Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5815/2021 18.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-5815/21 (Açar sözlər: pul tələbi) Bakı şəhəri, 18 noyabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil1, Cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı istehsalatda əmək xəsarəti alması ilə əlaqədar ödənilən ödəncin miqdarının artırılması və ödənilməyən dövr üçün ödənc məbləğinin ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegi yasının 2(103)4637/2021 nömrəli, 09.06.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı əmək münasibətlərində olduğu Cavabdeh MMC tərəfindən xidməti ezamiyyətdə olarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış, həmin yol-nəqliyyat hadisəsi ilə bağlı aparılmış araşdırma nəticəsində istehsalatda bədbəxt hadisənin baş verməsi faktı təsdiq olunmuş, İddiaçı həmin hadisə nəticəsində xəsarət alması 27.09.2013-cü il tarixli “istehsalatda bədbəxt hadisə haqqında Akt” № 01 İZ formalı aktla rəsmiləşdirilmiş və uçota alınmışdır. ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyası onu müayinə edərək əmək zədəsi səbəbindən əmək qabiliyyətinin 80% itiri ldiyini müəyyən etmiş və İddiaçı müddətsiz olaraq ikinci qrup əlillik dərəcəsi vermişdir. Cavabdeh MMC 26.10.2013-cü il tarixli əmrlə işçini əmək qabiliyyətini itirməsi əsası ilə işdən adar edərək İddiaçı müəssisədə işlədiyi dövrdə aldığı əmək haqqının 80%-i həcmində ödənc ödəməyə başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh MMC-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istehsalatda əmək xəsarəti ilə əlaqədar Cavabdeh MMC tərəfindən ona ödənilən ödəncin kütləvi əmək haqqı artımı nəticəsində artırılmalı olan hissəsinin 64 ay ərzində ödənilməməsinə görə 10.483,20 manat, həmin ödənişin gecikdirilməsinə görə 3.189,8 manat, cəmi 13.673 (on üç min altı yüz yetmiş üç) manat pul vəsaitinin Cavabdeh MMCdən tutulub İddia çı ödənilməsinə, 01.01.2020-ci ildən etibarən hər ay 163,8 manat pul vəsaitinin Cavabdeh MMC-dən tutulub İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının əldə etdiyi məlumata görə 2014-cü ilin sentyabr ayının 1-dən “Bakcell" MMC-də işləyən işçilərin əmək haqlarında kütləvi artım olub və əmək haqları orta hesabla 20% artıb. Lakin, “Bakcell" MMC-də baş verən kütləvi əmək haqqı artımları iddiaçıya şamil olunmayıb, iddiaçı müxtəlif vaxtlarda həmin maaş artımlarının ona da şamil edilməsi barədə “Bakcell" MMC-nə və ƏƏSMN yanında X1 rəsmi qaydada müraciət etsə də onun müraciətləri təmin olunmayıb. Həmin artımın ona şamil olunacağı təqdirdə İddiaçı ödənilən aylıq ödənc 163,8 manat (819 manatın 20%-i = 163,8) artmalı idi. Ötən 64 ay ə rzində (01.09.2014 - 31.12.2019) cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan ödəncin cəmi məbləği 10.483.20 manat (163.80 x 64) təşkil edir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən aparılan hesablama nəticəsində məlum olur ki, cavabdeh kütləvi maaş artımı nəticəsində ona ödənilməli olan ödənc məbləğinin gecikdirildiyi 1 gün üçün ona 1,64 manat ödəməlidir. 01.09.2014 - 31.12.2019 dövr üçün ödəncin verilmədiyi günlərin sayı 1.945 gün təşkil edir, ödəncin gecikdirilməsinə görə ona ödənilməli olan cəmi məbləğ 3.189,8 manat (1.945 x 1,64) təşkil edir. Beləliklə, hesab edir ki, cavabdehin ona ödəməli olduğu məbləğ cəmi 13.673 (10.483,20 +3.189,8) manatdır. Bundan başqa, 2020-ci ilin yanvar ayından cavabdehin ona ayda 163,8 manat ödəməsini zəruri hesab edir.
4. Məhkəmə gedişi za manı iddiaçıya verilən ödənclər ümumiyyətlə dayandırıldığı üçün iddiaçının nümayəndəsi ddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, istehsalatda əmək xəsarəti ilə əlaqədar Cavabdeh MMC tərəfindən İddiaçı ödənilən ödəncin kütləvi əmək haqqı artımı nəticəsində artırılmalı olan hissəsinin ödənilməməsinə görə 25.108 manat, həmin ödənişin gecikdirilməsinə görə 6.962 manat, cəmi 32.070 manat pul vəsaitinin Cavabdeh MMC-dən tutulub İddiaçı ödənilməsi, 29.10.2020-ci il tarixdən etibarən kütləvi əmək haqqı artımı nəticəsində artırılmalı olan 350 manat pul vəsaitinin hər ay və müddətsiz olaraq Cavabdeh MMC-dən tutulub İddiaçı ödənilməsi, Cavabdeh MMC-nin 26.10.2013-cü il tarixli, 2616 saylı əmri ilə əmək qabiliyyətinin 80% itirilməsinə görə İddiaçı təyin edilmiş 819,28 manat məbləğində ödəncin 01.07.2020-ci il tarixdən hesablanmaqla hər ay (müddətsiz) Cavabdeh MMC tərəfindən İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh əmək qabiliyyətinin 80% itirilməsinə görə təyin edilmiş 819,28 manat məbləğində ödəncin iddiaçıya ödənilməsini heç bir səbəb göstərmədən 01.07.2020-ci il tarixdən dayandırmışdır.
6. Nəsimi Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(006)-1833/2020 saylı qətnaməsi ilə (hakim C.Musayeva) iddia rədd edilməmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh MMC-də digər vəzifələr üzrə kütləvi əmək haqqı artımları baş verdiyi halda, bu artım Nazirlər Kabinetinin müəyyən etdiyi Qaydalara əsasən iddiaçıya şam il olunmur. Eyni zamanda məhkəmə idiaçıya ödənicin verilməsinin qanuni əsaslarının olmadığını, baş vermiş bədbəxt hadisədə müəssisənin təsiri olmadığına əsaslanmışdır.
8. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.01.2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləğinin təsdiq edilməsi haqqında” normativ hüquqi akta və Əmək Məcəlləsinə istinad etmişdir.
9. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegi yasının 09.06.2021-ci il tarixli, 2(103)-4637/2021 saylı qətnaməsi ilə (hakimlər- A.İsgəndərov (sərlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(006)-1833/2020 saylı qətnаməsi qismən ləğv edilmiş, həmin hissədə iddia təmin edilmiş, Cavabdeh MMC-nin 26.10.2013-cü il tarixli, 2616 saylı əmri ilə əmək qabiliyyətinin 80% itirilməsinə görə təyin edilmiş 819,28 manat məbləğində ödəncin 01.07.2020-ci il tarixdən hesablanmaqla hər ay (müddətsiz) İddiaçı ödənilməsi vəzifəsinin Cavabdeh MMC-yə həvalə edilməsi qət edilmişdir.
11. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin ilk iki tələblə bağlı hissədə, yəni istehsalatda əmək xəsarəti ilə əlaqədar Cavabdeh MMC tə rəfindən iddiaçıya ödənilən ödəncin kütləvi əmək haqqı artımı nəticəsində artırılmalı olan hissəsinin ödənilməməsinə görə 25.108 manat, həmin ödənişin gecikdirilməsinə görə 6.962 manat, cəmi 32.070 manat pul vəsaitinin Cavabdeh MMC-dən tutulub iddiaçıya ödənilməsi və 29.10.2020-ci ildən etibarən kütləvi əmək haqqı artımı nəticəsində artırılmalı olan 350 manat pul vəsaitinin hər ay və müddətsiz olaraq Cavabdeh MMC-dən tutulub iddiaçıya ödənilməsi hissələrində gəldiyi nəticəni əsaslı sayaraq onunla razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni qeyd olunan hissədə düzgün həll etmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğ un və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır.
12. Apellyasiya Məhkəməsi hadisənin xidməti ezamiyyət dövründə Cavabdeh MMC-yə məxsus olan və MMC-nin başqa bir əməkdaşının idarə etdiyi avtomobildə baş verdiyini, səlahiyyətli dövlət orqanı tərəfindən həmin hadisənin istehsalatda baş verən bəbəxt hadisə kimi qiymətləndirildiyini, bu barədə İZ formalı akt tərtib olunduğunu, Cavabdeh MMC-nin bunu qəbul etdiyini, aktı təsdiq etməklə uçota aldığını, keçən müddət ərzində, yəni 01 iyul 2020-ci il tarixədək ödəmələr apardığını və bu ödəncin əsaslılığını mübahisələndirmədiyini, eləcə də hazırda bu ödəncin qanuniliyini şübhə altına alan hər hansı mötəbər sübut təqdim etmədiyini nəzərə alaraq bu qənaətə gəlmişdir ki, cavabdeh 01.07.2020-ci il tarixdə əmək qabiliyyətinin 80% itirilməsinə görə iddiaçıya 819,28 manat məbləğində ödəncin verilməsini dayandırmaqla onun qanunla qorunan hüquqlarını pozmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh MMC kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, heç bir təqsiri olmamasına rəğmən, işçinin sağlamlıq və maddi vəziyyəti nəzərə alınaraq Cavabdeh MMC tərəfindən xoş niyyət nümayiş etdirərək ona 7 (yeddi) il əmək haqqının 80%-i miqdarında aylıq ödənc verilmiş, 01.07.2020-ci il tarixindən həmin ödənc dayandırılmışdır. Hansıki, müəssisənin belə bir vəzifə yox idi. Çünki baş vermiş hadisədə müəssisənin təqsiri olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Cavabdehin vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətini əsassız hesab edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbаycаn Respublikаsı Əmək Məcəlləsi:
18. Maddə. 239.1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
19. Maddə. 239.2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.
20. Maddə. 239.3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edili r.
21. Maddə. 239.4. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.01.2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləği” adlı normativ hüquqi aktın:
22. Bənd 1.1. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirk ar müəssisə, idarə və təşkilatlar (bundan sonra - təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir.
23. Bənd 2.1. İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir.
24. Bənd 3.5. İstehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı "Orta əmək haqqı hesablanarkə n nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir. Mövcud şəraitdə zərərçəkənin peşəsinin (vəzifəsinin) ad) dəyişdirildikdə və yaxud ləğv edildikdə, təqsirkar müəssisədə müvafiq peşə (vəzifə) və yaxud peşə qrupları, müəssisə üzrə orta əmək haqqından müəyyən edilərək hesablanır.
25. Bənd 3.12. Zərərin ödənilməsi ilə əlaqədar tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həll edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazları nın əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı in stansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
32. İlk növbədə qeyd olunur ki, hazırkı icraatda apellyasiya məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında iddianın təmin olunan hissəsində yoxlanılır. Həmin hissə Cavabdeh MMC-nin 26.10.2013-cü il tarixli, 2616 saylı əmri ilə əmək qabiliyyətinin 80% itirilməsinə görə iddiaçıya təyin edilmiş 81 9,28 manat məbləğində ödəncin 01.07.2020-ci il tarixdən hesablanmaqla hər ay (müddətsiz) Cavabdeh MMC tərəfindən iddiaçıya ödənilməsi ilə bağlıdır.
33. Apellyasiya Məhkəməsi iddianı həmin hissədə təmin etməklə hesab etmişdir ki, cavabdeh 01.07.2020-ci ildə əmək qabiliyyətinin 80% itirilməsinə görə iddiaçıya 819,28 manat məbləğində ödəncin verilməsini dayandırmaqla onun qanunla qorunan hüquqlarını pozmuşdur.
34. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı 18.05.2009-cu il tarixdə saat 01:00 radələrində xidməti ezamiyyətdə olarkən "xxxx" MMC-yə məxsus olan və MMC-nin digər əməkdaşı tərəfindən idarə olunan avtomobildə qəzaya uğramış və xəsarət almışdır. Həmin yol-nəqliyyat hadisəsi ilə bağlı 2013-cü ildə aparılmış araşdırma nəticəsində istehsalatda bədbəxt hadisənin baş verməsi faktı təsdiq olunmuş, təhqiqatın aparılmasında "xxxx" MMC-nin iki əməkdaşı da iştirak etmiş, bədbəxt hadisənin səbəbi yol-nəqliyyat hadisəsi kimi müəyyən edilmiş, təhqiqat komissiyası hadisəni istehsalatda baş vermiş bədbəxt hadisə kimi qiymətləndirərək onun İZ formalı aktla rəsmiləşdirilməli və "xxxx" MMC-də uçota alınmalı olduğu barədə rəy vermiş, iddiaçının həmin hadisə nəticəsində xəsarət alması 27.09.2013-cü il tarixli “İstehsalatda bədbəxt hadisə haqqında” Akt № 01 İZ formalı aktla rəsmiləşdirilmiş, akt "xxxx" MMC-nin baş icraçı direktoru tərəfindən təsdiq olunmuş və uçota alınmışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə də məhz Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndində nəzərdə tutulan bu əsasla, yəni əmək qabiliyyətinin fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funks iyasını yerinə yetirə bilmədiyinə görə xitam verilmiş və 26.10.2013-cü il tarixli, 2616 saylı əmrlə əmək qabiliyyətinin 80% itirilməsinə görə ona 819,28 manat məbləğində ödəncin ödənilməsi təyin edilmişdir. Ödənc 2020-ci ilin iyul ayına qədər iddiaçıya ödənilmiş, lakin cari ilin iyul ayından Cavabdeh MMC tərəfindən bu ödənişlər dayandırılmışdır. İddiaçı ödənişin dayandırılmasını qanunsuz sayaraq pozulmuş hüququnun bərpası (müdafiəsi) üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
35. Apellyasiya Məhkəməsi hadisənin xidməti ezamiyyət dövründə Cavabdeh MMC-yə məxsus olan və MMC-nin başqa bir əməkdaşının idarə etdiyi avtomobildə baş verdiyini, səlahiyyətli dövlət orqanı tərəfindən həmin hadisənin istehsalatda baş verən bəbəxt hadisə kimi qiymətləndirildiyini, bu barədə İZ formalı akt tərtib olunduğunu, Cavabdeh MMC-nin bunu qəbul etdiyini, aktı təsdiq etməklə uçota aldığını, keçən müddət ərzində, yəni 01 iyul 2020-ci ilədək ödəmələr apardığını və bu ödəncin əsaslılığını mübahisələndirmədiyini, eləcə də hazırda bu ödəncin qanuniliyini şübhə altına alan hər hansı mötəbər sübut təqdim etmədiyini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, cavabdeh 01.07.2020-ci ildə əmək qabiliyyətinin 80% itirilməsinə görə iddiaçıya 819,28 manat məbləğində ödəncin verilməsini dayandırmaqla onun qanunla qorunan hüquqlarını pozmuşdur.
36. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-ci, 2-ci, 3-cü və 4-cü hissələrinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya s ağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra haki miyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır.
37. Apellyasiya Məhkəməsi hazırkı qərarın 22-23-cü bəndində nəzərdə tutulan qərarın müddəalarını tətbiq etməklə haqlı olaraq ödəncin davam etdirilməsi (ödənilməsi) tələbini əsaslı hesab etmişdir.
38. Eyni zamanda məhkəmə müəyyən etmişdir ki, Cavabdeh MMC əmək qabiliyyətinin 80% itirilməsinə görə iddiaçıya təyin edilmiş 819,28 manat məbləğində ödəncin verilməsini İddiaçı “istehsalatda əmək xəsarəti alması ilə əlaqədar ödənilən ödəncin miqdarının artırılması və ödənilməyən dövr üçün ödənc məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə m əhkəməyə müraciət etdikdən sonra, yəni hazırkı işə birinci instansiya məhkəməsində mahiyyəti üzrə baxılarkən dayandırmış və iddiaçı bu hal ona məlum olduqdan sonra prosesin gedişində iddia tələbinin həcminin artırılması barədə ərizə verərək həmin ödənişin bərpa olunması barədə də qətnamə çıxarılmasını xahiş etmişdir
39. Kassasiya kollegiyası qeyd edir ki, kassatorun iddiaçıya əmək qabiliyyətinin 80% itirməsinə görə təyin edilmiş ödəncin qanunsuz olması ilə bağlı dəlilləri keçərli deyil. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir.
40. Nəzərə almaq lazımdır ki, kassasiya instansiyas ı məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır, işin faktiki hallarını araşdırmır.
41. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş, nəticə etibarı ilə düzgün qərar qəbul etdiyindən qətnamə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır.
42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4637/2021 nömrəli, 09.06.2021-ci il tarixli qətnaməsi kassasi ya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova