Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5832/2020 24.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)-471/2020 saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(051)-2220/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim M.K.Kərimova) İddiaçı cavabde h Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” barədə iddiası təmin edilərək, işəgötürənin xx xxxxxxxx 2019-cu il tarixli, 122 saylı əmrinin ləğv edilməsi, iddiaçının müddətsiz əmək müqaviləsi ilə Mingəçevir Peşə Məktəbinə istehsalat təlimi ustası işinə bərpa edilməsi və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilib. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)-471/2020 saylı qətnaməsi ilə (hakimlər M.A.Əsədli sədrlik edən, məruzəçi, Ə.T.Məcidov və A.A.Mahmudov) apelyasiya şikayəti təmin edilərək, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edil ib, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd olunub. İddiaçı qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, işəgötürənin xx xxxxxxxx 2019-cu il tarixli, 122 saylı əmrinin ləğv edilməsi, onunla müddətsiz əmək müqaviləsi bağlanması ilə Mingəçevir Peşə Məktəbinə istehsalat təlimi ustası işinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edil miş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də nümayəndəsini məhkəmə iclasına göndərmədiyi üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı ilə müddətli, 1 il müddətinə əmək müqaviləsi bağlanıb və müqavilənin müddəti bitdikdən sonra əmək müqavilə sinə xitam verilib. Birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlib və iddianı təmin etməkdə haqlı olmayıb. Eyni zamanda qanunda göstərilən hər hansı müstəsna hal olmadan iddiadan kənara çıxaraq iddiaçının müddətsiz əmək müqaviləsi ilə işə bərpa edilməsinə dair qətnamə qəbul edib. Halbuki, tərəflər sözügedən müddətli əmək müqaviləsini sərbəst şəkildə bağlayıb. Bundan başqa, iddiaçı müddətli əmək müqaviləsi bağlamağa məcbur edilməyə dair məhkəməyə heç bir sübut təqdim etməyib. Bu səbəbdən də iddia rədd olunmalıdır. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 45, 68, 294-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv arışdırmayb. Belə ki, iddiaçının adına açılmış əmək kitabçasının surətindən görünür ki, o, işəgötürənin xx xxxxxxx 1989-cu il tarixli, 154 saylı əmrinə əsasən, Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinə istehsalat təlimi ustası işinə işə qəbul edilib və sonradan həmin Məktəbdə müxtəlif işlərdə işləyib və işəgötürənin xx xxxxxxxx 2018-ci il tarixli, 88 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilib. Bundan sonra, tərəflər arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli əmək müqaviləsinə əsasən, iddiaçı birinci üç ayı sınaq müddəti hesab edilməklə, bir il müddətinə, yəni xx xxxxxxxx 2019-cu il tarixədək yenidən Məktəbdə istehsalat təlimi ustası işinə işə qəbul edilib və işəgötürənin xx xxxxxxxx 2019-cu il tarixli, 122 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması əsasına görə) xx xxxxxxxx 2019-cu il tarixdən xitam verilib. Əmrin venrilməsinə əsas kimi isə iddiaçı ilə bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli əmək müqaviləsi göstərilib. Əvvəla, işdən görünür ki, iddiaçı faisiləsiz və etirazsız olaraq son 30 il müddət ərzində cavabdeh təşkilatda əvvəl istehsalat təlimi ustası, sonra müəll im, daha sonra isə yenidən istehsalat təlimi ustası işində işləyib. Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Maddənin 4-cü bəndində göstərilir ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Eyni zamanda həmin Məcəllənin 47-ci maddəsində göstərilir ki, təbii və iqlim şəraitində və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı və sair hallarda əmək müqaviləsi müəyyən müddə tə bağlanıla bilər. Maddənin mənasına görə, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə əsasən işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda işçi ilə əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Göründüyü kimi Əmək Məcəlləsində bu hal imperativ qaydada müəyyən edilib və bu, işəgötürənin hüququ deyil, vəzifəsi kimi nəzərdə tutulub. Qeyd olunan maddələrin tələblərinə görə, yalnız Əmək Məcəlləsinin 47-ci maddəsinin a)- g) bəndlərində nəzərdə tutulan hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Mülki Məcəllənin 337.1-ci maddəsində göstərilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsində göstərilir ki, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Apelyasiya instansiyası məhkəməsi, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının yerinə yetirdiyi-istehsalat təlimi ustası işinin daimi xarakterə malik olmaqla qabaqcadan bəlli olması halına diqqət yetirmədən, onun gördüyü işin əmək müqaviləsinin müəyyən müddətə bağlana bilməsini ehtiva edən Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan halların dairəsinə aid olmamasını nəzərə almadan, eyni zamanda iddiaçının, işəgötürən tərəfindən müddətli əmək müqaviləsi bağlamağa məcbur edilməsinə dair irəli sürdüyü arqumentlər üzrə heç bir araşdırma aparmadan, müddətsiz bağlanmış əmək müqaviləsinin 29 ildən sonra müddətli əmək müqavi ləsinə dəyişdirilməsinin səbəblərini aydınlaşdırmadan, müddətli əmək müqaviləsinin qeyd olunan normalarda müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanıb-bağlanmamasını araşdırmadan, yalnız tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddətinin bitməsini əsas tutub, hazırki iddia tələblərinin əsassız olması qənaətinə gəlmişdir. Halbuki, Əmək Məcəlləsinin 12-ci maddəsinin b) və c) bəndlərinin mənasına görə, Əmək Məcəlləsinin və əmək qanunverciliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; habelə əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sayılır. Digər tərəfdən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin daimi xarakterə malik olduğu qabaqc adan bəlli olduğu halda, onun könüllü, öz iradəsini ifadə edərək son 29 il müddət ərzində işdədiyi Məktəblə müddəti müəyyən edilmədən bağladığı əmək müqaviləsinin müddətli əmək müqaviləsi ilə əvəz edəlməsinə razılıq verməsi və işəgötürən tərəfindən ona qarşı hər hansı təzyiqin olmaması inandırıcı, ağlabatan görünmür. İddiaçı özü də kasasiya şikayətində bu faktı inkar etmir və kasasiya şikayətindən görünür ki, iddiaçının öhdəsində iki azyaşlı uşağı var, əri isə İİ qrup əlildir. Daha sonra, Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə görə, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddənin mənasına görə, əgər müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, həmin müqavilə müddətli əmək müqavi ləsi hesab edilə bilməz. Hazırki halda, iddiaçının xx xxxxxxx 1989-cu ildən xx xxxxxxxx 2019-cu il tarixədək fasiləsiz və etirazsız olaraq azı son 30 il müddət ərzində cavabdeh təşkilatda müəllim, istehsalat təlimi ustası işində işləməsi, hər ay əmək haqqı alması işin mübahisə olunmayan halıdır və cavabdeh tərəf özü də bu halı inkar etmir. Bundan başqa, müddəti müəyyən edilmədən iddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətli əmək müqaviləsi ilə əvəz edilərkən də tərəflər arasındakı əmək münasibətlərində hər hansı fasilə yaranmamışdır. Belə ki, işəgötürənin xx xxxxxxxx 2018-ci il tarixli, 88 saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilsə də, elə həmin günü işəgötürə nin imzaladığı digər 92 saylı əmrlə iddiaçı, Məktədə istehsalat təlimi ustası işinə qəbul edilmişdir. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi işə baxarkən qeyd olunan maddələrin təfsirində səhvə yol verib. Belə ki, əmək qanunverciliyinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən (müddətsiz) bağlanmalıdır. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndində müəyyən edimiş məhdudiyyətlər işçini işəgötürəndən asılı edən, işə qəbul zamanı müddətli əmək müqaviləsindən istifadəni məhdudlaşdıran təminatları təsbit edən BƏT-nin xx xxxx 1982-ci il tarixli “İşəgötü rənin təşəbbüsü ilə əmək münasibətlərinin xitam edilməsi haqqında” 166 saylı tövsiyyəsinə də tam uyğundur. Əmək Məcəllənin 300-cü maddəsinin 1-ci bəndində göstərilir ki, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək münasibətlərini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi, birinici instansiya məhkəməsinin i şə baxarkən iddiadan kənara çaxmasına dair gəldiyi nəticəni də Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə uyğun olaraq kifayət qədər əsaslandırmayıb. Belə ki, həmin maddənin mənasına görə, məhkəmə işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin məhkəmə qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İddia ərizəsindən görünür ki, iddiaçının cavabdehə qarşı tələbi işəgötürənin xx xxxxxxxx 2019-cu il tarixli, 122 saylı əmrinin ləğv edilməsindən, onunla müddətsiz əmək müqaviləsi bağlanmaqla Məktəbdə istehsalat təlimi ustası işinə bərpa edilməsindən və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsindən ibarət olub. Göründüyü kimi birinci instansiya məhkəməsinin işə baxarkən iddianın verdiyi tələblərdən kənara çı xması mülki iş materialları ilə istisna olunur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsində göstərilir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasa siya şikayəti təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə əsasən düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti təmin edilsin, iş üzrə Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)-471/2020 sa ylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5832/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5832/2020
24.11.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver