Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5812/2021 16.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: istifadə hüququna kompensasiya ödəmədən xitam verilməsinin mümkün olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili Vəkil3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4290/2021 nömrəli iş üzrə 19 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 16 dekabr 2021- ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən 20 saylı mənzil 25.12.2003-cü ildə X2 tərəfindən satın alınmışdır. X mülkiyyətçi olmaqla 29.06.2004-cü ildə oğlu, hazırkı iş üzrə Cavabdeh mənzilə qeydiyyata düşməsinə razılıq vermişdir. Cavabdeh 18.07.2004-cü il tarixdən qeyd edilən ünvanda qeydiyyatdadır. 2. 13.07.2004-ci il tarixli müqavilə ilə X2 özünə məxsus olan ünvan 1 ünvanında yerləşən 20 saylı mənzili X bağışlamış, ünvan 1 ünvanında yerləşən 20 saylı mənzil X adına xüsusi mülkiyyət kimi 27.08.2004-cü il tarixdə qeydiyyatdan keçmişdir.
3. Həmçinin iş materiallarından görünür ki, Cavabdeh 18.07.2004-cü il tarixdən ünvan 1 ünvanında yerləşən 20 saylı mənzilin m ülkiyyətçisi olmuş X1 oğlu olmaqla ailə üzvü kimi əvvəllər həmin yaşayış sahəsində yaşamışdır və hal-hazırda da orada yaşamaqdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus olan ünvan 1 ünvanında yerləşən 20 saylı mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xxx saylı mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyat vəsiqəsi verilmişdir. Həmin mənzildə qeydiyyatda olma qla X3, X4 və X2 ilə birlikdə yaşayır. Cavabdeh onun qardaşıdır. Lakin cavabdeh başqa yerdə yaşamasına baxmayaraq, bu günə kimi ona məxsus mənzildən qeydiyyatdan çıxmayıb. Cavabdehin mənzilindəki qeydiyyatı formal xarakter daşıyır və ona əlavə problemlər yaradır. Cavabdehin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması üçün Yasamal RPİ-nin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Polis İdarəsi, eləcə də, ASAN Xidmət mərkəzində olan hüquqşünas tərəfindən ona bildirilmişdir ki, cavabdehin qeydiyyatdan çıxarılması daxili işlər orqanlarının səlahiyyətinə aid deyildir, bunun üçün məhkəməyə müraciət etməlidir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Xüsusilə qeyd etmək istəyir ki, Cavabdeh mənzilə hansı əsaslarla qeydiyy ata düşməsi ona məlum deyil.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Emin Mehdiyev) 14 noyabr 2019-cu il tarixli, 2(004)-5496/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh 18.07.2004-cü il tarixdən ünvan 1 ünvanında yerləşən 20 saylı mənzilin mülkiyyətçisi olmuş X1 oğlu olmaqla ailə üzvü kimi əvvəllər həmin yaşayış sahəsində yaşamaqla ailə qanunvericiliyinin tələblərinə əsasən istifadə hüququ əldə etdiyindən hazırkı iddia tələbi təmin edilə bilməz.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1, 228.2, 228.5-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki bi rinci icraat
9. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Xəyal Sarıyev sədrlik edən və məruzəçi, İlham Kərimli və Şərafət Məmmədova) 22 iyul 2020-ci il tarixli 2(103)-2455/2020 nömrəli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(004)- 5496/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur.
12. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər E.Vəliyeva - sədrlik edən və məruzəçi, E.Şamayev və A.Abbasov) 08 fevral 2021-ci il tarixli Qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.07.2020-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmışdır.
15. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi mübahisəyə düzgün olaraq Mülki Məcəllənin 228-ci maddəsini tətbiq etsə də, həmin maddənin tələblərinə uyğun ol araq cavabdehin mənzildən istifadə hüququnun yaranıb-yaranmamasına düzgün hüquqi qiymət verməmişdir.
16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması.
17. Bu baxımdan məhkəmələr tərəfindən cavabdehin 2004-cü ildə əvvəlki mülkiyyətçi olan anasının razılıq ərizəsinə əsasən mənzilə qeydiyyata düşdüyü vaxtdan onunla birlikdə mənzildə birgə yaşayıb-yaşamaması, bununla da Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən ailə üzvü kimi istifadə hüququnun yaranıb-yaranmaması, yaranmış istifadə hüququna sonradan xitam verilməsi üçün əsaslar olub-olmadığı (hazırda başqa yaşayış yerinin olub-olmaması, bu evdə yaşayış yerinə ehtiyacı qalıb-qalmaması) araşdırılmadan həmin şəxsin yalnız əvvəlki mülkiyyətçinin ailə üzvü olmaqla istifadə hüququnun olmasına istinad etməsi düzgün deyil.
18. Mülki Məcəllənin 262.2-ci madd əsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. (bax. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam ver ilməsinə dair” Qərarı)
19. Cavabdehin mənzildə qeydiyyatda olması ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.
20. Cavabdeh iddiaya etir azında da, anası ilə birlikdə həmin mənzildə yaşamasına deyil, anası tərəfindən mənzilə qeydiyyata düşməsin razılıq verilməsinə istinad edərək həmin mənzildə istifadə hüququnun olduğunu və daimi olaraq həmin mənzildə yaşadığını deyil, günün çox hissəsini həmin mənzildə keçirdiyini bildirir.
21. Lakin apellyasiya məhkəməsi hansı sübutlara əsasən cavabdehin əvvəllər həmin yaşayış sahəsində yaşamaqla ailə qanunvericiliyinə əsasən istifadə hüququ əldə etdiyi nəticəsinə gəldiyini qətnamədə əsaslandırmamış, həmin şəxsin hazırda həmin mənzildə yaşayıb-yaşamadığını, yaşayış sahəsinə ehtiyacı olub-olmadığını araşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər F.Babayev - sədrlik edən və məruzəçi, X.Mərdanova və E.Həsən ov) 2(103)-4290/2021 nömrəli iş üzrə 19 may 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5496/2019 saylı, 14 noyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh mübahisəli mənzilə Mülki Məcəllənin 228.5-ci maddəsinin mənasına görə mənzildən istifadə hüququ əldə etmişdir.
24. Belə ki, ünvan 1 ünvanında yerləşən 20 saylı mənzili 25.12.2003-cü ildə X2 almış, X mülkiyyətçi olmaqla 29.06.2004-cü ildə oğlu, hazırkı iş üzrə Cavabdeh mənzilə qeydiyyata düşməsinə razılıq vermiş, 13.07.2004-ci il tarixli müqavilə ilə X2 özünə məxsus olan ünvan 1 ünvanında yerləşən 20 saylı mənzili X bağışl amış, ünvan 1 ünvanında yerləşən 20 saylı mənzil X adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmiş və bu barədə 1297 saylı reyestr kitabında 194827-ci səhifədə 27.08.2004-cü il tarixdə qeydiyyat aparılmış və Cavabdeh 18.07.2004-cü il tarixdən qeyd edilən ünvanda qeydiyyatdadır. Cavabdeh 18.07.2004-cü il tarixdən ünvan 1 ünvanında yerləşən 20 saylı mənzilin mülkiyyətçisi olmuş X1 oğlu olmaqla ailə üzvü kimi əvvəllər həmin yaşayış sahəsində yaşamışdır və hal-hazırda da orada yaşamaqdadır.
25. Bu isə o deməkdir ki, ona qarşı yönələn tələbin təmin olunması, mənzil üzərində Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gəlmiş istifadə hüquqlarının hüquqi mahiyyəti, onun saxlanılıb-saxlanılmaması, əgər bu hüquq saxlanılmışdırsa ona kompensasiya verilmədən xitam olunmasının mümkünlüyünün müə yyən edilməsindən asılıdır.
26. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh adına hazırda dövlət reyestrindən qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir (AR ƏMDK DƏDRX-in məktubu, i.v.37). Həmçinin, müəyyən edilmişdir ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən 20 saylı mənzilində qeydiyyatda olmaqla yaşayır (BŞİH BŞMKTD 3 saylı XTMKTB 157 saylı MKİS arayışı). Əksini iddiaçı sübut edə bilməmişdir.
27. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehin həmin mənzildə daimi yaşaması özü-özlüyündə onun sözügedən yaşayış sahəsinə ehtiyaclarının aradan qalxdığını təkzib edir və buna dəlalət etmir. Eyni zamanda onun müstəqil yaşayış sahəsinə malik olduğu da müəyyən edilməmişdir. Bu baxımdan kollegiyanın qənaətinə görə, cavabdehin mübahisəsi gedən mənzildən Mülki Məc əllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsi ona kompensasiya ödənilmədən mümkün deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəmə sinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
31. İddiaçı və vəkili izahat verərərk kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
32. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
33. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
34. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
35. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlama q zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
37. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. (maddə 228.5) Mülki Prossesual Məcəllə
38. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
39. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
40. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hə min sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
41. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
42. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
43. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası mə hkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsini n ləğvi üçün qanuni əsas ola bilməz.
46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4290/2021 nömrəli iş üzrə 19 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.