Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-582/2022 24.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Torpaq sahəsindən çıxarılma, mülkiyyət hüququnun müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-472/2021 nömrəli iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşa ğıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şabran rayon şöbəsinin verdiyi 05.07.2005-ci il tarixli, JN-184A 30401004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X5 məxsus ünvan 1 ünvanında yerləşən 0,02 ha torpaq sahəsi 14 may 2014-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən İddiaçı satılmışdır. 02.08.2018-ci il tarixli etibarnamə ilə X2 mülkiyyətində olan Şabran şəhəri, Nizami küçəsi. 40 saylı evlə bağlı müəyyən səlahiyyətləri 30 il müddətinə Cavabdeh vermiş, cavabdeh isə bu etibarnamə əsasında həmin evdə yaşamış və yaşamaqdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia qaldıraraq cavabdehin z əbt etdiyi torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin daxilində tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin sökülmüş hasarının bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, aldığı torpaq sahəsində övladı ilə yaşamaq üçün kiçik ölçülü bir ev tikmişdir. Qonşusu olan cavabdeh tək qadın olmağından istifadə edərək, ilbəil ona məxsus torpaq sahəsini zəbt etməyə başlamışdır. O, cavabdehə öz iradını bildirsə də, onun sözlərinə əhəmiyyət verməmiş, hətta hamam-tualetinin bir hissəsini onun ərazisində tikmişdir. O, 2018-ci ilin may ayının axırlarında torpağına daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında çıxarış almaq istədikdə ona məlum olmuşdur ki, ona məxsus 245 kvadrat metr torpaq sahəsindən c əmi 195 kvadrat metr torpaq sahəsi qalmışdır. Belə ki, torpağın 50 kvadrat metr hissəsi cavabdeh tərəfindən zəbt olunmuşdur. Mütəxəssislər gəlib sahəni ölçəndən sonra müəyyən olunmuşdur ki, cavabdeh həqiqətən də, onun istifadəsində olan torpaq sahəsinin 31 kvadrat metr hissəsindən istifadə edir. O, bu barədə cavabdehə bildirmiş, o da cavab olaraq onun 1,5 metr uzunluğunda, 2 metr hündürlüyündə mişar daşı ilə tikilmiş hasarını 03.06.2018-ci ildən 04.06.2018-ci ilə keçən gecə sökmüş və digər tərəfdən tikilmiş hasarını zədələyərək, onun aşma ehtimalını yaratmışdır. Cavabdeh məhkəmədə iddianı qəbul etməyərək göstərmişdir ki, mərhum X7 ilə onun yaşadığı evin arasında daş hasar mövcud idi. Həmin hasarın yarısını Həmid kişinin və sonradan iddiaçının sökdüyü evin divarı, yarısını isə daş hasar təş kil edirdi. Yaşadığı evlə iddiaçının sökdüyü ev arasındakı məsafə 80 sm-dən 1 metrə qədər idi. Evi sökəndən sonra iddiaçı ara məsafəni hasarlayaraq zəbt etmək istəyirdi. Nəticədə onun yaşadığı evin cənub tərəfdən divarı iddiaçının həyətində qalacaq, lazım gəldikdə həmin divarın təmiri və ya bərpa işlərini apara bilməyəcəkdi. Bundan əlavə həmin tərəfdə onun kondisioneri və hamam otağının pəncərəsi yerləşir. İddiaçı X4 aldığı evi söküb yeni ev tikmişdir. İddiaçı onun 50 kvadrat metr torpaq sahəsini zəbt etdiyini deyəndə özünün üzərində ev tikdiyi torpaq sahəsini nəzərə almayıb, hesablamayıb. O, onun yaşadığı əraziyə aid torpaq sahəsini zəbt etməmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 yanvar 2019-cu il tarixli, 211 saylı rə yinə əsasən torpağın mülkiyyətə verilməsinə dair JN 184A 30401004 saylı şəhadətnaməyə əsasən iddiaçının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün verilmiş 0,02 ha torpaq sahəsinin qərb tərəfdən 33 kvadrat metr hissəsinin cavabdeh tərəfindən istifadə edildiyi müəyyən olunur. Məhkəməyə təqdim edilmiş Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu Layihə-X3 LTİ-nin mütəxəssisi tərəfindən verilmiş 22 may 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən iddiaçının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün verilmiş 0,02 ha torpaq sahəsinin 31 kvadrat metr hissəsi qərb tərəfdən cavabdeh tərəfindən istifadə edilir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2019-cu il tarixli, 7793 saylı rəyinə əsasən torpağın mülkiyyətə verilməsinə dair JN 184A 30401004 saylı şəhadətnaməyə əsasən iddiaçının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün verilmiş 0,02 ha torpaq sahəsinin qərb tərəfdən 31 kvadrat metr hissəsinin cavabdeh tərəfindən istifadə edildiyi müəyyən olunur. Şabran Rayon Məhkəməsinin (hakim Çingiz İsgəndərov) 08 iyul 2019-cu il tarixli, 2(031)-51/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, JN-184A kod 30401004 saylı şəhadətnaməyə əsasən iddiaçının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün verilmiş 0,02 ha torpaq sahəsinin qərb tərəfindən cavabdehin zəbt etdiyi 31 kvadrat metr hissəsindən çıxarılmağı, həmin torpaq sahəsinin daxilində yerləşən tikililərin onun hesabına sökülməsi və torpaq sahəsinin sökülmüş hasarının bərpa edilməsi qət olunmuşdur. Məhkəmə iddia tələbinin təmin edilməsini cavab deh tərəfindən iddiaçının istifadəsinə verilən 0,02 ha torpaq sahəsinin qərb tərəfdən 31 kvadrat metr hissəsinin qanunsuz istifadə olunması ilə əsaslandırmışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, baxmayaraq ki, iddiaçı mülkiyyətdə olmuş torpaq sahəsini alqı-satqı yolu ilə əldə etmiş, lakin öz adına dövlət qeydiyyatına keçirməmişdir, o, həmin torpağın sahibi və istifadəçisidir, deməli, həmin torpaqla bağlı tələblər irəli sürmək hüququna malikdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər: Elman Rəhimov sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə və Telman Quliyev) 0 9 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının adına reyestrdən çıxarış olmasa da, hazırda həmin torpaq sahəsinin real mülkiyyətçisi hesab olunur. Lakin bu torpaq sahəsinin 31 kvadrat metr hissəsi cavabdeh tərəfindən heç bir qanuni əsas olmadan zəbt edilməklə istifadə olunur, zəbt olunmuş hissədə cavabdeh tərəfindən tikinti işləri aparılmışdır. Cavabdeh istifadə etdiyi həmin torpaq sahəsinə dair heç bir mötəbər hesab ediləcək hüquq müəyyənedici sübutu məhkəməyə təqdim etməmişdir. Apelyasiya instansiyası məhkəməsinin Mülki Məcəlləsinin 152.1, 152.2, 157.2, Torpaq Məcəlləsinin 111-ci maddələrinə istinad etməklə işin material ları üzrə gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, mübahisəli torpaq sahəsinin sahibi olan iddiaçınınistifadə və sahiblik hüququ qanunla qorunur. Cavabdeh isə mübahisəli ərazini özbaşına zəbt etdiyinə görə bu hal iddiaçının hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin 09.10.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər: Elşanə Vəliyeva sədrlik edən və məruzəçi, Elşad Şamayev, Aqil Abbasov) 2(102)-3577/2021 nömrəli iş üzrə 21 sentyabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təm in edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır. Məhkəmə qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin yaşadığı evin mülkiyyətçisi X1 hazırki işə cəlb etmədən, cavabdehin zəbt edilmiş torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin daxilində tikililərin cavabdehin hesabına sökülməsi iddiasına cavab verməli olan əsl cavabdeh olub-olmamasına qiymət verməmiş, qaldırılan iddia ilə mülkiyyətçinin hüquqlarının pozulub-pozulmamasını, onun maraqlarına toxunub-toxunmamasını aydınlaşdırmamış, onun iştirakının təmin edilməsinin zəruriliyini və məqsədəmüvafiqliyini müzakirə edilməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə də tam və hərtərəfli araşdırma aparmamışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya məhkəməsi kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq mülki iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin etmiş və qərardad icra edilməsi üçün "xxxx" MMC-nin mütəxəssislərinin iştirakı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 may 2021-ci il tarixli 10/758 №li rəyi və "xxxx" MMC-nin 08 aprel 2021-ci il tarixli mütəxəssis rəylərinə əsasən, ünvan 2 ünvanında yerləşən evin torpaq sahəsi ilə (JN-183A saylı torpaq sahəsi) ünvan 3 ünvanında olan (JN-184A saylı torpaq sahəsi) torpaq sahələrinin sərhəddi mü əyyən edilərkən məlum oldu ki, naturada olan ölçü ilə sənədlərdə olan ölçülər arasında fərq mövcuddur. Torpaq sahələrinin sərhəddinin yer quruluşu planına uyğun Nizami küçəsi 40 ünvanında yerləşən evin divarına bitişik keçir və həmin evin torpaq sahəsinin faktiki olaraq ölçüsü rəyə əlavə edilmiş sxemdə qeyd edilir. İddiaçının istifadəsində olan torpaq sahəsinin faktiki ölçüsü 0,0195 hektardır. Həmçinin tədqiqat prosessinin təsviri hissəsində qeyd olunur ki, şəhadətnamə və texniki Pasportlarda bir qayda olaraq torpaq sahəsinin koordinatları qeyd edilmir. Ona görə araşdırma Şabran şəhəri ərazisində vətəndaşların qanuni istifadələrində olan həyətyanı torpaq sahələrinin lahiyəsinə əsasən davam etdirildi, bu zaman məlum oldu ki, tərəflərin istifadəsində olan həyətyanı torpaq sahələri həmsərhəd olmaqla bitişikdir. JN-184 A kod 30401004 saylı torpağın mülkiyyətə veilməsinə dair şəhadətnamədə göstərilən Həmid Əmirova məxsus olmuş yaşayış evinin hal-hazırda mövcud olmadığı iddiaçı tərəfindən həyətin başqa hissəsində (əks tərəfdəki qonşunun evinə bitişik) yeni yaşayış evi inşa etdiyi naturaya baxış zamanı məlum oldu. Mübahisəli hissənin yəni iddiaçının istifadəsində olan, torpaq sahəsinin en hissəsinin koordinatları GPS aləti vasitəsi ilə qeydə alınıb lenta vasitəsi ilə ölçülərkən məlum oldu ki, ölçülər sənəd üzrə olan ölçülərdən azdır, yəni ki cavabdeh (Şabran şəhəri ərazisində vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin layihəsinə əsasən JN-183A saylı torpaq sahəsi) iddiaçının istifadəsində olan torpaq sahəsinə, JN-184A saylı torpaq sahəsi) bitişik hissəsin də həyətyanı sahənin uzunluğu boyunca müxtəlif ölçülərdə müdaxilə etmişdir və həmin müdaxilə olunmuş hissəyə inşa etdiyi yaşayış evinin bir hissəsi və ardıcıl olaraq aralarında inşa edilmiş daş hasar düşür. Ümumilikdə JN-184A saylı şəhadətnamədə qeyd olunan torpaq sahəsinin 17 kvadrat metr layihə üzrə əks tərəfdəki digər qonşunun torpaq sahəsinin və evinin üzərinə düşür. 195 kvadrat metr faktiki olaraq iddiaçının istifadəsindədir, 33 kvadrat metr isə cavabdehin istifadəsindədir. Məhkəmə həmçinin kassasiya məhkəməsinin göstərişlərini nəzərə alaraq X1 üçüncü şəxs kimi işə cəlb edərək izahatını almışdır. Üçüncü şəxs izahatında apellyasiya şikayətini müdafiə edərək apelyasiya şikayətini qəbul etdiyini, dəlilləri ilə razılaşdığını, özü Bakı şəhərində daimi yaşadığı üçün həmin torpaq sahəsini tə mənnasız cavabdehə verdiyini, ünvan 2 ünvanında yerləşən evin onun mülkiyyəti olduğunu, həmin evə dair qeydiyyat vəsiqəsi və texniki pasportun olduğunu, sonradan sərhədləri dəyişilmədiyini və heç bir tikinti aparılmadığını, bu iddianın cavabdehə adiyyəti olmadığını nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Səyyad Qafari sədrlik edən və məruzəçi, Şəmsəddin Abbasov, Telman Məmmədov) 07 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəll ənin 157.2-ci maddəsi təşkil edir. Bu maddənin dispozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməli, ikinci iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməli, üçüncüsü isə cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Məhkəmə qeyd etmişdir ki, ünvan 2 saylı ev mülkiyyət hüququ üzrə məhkəmə kollegiyası tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Rahib Sultanova məxsusdur və 02.08.2018-ci il tarixli etibarnaməyə əsasən həmin evi 30 il müddətinə cavabdehin idarəçiliyinə vermiş, cavabdeh isə bu etibarnamə əsasında həmin evdə yaşamış və yaşamaqdadır. Lak in iddia tələbini təmin edən birinci instansiya məhkəməsi cavabdehin yaşadığı evin mülkiyyətçisi olan Rahib Sultanovu hazırki işə cəlb etmədən, cavabdehin zəbt edilmiş torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin daxilində tikililərin cavabdehin hesabına sökülməsi iddiasına cavab verməli olan əsl cavabdeh olub-olmamasına qiymət verməmiş, qaldırılan iddia ilə mülkiyyətçi Rahib Sultanovun hüquqlarının pozulub-pozulmamasını, onun maraqlarına toxunubtoxunmamasını aydınlaşdımamış və nəticədə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. İddiaçının hazırki iddia tələbi bu iddiaya cavab verməli olan şəxsə qarşı yönəlməmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddia tələbi ona cavab verməli olmayan şəxsə qarşı verildiyindən iddia təmin edilə bilməz. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əgər məhkəmə bu iddianın iddiaya cavab verməli olmayan şəxsə yönəldiyini müəyyən etmişdirsə də, bu zaman yalnız qətnaməni ləğv etməyə hüququ var idi, amma bu hal iddianın rədd edilməsi üçün əsas ola bilməzdi. Məhkəmə kollegiyasının istinad etdiyi prosessual normalar yalnız qətnamənin ləğv edilməsini nəzərdə tutur, lakin tam hüquqlu məhkəmə kimi işə mahiyyət üzrə baxan apellyasiya məhkəməsi əsaslı iddianın rədd edə bilməzdi. Apellyasiya məhkəməsinin işə tam hüquqlu məh kəmə kimi baxması və apellyasiya icraatına MPM-nin müddəalarının tətbiq edilməsi kimi normalar nəzərə alınmaqla belə bir nəticə çıxır ki, hər hansı bir pozuntu aşkar edən məhkəmə kollegiyası qətnaməni ləğv etsə də, maddi hüquq normaları baxımından düzgün həll edilmiş iddianı rədd edə bilməz. İşə baxan zaman məhkəmə müəyyən etmişdir ki, həqiqətən də cavabdeh iddiaçının torpağını qanunsuz olaraq zəbt etmiş, orada tikililər tikmişdir. Belə olan halda məhkəmə işin müəyyən edilmiş halları üzrə qətnamə çıxararaq iddianı təmin etməli idi. Amma məhkəmə iddianın cavabdeh ola bilməyən tərəfə verildiyini əsas gətirməklə, işin baxılmasına məhkəmənin cavabdeh hesab etdiyi mülkiyyətçi cəlb edildiyi halda, iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir ki, həmin qətnamənin özü prosesual hüquq norma larının pozulması ilə çıxarılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tə tbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə
13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1-ci Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xass ələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiy yətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir; Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməlidir. Baxılan işdə iddiaçı cavabdehin zəbt etdiyi torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin daxilində tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin sökülmüş hasarının bərpa olunmasını məhkəmələrdən xah iş etmişdir. İddia tələbini rədd edən apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin göstərişlərinə qismən əməl edərək cavabdehin iddia tələbinə cavab verməli olmayan şəxs olması qənaətinə gəlmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin göstərişlərinə tam əməl etməmiş, apellyasiya şikayətinin dəlilləri üzrə ətraflə araşdırma aparmamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini aşağıda qeyd edilənlərə əsasən əsaslı hesab etmir: Belə ki, mübahisəli ünvanda cavabdehin iddiaçıya məxsu torpaq sahəsinin 33 kvadrat metr hissəsindən istifadı etməsi, orada tikililər inaş etməsi və iddiaçıya məxsus hasarı sökməsi işə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir. İş üzrə bir neçə dəfə ekspertiza keçirilmiş və cavabdehin iddiaçıya mə xsu torpaq sahəsinin 33 kvadrat metr hissəsində istifadə etməsi öz təstiqini tapmışdır. İkinci dəfə işə baxan apellyasiya instansiyası məhkəməsi də göstərilən halları müəyyən etmişdir. Lakin məhkəmə cavabdehin istifadə etdiyi torpaq sahəsinin mülkiyyətçisinin cavabdeh tərəfdən 3-cü şəxs Rahib Sultanov olduğunu, cavabdehin etibarnamə əsasında həmin torpaq sahəsinin idarəçiliyini həyata keçirdiyini, ona görə də irəli sürülən tələblərə cavab verən olmadığını, bununla da iddia tələbinin cavab verməli olmayan şəxsə qarşı yönəldiyini əsas gətirərək iddianı rədd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, məhkəmə həmçinin işdə olan sübutları MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirməmişdir. Belə ki, MPM-in 50.3-cü maddəsinə görə, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Baxılan işdə iddia məhz iddiada göstərilmiş və məhkəmə qaydasında təsdiq edilmiş hərəkətləri törətmiş şəxsə - Cavabdeh qarşı yönəlmişdir. İddia tələbində göstərilən hərəkətlərin konkret olaraq cavabdeh tərəfindən edilməsi məhkəmə qaydasında öz təsdiqini tapmışdır. Cavabdehin yaşadığı və istifadə etdiyi torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olması iddia tələblərinın ona qarşı yönəldilməsini istisna etmir. Çünki iddia tələbində göstərilən hərəkətlər qonşu torpaq sahəsinin mülkiyyətçisi ilə deyil, iddiaçının torpaq sahəsinə üçüncü şəxslərin müdaxiləsi ilə bağlıdır, bu şəxs həm qonşu torpaq sahəsinin mülkiyyətçisi, həm də həmin sahədən qanuni əsaslar la, və ya qanunsuz istifadə edən, yaxud istifadə etməyən şəxslər ola bilər. Apellyasiya instansiyası məhkəməsinin yanaşmasına Cavabdeh yaşadığı evi etibarnamə əsasında idarə etdiyinə görə onun hərəkətlərinə görə etibaredən mülkiyyətçi Rahib Sultanov məsuliyyət daşımalıdır. Lakin məhkəmə nəzərə almamışdır ki, cavabdehin qonşu torpaq sahəsinin mülkiyyətçisi olan iddiaçıya qarşı hərəkətləri etibarnamə ilə ona verilmiş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar olmamış, həmin hərəkətləri qanunsuz olmaqla təmsil etdiyi mülkiyyətçinin deyil, öz maraqları naminə etmişdir. İş üzrə cavabdeh tərəfdən üçüncü şəxs kimi cəlb edilmiş torpağın mülkiyyətçisi Rahib Sultanov da həmin yaşayış evini cavabdehə verdiyini göstərmiş, torpaq sahəsindən faktiki olaraq cavabdehin istifadə etməsi mübahisələndiri lməmişdir. Belə olan halda iddia tələbi düzgün olaraq cavabdehə qarşı yönəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə bir neçə dəfə ekspertiza keçirilmiş, sübutlar tətqiq edilmişdir. Ona görə də, məhkəmə kollegiyası işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə zərurət görmür. MPM-nin 417.1 və 417.1.4-ci maddələrinə görə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, tələbin qanuni əsasını Mülki Məcəllənin 157.4-cü maddəsi (neqator iddia) təşkil edir. Həmin normaya görə əgər mülkiyyətə qəsd və ya baş qa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin qanuni əsasını da düzgün müəyyən etməmiş, Mülki Məcəllənin 157.2-ci maddəsinə (vindikasiya iddiası) istinad etmişdir. Həmin normaya görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Lakin hazırki tələbində iddiaçı özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmir. İddiaçı mülkiyyətə qəsd və ya başqa maneələrə cavabdeh tərəfindən son qoyulmasını tələb edir. İş üzrə aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş işin hallarına görə c avabdehin iddiaçıya məxsus torpaq sahəsinin 33 kvadrat metr hissəsindən istifadə etməsi, həmin torpaq sahəsində cavabdeh tərəfindən tikililər inşa etməsi və iddiaçıya məxsus torpaq sahəsində hasarın cavabdeh tərəfindən sökülməsi öz təsdiqini tapmışdır. Bu halları cavabdeh tərəf də mübahisələndirməmiş, sadəcə olaraq həmin torpaq sahəsinin iddiaçıya deyil, ona məxsus olmasını göstərmişdir ki, onun bu etirazının dəlilləri iş materialları təkzib edilmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin olunmalıdır. İddiaçı verdiyi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması xahiş edildiyindən və məhkəmə kollegiyası işin yenidən baxılması üçün ap ellyasiya instansiyası məhkəməsinə göndərilməsinə zərurət görmədiyindən kassasiya şikayəti qismən təmin edilməlidir. İş üzrə yeni qərar qəbul edildiyindən və iddia tələbi təmin edildiyindən məhkəmə kollegiyası məhkəmə xərcləri ilə bağlı məsələnin də həll edilməsini zəruri hesab edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.5-ci maddəsinə görə, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Həmin Məcəllənin 119.6-cı maddəsinə görə, yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdiri rsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. İddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 20,40 manat və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavadehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh tərəfindən apellyasiya və kassasiya şikayətləri verilərkən ödənilmiş dövlət rüsumları onun özlərinə aid edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tətqiqatlarının dəyəri cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-472/2021 nömrəli iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilsin. ünvan 4 ünvanında yerləşən İddiaçı sahiblik və istifadəsində olan JN-184A kod 30401004 saylı Şəhadətnaməyə əsasən 0,0245 ha torpaq sahəsinin qərb tərəfindən Cavabdeh zəbt etdiyi 33 kvadrat metr hissəsindən çıxarılsın. Həmin torpaq sahəsinin daxilində yerləşən cavabdeh tərəfindən inşa edilmiş tikililər Cavabdeh hesabına sökülsün və həmin torpaq sahəsindən sökülmüş hasar Cavabdeh hesabına bərpa edilsin. İddiaçı tərəfindən ödənilmiş 20,40 manat və kassasiya şikayəti verilməsi üçün ödənilmiş 10,40 manat, cəmi 30,80 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilsin. Cavabdeh tərəfindən apellyasiya və kassasiya şikayətləri verilərkən ödənilmiş dövlət rüsumları onun özünə aid edilsin. Cavabdeh ek spertiza tətqiqatlarının dəyəti olan 50+100+50=200 manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, 60+67,20=127,20 manat ekspert və mütəxəssis xərci Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin hesabına köçürülsün. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.