Məhkəmə qərarları › İş №2(102)-5802/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5802/2022

22.11.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5802/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Yasamal Rayon Su Kanal İdarəsinə, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (Azərbaycan Respublikası Həmkarlar ittifaqı Konfederasiyası müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa olunması, ştatların ixtisarı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh ASC-nin Yasamal Rayon Su Kanal İdarəsinə, Cavabdeh ASC-yə (Azərbay can Respublikası Həmkarlar ittifaqı Konfederasiyası müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «işə bərpa, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4316/2022 nömrəli, 20 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh ASC-nin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə 22 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC-nin Yasamal Rayon Su Kanal İdarəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 05 nömrəli əmək müqaviləsinə əsasən, İddiaçı xx.xx.2017-ci il tarixdən "xxxx" ASC-nin Yasamal Rayon Su Kanal İdarəsinin kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat iş ləri sahəsinə 14-cü dərəcə ilə şöbə rəisi vəzifəsinə işə qəbul edilmişdir.

2. Sukanal İdarəsinin “Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsi” 8 ştat vahidindən (1 şöbə rəisi, 4 kadrlar üzrə mütəxəssis, 1 arxiv müdiri, 2 kargüzar) ibarət olmuşdur.

3. Cavabdeh ASC-nin Yasamal rayon Sukanal İdarəsinin ştat cədvəlinə dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli, 110 nömrəli əmrinə əsasən xx.xx.2021-ci il tarixdən Yasamal rayon Sukanal İdarəsinin “Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsi” ləğv edilmiş, yeni “Kadrlar şöbəsi” və “Kargüzarlıq və təsərrüfat işləri şöbəsi” yaradılmışdır. “Kadrlar şöbəsi”nin yeni ştatları 5 (1 şöbə rəisi, 4 kadrlar üzrə mütəxəssis), “Kargüzarlıq və təsərrüfat işləri şöbəsi”nin yeni ştatları 3 (1 şöbə rəisi, 2 kargü zar) ştatdan ibarət təsdiq olunmuşdur.

4. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürənin 117-k saylı, xx.xx.2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər "xxxx" ASC-nin Yasamal Rayon Su Kanal İdarəsinə və Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin Yasamal Rayon Su Kanal İdarəsinin əmək müqaviləsinə xitam verilməsi haqqında 117-k, xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi, cavabdehlə bağlanmış əmək müqaviləsinin bərpası, məcburi buraxılmış dövr üçün əmək haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması, iddiaçıya dəymiş maddi zi yana görə 5000 manat, mənəvi zərərə görə 5000 manat, ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 52 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, iddiaçı son on ildir Cavabdeh ASC-nin müxtəlif struktur bölmələrində və ərazilərində müxtəlif vəzifələrdə çalışmışdır. Lakin İdarəyə yeni rəhbər gəldikdən sonra onun tərəfindən iddiaçıya qarşı kiçik təzyiqlər başlanmışdır. İdarə daxilində keçirilmiş bir sıra toplantı və görüşlərdə hər hansı bir səbəb göstərilmədən iddiaçı toplantıda iştirakdan əsassız olaraq kənarlaşdırılmışdır. İdarədə hər hansı bir ixtisar rəsmi olaraq aparılmadan iddiaçının çalışdığı müəssisədə təşkilati struktur da və ştat cədvəllərində dəyişikliklərin aparılmasından sui-istifadə edilməklə ixtisar adı altında iddiaçı əsassız olaraq işdən azad olunmuşdur. Daha sonra İdarədə idarəetmə strukturunun təkmilləşdirilməsi istiqamətində işlər aparılmış və nəticədə, iddiaçının tutduğu vəzifə də bir ştat vahidi olaraq bir neçə vəzifələrə ayrılmışdır. Onunla əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi əsas tutularaq xitam verilmişdir. Əslində ştat vahidinin ixtisarı yox, idarə üzrə idarəetmə strukturunun təkmilləşdirilməsi prosesi aparılmışdır. Buna səbəb isə, iddiaçının çalışdığı şöbənin bir neçə istiqamət və ixtisas üzrə fəaliyyət göstərməsi, iş yükünün artıq olması olub. Belə olduğu təqdirdə məhz bir neçə vəzifədən ibarət olan ştat vahidi ləğv olunaraq, o nun əsasında bir neçə ştat vahidinin yaradılması nəzərdə tutulmuşdur. Ancaq buna baxmayaraq cavabdeh bu vəziyyətdən suiistifadə etməklə iddiaçının ştat vahidini ləğv edərək ayrılıqda yaranmış vəzifələr üzrə başqa bir iş ona təklif etməmişdir. Hesab edir ki, bu əmr qanunsuzdur. Çünki əvvəla iddiaçının tutduğu ştat ixtisar edilməmiş, sadəcə ləğv olunaraq müxtəlif şöbələrə ayrılmaqla bölünmüşdür. Lakin əmrdə iddiaçının tutduğu ştat vahidinin guya ixtisar olunması səbəbi göstərilib. Yaranmış fərdi əmək mübahisəsinin məhkəmədənkənar qaydada həll olunması üçün edilən müraciətlər və mediasiya prosesi nəticəsiz olmuşdur.

7. Birinci instansiya məhkəməsində Cavabdeh ASC-nin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı öz iddia ərizəsində göstərdiyi kimi kargüzarlıq, təsərrüfat və kadrlarla iş aparan şöbənin rəisi olmuşdur. Həmin şöbə böyük həcmli olduğu üçün qarışıqlıq yaradırdı və onun bölünməsinə, işin tənzimlənməsinə zərurət yaranmışdı. Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən onların işəgötürən olaraq, struktur dəyişikliyi etmək ixtiyarı var və buna istinad edilərək, həmin şöbə ləğv edilmişdir. Mövcud ştatlar şöbənin tərkibindən çıxarılmış və onun bazasında 2 müxtəlif şöbə yaradılmışdır. İddiaçının işdən azad edilməsi zamanı Əmək Məcəlləsinin tələblərinə riayət olunmuşdur. Əmrdən sonra işçiyə şöbənin ləğv edilməsi barədə xəbərdarlıq məktubu təqdim edilmiş, lakin iddiaçı xəbərdarlıq məktubunu götürməkdən imtina etmiş və bu barədə akt tərtib olunmuşdur. Xəbərdarlıq verildikdən sonra Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, razılıq alınması üçün Həmkarlar İttifaqı Komitəsinə müraciət olunmuş Komitənin razılığı alınmışdır. Bundan sonra əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilmişdir. Əmrdə göstərilir ki, “şöbə ləğv edilsin və ştatlar çıxarılsın”. Bu isə ixtisar deməkdir. Onlar xəbərdarlığı ixtisarla bağlı vermişdir. Məzuniyyətlə bağlı isə iddiaçı tərəfindən müraciət olmamışdır. Məzuniyyətə çıxmağı ilə bağlı iddiaçıya heç bir imtina cavabı verilməmişdir. İddiaçı pensiya yaşına çatmışdır. İddiaçı əvvəl işlədiyi dövrdə əlilliyə görə pensiya almışdır. Bundan başqa iddiaçı şöbə rəisi olmasına baxmayaq, xəstə olduğu üçün uzun müddət işdə olmamışdır, hazırda da müalicə alır. İddiaçıya qarşı heç bir şəxsi qərəzlik olmamışdır. İddiaçının şöbəsi eyni zamanda kadr işi ilə məşğul olduğu halda onun əmək qanunvericiliyindən xəbəri yoxdu r. Kadrlarla bağlı sənədlərin dövriyyəsini bilmək üçün kompüteri işlədə bilmir və “Word”, “Excel” kimi proqramları bilmir. Təsərrüfat işləri ilə bağlı mal-materialın giriş-çıxışının uçotu kompüterdə aparıldığı halda bu işləri də bacarmır. Eyni zamanda kargüzarlıq qaydalarını da bilmir. İddiaçıya qarşı heç bir qərəzlilik olmamışdır. İddiaçı işini bilmədiyi halda əvvəlki müdir onu yola verdiyi üçün bir neçə il işləməyinə baxmayaq, yeni müdir gələndə onunla işləmək istəməmişdir. İddiaçının işinə səhlənkarlığının və biliklərə malik olmamasının sübutunu real kompüter arxasında göstərə bilər.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (2(004)-1405/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.T.Axundova) iddia qismən təmin edilmiş, cavabdeh Azərsu" ASC-nin Yasamal Rayon Su Kanal İdarəsinin əmək müqaviləsinə xitam verilməsi haqqında 117-k saylı, xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı "xxxx" ASC-nin Yasamal Rayon Su Kanal İdarəsində əvvəlki iş yeri və vəzifəsinə uyğun işlə təmin edilməsi, İddiaçı xx.xx.2021-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

9. Məhkəmə hesab etmişdir ki, iddia tələbi əmrin ləğv edilməsi hissəsində əsaslıdır. Belə ki, işdən azad edilmə barədə xx.xx.2021-ci il tarixli əmrdən müəyyən olunur ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidi ixtisar edildiyinə görə işçi ilə əmək müqaviləsi ləğv edilmişdir. Qeyd edilən maddəyə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən ya işçilərin sayı ixtisar edildikdə, ya da ştatları ixtisar edildikdə ləğv edilə bilər. Sözügedən əmrdə ştat vahidinin ixtisarı əsası göstərilmişdir. Lakin iş materiallarında olan Cavabdeh ASC-nin Yasamal rayon Sukanal İdarəsinin 2021-ci il üçün ştat cədvəlinə 14 nömrəli dəyişikliyə əsasən 14-cü dərəcə ilə şöbə rəisi və digər vəzifələri özündə ehtiva edən Yasamal rayon Sukanal İdarəsinin Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsi xx.xx.2021-ci il tarixdən ləğv edilmiş, onun bazasında hər biri özündə 14-cü dərəcə ilə şöbə rəisi vəzifəsi olmaqla Kadrlar və Kargüzarlıq, təsərrüfat işləri şöbələri yaradılmışdır. Yəni sözügedən ştat cədvəlindən belə görünür ki, bir şöbə olmuş, onun 14-cü dərəcə ilə şöbə rəisi ştatı olmuşdur. Sonra həmin şöbə ləğv edilmiş, onun bazasında iki şöbə yaradılm ış, 14-cü dərəcə ilə şöbə rəisi ştatından biri də əlavə olunmuşdur. Belə olan təqdirdə məhkəmə iddiaçının məhz ixtisar əsası ilə işdən azad edilməsini qanuni hesab etməmişdir.

10. Məhkəmə hesab etmişdir ki, "xxxx" ASC-nin Yasamal Rayon Su Kanal İdarəsinin əmək müqaviləsinə xitam verilməsi haqqında 117-k saylı, xx.xx.2021-ci il tarixli əmri ləğv edilməli və iddiaçı işə bərpa olunmalıdır. İddiaçının əvvəlki iş yeri və vəzifəsi Yasamal rayon Sukanal İdarəsinin “Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsi”ndə şöbə rəisi olmuşdur. Lakin hazırda həmin şöbə ləğv edilmiş və onun bazasında yaradılmış iki ayrıca şöbə vardır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı cavabdeh "xxxx" ASC-nin Yasamal Rayon Su Kanal İdarəsində əvvəlki iş yeri və vəzifəsinə uyğun işlə təmin edilməli, İddiaçı xx.xx.2021-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqı ödənilməlidir.

11. Məhkəmə iddiaçının maddi və mənəvi zərər tələbi ilə bağlı iddianın rədd olunmasını belə əsaslandırıb ki, məhkəmə iddiaçını işə bərpa etməklə, ona işdən azad olunduğu vaxtdan işə bərpa olunduğu vaxtadək orta aylıq əmək haqqı ödənilməli olduğunu müəyyən etməklə iddiaçının zərərinin qarşılandığını hesab edir. Hazırkı halda iddiaçının fiziki əzab çəkməsi də müəyyən olunmur. Ona görə də məhkəmə iddia tələbini qalan hissədə təmin etməmişdir.

12. Məhkəmə onu da qeyd etmişdir ki, "xxxx" ASC-nin Yasamal Rayon Su Kanal İdarəsi işəgötürən olsa da hüquqi şəxs statusuna malik deyil, "xxxx" ASC-nin struktur vahididir. "xxxx" ASC-nin Yasamal Rayon Su Kanal İdarəsinin rəi si idarənin idarəetmə aparatının struktur bölmələrinin rəhbərlərini, işçilərini "xxxx" ASC ilə razılaşdırmaqla vəzifəyə təyin və işdən azad edir.

13. Məhkəmə həmçinin qeyd etmişdir ki, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin tələbi pozulmaqla əmək müqaviləsinə xitam verildiyindən və işçi işdən azad edilməsi barədə əmr ləğv edilərək işə bərpa olunduğundan işçiyə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 2, 11.1-ci maddəsinin “ə” bəndinə, 70-ci maddəsinin “b” bəndi, 71-ci maddəsinin 3-cü hissəsi, 77-ci maddəsinin 1, 3-cü hissələri, 80, 300-cü maddəsinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərb aycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarına və MPM-in 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdən azad edilmə barədə xx.xx.2021-ci il tarixli əmrdən müəyyən olunur ki, Əmək Məcəlləsinin 70-cı maddəsinin “b” bəndinə əsasən ştat vahidi ixtisar edildiyinə görə iddiaçı ilə əmək müqaviləsi ləğv edilmişdir. Qeyd edilən maddəyə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən və işçilərin sayı ixtisar edildikdə, ya da ştatları ixtisar edildikdə ləğv edilir. İddiaçının işdən azad edilməs inə əsas - ştat vahidinin ixtisarıdır. Məhkəmə yanlış olaraq belə bir nəticəyə gəlmişdir ki, işəgötürən tərəfindən, iddiaçı işdən azad edilərkən Əmək Məcəlləsində nəzərdə tutulan normalara düzgün riayət etməmişdir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4316/22 nömrəli, 20 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), N.Ş.Cıəfərov və E.Ə.Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və hesab etmişdir ki, məhkəmə Cavabdeh ASC-nin Yasamal Rayon Su Kanal İdarəsinin əmək müqaviləsinə xitam verilməsi haqqında 117-k saylı, xx.xx.2021-ci il tar ixli əmrin ləğv edilməsi və iddiaçının işə bərpa olunması ilə bağlı düzgün nəticəyə gəlmişdir.

19. Kollegiya qeyd etmişdir ki, iddiaçının əvvəlki iş yeri və vəzifəsi Yasamal rayon Sukanal İdarəsinin Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsində şöbə rəisi olmuşdur. Lakin hazırda həmin şöbə ləğv edilmiş və onun bazasında yaradılmış iki ayrıca şöbə vardır. Ona görə də məhkəmə düzgün olaraq hesab etmişdir ki, iddiaçı cavabdeh "xxxx" ASC-nin Yasamal Rayon Su Kanal İdarəsində əvvəlki iş yeri və vəzifəsinə uyğun işlə təmin edilməli, İddiaçı xx.xx.2021-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqı ödənilməlidir.

20. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin istinad etdiyi normalara əsaslanmışdır. K assasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh ASC kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdən azad edilmə barədə xx.xx.2021-ci il tarixli, 17 K nömrəli əmrdən müəyyən olunur ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidi ixtisar edildiyinə görə işçi ilə əmək müqaviləsi ləğv edilmişdir. Qeyd edilən maddəyə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən və işçilərin sayı ixtisar edildikdə, ya da ştatları ixtisar edildikdə ləğv edilir. Əmrdən də göründüyü kimi iddiaçının işdən azad edilməsinə əsas ştat vahidinin ixtisarıdır. Məhkəmələr yanlış olaraq belə nəticəyə gəlmişdir ki, işəgötürən tə rəfindən işçi işdən azad edilərkən Əmək Məcəlləsində nəzərdə tutulan normalara düzgün riayət etməmişdir. İşə baxan məhkəmələr iddiaçının ixtisarı ilə bağlı cavabdehin Əmək Məcəlləsinin konkret hansı maddəsinin hansı tələblərini və necə pozduğunu və ya hansı tələblərinin cavabdeh tərəfindən düzgün tətbiq edilmədiyini, bu səbəbdən də iddianın qismən təmin olunmasına əsas olan qanunvericilik əsaslarını qeyd etməmişlər. Məhkəmənin gəldiyi nəticə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli sübutlara əsaslanır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

24. Maddə 2, 3-cü hissə. Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin h aqq-ədalətə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipinə əsaslanır.

25. Maddə 11.1, “ə” bəndi. Bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biridir

26. Maddə 70, “b” bəndi. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

27. Maddə 71, 3-cü hissə. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

28. Maddə 77, 1-ci hissə. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda - azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda - azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda - azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda - azı doqquz təqvim həftəsi.

29. Maddə 77, 3-cü hissə. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

30. Maddə

80. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

31. Maddə 300, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri il ə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tə rəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qər ardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən pr osessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı Cavabdeh ASC-nin Yasamal rayon Sukanal İdarəsində xx.xx.2017-ci il tarixdən şöbə rəisi vəzifəsində işləməyə başlamış, xx.xx.2021-ci ildə isə onun əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmişdir. xx.xx.2021-ci il tarixli akta əsasən İddiaçı ixtisarla bağlı xəbərdarlıq məktubu təqdim edilmiş, lakin o, məktubu qəbul etdikdən sonra qeydiyyat kitabına imza etməkdən imtina etmişdir.

45. İddia tələbinin hüquqi əs aslarından biri kimi Əmək Məcəlləsinin 300-cü maddəsi çıxış edir. Həmin normada işçinin məcburi məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün vacib şərtlər kimi: 1. işəgötürənin əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam verməsi;

2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi;

3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verməsini müəyyən etmişdir.

46. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də işin hallarını bu normanın dispozisiya şərtləri əsasında yoxlayaraq, əmrin qanunauyğun olmadığını müəyyən etmişdir.

47. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Çünki iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi “ştat vahidinin ixtisar edilməsi”nə istinad olunmuşdur. İşçilərin sayının və ştatlarının ixtisarı adətən müəssisədə istehsalın və idarəetmənin təkmilləşdirilməsi, artıq xərclərin azaldılması məqsədi ilə aparılır. İşəgötürən işin həcmi azaldıqda işçilərin sayını azaldıb xərcləri azaltmaq üçün yaxud işin ümumi həcmi saxlanmaqla istehsalı optimallaşdırmaq üçün işçilərin vəzifələrini yenidən bölüşdürür və bu zaman işçilərin sayının azalması baş verir. Buna görə də Əmək Məcəlləsində bəhs olunan “işçilərin ştat ixtisarı” dedikdə, müəssisə üzrə təsdiq olunmuş vəzifə üzrə bir və ya bir neçə ştat vahidinin ləğv olunma sı başa düşülür. Ştatların ixtisarı, işçilərin sayının azalması və işin həcminin azalması ilə müşayiət olunur. Başqa sözlə, işçilərin sayının və işin həcminin azalmasına səbəb olmayan dəyişikliklər Əmək Məcəlləsinin 70-ci maddəsində müəyyən olunmuş işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə bağlı hüquqi nəticələr törətmir. Yəni işəgötürənin etdiyi dəyişikliklər ştatların və işçilərin sayının azalmasına səbəb olmursa, işçinin vəzifəsinin dəyişməsi deməkdir və bu səbəbdən Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən işçi ilə əmək müqaviləsinə xitam verilməsi qanunaziddir.

48. Baxılan işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından da görünür ki, Sukanal İdarəsinin “Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsi” 8 ştat vahidindən (1 şöbə rəisi, 4 k adrlar üzrə mütəxəssis, 1 arxiv müdiri, 2 kargüzar) ibarət olmuş, iddiaçı həmin şöbənin rəhbəri olmuş, işəgötürənin xx.xx.2021-ci il tarixli əmrinə əsasən xx.xx.2021-ci il tarixdən “Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsi” ləğv edilmiş, əvəzində “Kadrlar şöbəsi” və “Kargüzarlıq və təsərrüfat işləri şöbəsi” yaradılmışdır. “Kadrlar şöbəsi”nin yeni ştatları 5 (1 şöbə rəisi, 4 kadrlar üzrə mütəxəssis), “Kargüzarlıq və təsərrüfat işləri şöbəsi”nin yeni ştatları 3 (1 şöbə rəisi, 2 kargüzar) ştatdan ibarət təsdiq olunmuşdur.

49. Göründüyü kimi işəgötürənin ştat cədvəlinə etdiyi dəyişikliklər işçilərin və ştatların ixtisarına səbəb olmamışdır. Əksinə əvvəl bir rəhbərin (iddiaçının) idarə etdiyi şöbə bölünərək, eyni sayda işçilər saxlanmaqla iki şöbə yaradılmış, hər bir şöb əyə müdir ştatları təsdiq edilmişdir.

50. Bu hal iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi üçün Əmək Məcəlləsinin 70ci maddəsinin b) bəndində nəzərdə tutulmuş əsas kimi tövsif oluna bilməz və apelyasiya instansiyası məhkəməsi də haqlı olaraq bu mövqedən çıxış etmişdir.

51. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

52. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kolleg iyasının 2(103)-4316/2022 nömrəli, 20 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar