Məhkəmə qərarları › İş №2(102)-580/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-580/2023

13.03.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-580/2023 13.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Sərdarova (Cəfərova) Şəfaqət Səmədxan qızına iş üzrə QƏRARİ (mülkiyyətin müdafiəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6122/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh Sərdarova (Cəfərova) Şəfaqət Səmədxan qızı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. B akı şəhəri Suraxanı rayon Məhkəməsinin (hakim E.Ağayev) xx.xx.2017-ci il tarixli 2(010)-4844/2017 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X3 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi” tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “D” y/s, 28 nömrəli evin 6 nömrəli mənzili, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “D” y/s, 28 nömrəli evin 49 nömrəli mənzili və Masallı rayonu İsi kəndində 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı 82,99 m2 yaşayış, 45,68 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinin İddiaçı ilə cavabdeh X2 birgə mülkiyyəti hesab edilməsi və onlar arasında bərabər bölünməklə həmin daşınmaz əmlakların ½ hissəsinə İddiaçı, ½ hissəsinə X2 mülkiyyət hüququnun tanınması, 30 manat dövlət rüsumunun cav abdeh X1 alınaraq İddiaçı verilməsi qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Cəmilova, A.Hüseynov, İ.Xəlilov) xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh X2 apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi qismən - “Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “D” y/s, 28 nömrəli evin 49 nömrəli mənzilinin ½ hissəsinə İddiaçı, ½ hissəsinə X2 mülkiyyət hüququnun tanınması” hissəsində ləğv edilmiş, iddia həmin hissədə qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “D” y/s, 28 nömrəli evin 49 nömrəli mənzilinin ¼ hissəsinə İddiaçı, ¾ hissəsinə isə cavabdeh X2 mülkiyyət hüququ tanınmış, qətnamə qalan hissələrdə dəyişiklik edilmədən saxlanılmış, ca vabdeh X4 tərəfindən ödənilmiş 15 manat dövlət rüsumu ona aid edilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3492/2018 saylı Qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)475/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Sərdarova (Cəfərova) Şəfaqət Səmədxan qızına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" y/s, 28 saylı evin, 49 saylı mənzilinə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" y/s, 28 saylı evin, 6 saylı mənzilinə və Masallı rayonu, İsi kəndinə 0,03 ha torpaq sahəsində yerl əşən 2 mərtəbəli, 4 otaqlı, 82,99 kv.m yaşayış sahəsi, 45,68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə köçürülməsi, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" y/s, 28 saylı evin, 49 saylı mənzilinə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" y/s, 28 saylı evin, 6 saylı mənzilinə və Masallı rayonu, İsi kəndinə 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82,99 kv.m yaşayış sahəsi, 45,68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən istifadə edilməsinə cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdən mülkiyyətçisi və pasport qeydiyyatında olduğu, sonuncu dəfə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” y/s, 28 saylı evin 49 saylı mənzilinə cavabdeh tərəfindən buraxılmır. Bu qanunsuz hərəkət mülkiyyətində olan bütün əmlaklara da edilir. Dəfələrlə cavabdehdən bu özbaşınalığa son qoyulmasını tələb etsə də, nəticəsi olmamışdır.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-4478/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Tural Məmmədov) iddia qismən təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" y/s, 28 saylı evin, 49 saylı mənzilinə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" y/s, 28 saylı evin, 6 saylı mənzilinə və Masallı rayonu, İsi kəndinə 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82,99 kv.m yaşayış sahəsi, 45,68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən iddiaçı tərəfindən istifadə edilməsinə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əmlaklarla bağlı hissəvi mülkiyyət hüququ vardır və o bu hüququna əsaslanmaqla cavabdehdən yaradılan maneənin aradan qaldırılmasını tələb etməkdə haqlıdır. Maneənin növünə gəldikdə isə məhkəmə qeyd edir ki, bu maneə müxtəlif cür ola bilər. Məsələn iddiaçının evə buraxılmaması, onun əmlakdan istifadəsinin hər hansı şəkildə qarşısının alınması, məhkəmə hesab edir ki, mübahisəli əmlaklarla bağlı cavabdeh iddiaçıya qarşı birgə yaşayış qaydalarına zidd hesab edilə bilən hərəkətlərdən çəkinməlidir.

8. İddia tələbinin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" y/s, 28 saylı evin, 49 saylı mənzilinə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" y/s, 28 saylı evin, 6 saylı mənzilinə və Masallı rayonu, İsi kəndinə 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82,99 kv.m yaşayış sahəsi, 45,68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə köçürülməsi hissəsi ilə bağlı məhkəmə hesab etmişdir ki, tələb bu hissədə təmin edilə bilməz. Çünki, eyni zamanda üç əmlaka köçürülmə mümkün deyil. Belə bir tələbin fiziki mənada icrası mümkünsüzdür.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4, 157.8, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiy a məhkəməsinin qətnaməsinin ləğv və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birincisi, şəxsin mülkiyyət hüququ qanunla dövlət reyestrində qeydə alındıqdan sonra yaranır və iddiaçının əsaslandığı məhkəmə aktı hələ icra olunmamış və DƏDRX-də əmlaklar hələ ki, cavabdehin xüsusi mülkiyyətindədir. Bu o deməkdir ki, iddiaçının həmin əmlaklara mülkiyyət hüququ yaranmamışdır. İkincisi, 3 uşağın Bakı Apellyasiya Məhkəməsinin icraatında olan mülki işlə bağlı həmin işə baxılıb yekun qərar çıxarılanadək birinci instansiya məhkəməsi işin icraatını dayandırmalı idi. Çünki uşaqların hər üç mənzilə mülkiyyət hüquqları tanınarsa iddiaçının iddia etdiyi qanuni qüvvədə olan məhkəmə aktı əhəmiyyətini itirəcəkdir. Üçüncüsü, məhk əmə tərəfindən istinad edilən hüquq normasının tələbləri və cavabdehin bu maddələrlə qorunan mülkiyyət hüquqları pozulmuşdur.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6122/2022 nömrəli iş üzrə 20 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Vahid Sadıqov) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, iş üzrə tərəflərin arasında olmuş əvvəlki məhkəmə mübahisələrinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur və məhkəmələr tərəfindən iddiaçının hazırki işin mübahisə predmeti olan əmlaklar üzrə mülkiyyət hüquqları tanınmışdır. Hazır ki mübahisənin mahiyyətini də məhz həmin əmlaklar üzrə tanınmış hüquqların icra edilməsinə yönəlmiş maneələrdən ibarətdir. Cavabdehin isə belə maneələri qoyması qanunla iddiaçının mülkiyyət hüquqlarını həyata keçirə bilməməsinə gətirib çıxarır.

14. Cavabdehin ikinci dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, digər şəxslərin də mübahisəli mənzillərə mülkiyyət hüququnun tanınması cavabdehə hazırki iş üzrə iddiaçı üçün maneələr yaratmağa və ya qətnamənin icrasının qəsdən yubadılmasına əsas verə bilməz.

15. Cavabdehin üçüncü dəlilinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarını n pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

16. Beləliklə, məhkəmə hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

17. Məhkəmə gəldiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 157.8, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 82.3, 88, 106.1, 217.1, 217.3. 218.1, 218.3, 384.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işi n yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə obyektiv həqiqəti əks etdirməyən və cavabdehin hüquqlarını pozan qərar qəbul etmişdir.

20. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya” nın 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217ş3-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. İddiaçı kassasiya şikayətinə qarşı etiraz ərizəsi göndərərək, cavabdeh tərəfindən verilmiş şikayətin təmin olunmamasını, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdiril mədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

23. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. M addə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya in stansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyas iya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

30. Məhkəmə tərkibi daşınmaz əşyalara mülkiyyət hüququnun dövlət reyestrində qeydə alındıqdan sonra yaranması barədə dəlilini əsaslı saymır. Ona görə ki, mülkiyyət hüququnun reyestrdə qeydiyyatdan əvvəl yaranmasının əsaslarından biri də həmin hüququn məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə tanınması halıdır. Bu halda mülkiyyət hüququna dair (həmin məhkəmə aktı əsasında) rey estrdə aparılan qeydiyyat qurucu deyil, açıqlayıcı mahiyyətdə olur. Başqa sözlə, məhkəmə qərarı ilə tanınmış mülkiyyət hüququnun müdafiəsinə tam təminat verilir və reyestrdəki qeydiyyat həmin əşya hüququnun üçüncü şəxslərə açıqlanmasını təmin edir. Ona görə də, məhkəmələr iddianı MM-in 157.4-cü maddəsi ilə təmin etməkdə haqlı olmuşlar.

31. Başqa şəxslərin mülkiyyətçiyə məxsus evə hüququnun tanınmasına dair iddia qaldırmaları və ya istifadə qaydası ilə bağlı fikir ayrılıqları isə mülkiyyət hüququnun göstərilən norma əsasında müdafiəsini aradan qaldıran hallar sayıla bilməz.

32. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məh kəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6122/2022 nömrəli mülki iş üzrə 20 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar