Məhkəmə qərarları › İş №2(102)-5802/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5802/2021

02.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5802/2021 02.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5208/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 02 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları ünvan 1 ünvanında yerləşən 52 saylı mənzil MA seriyalı ******* nömrəli çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ünvan 1 ünvanında yerləşən 52 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 ilə 22.12.2015-ci ildə nikaha daxil olmuşdur. Ailə həyatı qurduqdan sonra Zaur oğlu İslam ilə iddiaçının mülki yyətində olan ünvan 1 ünvanında yerləşən 52 saylı mənzilə köçmüşdürlər. İddiaçı ilə cavabdeh arasında olan nikah 21.01.2019-cu il tarixli məhkəmə qətnaməsi ilə pozulub. Nikah pozulduqdan sonra iddiaçı cavabdehlərdən dəfələrlə mənzili tərk etməyi tələb etsə də, cavabdehlər onun bu tələbinə əməl etməmişlər. Odur ki, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Rüstəmli, iş № 2(009)-3101/2019) iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 52 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılması, hazırkı qətnamə Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 52 saylı mənzilə olan yaşayış yeri üzrə pasport qeydiyyat ının ləğvi üçün əsas olması qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisə predmeti olan mənzillə bağlı tərəflər arasında mülki hüquq münasibətləri 2015-ci il tarixdə yaranmışdır. Cavabdehlər qeyd olunan qanunvericiliyin tələblərinə əsasən artıq iddiaçının ailə üzvü statusunu itirmiş və bu səbəbdən qanunvericiliyə uyğun olaraq sözügedən mənzilə olan istifadə hüquqlarına xitam verilməli və həmin mənzildən çıxarılmalıdırlar. Məhkəmə eyni zamanda hesab etmişdir ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi qanunidir. Onun xüsusi mülkiyyətində olan mənzilə dair hüququ cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Odur ki, iddiaçı cavabdehlərin ona məxsus mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır, buna görə də iddia tələbi əsaslı olduğundan təmin edilərək, cavabdehlər mübahisəli mənzildən çıxarılmalıdırlar. Apellyasiya instansiyası məhkəməsində icraat Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayəti verərək onun ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər, apellyasiya şikayətlərində məhkəmənin maddi hüquq normalarının tələblərini pozması, tətbiq olunmalı qanunvericiliyi tətbiq etməməsi, məhkəmə iclasında cavabdehlərin iştirakını təmin etməməsi arqumentlərini irəli sürməklə, şikayətlərini eyni məzmunda olmaqla onunla əsaslandırmışlar ki, iddia çı ilə Cavabdeh1 2015-ci il dekabr ayında faktiki nikaha daxil olaraq ailə qurmuşlar. Onların nikahları rəsmiləşənədək Cavabdeh1, iddiaçının mənzilini əsaslı təmir etmişdir. Çünki həmin vaxt mübahisəli mənzildə yaşamaq mümkün deyildir. Mənzilin təmirində Cavabdeh2 da iştirak etmiş və bu işə böyük əmək sərf etmişdir. Buna görə də iddiaçı Cavabdeh1 da mənzildən istifadə etməsinə razılıq vermiş və onu həmin mənzilə qeydiyyata aldırmışdır. Lakin bir müddət sonra iddiaçı Cavabdeh1 qarşı məhkəmədə boşanma barədə iddia qaldırmışdır. Bildirirlər ki, iddiaçı Cavabdeh1la nikaha girərkən səmimi olmamış və məqsədi onların vəsaiti hesabına evinə təmir etdirmək olmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi ), V.Ağayev və E.Həsənov, iş № 2(103)5208/2020) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)3101/2019 saylı iş üzrə 13 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlərin mübahisəsi gedən mənzilin mülkiyyətçisi İddiaçı özlərinin saxlanılmasını tələb etmək hüququ olmadığından, ona məxsus yaşayış sahəsindən istifadə etmək səlahiyyətləri də ola bilməz; buna görə də, birinci instansiya məhkəməsinin iddiaçının iddia tələbi üzrə gəldiyi qənaət həm işin mübahisələndirilməyən hallarına, həm də mülki qanunvericiliyə uyğun olmuş, məhkəmə tərəfindən haqlı olaraq iddia tələbi təmin edilmişdir. Kollegiya apelly atorların iddiaçıya məxsus mənzilin olan tərəfindən təmir edilməsi ilə bağlı arqumentina dair onu qeyd etmişdir ki, cavabdehlərin iddiaçıya qarşı məhkəməyə müstəqil iddia tələbi ilə müraciət edərək mənzilin təmirinə sərf etdikləri vəsaiti geri tələb etmək hüquqları vardır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)5208/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, apellyasiya şikayətində göstərildiyi kimi birinci instansiya məhkəməsi cavabdehlərin məhkəmə iclasında iştirakını təmin etməmiş buna görə onlar hüquqlarını müdafiə etmək imkanından məhrum olmuşlar. Bu halda apellyasiya instansiyası məhkəməsi cavabdehlərə məhkəmə bildirişlərinin göndərilib-göndərilməməsi, əgər göndərilmişdirsə həmin bildirişlərin onlara çatıb-çatmaması, bildirişlər çatdırılmamışdırsa bunun səbəbləri aydınlaşdırılmalı idi. Lakin məhkəmə bu dəlilləri araşdırmamış, hətta özü də cavabdehlərin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin digər dəlilinə əhəmiyyət verməmişdir. Həmin dəlil ondan ibarət idi ki, «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının 22 yanvar 2015-ci il tarixli qərardadında qeyd edilir ki, keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərin maraqlarında ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətdə istifadə etmək hüququnun saxlanması məsələsini həll etməlidir. Lakin birinci instansiya məhkəməsi qətnamədə bu məsələyə ümumiyyətlə münasibət bi ldirməmişdir. Ona görə də apellyator həmin məsələni apellyasiya şikayətində dəlil olaraq göstərmişdir. Qeyd edilməlidir ki, İddiaçı Cavabdeh1la nikaha girərək səmimi olmamış və məqsədi Cavabdeh1 vəsaiti hesabına öz mənzilini təmir etdirməkdən ibarət olmuşdur. Öz niyyətinə nail olduqdan sonra isə boşanıb və bunun ardınca Cavabdeh1 həmin mənzildən çıxarılması barədə iddia irəli sürüb. İşə baxan məhkəmələr isə qətnamə çıxararkən işin hallarının heç birini, həmçinin nikaha daxil olanadək əzab-əziyyətlə topladığı pul vəsaitini iddiaçının evinin təmirinə xərclədiyi üçün, həmin mənzildən çıxarılacağı halda özünə başqa yaşayış yeri əldə etmək imkanın olmadığını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hal larının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 Təvəkgül oğlu kassasiya şikayəti vermiş, qətnamənin tam ləğv olunmasını xahiş etmişdir. Qeyd edilməlidir ki, tələb bölünən olduğundan və cavabdehlərdən yalnız Cavabdeh1 kassasiya şikayəti verdiyindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinə münasibətdə qismən yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. 29-cu maddəsinə görə də hər kəsin mülkiyyət hüququ vardır. Mü lkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslərlə yaşayış binasınadan istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanılan, notariat qaydasında təsdiqlənən yazılı razilaşma ilə müəyyənləşdirilir. 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1.-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi il ə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2.-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3.-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4.-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5.-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. Konstitusiya Məhkəm əsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödə nilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəz i müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətindən imtina edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 yanvar 2015-ci il tarixli qərardadında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdır. Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkə məsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddə sinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların ver diyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. KonstitusiyaMəhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisn anı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir.... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə həll olunarkən maddi hüquq normaları pozulmuş, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması, sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Məhkəmələrin müəyyən etdiyi işin hallarından görünür ki, iddiaçı Cavabdeh1 ilə 22.12.2015-ci ildə nikaha daxil olmuşdur. Ailə həyatı qurduqdan sonra Zaur oğlu İslam ilə iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 52 saylı mənzilə köçmüşlər. İddiaçı ilə cavabdeh arasında olan nikah 21.01.2019-cu il tarixli məhkəmə qətnaməsi ilə pozulmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən, həmin mövqe ilə razılaşan apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, mübahisə predmeti olan mənzillə bağlı tərəflər arasında mülki hüquq münasibətləri 2015-ci il tarixdə yaranmışdır. Cavabdehlər qeyd olunan qanunvericiliyin tələblərinə əsa sən artıq iddiaçının ailə üzvü statusunu itirmiş və bu səbəbdən qanunvericiliyə uyğun olaraq sözügedən mənzilə olan istifadə hüquqlarına xitam verilməli və həmin mənzildən çıxarılmalıdırlar. Məhkəmələr bu nəticəyə gələrkən isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad etmişlər. Qeyd edilməlidir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. İddiaçı ilə Cavabdeh1 arasında ailə münasibətlərinə xitam verildiyindən cavabdehin həmin mənzildə istifadə hüququnu saxlanmaması ilə bağlı məhkəmələrin mövqeyi düzgündür. Lakin istinad olunan normanın davamında isə göstərilir ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının 22 yanvar 2015-ci il tarixli qərardadında qeyd edilir ki, keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərin maraqlarında ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətdə istifadə etmək hüququnun saxlanması məsələsini həll etməlidir. Apellyasiya şikayətinin dəlilləri cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaması və məhkəmələr tərəfindən ailə münasibətləri pozulduqdan sonra yaşayış sahəsində istifadə hüququnun müəyyən müddətə saxlaması ilə bağlı qanunvericilikdə müəyyən edilən halların məhkəmələr tərəfindən müzakirə edilməməsinə yönəlmişdir. Baxılan iş üzrə qeyd edilməlidir ki, apellyasiya məhkəməsi t ərəfindən normanın göstərilən hissəsi üzrə hər hansı araşdırmanın aparılması müəyyən edilmir. Belə ki, iddianın tam təmin olunması zamanı məhkəmə ilkin olaraq cavabdehin mübahisə edilən mənzildə yaşamaqda davam etdiyini nəzərə almalı, onun başqa yaşayış yerinə (mülkiyyət hüquq və ya hər hansı digər əsasla) malik olmasını, özünü yaşayış yeri ilə təmin etmək imkanına malik olmasını araşdırmalı və bundan sonra isə cavabdehin yaşayış sahəsindən istifadə hüququnun müəyyən müddətə saxlanılmalı olub-olmamasını müzakirə etdikdən sonra nəticəyə gəlməli idi. Qeyd olunan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə həll olunarkən maddi hüquq normaları pozulmuş, təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət verməmişdir, bu baxımdan iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə qismən ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5208/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsi qismən – “Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 52 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və onun həmin mənzildən çıxarılması, hazırkı qətnamənin Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 52 saylı mənzilə olan yaşayış yeri üzrə pasport qeydiyyatının ləğvi üçün əsas olması” hissəsində ləğv edilsin və həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar