Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5802/2019 23.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.09.2018-ci il tarixli, 2(103)9389/2018 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli 2 (001)-2991/18 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh İddiaçı xüsu si mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıx Gəraybəyli küçəsi, ev 41, 75 nömrəli mənzilindən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.09.2018-ci il tarixli, 2(103)9389/2018 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ünvan 1-dən çıxarılması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı, 11.03.2015-ci il tarixli dövlət reyestrindən çıxarışına əsasən onun mülkiyyətindədir. Həmin mənzil Bakı Baş Tikinti İdarəsinin ailəvi yataqxanasının balansında olmuşdur. 2000-ci ilin axırlarına qədər o, həmin mənzildə həyat yoldaşı və qızı ilə birlikdə yaşamışdır. Lakin, 2000-ci ilin noyabr ayının 25-də Bakı şəhərində baş verən məlum zəlzələdən sonra mənzilin yerləşdiyi binada çat əmələ gəldiyi üçün digər sakinlər kimi onu da ailəsi ilə birlikdə həmin mənzildən 8 saylı Dəmir-Beton Məmulatları zavodunun həyətinə köçürmüşlər. Sonradan bina təmir edilərək sakinlərə təhvil verilərkən məlum olmuşdur ki, ona məxsus 75 saylı mənzili Ağdam rayonundan məcburi köçkün olan yaşlı ər-arvad zəbt etmişlər. Ona görə də o, mənzilə köçə bilməmişdir. Daha sonra isə həmin şəxslər 2004-cü ildə zəbt etdikləri mənzili Cavabdeh qeyri-rəsmi satmaqla onu həmin mənzilə köçürmüşlər. Cavabdeh Ağayeva X4 rayonundan məcburi köçkün olmaqla valideynləri və qardaşı ilə birlikdə ilkin olaraq Gəncə şəhərində, daha sonra isə Bakı şəhərinin Nəsimi rayonunda məskunlaşmışlar. Azərbaycan Respublikası Qaçqınlarının və X1 üzrə Dövlət Komitəsinin Bakı şəhər Binəqədi rayon sektorunun 06.12.2017-ci il tarixli məktubundan görünür ki, Kəlbəcər rayonundan məcburi köçkün olan Cavabdeh və digərləri -X6, X7 və X8 13.09.1999-cu il tarixdə Nəsimi rayonundan məcburi köçkün kimi qeydiyyatdan çıxaraq 15.09.1999-cu il tarixdə A.Gəraybəyli küçəsi, ev 41, mənzil 60-da məskunlaşmışlar. Həmin məktubda qeyd edilmişdir ki, Cavabdeh 2011-ci ildə ona məxsus ***ünvanında məcburi köçkün kimi qeydiyyata alınmışdır. Beləliklə, həmin arayışdan məlum olur ki, cavabdeh onun mənzilinə 2011-ci ildə məcburi köçkün kimi qeydiyyata alınmışdır. Cavabdeh onun mənzilinə 2011-ci ildə məcburi köçkün kimi qeydiyyata alındığından o, iddiaçının mənzilindən çıxarılmalıdır. İddiaçı müharibə veteranı olmaqla, 2-ci qrup əlildir, şəkər xəstəliyindən əziyyət çəkir. Ürəyindən əməliyyat olunmuşdur. Maddi vəziyyəti çox çətindir. Aldığı pensiya dərmanlarına və kirayə haqqına bəs etmir. Artıq uzun illərdir ki, cavabdehin təqsiri üzündən məcburiyyət qarşısında kirayədə qalır. Belə ki, o, öz xoşu ilə mənzildən çıxmaq istəmir. Cavabdehin valideynləri isə Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıx Gəraybəyli küçəs i, 41 saylı binanın 60 saylı mənzilini zəbt etmişlər. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ünvanına heç bir çağırış vərəqəsi təqdim olunmamışdır. Heç bir iclasda iştirak edə bilməmişdir. Bundan başqa, məhkəmənin gəldiyi nəticə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, məhkəmə tərəfind ən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hallar sübut olunmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPM-nin 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 27.09.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışa əsasən, ünvan 1 ünvanı İddiaçı xüsusi mülkiyyətində olmaqla daşınm az əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 2300 nömrəli reyestr kitabının 214077 nömrəli vərəqində, 11.03.2015-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Bakı şəhəri Binəqədi rayon sektoru tərəfindən verilmiş 06.12.2017-ci il tarixli məktubdan görünür ki, Kəlbəcər rayonundan məcburi köçkünlər X6, X7, Cavabdeh, X8 13.09.1999-cu il tarixdə, ünvan 2 ünvanında məcburi köçkün kimi qeydiyyata alınmışlar. Cavabdeh 2011-ci il tarixdə Binəqədi rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyi 102 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 16 saylı, 05.01.2011-ci il tarixli arayışına əsasən Binəqədi rayonu, ***ünvanına məcburi köçkün kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən Binəqəd i rayonu məhkəməsinə ünvanlanmış 11.05.2018-ci il tarixli məktubdan görünür ki, Kəlbəcər rayonundan məcburi köçkün Cavabdeh ünvan 5 ünvanında məcburi köçkün kimi müvəqqəti qeydiyyatdadır və həmin ünvanda yaşayır. Həmin şəxsin qeyd edilən ünvanda məskunlaşması Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilməmişdir. Eyni zamanda o, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən Dövlət Proqramına uyğun olara yaşayış sahəsi ilə təmin edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli, 1346 nömrəli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli, 298 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırı lması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əsasən Bakı və Sumqayıt şəhərlərində başqa vətəndaşlara məxsus olan mənzillərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi məqsədi ilə yaşayış evlərinin tikilməsi nəzərdə tutulmuşdur. X5 Əlavələrin icrası ilə əlaqədar evlər tikildikdən sonra başqa vətəndaşlara məxsus olan mənzillərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin, cümlədən Cavabdeh da yeni yaşayış sahəsinə köçürülməsinə qanunla nəzərdə tutulan qaydada baxılacaqdır. Hazırda, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin boş mənzil fondu olmadığı üçün Kəlbəcər rayonundan məcburi köçkün Cavabdeh başqa yaşayış sahəsi ilə təmin edilməsi imkan xaricindədir. ünvan 1 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı xüsusi mülkiyyət hüquqi ilə ona məxsus olan əmlak üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Cavbadeh həmin mənzildə məcburi köçkün kimi yerləşdiyini, mübahisə predmeti olan mənzilin iddiaçının xüsusi mülkiyyətində olduğunu, həmin mənzilə dair hər hansı hüququnun olmadığını etiraf etmişdir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində da şınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsas ən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göründüyü kimi, iddiaçının cavabdehin özünə məxsus mənzildən çıxarılması barədə iddia tələbi əsaslı və qanunidir. Cavabdeh tərəfindən mülkiyyətə buna hər hansı qanuni əsas olmadan müdaxilə edilməklə iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Bu isə öz növbəsində daxili qanunvericiliyinin yuxarıda şərh olunan pozuntusu ilə yanaşı, həm də Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Kollegiya qeyd edir ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulubpozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumi yyətlərə” məruz qalırlar. Hazırki mübahisəyə münasibətdə isə məcburi köçkün statusuna malik olan şəxslərin iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini zəbt etməsi və zəbt etmə faktının qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığın pozulmasına, həmçinin iddiaçının sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Cavabdehin qanunsuz müdaxiləsi nəticəsində iddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik, istifadə sərəncam vermək hüquqlarından məhrum olmuşdur. Digər tərəfdən “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsi, habelə “Məcburi köçkünlərin məskunlaşdırılması Qaydası”nın 4cü maddəsinin müddəaları tələb edir ki, məcburi köçkünlər özlərinə müstəqil surətdə yaşayış yeri taparkən digər şəxslərin mənzil hüquqlarını pozarlarsa, dövlət hakimiyyəti orqanları onları başqa yaşayış yerlərinə köçürməlidirlər”. Göründüyü kimi, istinad edilən qanun normasında da məcburi köçkünlərin müstəqil surətdə məskunlaşmasına yalnız o halda yol verilir ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmiş dir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Kassasiya şikayətinin onun məhkəmə iclasının keçirilməsi barədə müvafiq qaydada məlumatlandırılmaması ilə bağlı dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, bu dəlil əsassdır. Belə ki, iş materiallarında olan poçt qəbzindən (i.v. 69) görünür ki, cavabdeh qətnamənin qəbul edildiyi 27 sentyabr 2018ci il tarixli məhkəmə iclasının keçirilməsi barədə müvafiq qaydada məlumatlandırılmışdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respubl ikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.09.2018-ci il tarixli, 2(103)-9389/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5802/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5802/2019
23.09.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver