Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5810/2021 16.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı ilkin, Cavabdeh MMC-nin İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1679/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 16 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında 01.03.2018-ci il tarixdə əmək müqaviləsi bağlanmış, iddiaçı əsas iş yeri üzrə müştəri xidməti təmsilçisi vəzifəsinə qəbul edilmiş, 24 iyun 2020-ci il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Rеspublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinadla xitam verilmişdir 2. 24 iyun 2020-ci il tarixli 159/20-K nömrəli əmrdə iddiaçının konkret olaraq hansı səbəbdən işdən azad olunması konkret olaraq göstərilməsə də, əmrin əsası kimi göstərilən və iş materiallarına əlavə olunmuş sənədlərdən (izahatlar, xidməti araşdırma materialı, aktlar) aydın olur ki, 16.05.2020-ci il tari xində X şöbəsində fəaliyyət göstərən əməkdaş İddiaçı tərəfindən yönləndirilmiş sığorta müqaviləsi aşkarlanmışdır. Aşkarlanmış hal X2 üzrə mütəxəssis X1 tərəfindən araşdırılmışdır. İddiaçı tərəfindən yanlış olaraq 19.05.2020-ci il tarixindəki hesabatlarda icbari sığortası şirkəti vasitəsi ilə qeydə alınmayan avtomobilin dövlət qeydiyyat nişanı qeyd edilmişdir. Araşdırmalar zamanı sığorta müqaviləsinin cari X ("X5" ASC) əməkdaşı X vasitəsilə qeydə alındığı məlum olmuşdur. Şirkət tərəfindən aparılmış maliyyə araşdırması nəticəsində X İddiaçı tərəfindən dəfələrlə maliyyə kənarlaşdırma halları müəyyən edilmişdir. Maliyyə yayınma halı X rəhbərliyinə də bildirilmişdir. QX rəhbərliyi tərəfindən hər iki əməkdaşın izahatı alınmış və izahatlar və araşdırmalar nəticəsində maliyyə yayınma halı təsdiqi edilmişdir. Məhz qeyd olunan araşdırmanın nəticəsi olaraq onun əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 24.06.2020-ci il tarixli X nömrəli əmrinin etibarsız hesab edilməsi, işinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və inventara (kompyuterə) dəymiş ziyana görə tutulmuş 217 manatın ona geri qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 01.03.2018-ci il tarixdə Cavabdeh MMC ilə bağlanmış əmək müqaviləsinə əsasən əsas iş yeri üzrə müştəri xidməti təmsilçisi vəzifəsinə işə qəbul o lmuşdur. Cavabdehin 24.06.2020-ci il tarixli 59/20 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən vəzifəsindən azad edilmiş, təhkim edilmiş inventara (kompyuterə) dəymiş 217 manat məbləğində vəsait onun əmək haqqından tutulmuşdur. Cavabdehin qeyd edilən əmri əsassız olmaqla və əmək qanunvericiliyinin tələblərinə zidd verilməklə onun hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Belə ki, cavabdeh onun işdən çıxarılmasını 16.05.2020-ci il tarixində bir vətəndaşa sığorta xidmətini göstərə bilməməsi ilə bağlayır. Həmin tarixdə ona yaxınlaşan vətəndaş nəqliyyat vasitəsini sığorta etdirmək istəmiş və cavabdehin müəyyən etdiyi tələblərə uyğun olaraq müvafiq sığortanın həyata keçirilməli olduğu informasiya sistemində ondan asılı olmayan səbəbdən elektron imza akt iv olmadığından, sığorta əməliyyatını edə bilməmiş və vətəndaşın narazı qalmaması üçün işlədiyi mərkəzdə digər hüquqi şəxsin əməkdaşına yönləndirərək sığortanın edilməsində köməklik istəmiş və nəticədə sığorta əməliyyatı onun vasitəçiliyi olmadan baş tutmuşdur. Cavabdeh bu əməliyyatın həyata keçirilməməsi nəticəsində 15% satış komissiyası və 5% reklam komissiyası olmaqla, cəmi 10 manat məbləğini keçməyən həddə gəlirdən məhrum olmuşdur ki, o, hər iş gününün sonunda müvafıq “Whatsapp qrup”una həyata keçirdiyi əməliyyatların siyahısına bu əməliyyatı səhvən yazmaqla əslində cavabdehi bu barədə məlumatlandırmışdır.Cavabdeh tərəfindən isə intizam tənbehinin tətbiqi qaydalarına riayət edilməmiş və nəticədə əsassız olmaqla yanaşı, qanunvericiliyin tələblərinə zidd əmr çıxarılmışdır. Belə ki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfındən əmək və ya ıcra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Hazırki halda əmr yalnız bir ay müddət keçəndən sonra 24 iyun tarixində çıxarılmışdır. Həmçinin cavabdeh bu cür tənbeh tədbiri tətbiq edərkən, Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinin tələblərinə əməl etməmiş,onun fəaliyyəti ilə bağlı həmin tarixə kimi heç bir narazılıq olmamasını və fəaliyyəti ilə bağlı hər hansı bir xəbərdarlıq və ya tənbeh tədbirləri tətbiq olunmamasınə nəzərə almamışdır. Bundan əlavə, həmin əmrlə inventara (kompyuterə) dəymiş 217 manat məbləğində vəsait əmək haqqından tutulmuşdur. Halbuki onun təqsirindən kompyuterə heç bir ziyan dəyməmiş və cavabdeh maddi məsuliyyət tətbiq edərkən Əm ək Məcəlləsinin tələblərini pozmuşdur.
5. Daha sonra İddiaçı İddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, hüquqlarının qorunması məqsədilə vəkil xidmətindən istifadə edilməsini nəzərə alaraq, vəkilə çəkilmiş xərcin cavabdehdən tutulması məqsədilə iddia tələbinin həcminin artırılmasına zərurət yarandığını göstərmiş, Cavabdeh MMC-nin 24.06.2020-ci il tarixli 59/20 nömrəli əmrinin etibarsız hesab edilməsi, işinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və inventara (kompyuterə) dəymiş ziyana görə tutulmuş 217 manatın və vəkil xidmətindən istifadəyə görə çəkilmiş 500 manat məbləğində xərcin cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. Habelə məhkəmə gedişatında Cavabdeh MMC cavabdeh İddiaçı qarşı “vurulmuş maddi ziyanın tutulması tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş 7347,96 manat məbləğində maddi ziyanın tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X tərəfmdən Cavabdeh MMC-də çalışdığı son 1 il müddətində 7,347.96 manat məbləğində maddi ziyan vurmuşdur. Belə ki, 01.09.2020-ci il tarixdə Cəmiyyət tərəfındən İddiaçı X hesabtları analiz və təhlil edilərək, 2019-cu ilin iyul ayından 2020-ci ilin aprel ayı daxil olmaqla, son 1 il ərzində onun tərəfindən MMC-dən ümumilikdə 7.347,96 manat məbləğində maliyyə vəsaiti kənarlaşdırmaqla, Cəmiyyətə maddi ziyan vurmasına dair Akt tərtib olunaraq, təsdiq edilmişdir. Həmin ak t üzrə maddi zərərin məbləği aşağıdakı qaydada açıqlanmışdır: 2019cü ilin son 6 ayı nəzərə alaraq ümumi yığım 1.382.821,58 AZN əşkil edir. X yığımı cari dövrə görə 14.283,56 AZN (1,03%) təşkil edir. 2020-ci ilin ilk 4 ayı nəzərə alaraq ümumi yığım 1.211.774,19 AZN təşkil edir. X yığımı cari dövrə görə 8.652,38 AZN (0,71%) təşkil edir. Yeni əməkdaşın aylıq nəticələrini hesablasaq 2020-ci ilin iyul və avqust aylarının ümumi yığımı 171.595,61 AZN olduğu halda, cari şöbənin yığımı 3.959,99 (2,30%) AZN təşkil edir. Keçmiş dövrün son 2 ayına faiz potensialına nəzərən 2019-cu ilin son 6 ayı ərzində X yığımı 31.804,89 AZN, 2020-ci lin ilk 4 ayı üzrə olan yığım isə 27.870,80 AZN təşkil etməli idi. Sığorta haqqının 20% həcmində komission əldə edildiyii nəzərə alınaraq 2019-cu ilin son 6 ayına görə itirilmiş məbləğ 3.504,27 AZN, 2020-ci ilin ilk 4 ayına görə itirilmiş məbləğ isə 3.843,69 AZN təşkil edir. Cavabdehin tam maddi məsul şəxs olmasını və vurduğu maddi ziyan məbləğinin aylıq əmək haqqı məbləğindən artıq olmasını nəzərə alaraq, Əmək Məcəlləsinin 199-cu maddəsinə əsasən tam maddi ziyanı Cəmiyyətə ödəməlidir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.Məmmədov) 2(004)3787/2020 saylı 22 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələblərinin təmin olunmaması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı müvafiq əmrin qanunsuzluğuna istinad edib onun ləğv edilməsini iddia etsə də, məhkəməyə hüquqlarının pozulduğunu sübut edə biləcək hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, mülki p rosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
10. Bundan başqa Cavabdeh MMC İddiaçı tərəfindən ona maddi zərər vurulmasını iddia etsə də, qarşılıqlı iddia tələblərinin əsasını təşkil edən 01.09.2020-ci il tarixli akt konkret faktlarla deyil, mülahizələr və ehtimallarla əsaslanmışdır.
11. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 10, 70, 191, 199, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 124.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1679/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Babayev (sədrlik edən və məru zəçi), X.Mərdanova və E.Həsənov) apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3787/2020 saylı 22 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə-yəni ilkin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılmaqla, ilkin iddia tələbinin qismən təmin olunması, Cavabdeh MMC-nin 24.06.2020-ci il tarixli 59/20-K nömrəli əmrinin ləğv edilməsi və İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Cavabdeh MMC-də “müştəri xidməti təmsilçisi” vəzifəsinə bərpa edilməsi, 24 iyun 2020-ci il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ödənilməsi, İnventara (kompyuterə) dəymiş ziyana görə iddiaçıdan tutulmuş 217 (iki yüz on yeddi) manatın və vəkil xidmətindən istifadəyə görə çəkilmiş 200 (iki yüz) manat məbləğində xərcin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə əsasən işçinin əmək müqaviləsinə xitam verilməsinə səbəb göstərilən hal nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə (xüsusilə 71-72-ci maddələrinə) əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər.
15. Kollegiya hesab etmişdir ki, iddiaçıya istinad olunan pozuntu (müştərinin yönləndirilməsi) nəticəsində cavabdeh müəssisədə işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasından və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsindən bəhs etmək mümkün deyildir.
16. Kollegiya, həmçinin, qeyd etmişdir ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakteri ni nəzərə almalıdır. Məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, ailə vəziyyəti nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4 -i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və kollegiyanın qənaətinə görə iddiaçının yol verdiyi iddia olunan pozuntuya görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntunun - əgər pozuntu hesab edilsə belə xarakterinə adekvat olmamışdır.
17. Bundan başqa kollegiya qeyd etmişdir ki, iş materiallarında iddiaçıdan inventara (kompyuterə) dəymiş ziyana görə tutulmuş 217 manatın tutulmasının əsaslı hesab edilməsi üçün heç bir sübut yoxdur. Belə ki, cavabdeh təşkilat “X” şirkəti tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş “X” aktına əsasən inventara (kompyuterə) ziyan vurulduğunu irəli sürsə də, kollegiya həmin aktı mötəbər sübut kimi qəbul etmir. Əvvəla həmin aktı vermiş şirkətin belə bir səlahiyyətinin olması iş materiallarına əsasən müəy yən olunmur. Digər tərəfdən isə ümumiyyətlə kompyuterin hansı vəziyyətdə iddiaçının istifadəsinə verilməsi ilə bağlı hər hansı bir sənəd (akt) cavabdeh tərəfindən təqdim edilməmişdir.
18. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1-ci maddəsinə görə əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyır.
19. Əmək Məcəlləsinin 191.2.-ci maddəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır:a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda;b) təqsirkarın əməli, yəni hərəkəti və ya h ərəkətsizliyi qanuna zidd olduqda;c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
20. Qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi işçinin maddi məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır. Ona görə də, ziyana görə məsuliyyətlə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
21. Kollegiya hesab etmişdir ki, cavabdeh şirkət iddiaçının qanunsuz hərəkəti nəticəsində ziyan vurulduğunu sübut edə bilməmişdir Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasi ya şikayətinin dəlilləri
22. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. İddiaçı və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş e tdilər.
26. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
27. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma apa rmır və onlara qiymət vermir.
28. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
29. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Əmək Məcəlləsi
31. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. (maddə 70 (ç))
32. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş ol sun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. (maddə 71(2))
33. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya o nların bu səbəbdən həlak olması; qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. (maddə 72)
34. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəka rlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. (maddə 186(3))
35. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. (maddə 191(1))
36. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. (maddə 191(2))
37. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. (maddə 300 (1)) Mülki Prossesual Məcəllə
38. Məhkəmə yalnız tərəflərin təqdim etd ikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
39. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
40. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
41. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onl ara qiymət vermir. (maddə 407.2)
42. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
43. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1679/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnam əsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.