Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5806/2020 30.11.2020 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh qarşı iş Açar sözlər: evə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının, onun vəkili Vəkil1, Cavabdeh və qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5626/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh və qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəm ə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh oglu (bundan sonra – cavabdeh) xx xxxx 2012-ci il tarxdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X5 adlı bir uşqları anadan olmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-997/2019 saylı iş üzrə xx.xx.2019cu il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikahın pozulması, birgə nikahdan doğulmuş uşağın anasının yanında qalması qət edilmişdir. Tərəflərin birgə nikahları dövründə inşa edilmiş və onların yaşadıqları Bakı şəhəri, XXX qəsəbəsi, XXX adası, yaşayış massivində yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi (bundan sonra – mübahisəli ev) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İş üzrə qəbul edi lmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı uşağı ilə birlikdə birgə nikah dövründə tikilmiş, cehiz əşyalarının yerləşdiyi yaşayış evinə köçürülməsi, həmin evə yaşayış hüququnun verilməsi, evdən və digər yardımçı sahələrdən istifadə qaydalarının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailə qurduqları vaxtdan xx.xx.2015-ci il tarixinə kimi Xətai rayonu R.Məmmədov küçəsində yerləşən beş mərtəbəli binanın binanın 1-ci mərtəbəsində cavabdehin valideynləri və qardaşı ilə birgə yaşamışlar. Qayını Maraqlı şəxs nikaha girməsi ilə əlaqədar olaraq qeyd olunan evi 86,000 manata satmış və qaynatası cavabdehə 26.000 ma nat onların payına düşən məbləği vermişdir. 2016-cı ilin iyun ayında Suraxanı rayonu, XXX adası qəsəbəsində onun ailəsinin dəstəyi və köməkliyi ilə 17.000 manat məbləğinə 2 sot torpaq sahəsi almışlar. Evi tikdikləri müddətdə atasına məxsus ünvan 1 ünvanında cavabdehlə birgə yaşamışlar. Fərdi yaşayış ev 11 ay müddətində cavabdehin əmisi olan XXX XXX tərəfindən tikilmiş, bu zaman atası X2 materialların alınmasında dəstəyi və əziyyəti böyük olmuşdur. Fərdi yaşayış evinin tikilməsi hər iki tərəfn birgə səyləri nəticəsində ərsəyə gəlmişdir. Cavabdehlə mübahisəli fərdi yaşayış evində xx.xx.2018-ci ilə qədər yaşamışlar. Həmçinin gəlin köçərkən, aldığı çehiz əşyaları bu günə kimi mübahisəli fərdi yaşayış evindədir. Bu mülkiyyət birgə nikahda olduqları dövr ərzində əldə edildiyindən, birgə mülkiyyə ti hesab olunur. Cavabdeh birgə nikah dövründə birlikdə tikdikləri fərdi yaşayış evində azyaşlı uşağı ilə yaşamağına icazə vermir, bununla da onun hüquqlarını pozur. Valideynlərinin evi olduqca şəraitsizdir. 2016-cı il fevralın 13-ü mübahisəli evə köçmüş, 2018-ci ilin noyabr ayının 16-ı qapının açarı dəyişildiyi üçün evə girə bilməmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməmiş və izahatında göstərmişdir ki, mübahisəli evin ona aidiyyəti yoxdur, ev qardaşına məxsusdur, lakin qardaşı orada yaşamayıb. Ailə həyatı qurandan sonra qardaşı mübahisəli evdə yaşamaq üçün onlara icazə verib. 2016-cı ildə iddiaçı ilə mübahisəli evə köçüb, 2-3 il orada yaşamışlar. İddiaçının cehizləri də mübahisəli evdədir. Hazırda qeyd olunan evdə heç kəs, nə o, nə də qardaşı yaşamır, evə dair nə onun, nə də qardaşının adına mülkiyət sənədi verilməyib. Cavabdeh qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş iddiaçının atası X6 ifadəsində göstərmişdir ki, 2016-cı ilin iyun ayında onun dəstəyi və köməkliyi ilə mübahisəli evin yerləşdiyi 2 sot torpaq sahəsi alınmışdır. Mübahisəli ev 11 ay müddətində cavabdehin əmisi tərəfindən tikilmiş, bu zaman onun da materialların alınmasında, evin qaz və su sisteminin çəkilməsində, digər işlərdə dəstəyi böyük olmuşdur. Cavabdehin qardaşı evin tikintisində günəmuzd 15 manata işləmişdir və evin ona heç bir aidiyyatı yoxdur, o, qeyd olunan evdə bir gün də yaşamamışdır, günəmuzd olaraq işləmişdir. Ev hazır olandan sonra tərəflər uşaqları ilə bu evə köçmüş, iddiaçı özünə məxsus bütün cehiz əyşa larını da bu evə köçürmüşdür, hazırda bu əşyalar həmin evdədir, evdə heç kəs yaşamır. Şahid (iddiaçının bibisi) X3 ifadəsində mübahisəli evi tikdikləri müddətdə tərəflərin iddiaçının atasının evində birgə yaşadıqlarını, evin inşasında qardaşının da iştirak etdiyini, ev tikildikdən sonra tərəflərin uşaqları ilə həmin evə köçdüklərini, iddiaçıya məxsus əmlakların hamısının mübahisəli evdə olduğunu, evin cavabdehin qardaşına heç bir aidiyyatının olmadığını, sonuncunun orada yaşamadığını bildirmişdir. Şahid (mübahisəli evin qonşuluğundan yaşayan) X4 ifadəsində mübahisəli evin daimi sakinlərinin tərəflər və onların uşağının olduğunu gördüyünü, evdə başqasının yaşadığını müşahidə etmədiyini bildirmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(010) -801/20 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.İbrahimov) iddia qismən təmin edilmiş, iddiaçının azyaşlı uşağı ilə birlikdə mübahisəli evə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli ev iddiaçının atasının köməkliyi ilə inşa edildikdən sonra iddiaçı 2016-cı ilin fevral ayında hazırkı iş üzrə cavabdeh olan əri, həmçinin azyaşlı uşağı ilə birlikdə bu evə köçmüş, özünə məxsus əmlaklarını da bu evə köçürmüşdür. İddiaçı 2018-ci ilin noyabr ayına kimi bu evdə qeydiyyatsız olaraq yaşamışdır. Tərəflər mübahisəli evdə uzun müddət birgə yaşamalarından sonra, onların arasında münasibətlər pisləşmişdir. Daha sonra tərəflərin birlikdə yaşayışları mümkün olmamış, aralarındakı münasib ətlər daha da kəskinləşmiş və iddiaçı öz azyaşlı uşağı ilə birgə evi tərk etmişdir. Hazırda iddiaçıya məxsus əmlaklar qeyd olunan mübahisəli evdədir. Məhkəmə qeyd etmişdir ki, mübahisəli evə dair mülkiyyət sənədi yoxdur, qeyd olunan evə dair nə cavabdehin, nə də sonuncunun qardaşının adına mülkiyət sənədi verilməmişdir. Belə olan halda, qaz enerjisindən istifadə borcuna dair qəbzə əsasən mübahisəli evin cavabdehə deyil, sonuncunun qardaşına məxsus olması qənaətinə gəlmək olmaz. Məhkəmə işin mübahisəsiz halları əsasında müəyyən etmişdir ki, sözügedən yaşayış sahəsi həm iddiaçının, həm cavabdehin, həm onların övladlarının daimi yaşayış yeri olmuş, sonradan tərəflərin aralarındakı münasibətlər kəskinləşmiş və müqaqişələr yaranmış, bunun nəticəsində iddiaçı mübahisəli evi tərk etmişdir. Məhk əmə hesab etmişdir ki, iddiaçının azyaşlı uşağı ilə birlikdə mübahisəli evə köçürülməsi barədə iddia tələbi əsaslıdır. Lakin iddiaçıya mübahisəli yaşayış sahəsindən istifadə hüququnun verilməsi, həmin evdən və digər yardımçı sahələrdən istifadə qaydalarının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Belə ki, mübahisəli yaşayış evinin mülkiyyət sənədləri yoxdur, ev qanunsuz tikilidir. Belə olan halda mübahisəli evə dair iddiaçının istifadə hüquqlarının tanınması qanunvericiliyin tələblərinə ziddir. Həmçinin, məhkəmə hesab etmişdir ki, mübahisəli yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi məhkəmənin deyil, mübahisəli evin gələcək mülkiyyətçisinin səlahiyyətlərinə aiddir. Ona görə də iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə öz mövqeyin i Azərbacan Respublikası Konstitusiyasının 43 və 71-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 27.1, 158-ci maddələrinə və Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 49.2-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5626/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov) cavabdehin və qətnamə maraqlarına toxunan şəxs kimi Maraqlı şəxs apelyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin edilmiş hissəsində qanuni və əsaslı hesab edilmiş, qətnamə apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin mübahisələndirdiyi yeganə hal mübahisəli evin kimə məxsus olması ilə bağlıdır. Cavabdeh evin ona deyil, qardaşına məxsus olduğunu göstərmiş və bunu təsdiq edən mötəbər sübut kimi qaz enerjisindən istifadə borcuna dair qəbzi təqdim etmişdir. Birinci instansiya məhkəməsi həmin qəbzə qiymət verərək hesab etmişdir ki, bu qəbzə əsasən mübahisəli evin cavabdehə deyil, sonuncunun qardaşına məxsus olması qənaətinə gəlmək olmaz. Evin daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınması barədə sənədlər məhkəməyə təqdim edilməmişdir. Halbuki, evin sahibliyi yalnız bu sənəd əsasında müəyyən oluna bilər. Di gər tərəfdən, birinci instansiya məhkəməsində dindirilən şahidlər mübahisəli evdə yalnız iddiaçının, cavabdehin və onların azyaşlı uşaqlarının yaşadığını təsdiq etmişlər. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayətləri təmin edilməməlidir. Məhkə mə kollegiyası işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına istinad edərək, apelyasiya şikayətlərinin dəlillərini əsassız saymış və qeyd etmişdir ki, iddiaçı azyaşlı uşağı ilə birlikdə mübahisəli evdə yaşamasını, həmin evin onun daimi yaşayış yeri olmasını sübut etdiyindən birinci instansiya məhkəməsi iddia tələbini evə köçürülmə hissəsində təmin etməkdə haqlı olmuşdur. Cavabdeh iddianın təmin olunan hissəsində tələbə etiraz etsə də, öz etirazının əsası kimi istinad etdiyi faktları (evin Maraqlı şəxs məxsus olmasını) sübuta yetirə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh və qətnamə maraqlarına toxunan şəxs (Vəkil2) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan işin faktiki hallarına lazımi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və onun vəkili məhkəmə iclasında kassasiya şikayətinin təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdilər. İş üzrə cavabdeh və qətnamə maraqlarına toxunan şəxs məhkəmə iclasına vəkilsi z gəldikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67.1-ci maddəsinin tələbinə əsasən onların izahatı dinlənilməmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməli dir. Birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığını iddianın qismən təmin edilmiş hissəsində yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı cavabdeh və qətnamə maraqlarına toxunan şəxs tərəfindən tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində apely asiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı ümumi ifadələrlə qeyd edilsə də, bunun nədən ibarət olmasını əsaslandırılmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh və qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs t ərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5626/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5806/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5806/2020
30.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver