Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5821/2022 21.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC-nin Cavabdeh qarşı iş üzrə “təhsil haqqının, cərimə məbləğinin və məhkəmə xərclərinin tutulması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4823/2022 nömrəli, 20 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 21 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh övladı X2 2020/2021 tədris ilində İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC-də onlayn dərslərdə iştirak etmişdir.
2. Mübahisə təhsil haqqının ödənilməsi ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Tam Orta Ümumtəhsil Məktəbi MMC (bundan sonra “iddiaçı” və ya “Məktəb”) iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra - cavabdeh) ilə bağlanmış “Təhsil xidmətlərinin göstərilməsi barədə” xx.xx.2020-ci il tarixli OXF06588 nömrəli müqaviləyə əsasən, 11970 manat borcun, 2185 manat cərimənin, 200 manat vəkil xərcinin və 133.10 manat dövlət rüsumunun, cəmi 14488.10 ma nat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış “Təhsil xidmətlərinin göstərilməsi barədə” xx.xx.2020-ci il tarixli OXF06588 nömrəli müqaviləyə əsasən, cavabdehin övladı X2 2020/2021-ci tədris ilində Məktəbdə təhsil almışdır. Müqavilənin 4.1-ci bəndinə görə, 2020/2021-ci tədris ili üçün avans qismində 3000 manat ödəmək şərtilə, 14000 manat məbləğində təhsil haqqı hissə-hissə cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Müqavilənin 4.2-ci bəndi ilə cavabdehin avans qismində 3000 manat, xx.xx.2020-ci il tarixədək 3300 manat, xx.xx.2020-ci il tarixədək 4400 manat və xx.xx.2021-ci il tarixədək 3300 manat məbləğində pul vəsaitini id diaçıya ödəməsi razılaşdırılmışdır. Həmin müqavilə üzrə cavabdehin təhsil haqqına görə 11970 manat borcu yaranmışdır.
5. İddiaçı tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və xx.xx.2022-ci il tarixdə yazılı pretenziya verilməsinə baxmayaraq, cavabdeh öhdəliyini yerinə yetirməmişdir. Bu səbəblə də məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır.
6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 442, 445, 448, və 462-ci maddələrinə istinad etmişdir.
7. İddiaçı iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə verərək, Mülki Məcəllənin əsasız varlanma ilə bağlı 1091-1095-ci maddələrinə istinad etməklə cavabdehin hərəkətlərində əsasız varlanma elementlərinin də olmasını qeyd etmişdir.
8. Cavabdeh iddiaya yazılı etiraz vermiş, eləcə də birinci instansiya məhkəməsində nümayəndəsi (vəkili ) iddianı qəbul etməyərək göstərib ki, iddiaçının istinad etdiyi “Təhsil xidmətlərinin göstərilməsi barədə” xx.xx.2020-ci il tarixli OXF06588 nömrəli müqavilə iddiaçı tərəfindən imzalansa da, cavabdeh tərəfindən imzalanmayıb. Halbuki bundan əvvəl, 20 sentyabr 2017-ci il və 17 iyul 2019-cu il tarixlərində müvafiq müqavilələr təmsilçi vasitəsilə bağlanmış, imza edilmişdir. Bu da təsdiq edir ki, xx.xx.2020-ci il tarixli OXF06588 nömrəli müqavilə cavabdeh tərəfindən imzalanmamış və qəbul edilməmişdir. Uşaq əyani olaraq dərsə getməmişdir. Cavabdeh şifahi olaraq xahiş etmiş və bunun əsasında pandemiya vaxtı onlayn dərslər keçirilmişdir. Bununla bağlı ödənişlər də Məktəbin mühasibinin hesabına ödənilmişdir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1812/2022 nömrəli, 29 aprel 2022-ci il tar ixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 11970 manat əsas borc, 598.50 manat cərimə borcu, 200 manat hüquqi yardıma görə çəkilmiş xərc, cəmi 12768.50 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi və ödənilmiş 133.10 manat dövlət rüsumunun 121.12 manat hissəsinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, qalan 11.98 manat hissəsinin iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Günay Abidova)
10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən, cavabdeh övladı X1 Məktəbdə onlayn qaydada aparılan təhsildən yararlanmasını iddiaçıdan xahiş etmiş, iddiaçı da bu xahişi qəbul etmişdir. İddiaçı tərəfindən hazırlanan yazılı müqavilənin imzalanması barədə cavabdehə dəfələr lə xəbərdarlıq edilmiş, lakin cavabdeh COVİD-19 pandemiyasını bəhanə gətirərək, həmin müqaviləyə imza etməmişdir. Buna baxmayaraq, cavabdeh iddiaçı tərəfindən göstərilən xidmətləri qəbul etmiş, belə ki, uşağının onlayn dərslərdə iştirakını təmin etmiş, lakin bunun əvəzində iddiaçıya heç bir təhsil haqqı ödəməmişdir. Bununla da tərəflər arasında şifahi qaydada bağlanmış müqavilənin şərtləri pozulmuş, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. 2020/2021-ci tədris ili üçün şagirdlərin dərslərə davamiyyət qrafikinə əsasən iddiaçının övladı dərslərdə müntəzəm iştirak etmişdir.
11. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinin tələblərini nəzərə alaraq göstərib ki, tərəflər arasında şifahi şəkildə bağlanmış sonuncu müqavilədən əvvəl başq a müqavilələr də mövcud olmuş və onların qarşılıqlı münasibətlərində yaranmış praktikaya əsasən, iddiaçı cavabdehə güvənərək onun müqaviləyə imza atmamasını problem etməmişdir. Lakin cavabdeh bu güvəndən suiistifadə etmiş, müqaviləni imzalamamış, xidmətlərdən yararlandığı halda qarşılığını iddiaçıya ödəməmişdir.
12. Birinci instansiya məhkəməsi hesab edib ki, cavabdeh iddiaçıya oferta göndərmiş və iddiaçı onu aksept etmiş, nəticədə onlar arasında müqavilə bağlanmışdır. Tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur. Onlar bu müqaviləni şifahi qaydada bağlamış, iddiaçı tapşırığı qəbul etdikdən sonra müqavilə qüvvəyə minmişdir. Həmçinin, iddiaçının müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlaması da istisna edilmədiyindən, ona muzd (təhsil haqqı) ödənilməsi cavabdehin qanunvericilikdən irəli gələn öhdəliyi hesab edilir.
13. Birinci instansiya məhkəməsinin iş materiallarına və tərəflərin izahatlarına əsasən mövqeyi belə olub ki, iddiaçı ilə cavabdeh arasında mövcud olan müqavilə münasibətləri əvəzli xarakter daşımışdır. Belə ki, iddiaçı cavabdehin övladına təhsil xidmətləri göstərmiş, cavabdehin övladı bu xidmətlərdən yararlanmış, lakin iddiaçıya bunun qarşılığında haqq ödəməmişdir. Bu səbəbdən də iddia tələbi müqavilə üzrə yaranmış borca münasibətdə təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 11,970 manat məbləğində pul tutulmalıdır.
14. Birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq 2185 manat cərimə borcunun tənasübsüz surətdə yüksək hesab etmiş və bu səbəbdən cərimə borcunu 598.50 manat məbləğinə qədər azaltmışdır.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 324.4, 324.5, 329.2, 329.3, 385.1, 386.1, 389, 397.1, 398.1, 399.1, 399.4, 404.1, 404.2, 405.1, 405.2, 406.1, 407.1, 408.1, 409.1, 409.3, 409.4, 425, 427.3, 430.1, 442, 448.1, 462.1, 464.1, 467, 777.1, 772.2, 783.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14.2, 88, 107, 119.1, 121.1, 217, 218.1, 218.3, 220.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətinin dəlilləri: - cavabdeh tərəfindən “Təhsil xidmətlərinin göstərilməsi barəsində” 10 sentyabr 2020-ci il tarixli OXF06588 say lı müqaviləyə imza cavabdeh etməmişdir; - bundan başqa, cavabdehlə iddiaçı arasında bağlanmış 2017-ci il tarixli təhsil xidmətlərinin göstərilməsi və təhsil haqqının ödənilməsi barədə müqavilənin 10.2-ci bəndində qeyd olunurdu ki, müqavilə, ödəniş olunandan sonra imzalanır və güvvəyə minir. - cavabdehlə iddiaçı arasında bağlanmış 17 iyul 2019-cu il tarixli təhsil xidmətlərinin göstərilməsi barədə müqavilənin 10.3-cü bəndində qeyd olunur ki, müqavilə yalnız imzalandığı tarixdən qanuni qüvvəsini alır. Halbuki, bu kimi bəndlərin heç biri iddiaçı tərəfindən mübahisləndirilən OXF06588 saylı 10 sentyabr 2020-ci il tarixli müqavilədə yoxdur, yəni cavabdeh həmin müqavilə üzrə heç bir ödəniş etməyib və müqavilədə imzası yoxdur. Müqavilə yalnız o halda bağlanmış hesab oluna bilər ki, hər iki tərəf müqaviləyə imzalarını və ya möhürlərini atsın. Bu müqavilədə isə cavabdehin heç bir imzası və ya möhürü yoxdur; - həmçinin, iddiaçı tərəfindən məhkəmə iclas zamanı sübut kimi naməlum qrafik məhkəməyə təqdim olunmuşdur. Həmin qrafikdə qeyd olunmuşdur ki, cavabdehin övladı İsmayıl Şıxlinski müqaviləyə əsasən 99 onlayn dərslərdə iştirak edibdir. Həmin qrafikin sübut kimi məhkəməyə təqdim olunması qanuna ziddir. Belə ki, İsmayıl Şıxlinskinin həmin qrafik üzrə dərslərdə iştirak etməsini sübut etmir. Qrafikin hansı müqaviləyə məxsus olması da naməlumdur. Qrafik müqaviləyə məxsus olsaydı qrafikdə müqavilənin nömrəsi qeyd olunmalı idi; - cavabdeh vəsatət verilərək məhkəmədən xahiş etmişdir ki, sinif rəhbəri Pərvin Caicedonu şahid qismində dindirilməsi üçün məhkəmə iclasına dəvət etsinlər. Lakin m əhkəmə tərəfindən həmin vəsatət təmin edilməmişdir; - qətnamədə hakim tərəfindən Mülki Məcəllənin 329.2 və 329.3-cü maddələri qeyd edilərək göstərilir ki, əqdlər şifahi və yazılı formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Məhkəmə iclas zamanı bu maddəyə uyğun heç bir sübut yerinə yetməmişdir.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4823/2022 nömrəli, 20 iyul 2022-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Rafael Eyvazov)
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məh kəməsini iddia tələbi üzrə hüquqi dəyərləndirməsi razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, ölkədə orta təhsil icbaridir. Cavabdeh isə övladının təhsil alması ilə bağlı müvafiq sənədləri belə iddiaçıdan götürməmiş və övladının başqa təhsil müəssisəsində təhsil alması və ya təhsilini davam etməsi müəyyən olunmamışdır.
20. Apellyasiya instansiyası məhkəməsi cavabdehin müqaviləni imzalamaması barədə əsas dəlilini qəbul etməyərək göstərib ki, tərəflər arasında olan razılaşmaya əsasən, cavabdeh övladının iddiaçı qurumda onlayn qaydada aparılan təhsildən yararlanması barədə iddiaçıdan xahiş etmiş, iddiaçı da bu xahişi qəbul etmişdir. İddiaçı tərəfindən hazırlanan yazılı müqavilənin imzalanması barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin cavabdeh COVİD-19 pandemiyasını əsas tutaraq h əmin müqaviləyə imza etməmişdir. Buna baxmayaraq, cavabdeh iddiaçı tərəfindən göstərilən xidmətləri qəbul etmiş, uşağının onlayn dərslərdə iştirakını təmin etmiş, lakin bunun əvəzində iddiaçıya heç bir təhsil haqq ödənilməmişdir. Uşağın qiymət cədvəli də hazırdir və cavabdehin övladı məktəbin ikinci sinfini bitirmiş sayılır. Bununla da cavabdeh tərəflər arasında şifahi bağlanmış müqavilənin şərtlərini pozmuş və öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və yenidən araşdırma aparılması üçün işin apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti belə əsaslandırılıb: - nə birinci, nə də apell yasiya məhkəməsində iclas zamanı iddiaçı tərəfindən müqavilənin bağlanması barəsində heç bir sübut təqdim olunmamışdır; - müqaviləyə cavabdeh tərəfindən heç bir imza atılmamışdır. Bundan başqa qətnamədə qeyd olunub ki, cavabdeh tərəfindən şifahi qaydada müqavilə bağlanmışdır. Lakin şifahi qaydada müqavilənin bağlanmasında heç bir dəlil sübut və ya şahid iddiaçı tərəfindən təqdim edilməmişdir; - buna görə də məhkəmə tərəfindən həmin iş üzrə heç bir araşdırma aparılmadan qətnamə çıxarılaraq, prosessual hüquq normalar açıq-aşkar pozulmuşdur; - iddiaçı tərəfindən məhkəmə iclas zamanı izahat verilmişdir ki, cavabdeh pandemiya dövründə iddiaçıya müraciət edərək, təhsil haqqının ödənişinin təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclas zamanı cavabdeh tərəfindən bildirilmişdir ki, bu hal olubsa, o zaman buna dair hər hansı bir sübut məhkəməyə təqdim olunsun. Lakin iddiaçı tərəfindən heç bir dəlil sübut təqdim oluna bilməmişdir. - məhkəmə iclası zamanı iddiaçı tərəfindən sübut kimi naməlum qrafik təqdim olunmuşdur. Həmin qrafikdə qeyd olunmuşdur ki, guya İsmayıl Şıxlinski müqaviləyə əsasən 99 onlayn dərslərdə iştirak edibdir. Həmin qrafik İsmayıl Şıxlinskinın dərslərdə iştirak etməsini sübut etmir. Həmin qrafikin hansı müqaviləyə məxsus olması da naməlumdur. Əgər qrafik müqaviləyə məxsus olsaydı, qrafikdə müqavilənin nömrəsi qeyd olunmalı idi. - apellyasiya instansiya məhkəməsində iclas zamanı məhkəmədən xahiş olunmuşdur ki, Pərvin Caicedo vəsatətə əsasən şahid qismində dəvət edərək dindirilsin, lakin naməlum səbəblərə əsasən məhkəmə tərəfindən vəsatətin təmin edilməsindən imtina edilmişdir. - həmçinin cavabdeh məhkəmə iclas zamanı bildirmişdir ki, Pərvin Caicedo pandemiya zamanı onlayn dərslərə görə cavabdehə hansı saatda qoşulmaq üçün SMS göndərməli idi və Pərvin Caicedo tərəfindən əlavə SMS cavabdehə göndərilərək, bildirmişdir ki, təhsil haqqı ödənilmədiyi təqdirdə, onlayn dərslərə qoşulma olmayacaqdır və bloklanma olacaqdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdır ılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Maddə
357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 389.1. Mülki hüquq və vəzifə lərin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Maddə 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Maddə 397.1. Müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (ta riflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə 408.1. Müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. Maddə 409.
3. Əgər bu Məcəllədən, işgüzar adətdən və ya tərəflərin əvvəlki işgüzar münasibətlərindən ayrı qayda irəli gəlmirsə, susmaq aksept sayılmır. Maddə 409.4. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlər ə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Ka ssasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normala rının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
25. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsi nin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.
26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Apellyasiya instan siyası məhkəməsi iddia tələbi, eləcə də apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.
29. İddia tələbi təhsil haqqının ödənilməsi ilə bağlıdır. İşin müəyyən edilmiş hallarına görə cavabdeh müqaviləni imzalamasa da, övladı X1 Məktəbdə onlayn qaydada aparılan təhsildən yararlanmasını iddiaçıdan xahiş etmiş, iddiaçı da bu xahişi qəbul etmişdir. 2020/2021-ci tədris ili üçün şagirdlərin dərslərə davamiyyət qrafikinə əsasən iddiaçının övladı dərslərdə müntəzəm iştirak etmişdir. Cavabdeh iddiaçı tərəfindən göstərilən xidmətləri qəbul edib uşağının onlayn dərslərdə iştirakını təmin etsə də, bunun əvəzində iddiaçıya heç bir təhsil haqqı ödəməmişdir. Bununla da tərəflər arasında şifahi qaydada bağlanmış müqavilənin şərtləri pozulmuş, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetir məmişdir.
30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin qiymətləndirilməsi ilə bağlı mövqeyini əsaslı sayır. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
32. Məhkəmə kollegiyası müqaviləni cavabdehin imzalamaması barədə kassasiya şikayətinin dəlilini əsassız sayır. Belə ki, cavabdehin etirazının da əsas kimi istinad etdiyi bu dəlilə işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən tam qiymət verilib. (bax: 10-12ci bəndlər)
33. Kassasiya şikayətinin digər dəlilləri isə işin faktiki halları ilə bağlıdır, həmin dəlillərə işə mahiyyəti üzrə baxan məhkəmələr, o cümlədən apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlarla əlaqəli şəkildə qiymət verilmişdir.
34. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4823/2022 nömrəli, 20 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.