Məhkəmə qərarları › İş №2(102)-5820/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5820/2021

09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5820/2021 09.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı cavabdeh "xxxx" QSC-nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə aidiyyəti ilə bağlı mübahisə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), İnzibati Kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı cavabdeh "xxxx" QSC-nə qarşı zaminlik müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(004)-3607/2021nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" QSC ilə X3 arasında 05 iyun 2014-cü il tarixli, LM-1 60\06-2014 saylı X6 bağlanılmışdır. Həmi müqaviləyə əsasən "xxxx"QSC X2 FLORA İNKJET markalı, LJ 320P modellli, LJH+3200A/SP-B/USB/490 seriyalı, 2013-cü il istehsalı, Çin istehsalı, bir ədəd 26.000 (iyirmi altı min) manat qiyməti olan Çap avadanlığı satmışdır. Bundan sonra da "xxxx" QSC ilə X3 arasında bu müqaviləyə əlavə edilməsi haqqında 17.12.2014-cü il tarixli LM-1 60\06-2014-01 saylı, 21.01.201 5-ci il tarixli LM- 160\06-2014-02 saylı, 30.03.2015-ci il tarixli LM-160\06-2014-03 saylı, 29.07.2015-ci il tarixli LM-160\06-2014-04 saylı və 29.04.2016-cı il tarixli LM-160\06-2015 saylı razıla şma müqavilələri bağlanılmış və digər çap avadanlıqları ona verilmişdir. "xxxx" QSC ilə X3 arasında 05 iyun 2014-cü il tarixli, LM-1 60\06-2014 saylı X6 bağlanılan zaman eyni zamanda "xxxx"QSC ilə onun arasında 05 iyun 2014-cü il tarixli, ZM- 160\06-2014 nömrəli, 281 saylı Zaminlik Müqaviləsi, 1 7.12.2014-cü il tarixli, ZM-1 60\06-201 4-01 saylı, 21.01.201 5-ci il tarixli, ZM-1 60\06-2014-02 saylı, 30.03.201 5-ci il tarixli, ZM-160\06-2014-03 saylı, 30.07.2015-ci il tarixli, ZM-160\06-2014-04 saylı, 29.04.201 6-cı il tarixili, ZM-160\06-2014- 05\01 saylı X4 bağlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh "xxxx" QSC-nə qarşı zaminlik müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraci ət edərək, onunla "xxxx" QSC arasında bağlanılmış 05 iyun 2014-cü il tarixli, ZM-1 60\06-201 4 nömrəli, 281 saylı Zaminlik Müqaviləsinin və həmin Zaminlik Müqaviləsinə bağlanmış 17.12. 2014-cü il tarixli, ZM-1 60\06-2014-01 saylı, 21. 01. 2015-ci il tarixli, ZM-1 60\06-2014-02 saylı, 30. 03. 201 5-ci il tarixli, ZM-160\06-2014-03 saylı, 30.07.2015-ci il tarixli, ZM-160\06-2014-04 saylı, 29. 04. 2016-cı il tarixili, ZM-1 60\06-2014-05\01 saylı X1 etibarsız hesab edilməsi, həmin Zaminlik Müqavilələri ilə onun üçün əsassız olaraq yaranmış bütün öhdəliklərə xitam verilməsi, tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Məhkəmə iclasında cavabdeh "xxxx" QSC-nin nümayəndəsi və vəkili Vəkil1 şifahi vəsatətlə müra ciət edərək, işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi və vəkili Vəkil1, eyni zamanda, vəsatətlə müraciət edərək, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir

4. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli, 2(004)5820/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh "xxxx" QSC-nə qarşı zaminlik müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair 2(004)-3607/2021 saylı mülki işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

5. Birinci instansiya məhkəməsi hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 24.2, 26.1, 32.1-ci maddələrinə istinad etmişdir. b)

6. Kassasiya instansiyası məhkəməsində icraat İddiaçı X5 şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.

7. Şikayət birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

8. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

9. Maddə. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

10. Maddə. 32.1 İşdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər.

11. Maddə. 32.2. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir.

12. Maddə. 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər.

13. Maddə. 32.4 Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır.

14. Maddə. 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərl ər. 15. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 12 və 13-cü bəndlərində qeyd edilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmay araq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik vəmülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommer siya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

16. Birinci instansiya məhkəməsi vəsatəti təmin edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 24, 26, 32-ci maddəsinə istinad edərək, hesab etmişdir ki, hazırkı mübahisə subyektiv tərkibinə, hüquq münasibətlərinin xarakterinə, mübahisənin predmetinə görə iqtisadi mübahisə olduğundan iş düzgün olaraq aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

17. Məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Beləki, mülki işin materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi Uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, İddiaçı vergi ödəyicisi kimi İqtisadiyyat Nazirliyi yanında D övlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsində qeydiyyatdadır. (VÖEN **********) İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarışdan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti kommersiya hüquqi şəxsdir. (VÖEN **********)

18. Həmçinin iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)10.04.2019 saylı 10.04.2019-cu il tarixli qərarından da görünür ki, tərəflər arasında borcun və lizinq obyektinin qaytarılması ilə bağlı əvvəllər mübahisə olmuş və həmin mübahisəyə də iqtisadi mübahisə kimi inzibati-iqtisadi məhkəmədə baxılmışdır.

19. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 1-ci instansiyası məhkəməsi məhkəmə aidiyyəti ilə bağlı məsələni həll edərk ən prosessual qanunvericiliyi düzgün tətbiq etmişdir.

20. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.1-ci maddələsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(004)-3607/2021nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar