Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5805/2022 21.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-5805/22 (Açar sözlər: icbari sığorta ödənişinin ödənilməsi) Bakı şəhəri 21 dekabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı icbari sığorta ödənişinin verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyun 2022-ci il tarixli, 2(103)-3727/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 21 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra-iddiaçı) mərhum həyat yoldaşı polkovnik X2 xx.xx.1989-cu il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidmət keçmiş və xx.xx.2021-ci il tarixdə hərbi xidmət dövründə vəfat etmişdir.
2. İddiaçı həyat yoldaşının vəfatı ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (bundan sonra- cavabdeh) “Hərbi Qulluqçuların İcbari Dövlət Şəxsi Sığortası” haqqında Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş 11000 manat məbləğində sığorta ödənişinin verilməsinə dair müraciət etmiş, laki n müraciəti cavabsız qalmışdır.
3. Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu tərəfindən iddiaçıya ünvanlanan məktubdan görünür ki, həyat yoldaşı özünü öldürməsi faktı ilə əlaqədar aparılan araşdırma üzrə xx.xx.2021-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.1 və 39.1.2-ci maddələrinin tələblərinə uyğun olaraq cinayət hadisəsi və əməldə cinayət tərkibi olmaması əsaslarına görə cinayət işinin başlanması rədd edilmişdir.
4. Azərbaycan Respublikası SHXDX-nin Zərdab Rayon Bölməsi tərəfindən verilən xx.xx.2021-ci il tarixli, 8№-li Arayışdan görünür ki, X4 X1 Rabitə şöbəsinin rəisi xx.xx.1972-ci il təvəllüdlü polkovnik X2 xx.xx.1989-cu il tarixdən xx.xx.2021-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabitlərin hərbi xidməti üzrə hərbi xidmət keçmiş və x x.xx.2021-ci il tarixdə “mexaniki asfiksiya asılma, boyun orqanlarının ilgəklə sıxılması” özünə qəsd nəticəsində vəfat etmişdir. Ölüm hərbi xidmət vəzifələrinin icrası ilə bağlı deyil. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həyat yoldaşının ölümünə görə 11000 manat sığorta ödənişinin, hüquqi yardım üçün ödədiyi 100 manat pulun və 123 manat dövlət rüsumunun, cəmi 11223 manat pulun cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı hərbi xidmət dövründə vəfat etmişdir. Həyat yoldaşı “Hərbi Qulluqçuların Dövlət İcbari Şəxsi Sığortası haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq o laraq hərbi xidmətə daxil olarkən sığortalanmışdır. Həyat yoldaşı hərbi xidmət dövrü vəfat etdiyinə görə 11000 manat məbləğində sığorta ödənişinin ona verilməsi üçün o, xx.xx.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ərizə ilə müraciət etmişdir. Lakin, ərizə bu günədək cavabsız və nəticəsiz qalmışdır. Ərizənin cavablandırılmamasını cavabdeh tərəfindən imtina kimi qiymətləndirir. Qeyd olunanları nəzərə alaraq, ona cəmi 11223 manat sığorta pulunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
7. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 8 nömrəli arayışa əsasən, mərhum X2 xx.xx.1989-cu ildən xx.xx.2021-ci ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabitlərin hərbi xidməti üzrə hərbi xidmət keçmiş və xx.xx.2021-ci ildə “mexaniki asfiksiya asılma, boyun orqanlarının ilgəklə sıxılması” özünəqəsd nəticəsində vəfat etmişdir. Ölüm hərbi xidmət vəzifələrinin icrası ilə bağlı deyil. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi sığorta ödənişinin verilməsindən imtina əsaslarını təsbit edir və həmin Qanunun 8.1.5-ci maddəsinə əsasən, sığorta olunan özünə qəsd etdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin verilməsindən imtina edilir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935-ci maddəsi sığortaçı tərəfindən sığorta ödənişinin verilməsindən imtina əsaslarını təsbit edir və həmin Məcəllənin 935.1.8-ci maddəsinə görə, baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi; yenə həmin Məcəllənin 935.1.10-cu maddəsinə görə, icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda sığorta ödənişinin verilməsindən imtina edilir. Qeyd olunanlara əsaslanaraq iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 23 fevral 2022-ci il tarixli, 2(006)-933/2022 nömrəli qətnaməsi ilə (N.Tağıyeva) iddia tələbi təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, mərhum X2 xx.xx.1989-cu ildən xx.xx.2021-ci il tarixəd ək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabitlərin hərbi xidməti üzrə hərbi xidmət keçmiş və xx.xx.2021-ci ildə “mexaniki asfiksiya, boyun orqanlarının ilgəklə sıxılması” özünəqəsd nəticəsində vəfat etmişdir. Qanunvericiliyin istinad olunan maddələrinə və iş materiallarına əsasən, sığorta olunanın özünəqəsd etməsi faktı sığorta hadisəsi hesab edilmədiyinə və bu səbəbdən sığorta təminatına daxil olmadığına görə sığortaçı tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilməsi tam qanunauyğundur.
10. Məhkəmə gəldiyi nəticəni “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi, Mülki Məcəlləsinin 935, 935.1.8, 935.1.10-cu maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-cİ maddələ rinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı (vəkili X3) qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həyat yoldaşı hərbçi olub və hərbi xidmət dövründə vəfat etmişdir. Qətnamə qəbul olunarkən maddi hüquq normalarının düzgün tətbiq olunmamışdır.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-3727/2022 nömrəli iş üzrə 7 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və N.Cəfərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən s axlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianı rədd edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassız olmaqla mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
15. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi, Mülki Məcəlləsinin 935.1.10-cu maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı (Vəkil2) kassasiya şikayəti verə rək qətnamənin ləğv edilib iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddianın rədd edərkən gəldiyi qənaətlə maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, məhkəmə Mülki Məcəllənin 935.1.2-ci maddəsinə istinad etməklə maddi hüquq normasını düzgün tətbiq etməmiş, yəni tətbiq edilməli olan qanunu tətbiq etməmişdir. Cavabdeh "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanunun 8-ci maddəsinə əsasən sığorta olunanın vərəsəsinə sığorta ödənişini verməkdən yalnız həmin maddədə göstərilən hallarda imtina edə bilərdi. Həmin hallar isə hazırkı iş üzrə müəyyən edilməmişdir. Mərhum sığorta edilənin sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdur, yaxud alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə hərəkət etməmişdir. Dördüncüsü, mərhum sığortalının məhz sığorta hadisəsinin baş verməsi və bunun nəticəsi olaraq sığorta ödənişinin alınmasına yönələn qəsdən hərəkət etməsi, ümumiyyətlə inandırıcı və ağlabatan deyildir. Çünki normal, anlaqlı bir insanın yalnız ona görə ki, özünü öldürməsi nəticəsində vərəsəsi 11.000 manat sığorta ödənişi alacaq, bu məqsədlə özünü öldürməsinə yönələn qəsdən hərəkət etməsi qəbuledilməz bir yanaşmadır. Birinci instansiya məhkəməsi qeyd olunan maddənin bu dispozisiya şərtinə istinad etsə də, elə həmin maddənin tələbinə görə baş vermiş hadisədə mərhum sığo rtalının mülki, inzibati yaxud, cinayət məsuliyyətinin istisna olunduğuna da əhəmiyyət verməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Tətbiq edilən hüquq “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu ( sığorta hadisəsi baş verən dövrdə qüvvədə olan redaksiyada)
19. Maddə
8. Sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən aşağıdakı hallarda imtina edilir: sığorta edilənin sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanun qüvvəyə minmiş hökmü olduqda, yaxud sığorta edilən alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyət də hərəkət etdikdə, habelə sığorta olunan və ya onun vərəsələri tərəfindən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq sənədlər təqdim olunmadıqda. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
23. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdı rılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.
29. Belə ki, apellyasiya instansiyası məhkəməsi “Hərbi qulluqçuların dövlət icbari şəxs i sığortası haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.5-ci maddəsinə istinad edərək sığortaolunan özünə qəsd etməsi və həmin halın məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunmasının sığorta ödənişinin verilməsindən imtina üçün əsas olduğu qənaətinə gəlmişdir.
30. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
31. Apellyasiya məhkəməsinin istinad etdiyi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi xx.xx.2021-ci il tarixli 418-VİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1317) yeni redaksiyada verilmişdir və sığorta hadisəsi baş verən zaman, yəni xx.xx.2021-ci il tarixdə qüvvədə olmamışdır.
32. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, mübahisəyə həmin maddənin sığorta hadisəsi baş verən zaman qüvvədə olan redaksiyası tətbiq edilməklə cavabdehin imtinasının qanuniliyinə qiymət verilməlidir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
34. İddiaçının kassasiya şikayətinin də lillərini müzakirə edərək məhkəmə kollegiyası onu qismən əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır.
35. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsində tətbiq edilməli olan maddi hüquq normasının dispoziya şərtləri üzrə araşdırma aparılmadığından iş üzrə yeni qərar qəbul edilməsi üçün əsaslar yoxdur.
36. Buna görə də, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir.
37. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İdd iaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyun 2022-ci il tarixli, 2(103)3727/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş yeni baxışa göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.