Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5818/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: Paylı ümumi mülkiyyətçinin əşyadan istifadə hüququnun təmin olunması, istifadə hüququna görə kompensasiya verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlundan (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkkül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair ilkin iddiası, Cavabdeh İddiaçı qarşı “kompensasiya verilməsi” barədə tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Mə hkəməsinin Mülki kollegiyasının 2(103)-5056/2022 nömrəli, 22 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 22 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 172 saylı evin 11-ci mənzili, hər birinin payı 1/3 hissə olmaqla İddiaçı, Cavabdeh və X2 mülkiyyətindədir.
2. Tərəflərin arasında mənzilin bölünməsi ilə bağlı mübahisə yaranmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyi ilə İddiaçı 1/3 hissəsindəki payının digər mülkiyyətçilərin payına tənasübsüz zərər vurmadan naturada bölünməsinin mümkün olmadığı müəyyən edilmişdir.
3. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli, 2(009)138/2020 saylı qətnaməsi ilə İddiaçı 1/3, X2 1/3 və Cavabdeh 1/3 hissədə paylı mülkiyyəti kimi tanınmış Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 172 saylı evin 11-ci mənzilin ilkin satış qiyməti 91.500 manat müəyyən edilməklə aşıq hərraca çıxarılaraq satılması, mənzilin satışından əldə olunmuş pul vəsaitinin əmlakdakı paylara mütənasib surətdə İddiaçı, Cavabdeh və X3 arasında bölünməsi qət edilmişdir. Lakin mənzilin hərracda satılması mümkün olmadığına görə, icra məmurunun qərarı ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3 və 70.4-cü maddələrinə əsasən icra vərəqəsi məhkəməyə qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı hazı rki iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən 1/3 hissəsi ona məxsus olan mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil mərhum xalası qızından ona, bacısı YYYna və digər bacısı oğlu Cavabdeh miras qalmışdır və onların paylı mülkiyyətindədir. Qeyd olunan mənzildə hal-hazırda cavabdeh yaşayır. Bacısı YYY həmin mənzildə yaşamır. Xalası qızı vəfat etməmişdən əvvəldən Cavabdeh onunla birlikdə həmin mənzildə yaşamışdır. Mənzil hər üçünə miras qaldıqdan sonra cavabdeh onu və bacısı YYYnı mənzilə daxil olmağa, mənzildən istifadə etməyə icazə vermir. Bununla da, cavabdeh onun mülkiyyət və mənzil to xunulmazlığı, eləcə də əmlaka sahiblik, istifadə və sərəncam hüquqlarını pozur. Buna sübut olaraq bildirir ki, cavabdeh digər mülkiyyətçilərin, yəni onun və bacısı YYYnın razılığı olmadan mənzilin telefon nömrəsini öz adına qeydiyyatdan keçirmişdir. Cavabdeh bu hərəkətləri ilə onun hüquqlarını pozduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisəli mənzildə kimlərin yaşaması və kommunal xərclərin kim tərəfindən ödənilməsi barədə arayış verilməsi üçün Binəqədi Rayon MKTB-nin 1 saylı Mənzil-Kommunal İstismar Sahəsinə sorğu verilmişdir. Sorğuya verilmiş cavabda kommunal xərclərin Cavabdeh tərəfindən ödənildiyi qeyd edilmişdir. Yəni həmin sorğuya alınmış cavab ilə bir daha sübut olunur ki, həmin mənzildə Cavabdeh yaşayır.
6. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ilə məhkə məyə müraciət edərək, ilk iddianın rədd edilməsini, iddiaçının mənzilə köçməməsi müqabilində hər ay 150 manat məbləğində kompensasiyanın İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 5 yaşından bu günə qədər sözügedən mənzildə anasının xalası X1 himayəsində yaşamışdır. X1 ölümündən sonra iddiaçı məhkəməyə müraciət edərək, yaşadığı mübahisəli evin 1/3 hissəsinə mülkiyyət hüququ əldə etmişdir. Digər 1/3 hissə ona aid edilmişdir. Mənzil sahəsi 47 kv.m olan iki otaqdan ibarət olduğu üçün bu mənzilin istifadəsinin real bölünməsi mümkün deyil. Belə ki, sahəsi çox kiçik, hamam-tualet, mətbəx və koridor ümumidir. Eləcə də mənzilin üçüncü mülkiyyətçisi var və iki otağı üç yerə bölmək mümkün deyil. M.Sandurskinin fa ktiki olaraq başqa yaşayış yeri yoxdur, iddiaçının isə daimi yaşayış yeri var. O, qeydiyyatda olduğu ünvanda yaşayır. İddiaçının mənzilə payı ona imkan vermir ki, bu mənzilin yaşayış sahəsinə istifadə hüququ yaransın və mənzilə köçürülsün. İddiaçı ailəlidir, yetkinlik yaşına çatmış övladları var, iddiası formal xarakter daşıyır və məqsəd mənzilə köçmək deyil, onun mənzildə yaşamağını mümkünsüz etməkdir. Bununla əlaqədar, mənzilə köçməməyi müqabilində, Cavabdeh hər ay 150 manat kirayə pulu ödəməyə hazırdır.
8. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-514/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim M.Rüstəmli) ilk iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 172, 11 saylı mənzilə köçürü lməsi, qarşılıqlı iddianın isə təmin olunmaması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzilin 1/3 hissəsi iddiaçının mülkiyyətində olduğundan, onun da cavabdeh kimi həmin mənzilə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququ vardır. Ona görə də məhkəmə belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 172, 11 saylı mənzilə köçürülməlidir.
10. Məhkəmə qarşılıqlı iddia ilə bağlı həmçinin hesab etmişdir ki, iddiaçının sözügedən mənzilə köçürülməsi barədə iddiası təmin edildiyindən, iddiaçının mənzilə köçməməyi müqabilində hər ay 150 manat məbləğində kompensasiyanın İddiaçı verilməsi barədə qarşılıqlı iddiası tələbi təmin edilə bilməz.
11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci və MPM-nin 14.2, 77.1, 217.4, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə formal yanaşaraq mülkiyyətçi kimi cavabdehin hüquqlarını nəzərə almamışdır. İddiaçının mənzilə payı ona imkan vermir ki, sözügedən mənzilin yaşayış sahəsinə istifadə hüququ yaransın və o, bu mənzilə köçürülsün. Onun faktiki olaraq başqa yaşayış yeri yoxdur, İddiaçı isə daimi yaşayış yeri var və qeydiyyatda olduğu ünvanda yaşayır. İddiaçının tələbi formal xarakter daşıyır və məqsədi mənzilə köçmək deyil, cavabdehin mənzildə yaşamasını mümkünsüz etməkdir. Birinci instansiya məhkəməsi isə əsassız olaraq iddiaçının mənzilə köçməməyi müqabilində hər ay 150 manat kirayə pulu ödəmək barədə qarşılıqlı iddianı rədd etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5056/2022 nömrəli, 22 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi gəl diyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ilk iddianı təmin edib. Belə ki, mənzil 3 nəfərin – İddiaçı, Cavabdeh və İradə Quliyevanın ümumi paylı mülkiyyətindədir, onların hər birinin payı 1/3 hissə təşkil edir. İddiaçı mənzilə köçmək istəsə də, hazırda mənzildə yaşayan cavabdeh buna etiraz edir. Lakin mənzilə köçürülmə qanunauyğundur, çünki İddiaçı digər mülkiyyətçilər kimi mənzildən istifadə etmək (mənzildə yaşamaq) hüququna malikdir.
16. Apellyasiya məhkəməsi qarşılıqlı iddia ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qarşılıqlı iddianı təmin etməyib. Belə ki, birincisi, kompensasiya ümumi mülkiyyətdəki paya görə deyil, mənzilə köçməməyin müqabilində təklif olunmuşdur. Əvvəla, qanuna əsasən kompensasiya paya görə (payın dəyəri kimi) təklif olunmalıdır. Digər tərəfdən, mülkiyyətçinin razılığı olmadan ona kompensasiya verilməsi üçün tələb olunan şərtlərdən biri payın cüzi olmasıdır. İddiaçı ona kompensasiya verilməsinə razılığı yoxdur, onun payı isə cüzi deyil, digər iki mülkiyyətçinin payı ilə bərabərdir.
17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 215.4, 220.3, 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
19. Kassator şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi hüquq nor malarının tələbləri düzgün tətbiq olunmamışdır. Belə ki, apellyasiya instansiya məhkəməsi qətnamədə başqa normaya istinad etməmişdir. Həmçinin kassator bildirmişdir ki, İddiaçı daimi yaşayış yeri olduğundan və onun bu mənzilə ehtiyacı olmadığından onun mübahisəli mənzilə köçməməsi şərti ilə kompensasiya təklif olunur. Mübahisəli mənzil cavabdehin daimi yaşayış yeridir.
20. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, MM-nin 220.3, 220.4-cu maddələrinə Avropa İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə, Ümumdünya İnsan hüquqları Bəyannaməsinin 8-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı iddiaçının vəkili Vəkil1 yazılı etiraz verərək, ka sasiya şikayətinin əmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1-ci maddəsi və Əlavə 2-yə uyğun verilməmişdir. Buna görə də kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsinə əsasən geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri
22. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul ed ilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən tam mübahsələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
24. Maddə 13, 1-ci hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
25. Maddə 29, 3-cü hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
26. Maddə 4-cü hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
28. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın
29. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.
30. Maddə 215.4. Paylı ümumi mülkiyyətin hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.
31. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ay rılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
32. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm m ənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir
34. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olm amasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
39. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apel lyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. İddiaçı iddiası onun mülkiyyət hüquqlarının konstitusion təminatı barədə müddəalara əsaslanır və məhkəmələr haqlı olaraq Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152 və 215.4-cü maddələrinə istinad etməklə onun iddiasını təmin etmişlər. Qarşılıqlı iddianın isə təmin olunması üçün hüquqi əsaslar yoxdur.
42. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyas ı məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
43. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
44. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5056/2022 nömrəli, 22 iyul 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.