Məhkəmə qərarları › İş №2(102)-582/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-582/2023

16.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-582/2023 16.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı xxx1nin cavabdehlər Cavabdeh2 və XXXna qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-582/2023 Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü Bakı şəhəri, 16 yanvar 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6063/2022 nömrəli, 25 noyabr 2022-ci il tarixli qərardadından iddiaçı xxx1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıd akı qərarı qəbul etdi, İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı xxx1 cavabdehlər Cavabdeh2 və XXXna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və XXXnın ünvan 1 ünvandan çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim Kamran Əsədov) 2(002)404/2022 saylı, 02 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

3. İddiaçı xxx1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər – E.C.Kazımov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) 2(103)-6063/2022 nömrəli, 19 senty abr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-404/2022 saylı, 02 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

5. Qətnamədən iddiaçı xxx1 və vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6063/2022 nömrəli, 25 noyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçı xxx1 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6063/2022 saylı 19 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı xxx1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun, yəni elektro n məhkəmə icraatında elektron kabinet vasitəsilə verilmədiyindən və kassasiya şikayəti MPM-in 407.1-ci maddəsinin tələbinə (MPM-ə əlavə 3ün tələblərinə cavab vermir) cavab vermədiyindən qaytarılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

8. İddiaçı (Vəkil) qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 sentyabr 2022-ci il tarixli, 2(103)6063/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, sözügedən qətnamə xxx1nə xx.xx.2022-ci il tarixdə daxil ol muş və Nazirlik tərəfindən AR Mülki Prosessual Məcəlləsinin 405.0.1-ci maddəsində müəyyən edilmiş müddətlər çərçivəsində xx.xx.2022-ci il tarixdə kassasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 10-1.3-cü maddəsinin tələblərinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə sistemə daxil edilmiş, həmçinin şikayətin digər nüsxələri poçt rabitəsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilmişdir. Kassasiya şikayəti elektron məhkəmə sistemi vasitəsi ilə göndərilən zaman şikayətin göndərilməsinə dair aparılan əməliyyatlar Müdafiə Nazirliyi tərəfindən tam olaraq icra edilmiş və həmin vaxt şikayətin göndərilməsini sistem təsdiq etmişdir. Kassasiya şikayətinin elektron məh kəmə sisteminə daxil edilməməsi Müdafiə Nazirliyinin iradəsindən asılı olmayan elektron sistemdə yaranan texniki səbəblərdən baş vermişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Cavabdeh2 kassasiya şikayətinə qarşı etirazla məhkəməyə müraciət edərək iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

11. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses işt irakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

12. Maddə 408.1.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kassasiya baxışının hədləri

13. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmə ləri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

14. Hazırkı kassasiya şikayətinə əsasən qərardadın qanuniliyi bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

16. Belə ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə şikayətin göndərilməsi “Elektron məhkəmə” informasiy a sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilən qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayətinin həmin maddənin tələblərinə uyğun verilməməsi kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılması üçün əsasdır (§ 11-12).

17. Apellyasiya məhkəməsi göstərilənlərə istinad edərək kassasiya şikayətini geri qaytarmışdır.

18. Kassator apellyasiya məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətinin elektron məhkəmə sisteminə daxil edilməməsini Müdafiə Nazirliyinin iradəsindən asılı olmayan, elektron sistemdə yaranan texniki səbəblərdən baş verdiyini bildirsə də, bunu təsdiqləyən mötəbər sübutlar təqdim olunmamış, eyni zamanda məhkəmə tərəfindən həmin hal aşkar edilməmişdir.

19. Belə olan halda apellyasiya məhkəməsinin qərardadının dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

20. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6063/2022 nömrəli, 25 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar