Məhkəmə qərarları › İş №2(102)-5814/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5814/2022

14.12.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5814/2022 14.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsinə qarşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2022-ci il i tarixli, 2(103)3394/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 16 avqust 2016-cı il tarixli əmək müqaviləsi ilə İddiaçı “SOCAR”-ın Təhlükəsizlik İdarəsinə atıcı vəzifəsinə işə qəbul edilmişdir.

2. İşəgötürən “SOCAR”-ın Təhlükəsizlik İdarəsinin 02 iyul 2020-ci il tarixli əmri ilə İddiaçı töhmət, 11 sentyabr 2020-ci il tarixli əmri ilə - sonuncu xəbərdarlıqla şiddətli töhmət, 12 noyabr 2020-ci il tarixli əmri ilə - təkrarən sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehləri verilmişdir. 3. 26 fevral 2021-ci il tarixdə, saat 10:00 radələrində postların yoxlanılması zamanı müəyyən edilmişdir ki, 4 saylı postun (NBM) atıcısı olan İddiaçı nəqliyyat vasitələrini yoxlama-baxı ş keçirmədən əraziyə buraxmış, həmçinin obyekt işçilərinin piyadalar üçün nəzərdə tutulmuş NBM-dən deyil, nəqliyyat üçün nəzərdə tutulmuş darvazadan yoxlama-baxış keçirilmədən sərbəst şəkildə əraziyə girib-çıxmalarına şərait yaratmışdır. 4. “SOCAR”-ın Təhlükəsizlik İdarəsinin 16 mart 2021-ci il tarixli əmri ilə İddiaçı ilə bağlanmış 16 avqust 2016-cı il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Təhlükəsizlik İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əmək müqaviləsinə xitam verilməsi barədə 16 mart 2021-ci il tarixli əmrinin ləğv e dilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh təşkilatda işlədiyi müddət ərzində daima işini vicdanla və qüsursuz yerinə yetirmişdir. Lakin, ona qarşı qərəzli mövqe tutularaq 26 fevral 2021-ci il tarixdə postların yoxlanılması zamanı nəqliyyat vasitələrini yoxlama baxışı keçirmədən əraziyə buraxdığı əsasla onunla fərdi qaydada söhbət aparılmış və izahatı alınmışdır. Əslində həmin vaxt əraziyə heç bir nəqliyyat vasitələrini buraxmamışdır. Həmçinin, bu hal onda birinci dəfə olmaqla həmin əsasla bağlanmış əmək müqaviləsinə xitam verilməsi tamamilə əsassızdır. Komanda rəisi ona qarşı qərəzli münasibət bəsləmiş və heç bir əsas olmadan töhmət və şiddətli töhmət verdirmişdir. İşdən çıxarılması Həmkarlar ittifaqı komitəsi ilə razılaşdırılmamış, iclas keçirilməmiş, o, belə iclasda iştirak etməmişdir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(011)3488/2021 nömrəli qətnaməsi ilə (hakim S.B.Mehralıyev) iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə, 12-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə, 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinin 2ci hissəsinə, 80-ci maddəsinin 1 və 2-ci hissələrinə, 83-cü maddəsinin 1-ci hissəsinə, Mülki Prosessual Məcəllənin 4.1, 9, 80, 89.3, 106.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Avropa İnsan Hüquqları Məhkəməsinin qərar larına istinad edərək hesab etmişdir ki, SOCAR Təhlükəsizlik İdarəsinin rəisi F.Hacıyevin 34 saylı komandanın atıcısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə tam riayət olunmaqla qəbul olunması təsdiq olunmuşdur. Məhkəmə, iddiaçının işlədiyi dövrdə intizamlı olması və işini vicdanla yerinə yetirməsi barədə müddəalarına tənqidi yanaşaraq hesab etmişdir ki, iddiaçının mülahizələri özünü müdafiə xarakteri daşımaqla əsassızdır və qəbul edilə bilməz. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

9. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(011)-3488/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qə tnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2021-ci il tarixli, 2(103)-8412/2021 nömrəli qətnaməsi ilə (hakim N.Ş.Cəfərovun sədrliyi və məruzəsi ilə, hakimlər XA.Mərdanovanın və X.Ə.Sarıyevin iştirakı ilə) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(011)-3488/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsinə əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, əgər işçi əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tən behindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozursa, bu, işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur. Bu, Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində müəyyən edilib. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində isə qeyd olunub ki, işçi bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Lakin əmək müqaviləsinin Əmək Məcəlləsinin 72-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla ləğv edilməsi üçün 1 şərt mövcud olmalıdır. Bu şərt Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində müəyyən olunub. Həmin maddədə qeyd olunub ki, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yo l verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İddiaçının 26 fevral 2021-ci il tarixdə, saat 10:00 radələrində nəqliyyat vasitələrini yoxlama-baxış keçirmədən əraziyə buraxmasının, həmçinin obyekt işçilərinin piyadalar üçün nəzərdə tutulmuş NBM-dən deyil, nəqliyyat üçün nəzərdə tutulmuş darvazadan yoxlama-baxış keçirilmədən sərbəst şəkildə əraziyə girib-çıxmalarına şərait yaratmasının 71-ci maddənin 2-ci hissəsində göstərilən nəticələrə səbəb olması müəyyən olunmur. Nəzərə alınmalıdır ki, əmək münasibətlərində işçi üçün ən ağır məhrumiyyət yaradan tədbir əmək müqaviləsinin ləğv edilməsidir: o, işini və qazancını itirir. O cümlədən əmək müqaviləsinin ləğv edilməsinin əsasları sırasında hazırkı əsas (70-ci maddənin “ç” bəndi) işçi üçün ən ağır məhrumiyyət yaradan əsasdır: o, başqa iş tapmaqda çətinlik çəkir. Ona görə də 71-ci maddənin 2-ci hissəsində göstərilən şərt olmadan əmək müqaviləsi 70-ci maddənin “ç” bəndi ilə ləğv edilə bilməz. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsi kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2021-ci il tarixli, 2(103)-8412/2021 nömrəli qətnaməsinin l əğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 18 fevral 2022ci il tarixli, 2(102)-472/2022 nömrəli qərarı (hakim Z.Ə.Əliyevin sədrliyi və məruzəsi ilə, hakimlər A.Q.Hüseynovun və İ.R.Xələfovun iştirakı ilə) kassasiya şikayəti qismən təmin etmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2021-ci il tarixli, 2(103)-8412/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

14. Kassasiya instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının daha əvvəl üç dəfə (üçüncüsü 12 noyabr 2020-ci ildə) intizam tənbehinin verilməsi, habelə 26 fevral 2020-ci ildə iddiaçının yenidən əmək pozuntusu törətməsi işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir. Cavabdeh, sonuncu pozuntunu Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə əsasən, əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirmişdir. Bu səbəbdən həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsaslanaraq iddiaçı ilə olan əmək müqaviləsini ləğv etmişdir.

15. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin mövqe ilə razılaşmayaraq göstərmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əmək müqaviləsinin ləğv edilməsinin iki əsası nəzərdə tutulmuşdur: 1) əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməmə; 2) 72-ci maddədə sadalanan əmək vəzifələrini kobud şəkildə pozma. Bu əsaslar arasındakı fərq əmək müqaviləsi bağalayan tərəflər arasında mövcud olmalı etimad (güvən) əlaqəsinin zədələnməsi və ya ümumiy yətlə aradan qalxması ilə izah olunur. Belə ki, əmək müqaviləsi bağlanmaqla tərəflər arasında qarşılıqlı etimad münasibəti qurulur. Qayda olaraq, tərəflər sadəcə müqavilənin bağlandığı anda deyil, gələcəkdə də yerinə yetirilməli olan işlərin görüləcəyinə, müəyyən davranışların davam edəcəyinə güvənərək əmək münasibətinə girirlər. Bu səbəbdən əmək müqaviləsinin tərəfləri qarşılıqlı olaraq etimad şəraitində öz öhdəliklərini davam etdirməyə məcburdurlar. İşçinin əmək funksiyasını, vəzifə borcunu hər hansı formada yerinə yetirməməsi, sözügedən etimad münasibətini tamamilə aradan qaldırmasa belə, onu zədələyir və əmək müqaviləsinin ləğvi üçün bir zəmin yaradır. Bu kimi hallar çoxsaylı və müxtəlif ola biləcəyi üçün qanunverici onları konkret siyahı üzrə sadalamamış, ƏM-in 70-ci maddəsinin “ç” bə ndində əmək müqaviləsinin ləğv olunmasının bir əsası kimi göstərmişdir. Bununla belə, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri hər hansı formada yerinə yetirməmə özü-özlüyündə işçi ilə əmək müqaviləsini ləğv etməyə kifayət etmir. Buna o zaman yol verilir ki, işəgötürən, əmək münasibətlərini davam etdirməməkdə müvafiq səbəblərə görə haqlı olsun. Bu cür səbəblər (şərtlər) ƏMnin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan - işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsidir. Normanın məzmunundan da görünür ki, həmin şərtlər ƏM-nin 70-ci maddəsinin “ç” bəndində sadalanan hər iki əsasın de yil, məhz “əmək funksiyası, vəzifə borcunun (öhdəliklərinin) yerinə yetirilməməsinin” nəticəsi kimi qeyd edilmişdir. Başqa sözlə, qanunverici bu məsələdə fərqləndirmə apararaq, sözügedən şərtləri “əmək vəzifələrinin kobud pozulması” halları üçün nəzərdə tutmamışdır. Çünki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən ikinci əsas (əmək vəzifələrinin kobud pozulması) o hallarla bağlıdır ki, işçinin əxlaqa və ya dürüstlük qaydasına uyğun gəlməyən davranışı nəticəsində əmək münasibətlərini davam etdirmək işəgötürən üçün mümkünsüz hala gəlir. Başqa sözlə, əmək münasibətlərdə mövcudluğu zəruri olan etimad (güvən) tamamilə sarsılır və aradan qalxır. Ona görə də əmək müqaviləsinin işəgötürən tərəfindən dərhal ləğv edilməsi üçün əsas yaranır.

16. Əmək müqaviləsinin ləğvinin ayrı və mü stəqil əsası olan bu hallar ƏM-in 72-ci maddəsində sadalamışdır. Onlardan biri də “ə” bəndində nəzərdə tutulan, işçinin əmək funksiyasını pozduğuna görə əvvəllər verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmasıdır.

17. Beləliklə, sözügedən iki əsasın bir-birindən mahiyyət etibarilə fərqli olması, bu əsaslara dair norma və müddəaların qanunverici tərəfindən də müvafiq fərqləndirmə aparılmaqla nəzərdə tutulması belə qənaətə gəlməyə əsas verir ki, onlara münasibətdə eyni yanaşma sərgilənməsi, yəni ƏM-in 72-ci maddəsində açıqlanan hallara da 71-ci maddənin 2-ci hissəsinin tətbiqi doğru deyil. Əks yanaşma, bu əsasların fərləndirilməsini (o cümlədən əmək vəzifələrinin kobud pozulması hallarının ayrıca olaraq ƏM-nin 72-ci maddəsində sadalanması nı) mənasız edərdi.

18. Odur ki, işçi, ƏM-in 72-ci maddəsində nəzərdə tutulan kobud pozuntulardan birini törətdikdə işəgötürən, əmək müqaviləsini 70-ci maddənin “ç” bəndinə əsasən ləğv edə bilər. Bu zaman o, 71-ci maddənin 2-ci hissəsindəki şərtləri sübut etməyə borclu deyil, məhkəmə də həmin xüsusatları araşdırmağa haqlı deyil.

19. Göstərilənlərə əsasən, kassasiya kollegiyası bu qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd edilən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Hətta şərti olaraq, ƏM-in 71-ci maddəsinin 2-ci hissəsi hazırkı işə tətbiq edilməli olsa belə, işin müəyyən edilmiş faktiki halları (iddiaçının daha əvvəl üç dəfə intizam məsuliyyətinə cəlb edilməsi, onlardan son ikisinin sonuncu xəbərdarlıqla şiddətli töhmətlər olması, altı ay tamam olmamış dördüncü əmək pozuntusunun törədilməsi) baxımından məhkəmənin hansı səbəbdən iş yerində işin və icra intizamının normal ahənginin pozulmaması nəticəsinə gəlməsi əsaslandırılmamışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2022-ci il tarixli, 2(103)-3394/2022 nömrəli qətnaməsi ilə (hakim İ.Ə.Kərimlinin sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovun və E.C.Kazımovun iştirakı ilə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(011)3488/2021 nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsin in 2-ci hissəsinə, 72-ci maddəsinin “ə” bəndinə istinad edərək mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsinin 34 saylı komandanın atıcısı İddiaçı nəqliyyat vasitələrinə yoxlama baxış keçirmədən əraziyə buraxması, həmçinin obyekt işçilərinin piyadalar üçün nəzərdə tutulmuş nəzarət-buraxılış məntəqəsindən deyil, nəqliyyat üçün nəzərdə tutulmuş darvazadan yoxlama-baxış keçirmədən sərbəst şəkildə əraziyə girib-çıxmalarına şərait yaratması mühüm strateji əhəmiyyətli obyekt olan neft kəmərlərinin təhlükəsizliyinə xələl gətirməklə iş yerində işin və əmək intizamının normal ahənginin pozulmasına səbəb ola bilər.

22. Bundan əlavə, İddiaçı təkcə 2020-ci il ərzində əmək intizamını pozduğuna görə 3 dəfə intizam məsuliyyətinə cəlb o lunması, onlardan ikisinin sonuncu xəbərdarlıqla şiddətli töhmət olması, altı ay ərzində 3 dəfə intizam məsuliyyətinə cəlb olunması onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə kifayət qədər əsas verir. İş materiallarından görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyində müəyyən edilmiş prosedur qaydalara riayət olunmuş, əmr qanunvericiliyin tələblərinə uyğun şəkildə verilmişdir.

23. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Kassasiya şikayətinin və ona etirazın də lilləri:

24. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2022-ci il tarixli, 2(103)-3394/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələbləri pozulmuşdur. Belə ki, həmin maddə ilə nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsi üçün Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində göstərilən şərt mövcud olmalıdır ki, iddiaçının hərəkətləri ilə qeyd olunan normada göstərilən nəticələr müəyyən olunmur. Həmçinin apellyasiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 8.1, 9, 9.3, 14.2, 76.1, 77.1, 88-ci maddələrin tələblə ri pozulmuş, qanuni və əsaslı qətnamə qəbul edilməmişdir.

26. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

27. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsi kassasiya şikayətinə qarşı etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

28. Etiraz onunla əsaslandırılmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya baxışının hədləri:

29. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmı r, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

30. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının pred metini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

31. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqa viləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 72-ci maddəsinin “ə” bəndinə əsasən əmək fun ksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulmasının hesab edilməsi üçün əsaslardan biridir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübut lara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

33. Məhkəmə kollegiyası hesab edir ki, apellya siya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və toplanmış sübutlara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir.

35. Kassasiya şikayətinin dəlilləri Əmək Məcəlləsinin 71- ci maddəsinin 2-ci hissəsinin hazırki mübahisəyə tətbiqi ilə bağlıdır. Lakin, bu məsələyə kassasiya məhkəməsinin əvvəlki icraatında qəbul edilən qərarda münasibət bildirilmişdir (bax bəndlər 15-18). Məhkəmənin həmin mövqeyinin təkrarlanmasına zərurət yoxdur.

36. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlilləri də apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, kassasiya şikayətinə yuxarıda qeyd olunan prosessual hüquq normalarının dispozisiyaları qeyd olunsa da, həmin normaların hazırki işdə pozulmasının nədə ifadə olunması göstərilməmişdir.

37. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2022-ci il i tarixli, 2(103)-3394/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar