Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5801/2021 15.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5801/21 (Açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi işə buraxmağa görə əmək haqqı tələbi) Bakı şəhəri, 15 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birl iyinin vəkili X1 və nümayəndəsi İsmayılov Elçin Xəqani oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə şəxsə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)4872/2021 nömrəli, 21 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh “Azərterminalkompleks” Birliyinin kassasiya şikayətinə 15 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 11 fevral 2016-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə işə qəbul edilmişdir.
2. İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh 2300/164ş nömrəli 19 iyun 2020-ci il tar ixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əsasən işdən azad edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh direktorunun 2300/164ş nömrəli,19 iyun 2020-ci il tarixli əmrinin ləğv olunması, əvvəlki iş yerinə bərpa edilməsi və 19 iyun 2020-ci il tarixdən başlayaraq məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı 11 fevral 2016-cı il tarixdə Birlikdə işə qəbul olunub, son vəzifəsi həmin Birliyin Gömrük nəzarəti zonalarında dayanacaq və tərəzi xidməti işinin təşkili üzrə Yalama şöbəsinin inspektoru olub.
5. Birliyin direktorunun 2300/164ş nömrəli 19 iyun 2020-ci il tarixli əmri ilə iddiaçı “xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini pozduğuna görə Cavabdeh Gömrük nəzarəti zonalarında dayanacaq və tərəzi xidməti işinin təşkili üzrə Yalama şöbəsinin inspektoru İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilsin” əsaslanması ilə işdən xaric edilmişdir.
6. Mübahisəli əmrdə eyni zamanda qeyd olunur ki, guya “... İddiaçı həvəsləndirmə tədbirlərinin həyata keçirilməsi, o cümlədən ona pul mükafatının verilməsinin müəyyən edilmiş qaydalarına zidd yollara əl atmış, bununla da «Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X5»nin 3.10-cu yarımbəndinin tələblərini pozmuşdur”.
7. Halbuki iddiaçı hər hansı qanunsuzluğa yol verməyi b, işlədiyi müddət ərzində üzərinə düşən bütün əmək öhdəliklərini lazımınca yerinə yetirmiş və heç bir intizam tənbehinə məruz qalmamışdır.
8. Cavabdehin nümayəndəsi iddiaya etiraz etmişdir. Etirazın dəlilləri: -İddiaçı qanunla müəyyən edilmiş müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı 19 iyun 2020-ci il tarixdən işdən azad edilməsindən xəbərdar olmuş və həmin tarixdən də işə çıxmamışdır. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsinə ünvanladığı 24.06.2020-ci il tarixli, 26/E1/021701 daxilolma nömrəsi ilə qeydiyyatdan keçmiş məktubunda da iddiaçı işə bərpa olunmasını xahiş etmişdir. Bununla da iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür; - iddaçı İddiaçı idd ia müddətini ötürsə də, iddia müddətinin üzrlü səbəbdən ötürülməsini təsdiq edən sübutlara malik olmalıdır ki, belə sübutlar da iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır; - iddiaçı mükafat alınması üçün ilk növbədə birbaşa və ya bilavasitə rəhbərinə müraciət etməli idi.
9. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə də vermişdir.
10. Sabunçu rayon Məhkəməsinin 2(008)-4241/2020 saylı, 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh 19 iyun 2020-ci il tarixli, 2300/164ş nömrəli əmri ləğv edilərək İddiaçı “Azərterminalkompleks Birliyi Gömrük nəzarəti zonalarında dayanacaq və tərəzi xidməti işinin təşkili üzrə Yalama şöbəsinin inspektoru vəzifəsinə işə bərpa olunması, məcburi iş buraxma müddə ti üçün 19.06.2020-ci il tarixdən hesablanmaqla İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh tərəfindən işə bərpa olunan günə qədər əmək haqqının ödənilməsi qət olunmuşdur. (hakim Adilə Paşayeva)
11. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları, tərəflərin izahatlarını qiymətləndirib müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehndə əmək müqaviləsinə əsasən işləmiş və 19 iyun 2020-ci il tarixli əmrlə İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Sözügedən əmrdə onun işdən azad edilməsinə əsas kimi Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X3 3.10-cu yarımbəndinin tələbini pozması göstərilmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd edib ki, “Azərterminalkompleks" Birliyinin 19 iyun 2020-ci il tarixli, 2300/164ş saylı əmrində İddiaçı işdən azad edilməsinin əsas səbəbi kimi “işçinin X3 prinsip və normalarına əməl etməyərək xidməti intizam qaydalarının pozulması” qeyd olunmuş və əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə əsas kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi göstərilmişdir.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əmək qanunvericiliyində əmək müqaviləsinin ləğv edilməsinin əsasları, xüsusi ilə də işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən halların dairəsi dəqiq müəyyən olunmuşdur. “İşçinin X3 prinsip və normalarına əməl etməyərək xidməti intizam qaydalarının pozulması” Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə əmək müqaviləsinin ləğvinə əsas ola b ilməz. Belə ki, əmək qanunvericiliyinin tələblərinə görə işçi ilə əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək ən ağır intizam tənbehi olmaqla yanaşı, bunun üçün ciddi əsaslar olmalı, prosedurlara riayət edilməlidir.
14. Birinci instansiya məhkəməsinin qənaətinə görə tərəflər arasında əmək müqaviləsinə cavabdeh tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş ləğvetmə əsaslarının pozularaq, müəyyən edilmiş qaydaların tələblərinə əməl edilmədən işçi ilə əmək münasibətlərinə xitam verilmişdir. Buna görə də “Azərterminalkompleks" Birliyinin qeyd olunan 19 iyun 2020-ci il tarixli, 2300/164ş saylı əmri ləğv edilməlidir.
15. Həmçinin birinci instansiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə qiymət verərək qeyd etmişdir ki, Azərb aycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa, qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
16. Birinci instansiya məhkəməsi Cavabdeh tərəfindən İddiaçı göndərilmiş poçt zərfinə əsasən müəyyən etmişdir ki, mübahisələndirilən əmr İddiaçı 22.06.2020-ci il tarixdə göndərilmiş və zərf iddiaçıya 27.07.2020-ci il tarixdə çatmış, yəni iddiaçı iddia müddətini ötürməmişdir. Cavabdeh isə əmrin İddiaçı daha tez çatmasını təsdiqləyən heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir.
17. Məhkəmə mövqeyini Əmək Məcəlləsinin 68, 70, 71, 72, 74, 84, 186, 296, 300cü, Mülki Prosessual Məcəllənin 14, və 77.1-ci mad dələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdeh müəssisə apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verməmişdir; - iddiaçı əmək qanunvericiliyinin tələblərinə əməl olunmaqla işdən çıxarılıb; - iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət edib; - Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin “Facebook” sosial şəbəkəsindəki səhifəsinə şikayət ərizəsi yerləşdirməklə iddiaçı “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərin X5”nin prinsip və normalarına əməl etməyib.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4872/2021 nömrəli, 21 may 2021-ci il tarixli, qə tnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi) Xumar Mərdanova, Fuad Babayev)
21. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, iddiaçının tutduğu vəzifədən azad edilməsinə səbəb, onun Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin “Facebook” sosial şəbəkəsindəki səhifəsində yerləşdirdiyi və Dövlət Gömrük Komitəsinin sədrinə ünvanladığı elektron müraciətlərdə Birlik tərəfindən bayram və digər əlamətdar günlərdə pul mükafatlarının verilməməsindən şikayətlənməsi, bu prosesin uzun müddət davam etdiyi, məsələnin müsbət həll olunmadığı barədə məlumat verməsi olmuş, cavabdeh müəssisə məhz bu hərəkəti “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərin X5”nin pozuntusu və iddiaçının “ona pul mükafatının verilməsi üçün müəyyən edilmiş qaydalara zidd yollara əl atdığı” kimi qiymətləndirmişdir. Halbuki, işçinin əmək hüququnun tam təmin edilmədiyi barədə ölkənin Birinci Vitse-Prezidentinə və özünün işlədiyi müəssisənin rəhbərinə etdiyi müraciəti “ona pul mükafatının verilməsi üçün müəyyən edilmiş qaydalara zidd yollara əl atması” olaraq qiymətləndirmək mümkün deyildir və əks yanaşma vətəndaşların Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş müraciət etmə hüququndan onların məhrum edilməsi və tənqidə görə onları təqib etmək demək olardı. Nəzərə alınmalıdır ki, işçi əmək hüququnun tam təmin olunmadığı barədə tənqidi fikirlər bildirərkən, yaxud bununla bağlı şikayət edərkən, bu məlumata və ya şikayətə görə iş dən çıxarılması riskini daşımamalıdır; həmçinin qeyd olunmalıdır ki, iddiaçının müraciətləri nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına (qanunla qorunan mənafelərinə) ziyan dəyməsi halı ümumiyyətlə müəyyən edilməmişdir.
22. Apellyasiya məhkəməsinin mövqeyinə görə iddia tələbi vətəndaşın konstitusion hüquqlarından olan əmək hüquqlarının müdafiəsi ilə bağlı olduğundan iddiaçının əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar tələblərinə əməl-olunub olunmadığı da müəyyən edilməlidir. Hazırki işdə iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmr qanunvericiliyin tələbinə uyğun olaraq əsaslandırılmamış, məcburi məzmun və forma tələblərinə riayət edilməmiş, əmrdə iddiaçının yol verdiyi pozuntunun hansı nəticələrə səbəb olduğu ümumiyyətlə göstərilməmişdir.
23. Apellyasiya məhkəməsinin qənaəti belə olub ki, işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmrin əsaslandırılmaması, eləcə də işçinin əmək funksiyalarının pozulmasına səbəb olan hərəkətlərinə dair rəsmiləşdirmənin aparılmaması əmək münasibətlərinin tərəfi kimi işçinin hüquqlarının pozulmasına səbəb olan hallardır.
24. Bundan başqa, Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarl ıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olubolmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, əvvəllər intizam tənbehi almamış olması, ailə vəziyyəti nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, Əmək Məcəlləsi əmək funksiyasını tam və ya qismən yerinə yetirməyən, yaxud keyfiyyətsiz yerinə yetirən, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi mü əyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur. Bu baxımdan iddiaçının yol verdiyi iddia olunan pozuntuya görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntunun xarakterinə adekvat olmamışdır.
25. Apellyasiya instansiyası cavabdeh müəssisənin nümayəndəsinin apellyasiya şikayətinin dəlili kimi irəli sürdüyü, iddiaçının iddia müddətini ötürmüş olması arqumentini də əsassız saymış və bunu belə əsaslandırmışdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənə dlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; Mülki Məcəllənin 382-ci maddəsinə görə isə, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fıziki şəxsin pozulmuş hüququ müdafıə edilməlidir.
26. İddiaçının əmək müqaviləsinə 19 iyun 2020-ci il tarixdə xitam verilmişdir. İş materiallarında əmrin, əmək kitabçasının və son haqq-hesabının ona nə vaxt verilmiş olması barədə məlumat mövcud olmasa da, işin hallarından görünür ki, əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə razılıq verməsi üçün iddiaçıya 19.06.2020-ci il tarixli məktub ünvanlanmış, Birlikdən göndərilən korrespondensiya 27.07.2020-ci il tarixdə iddiaçıya çatdırılmış, məhkəməyə müraciət etdiyi 27.07.2020-ci il tarixinədək isə işdən qanunsuz çıxarılması ilə bağlı Gömrük Komitəsinin sədrinə şikayət ünvanlamışdır.
27. Apellyasiya instansiyası qeyd edilənlərə əsasən hesab edib ki, iddiaçının iddia müddətini ötürmüş olmasından bəhs oluna bilməz; eyni zamanda, müddəti ötürdüyü qənaətinə gəlinmiş olsa belə, ağlabatan mühakimə əsasında bunun üzrlü səbəblərlə bağlı olduğu qəbul edilməlidir. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçının qanunvericiliklə təminat altına alınan subyektiv hüquqlarının pozulmuş olduğu müəyyən edildiyindən, iddia müddətinin ötürülmüş olması arqumentinin – hətta bu arqument qəbul edilmiş olsaydı belə - onun iddiasının rədd edilməsi üçün əsas hesab edilməsi ədalətsiz və lazımi əsasa söykənməmiş olardı. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi (Vəkil2 ) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş edib.
29. Kassasiya şikayətinin dəlilləri: - -ddiaçı İddiaçı Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin “Facebook” sosial şəbəkəsindəki səhifəsində yerləşdirdiyi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinə ünvanladığı elektron müraciətlərdə Birlik tərəfindən bayram və digər əlamətdar günlərdə pul mükafatlarının verilməməs indən şikayətlənərək bu prosesin uzun müddət davam etdiyini, məsələnin müsbət həll olunmadığı barədə məlumat vermiş və müvafiq tədbir görülməsini xahiş etmişdir; - Müəyyən edilmişdir ki, İddiaçı həvəsləndirmə tədbirlərinin həyata keçirilməsi, o cümlədən ona pul mükafatının verilməsi üçün müəyyən edilmiş qaydalara zidd yollara əl atmış, bununla da, Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X5”nin 3.10-cu yarımbəndinin tələbini pozmuşdur; - həmçinin iddiaçı iddia müddətini ötürmüşdür. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
30. Kassasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazın dəlilləri ondan ibarətdir ki, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
31. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin vəkili X2 və nümayəndəsi XXX kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.
32. Məhkəmə kollegiyasının İddiaçı vəkili Vəkil1 kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Əmək Məcəlləsi Maddə 70 (bənd “ç”). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən əsaslarla ləğv edilə bilər. Maddə 71 (3-cü hissə). İşəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. (bənd “e”). Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir; Maddə
300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bə rpaedilməsi barədə qətnaməvə ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edi lməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apelyasiya instansi yası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
37. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
38. İddia tələbi i şə bərpa barədədir. İddiaçı 19.06.2020-ci il tarixli əmrə əsasən tutduğu vəzifədən Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən azad edilməsini qanunsuz hesab etmiş və bunu belə əsaslandırmışdır ki, işdən çıxarılmağının əsas səbəbi əmrdə həvəsləndirmə tədbirlərinin həyata keçirilməsi, o cümlədən ona pul mükafatının verilməsi üçün müəyyən edilmiş qaydalara zidd yollara əl atması, bununla da “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərin X5”nin 3.10-cu yarımbəndinin tələbini pozması kim rəsmiləşdirilmişdir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyinin pozulmasının sübut edilməsindən asılıdır.
40. Hər iki instansiya məhkəmələrinin müəyyən etdiyi işin hallardan görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələbləri pozulub.
41. Qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün qiymətləndirmə aparmış və qeyd etmişdir ki, işçinin X3 prinsip və normalarına əməl etməyərək xidməti intizam qaydalarını pozması” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsinə əsas ola bilməz. İddiaçının müraciətləri nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına (qanunla qorunan mənafelərinə) ziyan dəyməsi halı ümumiyyətlə müəyyən edilməmişdir.
42. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbi və cavabdehin apellya siya şikayəti üzrə hazırki qərarın 21-27-ci bəndlərində əks edilən dəyərləndirməsini və gəldiyi nəticəni əsaslı hesab edir. Həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellyasiya məhkəməsi işin müəyyən edilmiş hallarını Azərbaycan Respublikasının Konstitusiyası və əmək qanunvericiliyinin tələblərinə uyğun qiymətləndirmiş, cavabdehin iddia müddətinin keçməsi barədə apellyasiya şikayətinin dəlillərini işdəki sənədlərlə təkzib etmişdir.
43. Apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
44. Tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın təmin edilməsinə əsas vermişdir.
45. Həmçinin apellyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Mə cəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
46. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
47. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh XXX kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli, 2(103)4872/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.