saylı ünvanda yerləşən mağazanın satılmasından əldə edilmiş 349739 manat pulun ödənilməmiş 162000 manat məbləğində pul Cavabdeh alınaraq, X6 və İddiaçı verilməsi üçün icraya yönəldilmişdir.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-148/2015 nömrəli, xx xxxxxxxx 2015-ci il tarixli Qərardadına əsasən, Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasının 2(103)-5073/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsi ilə tutulması qət edilmiş 162000 manat məbləğində ödənilməli olan pul məbləğinin 81000 manatı üzrə indeksasiya həyata keçirilərək, Cavabdeh İddiaçı xeyrinə əlavə olaraq 11664 manat məbləğində pul vəsaitinin tutulması qərara alınmış, qətnamə icraya yönəlmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-61/2009 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəza sına məhkum edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin Cavabdeh cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Cavabdeh üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsinin qoyulması, Cavabdeh üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsinin yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, Cavabdeh barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Həmin hökmdən zərər çəkmiş şəxs İddiaçı və məhkum Cavabdeh tərəfindən verilmiş apellyasiya şikay ətləri, Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəçisi üzrə şöbəsinin prokuroru X5 tərəfindən verilmiş apellyasiya protesti təmin olunmamışdır. Eyni zamanda həmin qərarda istinad olunan sübutlardan aşağıdakılar təsdiq edilir: xx xxxxxxxx 2016-cı il tarixli, 2252/10 nömrəli ödəniş tapşırığına əsasən Cavabdeh borcundan İddiaçı bank hesabına 8757 manat ödəniş etmişdir, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli ödəniş qəbzlərindən məlum olur ki, Cavabdeh borcundan İddiaçı bank hesabına 78 manat, 30 manat, 30 manat, 72 manat, 40 manat, 40 manat, 25,20 manat, 18,50 manat, 22 manat, 17,40 manat və 20 manat ödəniş etmişdir, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, 22,09.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx xxxxxxx 2018-ci il tarixli ödəniş qəbzlərindən məlum olur ki, X8 borcundan İddiaçı bank hesabına 160 manat, 17.40 manat, 395 manat, 105 manat, 21 manat, 20 manat, 17.40 manat, 40 manat, 18.50 manat, 25.20 manat, 260 manat, 90 manat, 150 manat, 200 manat, 150 manat, 78 manat, 100 manat, 30 manat, 22 manat, 20 manat, 40 18.50 manat, 200 manat və 91 manat ödəniş etmişdir, “xxxx” ASC-nin Qara Qarayev filialı tərəfindən verilmiş İddiaçı xx.xx.2009-xx.xx.2018-ci il tarixlərə və xx.xx.2018-xx.xx.2018-ci il tarixlərə verilən bank hesablarının çıxarışlarından məlum olur ki, İddiaçı hesabına Cavabdeh tərəfindən 18118,50 pul köçürülmüşdür.
4. X1 ərizəsinə əsasən məlum olur ki, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(103)-5073/2009 saylı, xx xxxxxx 2009-cu il tarixli qətnaməsində göstərilən 162000 manat məbləğində pul borcundan ona aid olan hissəni, yəni 81000 manat məbləğinin hamısını tam şəkildə şəxsən onun özünə ödəmişdir. Cavabdeh qarşı heç bir şikayəti və tələbi yoxdur. 5. xx xxxxxx 2018-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərara əsasən, Ca vabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(103)5073/2009 saylı, xx xxxxxx 2009-cu il tarixli qətnaməsi X4 aid hissədə icra edildiyinə görə həmin hissə üzrə cinayət təqibinə xitam verilmişdir. 6. “xxxx” ASC-nin Qara Qarayev filialı tərəfindən verilmiş İddiaçı bank hesablarının çıxarışlara əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü çıxarıldıqdan sonra, İddiaçı hesabına Cavabdeh tərəfindən xx.xx.2018-xx.xx.2018ci il tarixlərə ümumilikdə 1290,00 manat pul köçürülmüşdür. 7. “xxxx” ASC-nin Binəqədi filialı tərəfindən verilmiş qəbzlərə əsasən, İddiaçı hesabına Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə 100 manat, xx.xx.2018-ci il tarixdə 50 manat, xx.xx.2018-ci il tarixdə 300 manat, xx.xx.2018-ci il tarixdə 500 manat, xx.xx.2019 -cu il tarixdə 8500 manat və 1500 manat - ümumilikdə 10950 manat pul köçürülmüşdür.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2019-cu il tarixli, 13129 nömrəli ekspertiza rəyində qeyd edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli, 8(011)-148 saylı qərardadı qəbul edildiyi tarixdən sonra keçən müddət ərzində hər müvafiq il üçün bank faizinin uçot dərəcəsi nəzərə alınmaqla Cavabdeh tərəfindən iddiaçının xeyrinə 81000 manat pul öhdəliyinin icra edilməməsinə görə faiz borcu 28591,88 manat məbləğində müəyyən edilmişdir.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3780/2014 nömrəli, xx xxxxxx 2014-cü il tarixli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh qarşı “ödənilməmiş borcla əlaqədar faizlərin, əsassız varlanma məbləğ inin və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçı Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasının 2(103)-5073/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsi ilə tutulması qət edilmiş 162000 manat məbləğində ödənilməli olan pul məbləğinə görə bank faizləri kimi 28150 manat, həmin məbləği əsassız özündə saxlayaraq törətdiyi mülki hüquq pozuntusuna görə ona vurulan ziyan kimi 162000 manat, 20 manat dövlət rüsumu, cəmi 190170 manat pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsini tələb etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsin ə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona xx xxxxxxxx 2015-ci ildən etibarən ödəmədiyi 76345,50 manat pula görə bank faizləri kimi 32217,80 manat, onun həmin məbləği əsassız özündə saxlayaraq törətdiyi mülki hüquq pozuntusuna görə ona vurulan ziyan kimi 76345,50 manat və ödədiyi dövlət rüsumuna görə 30 manat, cəmi 108721 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-61/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia tələbi rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən Mülki Məcəllənin 449.1, 449.2, 445.7, 1091, 1092-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu mad dəsinin bəzi müddəalarının şərh olunmasına dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli qərarına istinad edərək gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçıya mütəmadi ödənişlər edilərək artıq 16318,50 manat pul vəsaiti ödənilmişdir. Bundan əlavə cavabdeh tərəfindən iddiaçıya borclu olduğu pul hesabına hər hansı faydanın əldə edilməsini təsdiq edən sübutlar mülki işdə mövcud deyil. Həmçinin iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3780/2014 nömrəli, xx xxxxxx 2014-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı əvvəllər də Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasının 2(103)-5073/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsi ilə tutulması qət edilmiş 162000 manat məbləğində ödənilməli olan pul məbləğ inə faizlərin, əsassız varlanma məbləğinin və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair cavabdehə qarşı iddia qaldırmış və iddiası rədd edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçının pul vəsaitindən faydalanması, gəlirin, artım, bəhər və ya sair maddi xeyir qazanması, yaxud qanuni əsas və ya müqavilə əsası olmadan iddiaçının hesabına varlanması işin materialları ilə sübuta yetirilmir.
13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elşən Kazımov - sədrlik edən və məruzəçi, Akif İsgəndərov, İlham Kərimli) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya ş ikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdır ılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
16. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
17. Belə ki, işdən göründüyü kimi, məhkəmə qətnaməsinə əsasən 162000 manatın cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçının hazırki iddiası isə həmin qətnamə ilə qət olunan məbləğin xx xxxxxxxx 2015-ci ildən etibarən ödənilməyən 76345,50 manat hissəsinə görə bank faizləri kimi 32217,80 manat və həmin məbləğin əsassız saxlanmasına görə vurulan ziyan kimi 76345,50 manatın cavabdehdən alınması ilə bağlıdır.
18. İddiaçının hazırki tələblə məhkəməyə müra ciət etməsi anlaşılandır. Belə ki, məhkəmə aktı ilə qət olunan məbləği tam olaraq indiyə kimi ala bilməmişdir.
19. Düzdü, bununla əlaqədar, həm iddia ərizəsi ilə əvvəllər məhkəməyə müraciət edərək ödənilməmiş borcla əlaqədar faizlərin, əsassız varlanma məbləğinin və əldən çıxmış faydanın odənilməsini tələb etmiş, ancaq iddiası təmin edilməmiş, lakin pul məbləğlərinin indeksasiyasına dair ərizə ilə də məhkəməyə müraciət etmiş və ərizəsi təmin edilərək cavabdehdən əlavə olaraq 11664 manatın alınması barədə qərardad qəbul edilmiş və həmin qərardad ayrıca olaraq icraya yönəldilmişdir.
20. Bununla yanaşı, cavabdeh qeyd olunan qətnamənin icra edilməməsi ilə əlaqədar həm inzibati, həmdə cinayət məsuliyyətinə cəlb olunmuş, hal-hazırda da cəza çəkir. Əlbətdə ki, hazırki iddianın təmin olunması o va xt ədalətli olardı ki, cavabdeh icra sənədi üzrə üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırsın, icra sənədinin icra olunması ilə əlaqədar hər hansı bir maneələr yaratsın, yəni qətnamənin icrasını təmin edəcək real pul vəsaiti olduğu halda, bunu ödəməsin. Lakin işdən cavabdehin bu yaxud icra sənədinin icrasına mane ola biləcək hər hansı bir digər hallara yol verməsi görünmür.
21. Buna görə də, hazırki iddianın təmin edilməsi cavabdehin onsuz da real pul vəsaitini ödəmək iqtidarında olmayan vəziyyətini bir qədər də ağırlaşmasına səbəb ola bilər. Çünki, cavabdehin də mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Lakin buda o demək deyil ki, cavabdeh də bu vəziyyətdən suiistifadə edərək dövlətin adından çıxar ılmış məhkəmə qərarını qərəzli olaraq uzun illər ərzində icra etməsin. Bu hal şəxslərin məhkəmə hakimiyyətinə inamını, güvənini azaltmaqla arzuolunmaz vəziyyətə gətirib çıxara bilər.
22. Göstərilənlərlə yanaşı, iddiaçı cavabdehin onun pul vəsaitini qanunsuz saxlaması, onun qaytarılmasından boyun qaçırması, eləcə də pul vəsaitindən qanunsuz istifadə etmə nəticəsində faydalanmasına dair də məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Cavabdehin Mülki Məcəllənin 449-cu maddəsinə əsasən, eləcə də vurulmuş ziyana görə mülki hüquqi məsuliyyət daşıması üçün qeyd olunan hallar və real ziyan vurulması iddiaçı tərəfindən sübuta yetirilməlidir. Lakin iddiaçı bu halları sübuta yetirə bilməmişdir.
23. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini n gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə etiraz daxil olma mışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
27. İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
28. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
30. Maddə 449.1 Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına p ul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
31. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
32. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009cu il tarixli qərarı: 34. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pu l vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. MMin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir... Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır... Bununla belə, MM-in 399-cu maddəsi ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsinin müqavilənin qüvvədə olma müddəti ilə, belə müddət müəyyən edilmədikdə isə, öhdəliyin icrasının başa çatması ilə əlaqələndirilməsini nəzərə alaraq, borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tərəflər arasında, həmçinin, yeni - tələbkar-borclu münasibətləri yaranır ki, məhz bu müstəvidə məsələnin həllindən müqavilə münasibətlərinin xitamı məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşür. Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçı rmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qal dıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir.
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarı: 36. “...kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarl ıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında ve rilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qan unvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.... icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir... Qeyd olunduğu kimi, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir.
37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üç ün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
39. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsin in faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. İddiaçının iddia tələbinin əsası kimi i stinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur.
44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5677/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov