Məhkəmə qərarları › İş №2(102)-5813/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5813/2021

16.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5813/2021 16.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üçün əhəmiyyətli olan bütün halların müəyyən edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-293/2021 nömrəli iş üzrə 16 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı X tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 16 dekabr 2021-ci il tarixdə Ali Məhkəm ənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı X Cavabdeh qarşı «torpaq sahəsindən və mehmanxana sahəsindən cavabdehin çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X qanuni istifadəsində olan xxx kəndi ərazisində yerləşən torpaq sahəsindən və X məxsus 2 otaqlı mehmanxana sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Daha sonra iddiaçı X direktoru X məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh X istifadəsində olan X kəndi ərazisində yerləşən torpaq sahəsindən və X məxsus 2 otaqlı tikilidən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İşin mübahisə edilməyən hallarından görünür ki, Bakı Şəhəri Zəhmətkeş Deputatları Sovetinin 7 mart 1975-ci il tarixli, 91/1649 saylı qərarına əsasən X ovçuluq və balıqçılıq bazasının tikintisi üçün X kəndi 0.10 ha torpaq sahəsi ayrılmışdır.

4. Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq Planlaşdıma İdarəsinin 3629 saylı tikinti pasportundan görünür ki, X kəndi ərazisində yerləşən cənub-şərq bölməsində X ovçuluq və balıqçılıq bazası tikmək üçün icazə verilmişdir. 5. 1975-ci il tarixdə tərtib edilmiş, 5/20 nömrəli ayrıc aktından görünür ki, X kəndi yerləşən torpaq sahəsi X ayrılmış və həmin ərazinin plan cizgisi tərtib edilmişdir.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, mübahisələndirilən əraziyə baxış keçirilib naturada koordinatları müəyyən edilməklə yerin də ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasından araşdırılmışdır. Elektron kadastr baza məlumatlarına əsasən mübahisələndirilən ərazidə iddiaçı və cavabdehə torpaq sahəsinin ayrılması və ya hər hansı hüquqi və texniki sənədin verilməsi barədə məlumat aşkar edilməmişdir. Bakı Şəhər XDS-nin 07.03.1975-ci il tarixli, 91/1649 nömrəli qərarının əlavəsi olan sxem situasiya planı üzərində tərpənməz nöqtələrdən məsafələr göstərilməklə hazırlanmadığından, (koordinatsız olduğundan) sözügedən bu sxemlə naturada koordinatları müəyyən edilmiş 2 otaqlı tikilinin və onun yerləşdiyi torpaq sahəsinin Bakı şəhər XDS-nin 07.03.1975-ci il tarixli, 91/1649 nömrəli qərarı ilə iddiaçı Birliyin istifadəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində olmasını müəyyən etm ək mümkün deyil.

7. İddiaçı bildirir ki, Bakı şəhər Xalq Deputatları İcra Hakimiyyətinin 7 mart 1995-ci il tarixli, 91/1649 saylı qərarından çıxarışına və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 3629 saylı İnşaat pasportuna əsasən X X kəndi ərazisində torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi hazırda da “X qanuni sahibliyində və istifadəsindədir. Cavabdeh heç bir hüquqi əsas olmadan X ayrılmış torpaq sahəsinin müəyyən hissəsini, həmçinin X məxsus 2 otaqlı mehmanxana sahəsini zəbt edərək qanunsuz sahibliyində saxlayır, oradan qanunsuz olaraq istifadə edir, o, ərazidə özbaşınalıqlar edir, Birliyin fəaliyyətini, iş rejimini pozur, Cəmiyyətin üzvlərinə qarşı zorakı hərəkətlər edir. Cavabdeh qanunsuz, özbaşına, qeyri-hüquqi hərəkətlərindən çəkilməsi, torpaq s ahəsini tərk etməsi və mehmanxananı boşaltması ilə bağlı dəfələrlə xəbərdarlıq etməklərinə baxmayaraq cavabdeh qanunsuz hərəkətlərini davam etdirir. Mülki qanunvericiliyin tələblərinə əsasən iddia təmin edilməlidir.

8. Cavabdeh bildirir ki, 1975-ci ildə iddiaçıya torpaq sahəsi ayrılsa da, həmin qərarda hüquqların rəsmiləşdirilməsi üçün 2 il müddət göstərilsə də, 40 ildən çox keçmiş müddət ərzində həmin torpaq sahəsinə dair hüquqlar rəsmiləşdirilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin ona ünvanlanmış məktubunda iddiaçıya 0,1 ha torpaq sahəsi ayrıldığı göstərilsə də, həmin torpaq sahəsinin koordinatları mövcud deyil. Onun rəhbəri olduğu “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti 18.12.2017-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən qeydiyyata alınmışdır. Cəmiyyətin 26.12.2017-ci il tarixli müraciəti əsasında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən “X6” MMC üçün X adlanan ərazisində dəniz sahilindən 50-130 metr məsafədə sxem üzrə 0,8 hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulmuş və müvafiq dövlət qurumlarına rəylərini bildirmələri üçün 06.02.2018-ci il tarixdə 7-6877/17 saylı məktubla müraciət olunmuşdur. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 14.04.2018-ci il tarixli K/15/569 saylı məktubu ilə torpaq sahəsinin ayrılmasına dair Bakı Şəhər İcra Hakimiyyətinə müsbət rəy daxil olmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10.07.2018-ci il tarixli 15/1798 saylı məktubu ilə torpaq sahəsinin ayrılmasına dair Bakı Şəhər İcra Hakimiyyətinə müsbət rəy daxil olmuşdur. Məktuba əlavə edilmiş 10.07.2018-ci il tarixli ER – 15/244 nömrəli ekspertiza rəyində qeyd edilmişdir: “...Təqdim olunmuş sxem üzrə ayrılması nəzərdə tutulmuş ərazinin Xəzər dənizi ilə həmsərhəd sahədə (50 metr məsafədə) yerləşməsi, ərazinin tikinti və yaşıllıqlardan azad olması və eyni zamanda ETSN-də aparılmış “Strukturun optimallaşdırılması” çərçivəsində ərazi üzrə mövcud olmuş X ləğv edildiyi nəzərə alınsın. Yəni, Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz ovçuluq təsərrüfatını ləğv edərək həmin torpaq sahəsinin Cəmiyyətin istifadəsinə ayrılmasına dair etiraz olmadığını bildirmişdir.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin 27.0 7.2018-ci il tarixli 18/03-8/2311 saylı məktubu əsasında 06.08.2018-ci il tarixdə əraziyə baxış keçirilmiş, torpaq sahəsinin sərhədləri ölçülmüş, koordinatlar təyin edilmiş, hal-hazırda araşdırma və layihələndirmə işləri aparılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Cəmiyyətə ünvanladığı 14.06.2018-ci il tarixli məktubda bildirilmişdir ki, Bakı Şəhər Xalq Deputatları Sovetinin 07 mart 1975-ci il tarixli 91/1649 nömrəli qərarı ilə X ovçuluq bazasının tikintisi üçün X kəndi ərazisindən 0,10 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində hər hansı bir qeyd aşkar edilməmişdir. Bundan əlavə 07 mart 1975- ci il tarixli 91/1649 nömrəli qərarla ayrılmış 0.10 ha torpaq sahəsi ilə 3629 nömrəli inşaat pasportunun ayrıc aktında göstərilmiş 0.25 ha arasında ziddiyyət olduğuna və inşaat pasportunda göstərildiyi kimi 2 il ərzində dövlət qeydiyyatına alınmadığına görə təqdim olunmuş sənədlərin heç bir hüquqi qüvvəsi yoxdur. İddiaçının torpaq üzərində mülkiyyət hüquqları rəsmiləşdirilmədiyi üçün, həmçinin torpağın kordinatlatı mövcud olmadığı üçün onun iddiaçıya məxsus torpaq sahəsində fəaliyyət göstərməsindən söhbət gedə bilməz. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim G.Həşimova) 24 dekabr 2019cu il tarixli 2(002)-2895/2019 nömrəli qətnaməsi ilə iddiaçı X Cavabdeh qarşı «torpaq sahəsindən və tikilidən cavabdehin çıxarılması» tələbinə dair iddiası təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə iddiaçı iddia qaldırmaq üçün subyektiv hüquqa malik deyildir.

11. Belə ki, iddiaçı X 1975-ci ildə X kəndi ərazisində torpaq sahəsi ayrılsa da, həmin torpaq sahəsinə dair hüquqlar qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmamışdır. İddia ərizəsindən qeyd edilmiş “iki otaqlı tikili”yə dair ümumiyyətlə heç bir sənəd təqdim edilməmiş, məhkəmə iclasında tərəflərin izahatları ilə həmin tikilinin özbaşına tikili olması müəyyən edilmişdir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66, 667, 68-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apelyasiya şikayəti ver mişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-293/2021 nömrəli iş üzrə 16 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov-sədrlik edən və məruzəçi, Ş.Məhərrəmova və R.Həsənov) iddiaçı X apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı Birliyin iddia tələbi əsaslı deyildir.

16. Belə ki, iddiaçı Birlik ilk əvvəl həmin mübahisəli torpaq sahəsinə subyektiv hüquqlarının olduğunu, yəni mübahisələndirdiyi torpaq sahəsinin onun istifadəsinə verilmiş sahə olduğunu sübut etməlidir. Apellyasiya icraatı zamanı tələb olunaraq əldə edilmiş sübutlar onu deməyə əsas verir ki, iddiaçı Birliyə ayrılmış torpaq sahəsinin mübahisəli sahə olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmin halı sübut etmək vəzifəsi iddiaçı Birliyin üzərinə düşür, lakin iddiaçı bununla bağlı sübutları məhkəmələrə təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir.

21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmi şdir. Kassasiya baxışının hədləri

22. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

23. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

24. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

26. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)

27. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam b axdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

28. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)

29. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)

30. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)

31. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. (maddə 418.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

33. Belə ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. (28)

34. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı Birlik mübahisəli torpaq sahəsinə subyektiv hüquqlarının olduğunu, yəni mübahisələndirdiyi torpaq sahəsinin onun istifadəsinə verilmiş sahə olduğunu sübut edə bilməmişdir.

35. Halbuki, işin mübahisə edilməyən hallarından görünür ki, Bakı Şəhəri Zəhmətkeş Deputatları Sovetinin 7 mart 1975-ci il tarixli, 91/1649 saylı qərarına əsasən X ovçuluq və balıqçılıq bazasının tikintisi üçün BX kəndi 0.10 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinin situasiya planı tərtib edilmişdir.

36. Həmçinin iş materiallarından görünür ki, mübahisəli torpaq sahəsi dənizkənarı sahə olmaqla qeyd edilən mübahisəli torpaq sahəsinə və orda yerləşən tikiliyə cavabdehdən başqa hər hansı digər şəxslərin iddiası yoxdur.

37. Cavabdeh isə qeyd edilən mübahisəli torpaq sahəsinə və orada yerləşən tikiliyə iddiasını onun rəhbəri olduğu “X6” Məhdud Mə suliyyətli Cəmiyyətinə həmin ərazidə torpaq sahəsi ayrılması üçün müraciət etməsi və müvafiq orqanların müsbət rəylərini alması ilə əsaslandırsa da hal-hazırda onun mübahisəli torpaq sahəsinə və orada yerləşən tikiliyə dair hər hansı bir hüququ yoxdur.

38. Ona görə də hazırkı iş üzrə iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddianın rədd edilməsi qanuni və əsaslı deyildir.

39. Bundan başqa hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün Bakı Şəhəri Zəhmətkeş Deputatları Sovetinin 7 mart 1975-ci il tarixli qərarı əsasında iddiaçının istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb-alınmaması araşdırılmalı və mübahisəyə müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verilməlidir.

40. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelya siya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

41. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

42. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-293/2021 nömrəli iş üzrə 16 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Ap ellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar