Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-580/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5275/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağ ıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 fevral 2019-cu il tarixli, 2(008)556/2019 nömrəli qətnaməsinə əsasən Cavabdeh1 arasında bağlanmış 30 yanvar 2015-ci il tarixli, 11-G1-1-0-506-15 nömrəli kredit müqaviləsi üzrə 18614,06 ABŞ dolları əsas borc, 13740,45 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları məbləğində dəbbə borcu, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 10,40 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 32464,91 ABŞ dolları məbləğində borcun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla tutularaq İddiaçı ASC-ə ödənilməsi, tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı 45,81 kv.m ümumi, 29.11 kv.m yaşayış, 16.7 kv.m yardımçı sahədən ibarət 38 nömrəli mənz ilə yönəldilməsi, həmin mənzil açıq hərracda satılması və ünvan 1 ünvanında yerləşən 38 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməsi qət edilmişdir.
2. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi məhəllə 4090/94 ev 2/7 mənzil 38 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı ASC-nin adına 27 avqust 2021-ci il tarixdə rəsmiləşdirilmişdir. 3. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən olan çıxarışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ünvan 2 ünvanında qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ASC cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən 45.81 kv.m ümumi sahədən ibarət 4090/94 məhəllə 2/7 nömrəli evin 38 nömrəli mənzilindən çıxarılması, mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 45.81 kv.m ümumi sahədən ibarət 4090/94 məhəllə, 2/7 saylı evin, 38 saylı mənzilinə Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)- 556/2019 saylı qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair İddiaçı ASC-nin mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə **********7 qeydiyyat nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adına çıxarış alınmışdır.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
7. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2(008)1143/2023 nömrəli qətnaməsi ilə (hakim A.Paşayeva) iddia təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər mübahisəli mənzilə hər hansı bir hüququ olmadan orada qalaraq mənzili zəbt etmiş sayılırlar. Ona görə də mənzil cavabdehlərin qanunsuz sahibliyindən alınmalı və cavabdehlər həmin mənzildən çıxarılmalıdır.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Avropa Konvensiyanın 1 n ömrəli 20 may 1952-ci il tarixli Protokolunun 1-ci maddəsi, Mülki Məcəllənin 152 və 157-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
11. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə nəzərə almamışdır ki, bank ona məxsus mənzilin formal mülkiyyətçisidir. Əslində mənzil ona məxsusdur. Bundan əlavə, banka olan borcunu qaytaracağına söz vermişdir və borcu qaytarmaqdan çəkinmir. Birinci instansiya məhkəməsi qanunsuz olaraq, cavabdehi, onun üç yetkinlik yaşına çatmamış uşaqlarını, yaşlı 87 yaşında nənəsini faktiki cavabdehə məxsus mənzildən çıxarır. Bununla da, Konstitusiya ilə nəzərdə tutulmuş onların yaşayış hüquqları tam pozulur. Həmin qanunsuz qətnaməyə görə, onlar evsiz qalmışlar.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 2(103)- 5275/2023 nömrəli qətnaməsi ilə (hakimlər – F.X.Qasımov (sədrlik edən və məruzəçi), F.V.Abdıyev və X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzil artıq xüsusi mülkiyyət hüququ əsasında İddiaçı ASC-nin adına qeydə alınmışdır. Belə bir qeydiyyat mövcud olduğundan, yəni iddiaçı mənzilin mülkiyyətçisi olduğundan, mülkiyyət hüquql arının müdafiəsi barədə hazırkı iddianı qaldırmaqda, birinci instansiya məhkəməsi isə iddianı təmin etməkdə haqlı olmuşdur.
14. Məhkəmə kollegiyası gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29, 43 və 71-ci maddələrinə, Mülki Məcəllənin 139, 152 və 157-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh1 Heydər qızı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi ilə cavabdehin, həmçinin üç yetk inlik yaşına çatmamış övladlarının Konstitusiya ilə, digər hüquq normaları ilə nəzərdə tutulmuş hüquqları tam pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
18. Maddə 13, İ bənd Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
20. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
21. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir;
26. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;
28. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun o lmamasına istinad etməyə yol verilmir.
29. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktik i halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırki kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
32. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
33. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normaları nın tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
34. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, ünvan 3 ünvanda yerləşən mənzil artıq xüsusi mülkiyyət hüququ əsasında İddiaçı ASC-nin adına qeydə alınmışdır.
35. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb qeyd etmişdir ki, sözügedən qeydiyyat mövcud olduğundan, yəni iddiaçı mənzilin mülkiyyətçisi olduğundan, mülkiyyət hüquqlarının müdafiəsi barədə hazırkı iddianı qaldırmaqda, birinci instansiya məhkəməsi isə iddianı təmin etməkdə haqlı olmuşdur.
36. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mü lkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
37. İşin yuxarıda sadalanan hallarına istinadən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, şikayətdə sadalanan faktiki halların heç biri iddiaçının mənzilin mülkiyyətçisi olduğu faktını dəyişdirməməklə, qətnamənin ləğvinə əsas vermir.
38. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir.
39. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi Cavabdeh1 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq ona düzgün hüquqi qiymət verdiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kass asiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 2(103)-5275/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.