Məhkəmə qərarları › İş №2(102)-580/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-580/2022

18.02.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-580/2022 18.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.04.2021-ci il tarixli, 2(105)-81/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Qobustan rayon İHB-n ın Ərəbqədim kəndi üzrə ərazi nümayəndəliyinin 23 iyul 2015-ci il tarixli 193 saylı arayışında qeyd olunur ki, Məmmədov X7 rayonunun Ərəbqədim kəndində yaşayır və “Alabörk” adlanan qış otlaq sahəsindən 289 hektar sahə onun istifadəsinə verilmişdir.

2. Qobustan rayon İcra Hakimiyyəti Başçısının 17 oktyabr 2002-ci il tarixli, 147 saylı sərəncamı əsasında Qobustan rayonunun Ərəbqədim kənd sakini Məmmədov Nəzir Ağasən oğlunun (hazırki iş üzrə İddiaçı atasının) icarəsinə 50 M saylı “Alabörk” qış otlaq sahəsindən on il müddətinə 250 hektar torpaq sahəsi icarəyə verilmiş və bu barədə Qobustan rayon İcra Hakimiyyəti ilə N.A.Məmmədovun arasında 22 mart 2004-cü il tarixli müqavilə bağlanmışdır.

3. N.A.Məmmədov 2006-cı ildə vəfat etmişdir. Qobustan rayon İcra Hakimiyyəti Başçısının 22 aprel 2011-ci i l tarixli 034 saylı sərəncamı ilə Qobustan rayon İcra hakimiyyəti Başçısının 11 fevral 2008-ci il tarixli, 066 nömrəli sərəncamının birinci bəndində dəyişiklik edilərək 50 M saylı “Alabörk” qışlağından İddiaçı istifadəsinə əlavə olaraq 48 ha qış otlaq sahəsi ayrılmışdır. Ümumilikdə “Alabörk” qışlağından 298 ha qış otlaq sahəsi 10 (on) il müddətinə İddiaçı istifadəsinə verilmişdir.

4. Qobustan rayon İcra Hakimiyyəti Başçısının təsdiq etdiyi qış otlaq örüş sahəsinin yerquruluşu planının surətində Qobustan rayon İcra Hakimiyyəti Başçısının 17 oktyabr 2002-ci il tarixli, 147 saylı sərəncamı ilə 50 M saylı “Alabörk” qış otlağı ərazisindən Ərəbqədim kənd sakini N.A.Məmmədovun icarəsinə 250 hektar torpaq sahəsi ayrılması əksini tapmışdır.

5. Azərbaycan Respublikası Sumqayıt İnzibati-İqtisadi Məhk əməsinin 22 oktyabr 2013-cü il tarixli, 2-1(85)-678/2013 saylı qərarı ilə X1 Qobustan rayon İcra Hakimiyyətinə qarşı Qobustan rayon İHB-nın 17 dekabr 2007-ci il tarixli 308 saylı, 30 noyabr 2012-ci il tarixli 201 saylı sərəncamlarının və Qobustan rayon İHB ilə X4 arasında bağlanmış 30 noyabr 2012-ci il tarixli 201 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin etibarsız hesab edilməsi barədə iddiası təmin edilməmişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin 16 yanvar 2014-cü il tarixli, 2-2(105)20/2014 saylı qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 22 oktyabr 2013-cü il tarixli, 2-1(85)-678/2013 saylı qərarı ləğv edilmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 aprel 2014-cü il tarixli, 2-1(102)-538/2014 saylı qərarı ilə X6 rayon İcra Hakimiyyətinə qarşı Qobustan rayon İHB-nın 17 dekabr 2007-ci il tarixli 308 saylı, 30 noyabr 2012-ci il tarixli 201 saylı sərəncamlarının etibarsız hesab edilməsi barədə tələbi Ali Məhkəmənin İnzibatiİqtisadi Kollegiyası tərəfindən rədd edilmiş, iddiaçının 30 noyabr 2012-ci il tarixli, 201 saylı torpaq sahəsinin icarəyə verilməsi barədə 30 noyabr 2012-ci il tarixli, 201 saylı müqavilənin etibarsız hesab edilməsi barədə hissəsi mümkünsüz sayılmışdır.

8. Qobustan Rayon Məhkəməsinin 17 mart 2015-ci il tarixli, 2(026)-127/2015 saylı qətnaməsi ilə X4 cavabdeh X2 qarşı torpaq sahəsinin boşaldılması, tikilinin sökülməsi və ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, N.Cavabdeh tərəfindən özbaşına tutulmuş və iddiaçı Ə.Ş.Mamedovanın qanuni əsaslarla icarəsində olan 50 M nömrəli “Alabörk” qış otlaq sahəsi boşaldılması və cavabdehə məxsus heyvanların həmin sahədən çıxarılması, “Alabörk” qış otlaq sahəsində özbaşına tikilmiş tikililərin onun vəsaiti hesabına sökülməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Qobustan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh özbaşına tutduğu Qobustan rayon İHB-nın sərəncamı və müfaviq icarə müqaviləsi ilə ona icarəyə verilmiş dövlət fonduna daxil olan 50 M saylı “Alabörk” qış otlaq sahəsindən çıxarılması, qanunsuz tikdirdiyi tikililərin sökülməsi, torpağın əvvəlki vəziyyətinə qaytarılması və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qobustan rayon İcra Hakimiyyəti Başçısının 12 oktyabr 2002-ci il tarixli, 147 saylı, sərəncamı ilə iddiaçının mərhum atası Məmmədov Nəzir Ağasən oğluna dövlət qış otlaq fonduna daxil olan 50 m saylı “Alabörk” qışlaq sahəsindən xırda buynuzlu heyvanların saxlanılması üçün 10 il müddətinə qış otlaq sahəsi ayrılmışdır. İddiaçının atası Nəzir Məmmədov 2008-ci ilin may ayında vəfat etmişdir və atasına verilmiş 250 ha 50 M saylı “Alabörk” adlanan qış otlaq sahəsi 11 iyun 2008-ci il tarixdə 4 il müddətinə iddiaçıya təhkim edilmişdir. Bundan sonra 22 aprel 2011-ci il tarixli 034 saylı sərəncamla 48 hektar əlavə torpaq sahəsi ayrılaraq onun istifadəsinə cəmi 298 hektar qış otlaq sahəsi 10 il müddətinə verilmişdir. İddiaçıya icrayəyə verilən örüş sahəsində tikinti olmad ığına görə, heyvanların saxlanılması üçün lazım olan çoban evi və sair tikililər özü tərəfindən inşa edilmişdir. Qobustan rayonunun Ərəbqədim kənd sakini Cavabdeh iddiaçıya icarəyə verilmiş örüş sahəsini özbaşına qanunsuz olaraq tutub orada 1 ədəd 12 metrlik çoban evi, 2 ədəd 14 metrlik heyvan damını tikərək qardaşı Məmmədlə birlikdə həmin damlarda özlərinə məxsus heyvanları saxlayırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 aprel 2014-cü il tarixli 2-1(102)-538/14 saylı və Qobustan Rayon Məhkəməsinin 2(026)-127/2015 saylı qanuni qüvvəyə minmiş qərar və qətnamələri ilə Haxməmmədin oğlu N.Cavabdeh ona qonşu olan torpaq sahəsindən çıxarılmasının qət edildiyini və bundan sonra onlara qanunsuz tikililərin sökülməsini təklif etsə də ona məxsus torpaq sahəsindən çıxmaq istəməmişdir.

11. Ca vabdeh birinci instansiya məhkəməsində iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, ailəsi ilə birlikdə 1995-ci ildən əvvəl Ərəbqədim kəndli fermer təsərrüfatının tabeliyində olan “Alabörk“-50 M saylı qışlağında xırda buynuzlu heyvanlar saxladıqlarına görə 1996-cı ildə təsərrüfat islahata gedən vaxt ona və qohumlarına “Alabörk“ 50M saylı qışlağından xırda buynuzlu heyvan və tikilinin əmlak payı kimi düşmüşdür. Qohumlarına pay düşən iki çoban evi və xırda buynuzlu heyvan salmaq üçün 180 kv.metr banıstanı onlardan alaraq özünə məxsus xırda buynuzlu heyvanları saxlamaq üçün 08 may 2003-cü il tarixli, 048 saylı saylı sərəncamla mərhum qardaşı Məhəmməd Məmmədovun adına verilmiş “Alabörk“adlanan qış-otlaq sahəsindən 250 hektar torpaq sahəsini 09 dekabr 2003cü il tarixli, 117 saylı sərəncamla X5 adına verilmiş “Alabörk“adlanan qış-otlaq sahəsindən 48 hektar torpaq sahəsini onlardan almış, həmin vaxtdan da həmin qış-otlaq sahəsindən istifadə edir. İstifadə etdiyi torpaq sahəsinin vergisini ödəyir.

12. Qobustan Rayon Məhkəməsinin 28 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə (hakim Q.M.Hacıyev) iddia təmin edilərək, Cavabdeh tərəfindən özbaşına tutulmuş və İddiaçı qanuni əsaslarla icarəsində olan 50 M nömrəli “Alabörk” qış otlaq sahəsinin boşaldılması və cavabdehə məxsus heyvanların həmin sahədən çıxarılması, Cavabdeh tərəfindən “Alabörk” qış otlaq sahəsində özbaşına tikilmiş tikililərin onun vəsaiti hesabına sökülməsi qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının üzərində dövlətin mülkiyyət hüququ olan 50 M nömrəli “Alabörk” q ış otlaq sahəsindən N.A.Məmmədova 250 ha örüş sahəsi Qobustan rayon İHB-nın 22 mart 2004cü il tarixli müqavilə ilə verilmiş, N.Məmmədov 2008-ci ilin may ayında öldüyü üçün Qobustan rayon İHB-nın 22 aprel 2011-ci il tarixli, 034 saylı sərəncamı ilə qeyd olunan qış örüş sahəsi onun oğlu İddiaçı istifadəsinə verilmiş və əlavə olaraq 48 hektar qış-otlaq sahəsi ayrılmışdır. Həmin tarixli sərəncamla ümumilikdə “Alabörk” adlanan qış otlaq sahəsindən 298 ha otlaq sahəsi 10 il müddətinə İddiaçı icarəyə verilmişdir. Cavabdeh İddiaçı qanuni əsaslarla icarəyə götürdüyü 298 ha qış örüş sahəsini qanunsuz zəbt edərək öz heyvanlarını saxlamış, hazırkı iddiaçıya icarəyə götürdüyü örüşdən istifadə etmək imkanı verməmişdir. Həmçinin müəyyən olnmuşdur ki, Cavabdeh tikinti məqsədləri üçün ayrılmayan torpaq s ahəsində lazımı icazələr almadan qoyun damı və digər tikililər tikmişdir.

14. Məhkəmə hesab etmişdir ki, Cavabdeh qanunsuz olaraq zəbt etdiyi örüş sahəsi boşaldılmalı, ona məxsus heyvanlar həmin sahədən çıxarılmalı, cavabdeh tərəfindən qanunsuz tutduğu örüş sahəsində özbaşına tikdiyi tikililər onun öz vəsaiti hesabına sökülməlidir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46.1, 109, 111-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh apellyasiya şikayəti verərək, İmişli Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.04.2021-ci il tarixli, 2(1 05)-81/2021 saylı qətnaməsi ilə (hakimlər G.F.Tağızadə (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və T.O.Quliyev) Cavabdeh apellyasiya şikayəti təmin edilərək, Qobustan Rayon Məhkəməsinin 28 oktyabr 2015-ci il tarixli 2(026)- 576/2015 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla İddiaçı cavabdeh X3 qarşı özbaşına tutduğu torpaq sahəsindən çıxma, tikililərin sökülməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddiası təmin edilməmiş, ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun İddiaçı alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Qobustan rayon İHBnın 22 mart 2004-cü il tarixli müqavilə ilə dövlət mülkiyyətində olan 50 M nömrəli “Alabörk” qış otlaq sahəsində n N.A.Məmmədova 250 ha örüş sahəsi verilmiş, N.Məmmədov 2008-ci ilin may ayında öldüyü üçün Qobustan rayon İHB-nın 22 aprel 2011-ci il tarixli, 034 saylı sərəncamı ilə qeyd olunan qış otlaq örüş sahəsi onun oğlu İddiaçı istifadəsinə verilmiş və əlavə olaraq ona 48 hektar qış-otlaq sahəsi ayrılmışdır. Həmin tarixli sərəncamla ümumilikdə “Alabörk” adlanan qış otlaq sahəsindən 298 ha otlaq sahəsi 10 il müddətinə İddiaçı icarəyə verilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 mart 2021-ci il tarixli, 10/763 saylı rəyindən görünür ki, İddiaçı 22 aprel 2011-ci il tarixli,034 sərəncamla onun istifadəsində olan 298 hektar qış otlaq sahəsi ilə Cavabdeh əmlak payı kimi verilmiş iki ədəd çoban evi və üç ədəd qoyunların saxlanc yeri olan və ümumi sahəsi 600 kv.metr təşkil edən qeyriyaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi üst-üstə düşmür. Həmin tikililərin divarları mişarlanmış əhəng daşı və çay daşları ilə sement-qum qarışığından ibarət məhlulla hörüldüyündən, dam hissəsi taxta materialı və asbest şiferdən quraşdırıldıgı üçün onların dəyərinə və təyinatına zərər gətirmədən sökülməsi mümkün deyil.

20. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, Cavabdeh iddiaçının istifadəsində olan torpaq sahəsini zəbt etməmişdir və həmin ərazidə heç bir tikinti işləri aparmamışdır.

21. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646,139, 144-cü və Torpaq Məcəlləsinin 48,56-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 mart 2021-ci il tarixli 10/763 saylı rəyinə istinad etmiş, lakin həmin rəydə gəlinən nəticəni qətnamədə düzgün göstərməmiş, maddi və prosessual hüquq normalarını pozmuş, işdə olan sübutları düzgün qiymətləndirməmiş, nəticədə əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarş ı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Konstitusiyası Maddə

13. Mülkiyyət 13.3. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə

29. Mülkiyyət hüququ 29.3. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.4. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərə findən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi“qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla“müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə

157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoyma ğı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə

165. Sahibliyin pozulması 165.1. “Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

27. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 48.“Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası

2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə e də bilərlər. Maddə

50. Torpaq sahəsi üzərində istifadə hüququ

5. Xüsusi mülkiyyətdə olan torpaq sahələrinin istifadəyə verilməsi həmin sahələrin mülkiyyətçiləri ilə istifadəçilər arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında həyata keçirilə bilər. Maddə 55.“Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə

84. Torpaq mülkiy yətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84.2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Maddə

111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri“ 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə

418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

29. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların a ydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

30. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

31. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki h allarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Məhkəmə bu işə baxarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

35. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tə ləbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

36. Apellyasiya instansiyası məhkəməsi irəli sürülmüş iddianın maddi-hüquqi əsası kimi haqlı olaraq Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsini seçmişdir.

37. İddiaçı mübahisəli torpaq sahəsinə subyektiv hüququnun olmasına dair sübut kimi icarə müqaviləsini təqdim edir.

38. Mülki Məcəllənin 14.2.1-ci maddəsinə və Torpaq Məcəlləsinin 51-ci maddəsinə əsasən, icarə müqaviləsi torpaqdan istifadə hüququnun yaranması üçün əsas sayılır (Hazırda həmin müqavilənin müddəti bitmişdir və bu hal icarə münasibətlərinə xitam verilməsinə səbəb olur. İddiaçı müqavilənin yenidən bağlanması barədə hər hansı süb ut əlavə etməmişdir. Lakin hazirki iddia 2015-ci ildə verilmişdir və tərəflər arasında yaranan münasibətlər icarə müqaviləsinin müddətinin başa çatmadığı dövrə uyğun nəzərə alınır).

39. İddiaçınin iddianı irəli sürən vaxtı subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçının torpaq sahəsindən cavabdeh tərəfindən istifadə olunubolunmaması, orada tikililər inşa edib-etməməsinın müəyyən edilməsindən ibarətdir.

40. Bu halların müəyyən edilməsi xüsusi bilik tələb etdiyinə görə birinci instansiya məhkəməsi haqlı olaraq ekspertiza təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 mart 2021-ci il tarixli, 10/763 saylı rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı 22 aprel 2011-ci il tarixli, 034 sərəncamla onun istifadəsində olan 298 hektar qış otlaq sahəsi ilə Cavabdeh əmlak payı kimi verilmiş iki ədəd çoban evi və üç ədəd qoyunların saxlanc yeri olan və ümumi sahəsi 600 kv.metr təşkil edən qeyriyaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi üst-üstə düşmür. Həmin tikililərin divarları mişarlanmış əhəng daşı və çay daşları ilə sement-qum qarışığından ibarət məhlulla hörüldüyündən, dam hissəsi taxta materialı və asbest şiferdən quraşdırıldıgı üçün onların dəyərinə və təyinatına zərər gətirmədən sökülməsi mümkün deyil. 41.Bu hal iddianın rədd olunması üçün əsasdır və apellyasiya instansiyası məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur.

42. Kassasiya şikayətində sadalanan digər hallar işin faktik halları, həmin faktların araşdırılmaması barədədir ki, bu hallar kassasiya qaydasında araşdırmanın predmetini təşkil etmir. Kassasiy a icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır.

43. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.04.2021-ci il tarixli, 2(105)-81/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar