Məhkəmə qərarları › İş №2(102)-5811/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5811/2020

23.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5811/2020 23.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı-nin cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 qarşı (Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti üçüncü şəxs olmaqla) iş üzrə QƏRARİ (Açar sözlər: yeni tikiləcək binada mənzilin veriməsi müqabilində söküləcək mənzilin təhvil verilməsi) Bakı şəhəri, 23 noyabr 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədov Əhməd Abbasoğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehlər Cavabdeh3, Cavabdeh6 Firuddin qız ı, Cavabdeh1, Cavabdehlər Cavabdeh6 Firuddin qızı və Cavabdeh1 vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4131/2020 nömrəli iş üzrə 27 iyul 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 noyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikasının Nazirlər Kabineti 22 yanvar 2016-cı il tarixdə “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 8 saylı qərar qəbul edərək Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti və Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən Binəqədi rayonu üzrə 1247 ailə yaşayan 49 çoxmənzilli yaşayış binalarının, həmçinin Biləcəri Bələdiyyəsi ərazisində yeraltı qaz sızması aşkar olunmuş zonadakı 166 fərdi yaşayış evinin və Qaradağ rayonunun Lökbatan, Sahil, Puta, Qızıldaş və Ələt qəsəbələrində XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 10960 nəfər yaşayan 274 qamış və taxta yaşayış binalarının, habelə Binəqədi və Qaradağ rayonları ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyriyaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını; ərazi və ərazi hissələrinin müfəssəl planlarının hazırlanmasını və təsdiqini; yeni tikiləcək yaşayış binalarının və qeyri-yaş ayış obyektlərinin layihələrinə razılığın tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini; bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini; mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb edəcəkləri kredit vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan, söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; qanunvericiliyin tələblərinə uy ğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımı maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını qərara almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin həmin qərarının icrası ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyəti ilə İddiaçı (bundan sonra – iddiaçı və ya MMC) arasında 10 fevral 2016-cı il tarixli müqavilə bağlanılmışdır. Həmin müqavilə ilə Podratçı qismində fəaliyyət göstərən MMC öhdəsinə götürmüşdür ki, binaların tikintisi üçün zəruri ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzillərin əvəzinə orta təmirli və razılaşdırılmış mərtəbələrdə mənzil sahəsi ilə təmin edəcəkdir. Bundan sonra ünvan 1 ünvanında qəzalı vəziyyətdə olan yaşayış və qeyri-yaşayış binalarının sökülməsi haqqında Komissiya təşkil edilmiş, Qaradağ Rayon İcra Hakimiyyəti və MMC-nin nümayəndələrindən ibarət komissiya 11 mart 2016-cı ildə Akt tərtib etmişlər. Həmin Aktda razılıq əldə edilmişdir ki, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkəti sifarişçi, podratçı MMC-nin öz vəsaiti və ya cəlb edəcəkləri kredit vəsaitləri hesabına qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binalar, qeyri-yaşayış obyektləri sökülərək, onların yerində yeni yaşayış binalarının tikilməsini öhdəsinə götürən tikinti şirkəti yeni yaşayış binası tikilənədək bu qəzalı binalardan köçürülən sakinlərin müvəqqəti olaraq aylıq tərəflər arasında müəyyən edilmiş məbləğdə təyin edilən və razılaşdırılmış icarə haqqı ödənilməklə kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımı maliyyə vəsaitinin ayrılaraq ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binalarda tam təmirli tərəflər arasında müəyyən edilmiş ölçüdə mənzillərin verilməsi məqsədi ilə zəmanət müqavilələri bağlanılsın, inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan, söküləcək evlərin ərazisindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ö dənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə, mövcud və qazıntı işləri aparılarkən tikinti altında aşkar edilmiş kommunikasiya işlərinin müvafiq təşkilatlar tərəfindən köçürülməsi üçün Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən şərait yaradılsın. Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 10 mart 2016-cı il tarixli 29 nömrəli Sərəncamı ilə qərara alınmışdır ki:

1. Yeni çoxmənzilli yaşayış binalarının tikintisinə başlanması MMC-yə həvalə edilsin; Qəza vəziyyətində olan binaların sakinlərinin qarşılıqlı razılaşma əsasında yeni mənzillə təmin edilənədək hər ay kirayə haqqı verilməklə başqa yerə köçürülməsi; Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq qəzalı binaların sökülməsi;

2. Yeni çoxmənzilli yaşayış binalarının tikint isinin aparılması məqsədi ilə Lökbatan qəsəbəsi, S.Orucov ünvanda 2,3828 ha torpaq sahəsi MMC-yə verilsin; MMC-yə ayrılmış torpaq sahələri yerində qəbul etsin və onların sanitar vəziyyətinə nəzarət etsin; ayrılmış torpaq sahələrinə MMC tərəfindən qanunla nəzərdə tutulmuş qaydada istifadə hüququ əldə edilsin; ərazinin və obyektin memarlıqplanlaşdırılmasının həlli layihələndirmə ərəfəsində Qaradağ Rayon İcra Hakimiyyəti ilə razılaşdırılsın; Sərəncamın İ və İİ bəndləri MMC tərəfindən tam yerinə yetirildikdən sonra Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq razılaşdırılmış tikinti layihəsi tikintiyə icazə barədə sərəncamın verilməsi və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə Qaradağ Rayon İcra Hakimiyyətinə təqdim edilsin.

4. Bu sərəncam yalnız layihələndirmə üçün əsasdır.

5. Ayrılmış torpaq sahələrinin zəbt olunmasının, həmin ərazidə yaşıllıqların qanunsuz məhv edilməsinin qarşısının alınması və sanitar vəziyyətə nəzarət Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Rayon təsərrüfatı şöbəsinə tapşırılsın. 0869139 nömrəli Çıxarışdan görünür ki, MMC-nin Bakı şəhəri, Qaradağ rayonu, S.Orucov küçəsi 27/2,3824 ha torpaq sahəsinə daimi istifadə hüququ qeydiyyata alınmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 dekabr 2000-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh3 ilə X3 arasında nikah pozulmuş, həmin Məhkəmənin 03 oktyabr 2006-cı il tarixli qətnaməsi ilə Qaradağ Rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsindəki, 27 saylı evin, 43,04 kvadrat metretr sahəsi olan 3 otaqlı 9-cu mənzilinə (bund an sonra – mübahisəli mənzil) dair onların ½ hissələrlə mülkiyyət hüququ müəyyən olunmuşdur. Mənzil Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH, № ******* və seriya MH, ******* saylı Çıxarışlarla ½ hissələrlə Cavabdeh3 və Cavabdeh6 Firuddin qızının mülkiyyətindədir. Həmin mənzildə mülkiyyətçilər, onların ailəli iki övladları, cəmi 10 nəfər yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 qarşı və Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti üçüncü şəxs olmaqla iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilin əvəzinə ½ paylarla mülkiyyətçilər Cavabdeh3 və Cavabdeh6na mülkiyyət, istifadəçilər Cava bdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və azyaşlılar X5, X10, X6, X8 və X4 tikiləcək binada 1 ədəd 3 otaqlı 78 kvadrat metr sahəsi olan təmirli mənzilin verilməsi, müvəqqəti olaraq MMC-yə aid binada olan 3 otaqlı mənzildə yerləşdirilməsi, söküləcək mənzilin boşaldılıb MMC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilin mülkiyyətçiləri və həmin mənzildə istifadə hüququ olan şəxslərə ayrı-ayrılıqda 2 ədəd 30 kvadrat metrlik 2 ədəd 1 otaqlı mənzil və ya 1 ədəd 60 kvadrat metrlik, 3 otaqlı mənzil 40 faiz əlavə ilə təklif edilməsinə baxmayaraq, onlar öz hüquqlarından sui-istifadə edərək istifadəçi MMC-yə ziyan vurmaqla, qəzalı vəziyyətdə olan söküntüsü nəzərdə tutulan S.Orucov küçəsi 27, mənzil 9-da yerləşən 43.0 4 kvadrat metrlik ½ hissədə payla müəyyən edilmiş mənzilin boşaldılmasından imtina etmişlər. Bu səbəbdən qanuni torpaq sahəsinin istifadəçisi MMC torpaq sahəsində əldə edilən bina və qurğularının söküntüsü və bina tikintisi hüquqlarından məhrum edilmişdir. Məhkəmənin 21.10.2019-cu il tarixli qərardadı ilə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş, “xxxx” MMC-nin 26.11.2019-cu il tarixli qiymətləndirmə hesabatı ilə müəyyən edilmişdir ki, ümumi sahəsi 60,74 kvadrat metr, yaşayış sahəsi 43,35 kvadrat metr, köməkçi sahəsi 17,19 kvadrat metr olan mübahisəli mənzilin orta bazar qiyməti 40000 manat təşkil edir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 dekabr 2019-cu il tarixli 2(002)-2096/2019 saylı qətnaməsi ilə (hakim – Kamran Əsədov) iddia təmin edilməmiş, məhkəmə xərcləri iddiaçıya aid edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını, Mülki Məcəllənin 152.1, 157.1, 157.9, 169-cu maddələrini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 157.9-cu maddəsində müəyyən olunmuş əsaslar olduqda mülkiyyət mükiyyətçidən məcburi alına bilər. Həmin maddəyə əsasən buna bir qayda olaraq dövlət ehtiyacları tələb etdikdə yol verilir. Mülkiyyətçilərə və mənzildən istifadə hüququ olan cavabdehlərə iddiaçı MMC tərəfindən birtərəfli qaydada təklif olunan əvəzləşdirməyə əsasən mübahisəli mənzilin sökülməsi və yerləşdiyi ərazinin MMC-nin istifadəsinə verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd edilən Qərarina əsasən yolverilməzdir və iddia tələbi rədd edilməlidir. Həmin qətnamədən iddiaçı tə rəfdən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi və 300 manat ekspertiza xərcinin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, söküləcək mənzilin əvəzinə cavabdehlərə digər abad tam təmirli mənzilin veriləcəyi, mənzillə təmir edilənə qədər müvəqqəti 3 otaqlı mənzildə yerləşdirilicəkləri nəzərə alınmamışdır. Qanuni torpaq sahəsinin istifadəçisi MMC torpaq sahəsində əldə edilən bina və qurğularının söküntüsü və bina tikintisi hüquqlarından məhrum edilmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Azad İmanov) 27 iyul 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassa siya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində maddi və prosesual hüquq normaların tələblərinə düzgün riayət edilməmiş, pozulmuş, düzgün tətbiq edilməmiş, iş üzrə subutlar düzgün qiymətləndirilməyərək söküləcək mənzilin əvəzinə NK-nin 8 nömrəli, 22 yanvar 2016-cı il tarixli Qərarının 1.3-cü bəndinə əsasən cavabdehlərə digər abad 30 faiz əlavə ilə 78 kvadrat metrlik tam təmirli mənzilin veriləcəyini, mənzillə təmin edilənə qədər müvəqqəti kirayə pulu əvəzinə iddiaçıya məxsus hazır binada yerləşən 3 otaqlı mənzildə yerləşdiriləcəklərini, Mülki Məcəllənin 152.5 və 6-cı maddələrinin tələbləri pozularaq MMC-nin torpaq sahəsindən istifadə hüququnun pozulmasını, özlərinin mülkiyyət hüquqlarından sui-istifadə, mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadə etmələri faktlar ını nəzərə almadan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, NK-nin 8 nömrəli, 22 yanvar 2016-cı il tarixli Qərarında qeyd edildiyi kimi hüquqi və fiziki şəxslərin mülkiyyətində və istifadəsində olan söküləcək tikinti ərazisindən istifadə edilməsinə yalnız həmin hüquqi və fıziki şəxslərin razılığı ilə və dəyəri ödənilməklə yol verilməsi nəticəsinə gəlmişdir ki, buda işin hallarına uyğun deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh6 və Cavabdeh1 və onıarın vəkili X7 məhkəmə kollegiyasının i clasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh Cavabdeh3 məhkəmə kollegiyasının iclasına vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər və üçüncü şəxs gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: Maddə

13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 152.1-ci Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olun an nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyə n edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 8 saylı, 22 yanvar 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, hüquqi və fiziki şəxslərin mülkiyyətində və istifadəsində olan söküləcək tikililərin ərazisindən istifadə edilməsinə yalnız həmin hüquqi və fiziki şəxslərin razılığı ilə və dəyəri ödənilməklə yol verilir. Hazırki işin hallarından isə müəyyən edilir ki, MMC ilə söküləcək mənzilin mülkiyyətçiləri və mənzildən istifadə hüququ olan cavabdehlər arasında razılıq əldə edilməmişdir və MMC tərəfindən edilən təklif ilə cavabdehlər razılaşmamışdır, belə olan halda i sə onların iradəsinə zidd olaraq mənzilin sökülməsi cavabdehlərin hüquqlarınınpozulmasına gətirib çıxarır ki, bu da qanunvericiliyin tələbinə əsasən yolverilməzdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4131/2020 nömrəli iş üzrə 27 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar