Məhkəmə qərarları › İş №2(102)-5801/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5801/2022

22.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5801/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsindən istifadə hüququnun olmamasının təsbit edilməsi barədə iddia Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1495/2022 nömrəli, 6 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən veril miş kassasiya şikayətinə dair işə 22 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi H.Quliyev küçəsində yerləşən 14 saylı evin 81 saylı mənzili (bundan sonra - mübahisəli mənzil) İddiaçı (bundan sonra iddiaçı) mülkiyyətindədir. Həmin mənzilin alğı-satqı müqaviləsi xx.xx.2003-cü il tarixdə bağlanmışdır.

2. Cavabdeh1 (bundan sonra - cavabdeh) ilə iddiaçının oğlu X4 21 sentyabr 2001-ci il tarixdə rəsmi nikaha daxil olmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 noyabr 2009-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Onların nikahından xx.xx.2002-ci ildə doğulmuş Cavabdeh2 nikah pozulduqdan sonra anası Cavabdeh1 yanında qalması qət edilmişdir.

3. Cavabdehlə r Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzildə 2004-cü ildən qeydiyyatda olsalar da uzun müddətdir ki, həmin ünvanda yaşamırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi H.Quliyev küçəsində yerləşən 14 saylı evin 81 saylı mənzilindən cavabdehlərin istifadə hüquqlarının olmamasının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi H.Quliyev küçəsində yerləşən 14 saylı evin 81 saylı mənzili tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cav abdeh1 iddiaçının oğlu Yuriy Potapovla ailə münasibətləri 2006-cı ildə pozulmuş və cavabdeh iddiaçıya məxsus olan mənzildən həmin il çıxıb getmişdir. Cavabdeh hal-hazırda iddiaçının ailə üzvü deyil. Cavabdehlə artıq 14 ildir ki, heç bir əlaqələri yoxdur. Cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda olması formal xarakter daşımaqla yanaşı, iddiaçının mülkiyyətçi kimi hüquqlarını da pozur.

6. Cavabdehlər birinci instansiya məhkəməsinin iclasında iştirak etməmiş, iddia tələbinə qarşı yazılı etiraz və mülahizə təqdim etməmişlər.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7 aprel 2021-ci il tarixli, 2(010)1716/2021 nömrəli qətnaməsi ilə (hakim N.C.Rzayeva) iddia təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanına dair istifadə hüququ olmaması müəyyən edilmiş, bu qətn amənin Cavabdeh1, Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 14, 81 saylı mənzilə olan qeydiyyatının ləğv edilməsi üçün əsas olduğu qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzil cavabdehin iddiaçının oğlu ilə rəsmi nikaha daxil olduqdan sonra, yəni 2004-cü ildə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Cavabdeh iddiaçının keçmiş gəlinidir, 2004-cü ildən mənzildə qeydiyyatdadır və həmin ünvanda yaşamışdır, 2004-cü ildə sonuncunun mülkiyyətində olan mənzilə köçdüyü işin mübahisə olunmayan halıdır. Bu isə o deməkdir ki, tərəflər arasında sözügedən mənzillə bağlı münasibətlər həmin tarixdən sonra yaranmaqla iddia tələbinə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mülki Məcəllənin müddəaları baxımından qiym ət verilməklə mübahisə həll edilməlidir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlər mübahisəsi gedən mənzilin mülkiyyətçisi olmuş iddiaçının oğlu X4 arasında nikah münasibətlərinə xx.xx.2009cu il tarixdə xitam verilmiş, mübahisəli mənzildə yaşadığı dövrdə mənzilin mülkiyyətçisi tərəfindən notariat qaydada təsdiq olunmuş razılıq verilməmiş və beləliklə onun mübahisəli mənzildə istifadə hüququ yaranmamış, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Cavabdeh1 mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. İddiaçının mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneəsiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməli, mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalıdır. Cavabdehlər iddiaçının mənzilində yaşamasa da mənzildə onun pasport qeydiyyatı formal olaraq saxlanılmışdır.

10. Məhkəmə onu da qeyd etmişdir ki, cavabdeh iddiaçının mənzilində uzun müddət yaşamamış, cavabdehin mübahisə predmeti təşkil edən mənzildən istifadə hüququ mənzil qanunvericiliyinin müddəalarına görə xitam verildiyindən cavabdeh qeyd olunan mənzildən qeydiyyatdan çıxmamaqla iddiaçının öz mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını, öz mülkiyyətindən maneəsiz istifadə hüququnu məhdudlaşdırır. Cavabdehin həmin ünvanda qeydiyyatı formal xarakter daşıyır. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə, Mülki M əcəllənin 146.1, 146.2, 228-ci maddələrinə Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir.

13. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə iclasında onların iştirakı təmin edilməmiş, Cavabdeh2 məhkəmə baxışı zamanı hərbi xidmətdə olmuşdur. İddiaçı nəvəsi Cavabdeh2 hərbi xidmətdə olduğunu bilsə də, məhkəmədən bu halı gizlətmişdir. Cavabdeh1 iddiaçının oğlu Yuriy Potapovla 21 se ntyabr 2001-ci ildə nikaha daxil olduqdan sonra iddiaçının razılığı ilə yaşadığı və mülkiyyətində olan mübahisəli mənzilə köçmüşdür. 2004-cü ildə iddiaçı onları mülkiyyətində olan mübahisəli mənzilə qeydiyyata salmışdır. Yuriy Potapovla nikah pozulduqdan sonra mənzildə birgə yaşamaq mümkün olmamış, ona görə də o, oğlu ilə birlikdə valideynlərinin yanında qalmağa məcbur olmuşdur. İddiaçının mübahisəli mənzilə mülkiyyət hüquqları 07 yanvar 2004-cü ildə qeydiyyata alınmışdır. O, gəlin köçəndən, yəni 2001-ci ildən iddiaçı ilə birlikdə yaşayaraq birgə təsərrüfat aparmışlar. Həmin mənzildə övladı dünyaya gəlmişdir. Təbii ki, onun mənzildə yaşayış sahəsindən istifadə hüququ yaranmışdır, çünki 2001-ci ildən həmin mənzildə bütün ailə üzvlərinin, o cümlədən iddiaçının razılığı ilə köçüb yaşamağa baş lamış, 15 aprel 2002-ci il tarixdə oğlu Cavabdeh2 doğulmuş, 2004-cü il tarixdə həmin mənzilə istifadə hüquqlarını mülkiyyətçi də tanımış və mənzilə pasport qeydiyyatına alınmışlar. Eyni zamanda qanunverici iddiaçıya onlara mənzildən istifadə hüququna xitam vermək üçün bazar qiyməti ilə kompensasiya verilməsi yolunu da müəyyən etmişdir.

14. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 6 aprel 2022-ci il tarixli, 2(103)-1495/2022 nömrəli qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və E.C.Kazımov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia təmin edilmişdir.

15. Apellyasiya instansiyası qətnamənin ləğvini onunla əsaslandırmışdır ki, biri nci instansiya məhkəməsi iddianı təmin etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Lakin işə baxılarkən prosessual hüquq normaları pozulmuşdur. Belə ki, cavabdehlərin məhkəmə iclasında iştirakları təmin edilməmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi işin faktik halları kimi müəyyən etmişdir ki, Cavabdeh1 iddiaçının oğlu Yuri Potapovla 2001-ci ildə nikaha daxil olub ailə qurduqdan sonra Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi H.Quliyev küçəsində yerləşən 14 saylı evin 81 saylı mənzilinə köçmüşdür. Həmin dövrdə mənzil İddiaçı mülkiyyətində olmamış, sonuncunun mənzil üzərində mülkiyyət hüququ 2004-cü ildə yaranmış, hər iki tərəf 2004-cü ildə qeyd olunan mənzilə pasport qeydiyyatına a lınmışlar. İddiaçının nümayəndəsi Yelena Məmmədova tərəfindən məhkəməyə təqdim olunmuş 28 noyabr 2003-cü il tarixli alğı-satqı müqaviləsinin surətindən görünür ki, anası İddiaçı həmin mənzili qeyd olunan alğı-satqı müqaviləsinə əsasən əldə etsə də, müqavilə bağlanmamışdan bir neçə il əvvəl bu alğı-satqı baş tutmuş, sənədləşmə isə 2003-cü ildə həyata keçirilmişdir.

17. Cavabdeh1 nə 2001-ci ildə həmin mənzilə köçəndə, nə də 2004-cü ildə qaynanası İddiaçı mənzil üzərində mülkiyyət hüququ qeydə alınarkən mənzildən istifadə hüququ əldə etməmişdir. Belə ki, 2001-ci ildə mənzilin mülkiyyətçisi başqa şəxs - X3 olmuş, Cavabdeh1 2004-cü ildə mənzildən mülkiyyət hüququ əldə edən İddiaçı ailə üzvü olmamışdır.

18. Cavabdehlər Cavabdeh1 mübahisəsi gedən mənzilin mülkiyyətçisi olmuş Potapova X1 Yuriy L eonidoviçlə nikah münasibətlərinə 09 noyabr 2009-cu il tarixdə xitam verilmiş, mübahisəli mənzildə yaşadığı dövrdə mənzilin mülkiyyətçisi tərəfindən Cavabdeh1 notarial qaydada təsdiq olunmuş razılıq verilməmiş və beləliklə onun mübahisəli mənzildən istifadə hüququ yaranmamaqla, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.

19. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 noyabr 2009-cu il tarixli qətnaməsinə əsasən X2 Cavabdeh1 arasında nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş 15 aprel 2002-ci il təvəllüdlü Cavabdeh2 anası Cavabdeh1 yanında saxlanılmışdır. 2006-cı ildə Cavabdeh1 azyaşlı övladı Cavabdeh2la birlikdə mübahisəli mənzili tərk etdikdən sonra geri qayıtmamış, həmin mənzilə köçürülmək barədə məhkəmədə iddia qaldırmamış və qeyd olunan yaşayış sahəsind ən istifadə etməyə ehtiyacının olmadığını nümayiş etdirmişdir. Məhkəmə qətnaməsinə əsasən Cavabdeh2 yaşayış yeri anası Cavabdeh1 yaşayış yeri olduğundan və cavabdehlər 2006-cı ildən mübahisəli mənzildə yaşamadıqlarından, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hər iki cavabdehə qarşı hazırkı iddianı təmin etməkdə haqlı olmuşdur.

20. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 228.2 və 228.5-ci maddələrinə əsasən əmələ gələn münasibətlər üzrə hüquqi mövqeləri ifadə edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh2 (vəkil X5) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv e dilməsini və iddianın ona aid olan hissəsində rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Konstitusiyada nəzərdə tutulan hüququ məhkəmə tərəfindən kobud şəkildə pozulmuşdur. Apellyasiya instansiya məhkəməsi onun yaşayış sahəsindən istifadə hüququnun olduğu halda mübahisəli mənzilə dair istifadə hüququnun olmamasını müəyyən etmişdir. Qanun mənzildən istifadə hüququna xitam vermək üçün bazar qiyməti ilə kompensasiya verilməsi yolunu müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir. Belə ki, iddiaçı 2004cü ildə iddiaçı onları mübahisəli mənzilə qeydiyyata salmışdır. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən valideynlərinin nikahı pozulmuşdur və boşanmadan sonra anasının yanında qalması müəyyən edilmişdir. Lakin valideynlərimin nikahı pozulduqdan sonra birgə mənzildə yaşaması mümkün olmamışdır, çünki iddiaçı anasını qovmuşdur. Anası Cavabdeh1 məcburiyyət qarşısında qalıb cavabdehi götürüb valideynlərinin evinə getmişdir. O vaxtlar uşaq olub, anası Cavabdeh1 mübahisəli mənzilə iddiaçının razılığı əsasında 2001-ci ildə nikaha daxil olduqdan sonra köçmüşdür. O vaxt mübahisəli mənzilə mülkiyyət hüquqları ilə bağlı məhkəmə mübahisəsi olmuşdur. Ona görə də sənədləşmə 2003-cü ildə həyata keçirilmişdir. Məhkəmə səhv olaraq Cavabdeh1 iddiaçı ilə münasibətlərinin 2004-cü ildən yaranması nəticəsinə gəlmişdir. Anası 2001-ci il tarixdə ailə qurmuşdur və mübahisəli mənzilə köçmüşdür. İddiaçının mübahisəli mənzilə mülkiyyət hüquqları xx.xx.2004-cü ildə qeydiy yata alınmışdır. Anası gəlin köçəndən yəni, 2001-ci ildən iddiaçı ilə birlikdə yaşamış, birgə təsərrüfat aparmış, bir qazandan yemək yemişlər. Həmin mənzildə xx.xx.2002-ci il tarixdə doğulmuşdur. Təbii ki, onun mənzildən istifadə hüququ yaranmışdır, çünki 2001-ci ildən həmin mənzildə bütün ailə üzvlərinin, o cümlədən iddiaçının razılığı ilə anası gəlin köçüb mübahisəli mənzildə yaşamış, daha sonra doğulmuş, iddiaçı ilə birgə təsərrüfat aparmışıq, bir qazanımız olub. Onun mübahisəli mənzilə istifadə hüququm yaranmışdır, iddiaçının yazılı razılı əsasında anası və cavabdeh mübahisəli mənzilə qeydiyyata alınmışlar. Onun mənzildən istifadə hüququ illər öncə doğulduğu andan yaranmışdır. Məhkəmə cavabdehin iddiaçının ailə üzvü olmaması barədə səhv nəticəyə gəlmişdir. Atasının övladı-iddiaçının nə vəsi ailə üzvüdür. Məhkəmə gəldiyi nəticəni əsaslandırmamışdır. 18 yaşı tamam olduqdan sonra qeydiyyatda olduğu mübahisəli mənzilin yerləşdiyi ünvan üzrə hərbi xidmətə çağırılmışdır və ikinci Qarabağ müharibəsinin iştirakçısıdır. Birinci instansiya məhkəməsi nənəsinin iddiasına baxarkən ikinci Qarabağ müharibəsində olmuş, iddiaçı bunu bildiyi halda məhkəmədən gizlətmişdir. Hərbi xidmətdə-müharibədə olduğu ərəfədə məhkəmə cavabdehin mübahisəli mənzildən istifadə hüququnun olmamasını müəyyən etmişdir. Apellyasiya instansiya məhkəməsi işin həqiqi halına düzgün hüquqi qiymət vermədiyi üçün səhv nəticəyə gəlmişdir. Göstərilən maddi normaları düzgün tətbiq etməmişdir. Məhkəmənin hərbi xidmətdə olan bir vətəndaşın mənzildən istifadə hüququnun olmamasını müəyyən etməsi qanunsuzdur. b) Kassasiya şi kayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (21 oktyabr 2005-ci il tarixli Qanunla əlavə edilmişdir).

25. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şə xslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

26. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.

27. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətç inin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qə rardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

35. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya insta nsiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş halları bu qərarın 1-3-cü bənd lərində əksini tapmışdır.

40. Qeyd olunmalıdır ki, təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübah isələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

42. Cavabdehlərin iddiaçının mənzilindən istifadə üzrə münasibətləri də xx.xx.2000-ci ildən sonra yarandığına görə, İddia tələbinin maddi hüquqi əsası kimi yaşayış sahəsinin Mülki Məcəllənin 228-ci maddəsi nəzərdən keçirilməlidir. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq mübahisənin həllinə Mülki Məcəllənin 228-ci maddəsini tətbiq etmişdir.

43. MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində q eydə alınması.

44. Mülki Məcəllənin 228.1 və 228.5-ci maddələrinin tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin onunla bərabər istifadə etmək hüququ mülkiyyət hüququnun Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir. Yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur.... MM-in 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli qərarı).

45. Konstitusiya Məhkəməsi “N.S.Cəbrayılovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 fevral 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2 dekabr 2010-cu il tarixli Qərarında isə izah etmişdir ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı Mülki Məcəllənin 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir.

46. Apellyasiya instansiyası Mülki Məcəllənin 228-ci maddəsində yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün müəyyən olunmuş dispozisiya şərtləri əsasında cavabdehlərin mübahisəli mənzilə hüququnun yaranmasını təhlil etmiş və müəyyən etmişdir ki, mübahisəli mənzildə yaşadığı dövrdə mənzilin mülkiyyətçisi tərəfindən Cavabdeh1 notarial qaydada təsdiq olunmuş razılıq verilməmiş və beləliklə onun mübahisəli mənzildən istifadə hüququ yaranmamaqla, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.

47. Məhkəmə kollegiyası kassatorun yetkinlik yaşına çatmaması səbəbindən mübahisəli mənzilə dair iddia verə bilməməsi barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Ailə Məcəlləsinin 22.2.1- ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən edir.

48. Həmin Məcəllənin 60.4-cü maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. 49. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmaya nların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.

50. Bu normalar baxımından kassatorun yaşayış yeri anasının yaşayış yeri kimi müəyyən edilmişdir. Ümumiyyətlə nəzərə alınmalıdır ki, iddiaçının mülkiyyətində olmuş mənzildən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228-ci maddəsində müəyyən olunmuş əsaslar kassatora da aiddir.

51. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 v ə 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1495/2022 nömrəli, 6 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar