Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5810/2019 06.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, ərizəçi və vəkili X21 iştirakı ilə, Ərizəçi Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-6494/2019 nömrəli iş üzrə 13 may 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Ə.R.Səmədov) 2(008)-1481/2019 nömrəli, 18 fevral 2019-cu il tarixli qətnaməsi ilə ərizəçi h üquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim E.Q.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Ə.Qurbanov və A.Ə.Hüseyn) 2(103)-6494/2019 nömrəli, 13 may 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şəbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun X1dır. Onun atası isə Əliabbas Həmid oğludur. Atası Hüseynov Hacıağa Hüseynqulu oğludur, onun atasının babası isə Kərbəlayi X14 olmuş dur. X1 05 avqust 1984-cü ildə vəfat etmişdir. Atası Hüseynov Hacıağa Hüseynqulu oğlu isə 27 fevral 1990-cı ildə vəfat etmişdir. Onun tərəfindən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinə rəsmi müraciətlər olmuşdur və həmin idarə tərəfindən verilmiş 9/452 saylı, 16.10.09 tarixli məktubundan görünür ki, Kərbəlayi X9 Bilgəh kəndində sahəsi 1 desyatinə bərabər olan bağ sahəsi və sahəsi 3 desyatinə bərabər olan şumluq torpaq sahəsi olmuşdur. 2/434 JY 06.10.09 saylı məktubdan görünür ki, anasının atası Əliabbas Həmid oğlunun Bilgəh kəndində sahəsi 1 desyatinə bərabər olan bağ sahəsi və sahəsi 7 desyatinə bərabər olan şumluq torpaq sahəsi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyevə bu barədə rəsmi ərizə ilə müraciət etm işdir. Onun müraciətinə Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının birinci müavini cənab Güloğlan Məmmədov bildirmişdir ki, ərizənizə baxılmışdır, qeyd etdiyi məsələ ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etməlidir. Göstərilənlərə əsasən, Kərbəlayi X9 atasının babası və Əliabbas Həmid oğlunun anasının atası olması faktının təsdiq edilməsi və onun onların vərəsəsi olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Ərizəçi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-6494/2019 nömrəli iş üzrə 13 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassa siya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi və vəkili X21 kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları din ləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-6494/2019 nömrəli iş üzrə 13 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, Kərbəlayi X9 atasının babası və Əliabbas Həmid oğlunun anasının atası olması faktının təsdiq edilməsi və onun onların vərəsəsi olmasına dair ərizəçi öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməmiş, ərizəsinin əsaslı olması bar ədə irəli sürdüyü dəlillər isə onun mülahizəsi olmaqla öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, Ərizəçi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək tərəfindən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinə rəsmi müraciətlər olmasını, həmin idarə tərəfindən verilmiş 9/452 saylı, 16.10.09 tarixli məktubunda Kərbəlayi X9 Bilgəh kəndində sahəsi 1 desyatinə bərabər olan bağ sahəsi və sahəsi 3 desyatinə bərabər olan şumluq torpaq sa həsi olmasının göstərilməsini, 2/434 JY 06.10.09 saylı məktubda isə anasının atası Əliabbas Həmid oğlunun Bilgəh kəndində sahəsi 1 desyatinə bərabər olan bağ sahəsi və sahəsi 7 desyatinə bərabər olan şumluq torpaq sahəsi olmasını, X1nın, onun atasının isə Əliabbas Həmid oğlu, atası Hüseynov Hacıağa Hüseynqulu oğlunun, onun atasının babasının isə Kərbəlayi X14 olmasını, X1nın 05 avqust 1984-cü ildə, atası Hüseynov Hacıağa Hüseynqulunun oğlunun isə 27 fevral 1990-cı ildə vəfat etməsini göstərərək onun onların vərəsəsi olmağına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş sənədlərdən görünür ki, X8 05 avqust 1984-cü il tarixdə Bakı şəhərində, Hüseynov Hacıağa Hüseynqulu oğlu 27 fevral 1996-cı il tarixdə Ba kı şəhərində ölmüşlər. İşdə olan Bilgəh qəsəbə üzrə nümayəndəlik tərəfindən verilmiş 16.11.2018-ci ıl tarixli arayışdan görünür ki, mərhum. Hüseynov X4 rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi, ev 54 ünvanında qeydiyyatda olmuş və vəfat edən günə qədər (27.02.1996-cı il) oğlu Ərizəçi onunla birlikdə həmin ünvanda yaşamışdır. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi tərəfindən verilmiş 9/452 saylı, 16.10.09 tarixli məktubdan görünür ki, Kərbəlayı X9 Bilgəh kəndində sahəsi 1 desyatinə bərabər olan bağ sahəsi və sahəsi 3 desyatinə bərabər olan şumluq torpaq sahəsi olmuşdur. İşdə olan 17 noyabr 2018-ci il tarixli arayışın surətindən görünür ki, Ərizəçi Həciağa oğlu 26.12.1963-cü il tarixdə Bakı şəhərinə anadan olmuşdur. Bu barədə 03.02T969-CU il tarixdə Sabunçu rayonu Bilgəh qəsəbə nümayəndəliyində 06 nömrəli doğum haqqında şəhadətnamə tərtib edilmişdir. Atası qrafasında Həciağa Hüseynqulu oğlu, anası qrafasında X8 qeyd edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X7 ərizəçinin əmisi qızı olmaqla babasının adını atasından və əmisindən eşitməsini, X6 ərizəçinin qardaşı olmaqla ata babası Hüseynqulu, babasının atasının isə Məmmədtağı olmasını, ulu babalarının adını atası onların ruhuna dua oxuyanda eşitmiəsini, X2 ərizəçi yoldaşı olmaqla, Nurəlinin babalarının adlarını eşitməsini, Əli Abbasın babası, Hacıağanın qayınatası, qayınatasının atasının adının isə Sonqulu olmasını, X10 ərizəçi ilə uzun illərdik ki, qonşu olmaqla onun valideynlərini tanımasını, adlarını isə ərizəçidən eşitmə sini, X11 isə ərizəçi onun qaynı olmaqla ərizəçinin anasının adının X23 olmasını ifadələrində göstərmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.1 -ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2 və 307.2.5-ci maddələrinə görə, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edil məsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə uyğun olaraq məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunvericiliyin tələblərinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsini xahişini nəzərdə tutan ərizənin məhkəmə tərəfindən qəbul edilməsi üçün konkret tələblərə riayyət edilməlidir. Müəyyən (təsdiq) edilməsi xahiş olunan faktlar hüquqi əhəmiyyət kəsb etməlidir, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və ya xitamına səbəb olmalıdır. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi sonradan baxılıb həll edilməsi məhkəmənin səlahiyyətinə aid olan hüquq haqqında mübahisə ilə əlaqələndirilmə lidir. Ərizəçi hüquqi əhəmiyyəti olan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada (məhkəmənin qətnaməsi olmadan) ala bilməməlidir, yaxud həmin sənədləri bərpa edə bilməməlidir. Təsdiq edilməsi xahiş olunan hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinin qanunvericiliklə başqa qaydası nəzərdə tutulmamalıdır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını m əhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Həmçinin şahid ifadələri işin nəticəsində hüquqi baxımd an maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikas ı MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquq i münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası Ali Mə hkəməsinin Plenumunun "Məhkəmə Qətnaməsi haqqında" 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-6494/2019 nömrəli iş üzrə 13 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Ərizəçinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın MK-nın 2(103)-6494/2019 nömrəli iş üzrə 13 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5810/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5810/2019
06.09.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver