Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5824/2021 29.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qarşı “cavabdehin iddiaçının ixtisar edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, əmrin ləğv edilməsi, iddiaçının ixtisar edilməmişdən öncəki tutduğu vəzifəyə bərpa edilməsi” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, subutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, nümayəndəsi X1 və Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4041/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı 02 mart 1989-cu il tarixdən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin tədris hissəsinin laborantı vəzifəsinə qəbul edilmişdir. 05 sentyabr 1995-ci il tarixdən iddiaçı Cəmşid Naxçıvanski adına Hərbi liseydə azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə keçirilmişdir. İddiaçı ilə 01 iyul 2015-ci il tarixdən 01 iyul 2016-cı il tarixədək, 01 iyul 2016-cı il tarixdən 01 iyul 2017-ci il tarixədək, 01 iyul 2017-ci il tarixdən 01 iyul 2018-ci il tarixədək tədris şöbəsində an a dili və ədəbiyyat müəllimi vəzifəsinə təyin olunması ilə bağlı əmək müqavilələri bağlanmışdır. 01 iyul 2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı ilə cavabdeh təşkilat arasında əsas işçinin sosial məzuniyyətdən qayıtdığı müddətədək ana dili və ədəbiyyat müəllimi vəzifəsi ilə bağlı müqavilə bağlanmışdır. Müqavilənin bitmə tarixi 01 iyul 2019-cu il qeyd edilmişdir. 01 iyul 2019-cu il tarixdə yenidən iddiaçı ilə müqavilə bağlanmış, iddiaçı əsas işçinin sosial məzuniyyətdən qayıtdığı müddətədək ana dili və ədəbiyyat müəllimi vəzifəsinə təyin olunmuşdur. Müqavilənin müddəti bir il müəyyən olunmuşdur. 20 sentyabr 2018-ci il tarixli ərizədən görünür ki, iddiaçı cavabdeh təşkilata öz vəzifəsinin ixtisara düşməsi ilə bağlı əsas işçinin sosial məzuniyyətinin bitməsinədək ana dili v ə ədəbiyyat müəllimi vəzifəsinə keçirilməsi ilə bağlı müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 14 avqust 2020-ci il tarixli 189 saylı əmrinin ləğv edilməsi, iddiaçı ilə bağlanmış 28 avqust 2019-cu il tarixli əmək müqaviləsinin əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1967-ci il tarixdə Cəbrayıl rayonu, Soltanlı kəndində anadan olmuşdur. O, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin azərbaycan dili və ədəbiyyat ixtisası üzrə ali təhsil almışdır. Universiteti bitirdikdən sonra 1987-ci il tarixdə ə mək fəaliyyətinə Cəbrayıl rayonunda yerləşən internat məktəbində müəllimə kimi başlamışdır. 01 mart 1989-cu il tarixdən iddiaçı Cəmşid Naxçıvanski adına Hərbi Liseydə 31 il azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllimə işləmişdir və Tarifləşmə cədvəlinə əsasən 14-cü dərəcəyə qədər yüksəlmişdir. Heç bir əsas və səbəb olmadan liseyin rəhbərliyi 14 avqust tarixində iddiaçı ilə bağlanmış olan əmək müqaviləsinə xitam vermişdir. İddiaçı diaqnostik qiymətləndirilmədən keçmişdir, lakin onunla 0,5 ştat vahidi ilə 29 avqust 2018-ci il tarixdən 01 iyul 2019-cu il tarixədək əsas işçinin sosial məzuniyyətdən qayıtdığı müddətədək əmək müqaviləsi bağlanmışdır. Daha sonra həmin müqavilə 28 avqust 2019-cu ildən 01 iyul 2020-ci ilədək uzadılmışdır. 14 avqust 2020ci il tarixdə iddiaçı ilə bağlanmış əmək m üqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin e bəndinə əsasən xitam verilmişdir. İddiaçı ilə bağlanmış sonuncu əmək müqaviləsinin müddəti 01 iyul 2020-ci il tarixdə bitməli olmuş, lakin işəgötürən 14 avqust 2020-ci il tarixdə, bir ay yarımdan sonra əmək müqaviləsinə birtərəfli şəkildə xitam vermişdir. İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cəmşid Naxçıvanski adına Hərbi Liseyinin İddiaçı ixtisar edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, 14 iyul 2020-ci il tarixli əmrin ləğv edilməsi, iddiaçının ixtisar edilməmişdən öncəki tutduğu vəzifəyə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Aygün Həsənova) 2(011)-495/2021 sa ylı, 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 iyun 2018-ci il tarixli qərarına əsasən, Cəmşid Naxçıvanski adına Hərbi liseydə təhsil müddəti 3 ildən 2 ilə qədər azadılmışdır. Həmin qərarın əsasında Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 iyul 2018-ci il tarixli əmri qəbul edilmişdir. Müdafiə Nazirinin 1-ci müavini Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin 25 avqust 2018-ci il tarixli əmrinə əsasən, Cəmşid Naxçıvanski adına Hərbi liseyin quruluşunda təşkilati ştat tədbirlərinin görülməsi nəzərdə tutulmuşdur. Qeyd olunan əmrə əsasən 25 avqust 2018-ci il tarixli əmrə əlavə ilə Cəmşid Naxçıvanski adına Hərbi liseydə dəyişikliklər siyahıs ı tərtib edilmişdir. Məhkəmə iddiaçının ondan ərizənin 20 sentyabr tarixində alınması, lakin onunla əmək müqaviləsinin 01 iyul tarixdə bağlanması ilə bağlı dəlilinə qiymət verərək belə hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında 2017-2018-ci ili əhatə edən bir illik əmək müqaviləsi bağlanmışdır. Bu müqavilənin bitməsindən sonra yəni 01 iyul 2018-ci il tarixdə iddiaçı ilə yeni müqavilə bağlanmış və iddiaçı tutduğu tam oklad müəllimi vəzifəsindən sosial məzuniyyətdə olan digər işçinin yerinə keçirilmişdir. İddiaçı özünün otuz bir ilin müəlliməsi olmasını və digər işə keçirilməsi ilə bağlı cabadehin hərəkətlərinin qanunsuz olmasına istinad etmişdir. Məhkəmə Əmək Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq qeyd edir ki, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və və zifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək başqa işə keçirilmə sayılır, buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. İş materiallarından da göründüyü kimi iddiaçı 01 iyul 2018-ci il tarixli müqaviləni imzalamaqla ona təklif edilən işlə razı olduğunu təsdiq etmiş və iki il ərzində bu halı hər hansı qaydada mübahisələndirməmişdir. 01 iyul 2018-ci ildə ilk dəfə, 01 iyul 2019-cu ildə isə ikinci dəfə eyni qaydada sosial məzuniyyətdə olan işçinin yerinə işləməyə razılaşmış və müqaviləyə imza atmışdır. İş materiallarından görünür ki, 14 avqust 2020-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “e” bəndinə əsas ən xitam verilmişdir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında müddətli əmək müqaviləsi bağlanmışdır. Əmək Məcəlləsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda müqaviləyə xitam verilir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2017-2018-ci illəri əhatə edən müqavilənin müddəti bitdikdən sonra tərəflər arasında yeni müqavilə bağlanmış və yeni müqavilə üzrə iddiaçı digər vəzifəyə təyin edilmişdir. İş materiallarında və iddiaçı tərəfin izahatlarında onun ixtisar nəticəsində hüquqlarının pozulmasına istinad edilsə də, məhkəmə bu halı iş materiallarında aşkar etməmişdir. Belə ki, Əmək Məcəlləsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilir. İşəgötürən tərəfindən əmək müqaviləsi ləğv e dilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajı on ildən artıq olduqda azı doqquz təqvim həftəsi ərzində rəsmi xəbərdar edilməlidir. İxtisara düşmüş işçilərə özlərinə yeni iş yeri axtarılması ilə bağlı işəgötürən tərəfindən şərait yaradılmalıdır. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfin nümayəndələrinin verdiyi izahatlardan müəyyən edilmişdir ki, iddiaçı uzun illər liseydə müəllimlik etdiyinə görə ona bir növ güzəşt edilmiş və sosial məzuniyyətdə olan işçinin yeri ona təklif olunmuşdur. İddiaçı isə könüllü olaraq buna razılıq vermişdir. Cavabdeh tərəfin nümayəndələri bu gün də iddiaçıya güzəşt edərək onu laborant vəzifəsinə təyin etməyi təklif etmişlər. Lakin iddiaçı bu təklifdən imtin a etmişdir. Eyni zamanda, cavabdehin nümayəndələri müəssisənin 30 faiz müəllim heyətinin yenidən ixtisara salınmasının nəzərdə tutulmasını qeyd etmiş və bununla bağlı məhkəməyə sənədlər təqdim etmişlər. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-495/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, sübutlara düzgün hüquqi qiymət verilməmiş, müəyyən olunmuş hallar üzrə səhv nəticəyə gəlinmiş və əsassız qətnamə qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Cavabdehin apell yasiya şikayətinə dair yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı ilə əmək hüquq münasibətlərinə xitam verilməsi bütün təşkilati və hüquqi prosedur normalarına riayət edilməklə aparılmışdır. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatlarında göstərmişlər ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə tədris 1 kurs ixtisar olunaraq 4 kursdan 3 kursa azaldılmışdır. Bu səbəbdən 4-cü kursun müəllimləri arasında diaqnostik qiymətləndirmə aparılmış, qiymətləndirmədən ən az bal toplayan 3-4 müəllim, həmçinin iddiaçı ixtisar olunmuşdur. Bundan sonra iddiaçı uzun illər liseydə müəllim lik etdiyinə görə ona bir növ güzəşt edilmiş və sosial məzuniyyətdə olan işçinin yeri ona təklif olunmuşdur. İddiaçı isə könüllü olaraq buna razılıq vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şeyda Məhərrəmova - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Rəşad Həsənov) 05 may 2021-ci il tarixli 2(103)-4041/2021 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-495/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, Cəmşid Naxçıvanski adına Hərbi liseydə təhsil müddəti 3 ildən 2 ilə qədər azadılmışdır. Həmin qərarın əsasında Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 iyul 2018-ci il tarixli əmri qəbul edi lmişdir. Müdafiə Nazirinin 1-ci müavini Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin 25 avqust 2018-ci il tarixli əmrinə əsasən, Cəmşid Naxçıvanski adına Hərbi liseyin quruluşunda təşkilati ştat tədbirlərinin görülməsi nəzərdə tutulmuşdur. Qeyd olunan əmrə əsasən 25 avqust 2018-ci il tarixli əmrə əlavə ilə Cəmşid Naxçıvanski adına Hərbi liseydə dəyişikliklər siyahısı tərtib edilmişdir. Bununla əlaqədar cavabdeh Cəmşid Naxçıvanski adına Hərbi Lisey tərəfindən müəllimlər arasında diaqnostik qiymətləndirmə aparılmış, qiymətləndirmədən ən az bal toplayan 4 müəllim, həmçinin İddiaçı ixtisar olunması zəruri olmuşdur. Bununla belə cavabdeh tərəfindən iddiaçı uzun illər liseydə müəllimlik etdiyi nəzərə alınaraq, ona bir növ güzəşt edilmiş və sosial məzuniyyətdə olan işçinin yeri ona təklif olunmuşdur. İddiaçı isə könüllü olaraq buna razılıq vermiş, bununla əlaqədar tərəflər arasında 01 iyul 2018-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilədən görünür ki, iddiaçı ilə cavabdeh təşkilat arasında əsas işçinin sosial məzuniyyətdən qayıtdığı müddətədək ana dili və ədəbiyyat müəllimi vəzifəsi ilə bağlı müqavilə bağlanmışdır. Kollegiya qeyd etmişdir ki, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndində əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi nəzərdə tutulmuş, həmin Məcəllənin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndində isə tərəflərin qarşılıqlı razılığı əsasında əmək müqaviləsinə xitam verilməsi imkanı təsbit edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı ilə yeni bağlanmış əmə k müqaviləsində, iddiaçının tutduğu tam oklad müəllim vəzifəsindən sosial məzuniyyətdə olan digər işçinin yerinə keçirilməsi nəzərdə tutulmuş, sonradan sosial məzuniyyətdə olan işçi məzuniyyətdən qayıtdıqdan sonra iddiaçı ilə əmək münasibətlərinin davam etdirilməsi mümkünsüz olmuşdur. İddiaçı müqavilədə onun sosial məzuniyyətdə olan işçinin yerinə işə götürüldüyünün o müqaviləni imzaladıqdan sonra qeyd edildiyini irəli sürsə də, iddiaçı bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. İddiaçı kassasiya şika yəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 05 may 2021-ci il tarixli 2(103)-4041/2021 nömrəli qətnaməsinin ləğv edilərək işin yeni apelyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 01.07.2018-01.07.2019-cu il və 01.07.201901.07.2020-ci il tarixlərində cavabdehlə bağlanmış əmək müqavilələrinin hər ikisi iddiaçı tərəfindən imzalanarkən müqavilənin bütün xanaları doldurulmamış, xüsusilə 2.3-cü bəndinə işçinin sosial məzuniyyətdə qayıtmasını nəzərə almaq şərtilə sözü əlavə edilmişdir. Belə ki, tərəflər arasında mübahisə yarandıqdan sonra boş qalan xanalar başqa şəxs tərəfindən doldurulmuşdur ki, həmin mü qavilələrdəki xətt fərqləri adi gözlə baxılarkən açıq aşkar görünür, həmçinin yazının icra edildiyi qələmlərin də ayrı olduğu görünür. Hər iki müqavilədə 2.3-cü bəndə olan xətlə digər bəndlərdə olan xəttin eyni şəxsə məxsus olub olmaması aydınlaşdırılmalı, həmçinin həmin yazının icra edilmə zamanları arasında fərq müəyyən edilməlidir ki, bu da ancaq ekspertizanın keçirilməsi ilə mümkündür. Çalışdığı ştatın ixtisarı ilə bağlı olaraq 25 avqust 2018-ci il tarixdə liseydə dəyişikliklər siyahısı tərtib olunmuşdur. Bundan sonra 20.09.2018-ci il tarixdə psixoloji təzyiq nəticəsində yazdığı ərizədə də qeyd etdiyi kimi, vəzifəsi ixtisara düşdüyünə görə əsas işçinin sosial məzuniyyəti bitənədək müəllim vəzifəsinə keçirilməyinə sərəncam verilməsini xahiş etmişdir. Belə olan halda sual yaranır ki, 201 8-ci ilin iyul ayının 1-də əmək müqaviləsini bağlayarkən cavabdeh lisey 25 avqust 2018-ci il tarixdə liseydə dəyişikliklər siyahısının məzmunu və həmin dəyişikliyin mövcud olacağını haradan bilirdi. Tərəflər arasında müqavilənin müddəti 01.07.2020-ci il tarixdə bitdiyi halda 14.08.2020-ci il tarixədək həmin liseydə işləmiş, 189 nömrəli əmrindən çıxarışdan da görünür ki, əmək müqaviləsinin müddəti 01.07.2020-ci il tarixdə bitməsinə baxmayaraq 14.08.2020-ci ilədək qeyri qanuni olaraq 1 ay yarımadək işləmiş, həmin müddətlə plastik kart vasitəsilə əmək haqqı da almışdır. Qeyd edilən halları bank hesabından çıxarışla sübut etmək olar. 01.07.2018-01.07.2019-cu il tarixində və 01.07.2019-01.07.2020-ci il tarixlərində cavabdehlə bağlanmış əmək müqavilələrinin İİ hissəsinin 2.1 bəndində müqavilə nin müddəti” hissəsində, müqavilənin müddətli və ya müddətsiz olduğunu müəyyən etmək üçün qeyd edildiyi halda Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozularaq “əsas işçinin sosial məzuniyyətindən qayıtdığı müddətinə” kimi qeyd edilmişdir. Lakin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin tələbi pozulmuşdur yəni əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Qanunvericiliyin tələbinə əsasən bu qeyri müəyyən müddətə deyil, konkret tarix göstərilməklə bağlanması deməkdir. 01.07.2018-01.07.2019-cu il və 01.07.2019-01.07.2020-ci il tarixlərində cavabdehlə bağlanmış əmək müqavilələrinin İİ hissəsinin 2.1 bəndində müqavilənin müddəti” hissəsində olan qeyd “əsas işçinin sosial məzuniyyətindən qayıtdığı müddətinə” qeydi əmək müqaviləsinin Vİİİ hissəsinin müvafiq bəndlərində qeyd edilməli idi və tərəflər bunu imzalamalı idilər. 01.07.2018-01.07.2019-cu il tarixində və 01,07.2019-01.07.2020-ci il tarixlərində cavabdehlə bağlanmış əmək müqavilələrinin Vİİİ hissəsində, 01.07.2018-01.07.2020-ci il tarixli əmək müqaviləsinin isə İX bəndində heç bir qeydin olunmaması əmək müqaviləsində heç bir dəyişiklərin olmaması görünür. 28.08.2019-ci il tarixli əmək müqaviləsi 23.10.2019-cu il tarixdə elektron sistemə daxil edilmiş, hətta bundan sonra 20.20.2020-ci il tarixdə dəyişiklik edə edilərək qeyd edilən məsələ əmək müqavilələrində göstərilməmişdir. 14.08.2020-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi barədə bildiriş isə 09.09.2020-ci il tarixdə sistemə daxil edilmişdir. Halbuki əmək qa nunvericiliyinin tələblərinə əsasən əmək müqaviləsi bildirişi sistemə daxil edildikdən sonra qüvvəyə minir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14, 77, 88-ci maddələrinin tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdeh kassasiya şikayətinə dair məhkəməyə yazılı etiraz təqdim edərək iddiaçının işdən azad olunması zamanı qanunvericiliyin bütün tələblərinə əməl edildiyini qeyd edərək kassasiya şikayətinin təmin edilməməsini apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı, nümayəndəsi X2 və Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi gəlmədiyindən və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 47 a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zürriyyəti olduqda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Maddə 78.1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Maddə 68.2 bənd “e” tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar, əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğ v edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddia tələbi rədd edildiyindən iddiaçının kassasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə q əbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, işəgötürən tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən maddi hüquq normalarının tələblərinə əməl edilmiş, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hər hansı pozuntuya yol verilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyrimötəbər olduğu müvafiq p rossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə iddiaçının işlədiyi təhsil müəssisəsində müəllimlər arasında diaqnostik qiymətləndirmənin nəticəsinə əsasən ən az bal toplayan 4 müəllimdən biri kimi iddiaçının ixtisar olunması əvəzinə cavabdeh tərəfindən iddiaçının uzun illər liseydə müəllimlik etdiyi nəzərə alınaraq, ona güzəşt kimi sosial məzuniyyətdə olan işçinin yeri təklif olunduğundan və iddiaçı da buna razılıq verdiyindən tərəflər arasında 01 iyul 2018-ci il tarixli müddətli əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilədən görünür ki, iddiaçı ilə cavabdeh təşkilat arasında əsas işçinin sosial məzuniyyətdən qayıtdığı müddətədək ana dili və ədəbiyyat müəllimi vəzifəsi ilə bağlı müqavilə bağlanmışdır. Həmin şəxs işə çıxan zaman isə müqavilənin müddəti bitmişdir. İddiaçı “əsas işçinin sosial məzuniyyətdən qayıtdığı müddətədəkmüddəasının imzaladığı əmək müqavilələrinə sonradan əlavə edildiyini bildirsə də, bu barədə hər hansı sübutu, əmək müqavilələrinin onda olan surətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda gö stərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4041/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5824/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5824/2021
29.11.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver