Məhkəmə qərarları › İş №2(102)-5835/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5835/2022

21.11.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5835/2022 21.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsindən çıxarılma, sübutetmə yükü, ekspert rəyi, kassasiya instansiya məhkəməsinin göstərişləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “bağ sahəsindən çıxarılma, özbaşına tikilinin sökülməsi və bağ sahəsinin sahibliyinə verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-387/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri X3 İcraiyyə Komitəsinin 11/632 saylı, 18 noyabr 1988-ci il tarixli qərarı ilə İddiaçı (bundan sonra “iddiaçı”) bağ-tikinti kooperativinin tərkibinə daxil edilmişdir. 39 saylı orderə əsasən iddiaçıya Bakı şəhər X3 İcraiyyə Komitəsinin 11/632 saylı, 18 noyabr 1988-ci il tarixli qərarı ilə ünvan 1 massivi, 4703 saylı 1200 kv.m olan bağ sahəsi ayrılmışdır. 2. ünvan 2üzrə nümayəndəliyinin xx.xx.2007-ci il tarixli, 4/1321 saylı çıxarışına əsasən, Cavabdeh (bundan sonra “cavabdeh”) ünvan 1 massivində torpaq sahəsi ayrılmışdır.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarə sinin xx.xx.2010-cu il tarixli 04/930 saylı məktubuna əsasən, 4703 saylı bağ sahəsi kənar şəxslər tərəfindən tutulmuşdur.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********52 saylı 23 aprel 2018-ci il tarixli məktubuna əsasən tərəflərin iştirakı ilə mübahisəli bağ sahəsinə texniki baxış keçirilmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına və bölgü sxeminə istinadən vətəndaşın iddia etdiyi bağ sahəsi 4704 saylı bağ sahəsidir. 4703 saylı bağ sahəsi iddia olunan bağın şimal qonşuluğunda yerləşir. Həmin 4703 saylı bağ sahəsi digər fiziki şəxs tərəfindən mişar daşı ilə hasara alınmışdır və ərazidə 1 mərtəbəli bağ evi inşa edilmişdir.

5. Bakı şəhəri Sabunçu Rayon Məhk əməsinin 16 may 2019-cu il tarixli 2(008)34/2018 saylı qətnaməsinə əsasən, iddiaçı İddiaçı cavabdeh X2 qarşı bağ sahəsindən çıxarılma və özbaşına tikilinin sökülməsi, bağ sahəsinin sahibliyinə verilməsi tələbinə dair iddia tələbi əsassız olduğundan rədd edilmişdir.

6. Mübahisə iddiaçının torpağının cavabdeh tərəfindən zəbt edilməsi ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər XDS-nin İK-nin 11/632 saylı, xx.xx.1988-ci il tarixli qərarına və həmin qərara edilmiş 11 saylı əlavə ilə xx.xx.1989-cu il tarixli 39 saylı orderə əsasən ona məxsus ünvan 1 massivi, sahəsi 1200 kv.m olan 4703 saylı bağ sahəsindən cavabdehin çıxarılması, həmin bağ sahəsində tikilmiş ö zbaşına tikilinin cavabdehin hesabına sökülməsi və bağ sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı müharibə iştirakçısı və veteranı olduğuna görə Bakı şəhər Soveti İcraiyyə Komitəsi nəzdində bağ təsərrüfatı məsələlərinə baxılması üzrə komissiyasının 03 noyabr 1988-ci il tarixli, 4 saylı protokolu əsasında Bakı şəhər X3 İcraiyyə Komitəsinin 11/632 saylı, 18 noyabr 1988-ci il tarixli qərarına və həmin qərara edilmiş 11 saylı əlavəyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş massivində 43 saylı bağ evlərinin tikintisi kooperativinin üzvləri sırasına daxil edilmiş və həmin qərar əsasında sözügedən idarə tərəfindən 43 saylı tikinti kooperativinin nəzdində 20 mart 1989cu il tarixli 39 nömrəli orderə əsasən ünva n 1 massivi, 4703 saylı bağ sahəsi iddiaçının sərəncamına verilmişdir. Səhhəti və işi ilə bağlı iddiaçı ona məxsus bağ sahəsinə dair hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıra bilməmişdir. Son vaxtlar bağ sahəsinin isə cavabdeh tərəfindən zəbt olunmasının şahidi olmuşdur. Cavabdeh iddiaçıya məxsus bağ sahəsində bir mərtəbəli yaşayış evi də tikmişdir.

9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 158.1, 164.1, 165.1, 180.4cü, Torpaq Məcəlləsinin 48.2, 55-ci maddələrinə “Teryoxinin şikayəti ilə əlaqədar” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarına istinad etmişdir.

10. Cavabdeh birinci instansiya məhkəməsində iddiaya etiraz etmişdir. Etirazın dəllləri: - ünvan 2üzrə nümayəndəliyinin xx.xx.2007-ci il tarixli, 4/1321 sa ylı çıxarışına əsasən ona torpaq sahəsi ayrılmışdır. İddiaçı eyni tələblə cavabdeh X2 qarşı da məhkəməyə müraciət etmiş və onun tələbi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli 2(008)-34/2018 saylı qətnaməsi ilə rədd edilmişdir; - hazırda iddiaçının mübahisələndirdiyi torpaq sahəsinə onun tərəfindən bir müdaxilə edilməmişdir. Onun tərəfindən inşa edilmiş evin və üzərində yerləşmiş torpaq sahəsinin iddiaçıya hər hansı bir aidiyyəti yoxdur. İddiaçı öz torpaq sahəsini başqa yerdə axtarmalıdır.

11. Birinci instansiya məhkəməsi 16 oktyabr 2018-ci il tarixli qərardadla tikintitexniki ekspertizası təyin etmiş, ekspertizanın keçirilməsini Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mə rkəzi”nin mütəxəssislərinə həvalə etmişdir.

12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********71 saylı 4.10.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən, 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olaraq 4703 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. Elektron kadastr bazada cavabdehə torpaq sahəsinin ayrılması barədə heç bir məlumat olmadığından və ünvan 2üzrə nümayəndəliyinin xx.xx.2007-ci il tarixli, 4/1321 saylı çıxarışına əlavə edilmiş sxem koordinatsız, situasiyasız hər hansı bir dayaq nöqtəsindən məsafə ilə göstəriciləri olmadığından cavabdehə ayrılmış torpaq sahəsi ilə Bakı şəhər X3 icraiyyə Komitəsinin 11/632 saylı, 18 11. 1988-ci il tarixli qərarı və həmin qərara edilmiş 11 saylı əlavə ilə xx.xx.1989-cu il tarixli, 39 saylı orderə əsasən iddiaçıya ayrılmış ünvan 1 massivində yerləşən 4703 saylı bağ sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçının iddia etdiyi naturada koordinatları müəyyən edilmiş bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olaraq ünvan 1 massivində yerləşən 4703 saylı bağ sahəsinə uyğun gələn ölçülmüş ərazidə yaşayış evi inşa edilmişdir. İddiaçının faktiki göstərdiyi mübahisəli torpaq sahəsi Dövlət mülkiyyətindədir. İddiaçının faktiki göstərdiyi mübahisəli torpaq sahəsi özəlləşdirmədən öncə də bağçılıq təsərrüfatı üçün ayrılmış Dövlət mülkiyyətində olmuşdur.

13. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)645/2019 saylı qətnamə si ilə iddia tələbi təmin edilmiş, Cavabdeh İddiaçı istifadəsinə verilmiş ünvan 1 massivi sahəsi 1200 kv.m olan 4703 saylı bağ sahəsindən çıxarılması, ünvan 1 massivi sahəsi 1200 kv.m olan 4703 saylı bağ sahəsində inşa edilmiş tikilinin Cavabdeh hesabına sökülməsi və bağ sahəsinin İddiaçı təhvil verilməsi qət edilmişdir. (hakim Anar Rzayev)

14. Birinci instansiya məhkəməsi işdəki materiallara və mütəxəssi rəyinə əsasən hesab etmişdir ki, iddia təmin olunaraq cavabdeh iddiaçının istifadəsinə verilmiş ünvan 1 massivi sahəsi 1200 kv.m olan 4703 saylı bağ sahəsindən çıxarılmalı, həmin bağ sahəsində inşa edilmiş tikili Cavabdeh hesabına sökülməli və bağ sahəsi İddiaçı təhvil verilməlidir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Torpaq Məcəlləsinin 55, 66-cı maddəsinin 2-ci bəndi, 67-c i maddəsinin 4-cü bəndi, 68-ci maddəsi, “Torpaq islahatı haqqında” Qanunun 9, 10-cu maddələri, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 nömrəli qərarının 3, 6-cı bəndləri, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ləhiş bağ massivində cavabdehə torpaq sahəsi 2007-ci ildə, iddiaçıya isə 1988-ci ildə verilmişdir. Həmin torpaq sahəsində cavabdeh 2009-cu ildən əvvəlcə abadlıq işləri aparmış, sonra isə yaşayış evi tikmişdir. İddiaç ı isə 30 il öz torpaq sahəsi ilə maraqlanmamış, ümumiyyətlə, ona məxsus torpaq sahəsinin yerini belə bilmir. Belə ki, iddiaçı bundan qabaq onu yox, başqa qonşunu torpaq iddiası ilə məhkəməyə vermişdir. Birinci instansiya məhkəməsində ekspertiza təyin edilmişdir, lakin onun iştirakı ilə həmin bağ sahəsinə baxış keçirilməmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi 26 fevral 2020-ci il tarixli qərardadla iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, ekspertizanın keçirilməsini Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi cəld edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir.

19. Məhkəmə Ekspertizası Mərkəzinin 10/1341 saylı, xx.xx.2020-ci il tarixli rəyinə əsasən, Sabunçu Rayon icra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2007-ci il tarixli, 4/1321 saylı çıxarışı ilə cavabdehə ayrılmış Sabunçu rayonu, Ləhiş bağ massivində ayrılmış torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmadı. Eyni zamanda araşdırma zamanı müəyyən olundu ki, cavabdeh 4702 saylı bağ sahəsindən istifadə edir. Bakı şəhər X3 İcraiyyə Komitəsinin 11/632 saylı, 18 11.1988-ci il tarixli qərarı və həmin qərara edilmiş 11 saylı əlavə ilə xx.xx.1989-cu il tarixli, 39 saylı orderə əsasən iddiaçıya ayrılmış ünvan 1 massivində yerləşən 4703 saylı bağ sahəsinin yeri naturada müəyyən olundu, həmin torpaq sahəsi cavabdehin istifadəsində olan 4702 saylı bağ sahəsi ilə üst-üstə düşmür, bitişik olmaqla həmsərhəddir. Həmçinin iddiaçıya ayrılmış torpaq sahəsi cavabdeh E.İ skəndərova ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşmir, bitişik olmaqla həmsərhəddir.

20. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********01 saylı xx.xx.2020-ci il tarixli mütəxəssis rəyinə əsasən, elektron kadastr bazada cavabdehə torpaq sahəsinin ayrılması barədə heç bir məlumat olmadığından, mübahisələndirilən torpaq sahəsinin bələdiyyə mülkiyyəti deyil, dövlət mülkiyyəti torpağı olduğundan və ünvan 2üzrə nümayəndəliyinin xx.xx.2007-ci il tarixli, 4/1321 saylı çıxarışına əlavə edilmiş sxem koordinatsız, situasiyasız hər hansı bir dayaq nöqtəsindən məsafə ilə göstəriciləri olmadığından cavabdehə ayrılmış torpaq sahəsi ilə Bakı şəhər X3 İcraiyyə Komitəsinin 11/632 saylı, xx.xx.1988-ci il tarixli qərarı və həmin qərara edilmiş 11 saylı əlavə ilə xx.xx.1989-cu il tarixli, 39 saylı orderə əsasən iddiaçıya ayrılmış ünvan 1 massivində yerləşən 4703 saylı bağ sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçıya ayrılmış torpaq sahəsi 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olaraq 4703 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir.

21. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər İ.S.Şirinov - sədrlik edən və məruzəçi, T.S.Səmədov, A.V.Tanrıverdiyev) 28 yanvar 2021-ci il tarixli, 2(103)220/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilməmişdir.

22. Apellyasi ya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma razılaşmamış və qeyd edildiyi kimi iş üzrə alınmış ekspertiza və mütəxəssis rəylərinə əsasən hesab etmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsi cavabdehə E.İskəndərova ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşmir, bitişik olmaqla həmsərhəddir. Bu səbəbdən də, hazırkı iddia tələbi təmin edilə bilməz.

23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 76 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

24. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışd ır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi birtərəfli və düzgün qiymətləndirilməmiş sübutlar əsasında çıxarılmış, cavabdehin ona məxsus torpaq sahəsini zəbt etməklə məhz həmin sahədə yaşayış evi inşa etdirməsini, ona məxsus bağ sahəsinin cavabdehin istifadə etdiyi bağ sahəsi ilə həmsərhəd olması barədə məhkəmə kollegiyasının gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamışdır.

26. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3580/2021 nömrəli, 02 iyun 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

27. Kassasiya instansiyası məhkəməsinin mövqeyi belə olub: - apellyasiya instansiyası m əhkəməsi həmin nəticəyə iş üzrə alınmış mütəxəssis rəyləri arasındakı ziddiyyətləri aradan qaldırmadan eləcə də, mübahisəli hüquq münasibətində müəyyənliyin yaranmasını təmin etmədən gəldiyindən qətnamə qanuni və əsaslı sayıla bilməz; - iş materiallarından görünür ki, ölçüsü 1200 kv.metr olan Ləhiş bağ massivində yerləşən 4703 saylı bağ sahəsi iddiaçıya Bakı şəhər XDS İK-nin 18 noyabr 1988-ci il tarixli qərarına uyğun olaraq 20 mart 1989-cu il tarixli 39 №-li order əsasında X1 və İstismarı Birliyi tərəfindən verilmişdir. İşin 47-48-ci səhifələrində olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş mütəxəssis rəyindən görünür ki, mübahisəli bağ sahəsinə yerində baxış keçirilmiş, torpaq sahəsinin koordinatları müəyyən edilməklə ölçü işləri aparılmış və müəyyən olunmuşdur ki, ölçülmüş ərazinin faktiki sahəsi 0,01122 hektar olmaqla hasara alınmış və orada yaşayış evi tikilmişdir. Mütəxəssis rəyinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olaraq iddia olunan bağ sahəsinin ərazisinə uyğun gəlir; - işdən görünür ki, iddiaçıya bağ sahəsi verilərkən onun koordinatları, sxemi müəyyən olunmuş və bununla bağlı heç bir anlaşılmazlıq mövcud deyildir. Cavabdehin məhkəməyə təqdim etdiyi işin 33-34-cü səhifəsində olan sənədlərdən görünür ki, ünvan 2üzrə nümayəndəliyi aparatının 10 iyul 2007-ci il tarixli qərarı ilə ona Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş Baş Plana uyğun olaraq Nardaran qəsəb əsi ərazisindən 1200 kv.metr ölçüdə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Cavabdehə ayrılmış torpaq sahəsinin sxemi koordinatsız, situasiyasız və hər hansı bir dayaq nöqtəsindən məsafə ilə göstəriciləri olmadığından ona ayrılmış torpaq sahəsinin harada yerləşməsi aydın deyildir; - apellyasiya instansiyası məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzinin 28 oktyabr 2020-ci il tarixli rəyinə əsaslanıb onun 4702 saylı bağ sahəsindən istifadə etməsi barədə nəticəyə gələrkən cavabdehin hansı əsasla həmin bağ sahəsindən istifadə etməsini, həmin bağ sahəsinin nə vaxt, kimin istifadəsinə verilməsini müəyyən etməmişdir; - 4702 saylı bağ sahəsinin iddiaçıya məxsus 4703 saylı bağ sahəsi ilə üst-üstə düşməməsi barədə ekspertin rəyi hazırkı qeyri-müəyyən vəziyyətdə iddianın rədd edilm əsi üçün əsas verməmişdir; - 4703 saylı bağ sahəsinin iddiaçıya məxsus olması və onun yerləşdiyi sahə mütəxəssislər tərəfindən müəyyən olunmuş və onlar tərəfindən verilmiş rəylərdə 4703 saylı bağ sahəsində fərdi yaşayış evinin inşa olunması təsdiq olunmuşdur; - müəyyən olunduğu kimi iddiaçı tərəfindən 4703 saylı bağ sahəsində fərdi yaşayış evi tikilməmişdir. İddiaçıya görə orada yerləşən ev cavabdeh tərəfindən müvafiq icazələr alınmadan inşa edilmişdir; - cavabdehə ayrılmış torpaq sahəsinin yerinin, eləcə də 4702 saylı bağ sahəsinin koordinatlarının dəqiq müəyyən olunmadığı təqdirdə ekspertin hansı əsasla 4703 və 4702 saylı bağ sahələrinin üst-üstə düşməməsi barədə nəticəyə gəlməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin rəyin iddianın rədd edilməsi üçün əsas verən mübahisəs iz sübut kimi qəbul edilməsi əsaslı sayıla bilməz; - işdən görünür ki, istər 4702 saylı və istərsə də, 4703 saylı bağ sahələri Ləhiş bağ massivində yerləşməklə Bakı şəhərində bağçılığın inkişafı məqsədi ilə vətəndaşlara verilmişdir. Nardaran nümayəndəliyi tərəfindən Ləhiş bağ massivində yerləşən bağ sahəsinin cavabdehə fərdi yaşayış evinin tikintisi üçün həyətyanı sahə kimi verilməsi bağ massivi üzərində sərəncam vermək səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının məqsəd və vəzifələrinə uyğun sayıla bilməz. ç)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

28. İşə təkrar apellyasiya qaydasında baxılarkən apellyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-8067/2021 saylı qərardadı ilə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

29. Məhkəmə Ekspertizası Mərkəzinin 10/6484 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən, Sabunçu Rayon icra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2007-ci il tarixli, 4/1321 saylı çıxarışı ilə cavabdehə ayrılmış ünvan 1 massivində torpaq sahəsi ilə Bakı şəhər X3 İcraiyyə Komitəsinin 11/632 saylı, 18 11.1988-ci il tarixli qərarı və həmin qərara edilmiş 11 saylı əlavə ilə xx.xx.1989-cu il tarixli, 39 saylı orderə əsasən iddiaçıya ayrılmış ünvan 1 massivində yerləşən 4703 saylı bağ sahəsinin üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmamışdır. Bununla belə, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq faktiki vəziyyətdə cavabdehin istifadəsində olan ünvan 1 massivində yerləşən 1113 kv.m torpaq sahəsi ilə Bakı şəhər X3 İcraiyyə Komitəsinin 11/632 sa ylı, 18 11.1988-ci il tarixli qərarı və həmin qərara edilmiş 11 saylı əlavə ilə xx.xx.1989-cu il tarixli, 39 saylı orderə əsasən iddiaçıya ayrılmış ünvan 1 massivində yerləşən 4703 saylı bağ sahəsinin üst-üstə düşmədiyi, cavabdehin istifadəsində olan torpaq sahəsinin iddiaçıya ayrılmış 4703 saylı bağ sahəsinin hüdudlarından kənarda yerləşdiyi müəyyən edilmişdir.

30. İddiaçı ekspert rəyi ilə razı olmadığını bildirmiş, kompleks ekspertiza keçirilməsini xahiş etmiş, apellyasiya instansiyası məhkəməsi rəyi şübhə altına alan dəlillərin olmamasını əsas gətirib kompleks ekspertiza keçirilməsi barədə vəsatəti təmin etməmişdir.

31. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-387/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, biri nci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qaətnamə çıxarılmaqla iddia rədd edilmişdir. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Elnur Həsənov)

32. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ekspert rəyinin təqdidat prosesində göstərilənlərə əsasən tədqiq olunan ünvanda yerləşən faktiki olaraq cavabdehin istifadəsində olan torpaq sahəsinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, torpaq sahəsi üç tərəfdən qonşu sahələr ilə, bir tərəfdən yol ilə qonşuluq sərhəddinə malik olmaqla eni 25 m, uzunluğu 44,5 m təşkil edir. Faktiki vəziyyətdə torpaq sahəsi 1113 kv.m təşkil edir. Torpaq sahəsi yoldan (Bakı dairəvi yolu) şimal istiqamətində 5-ci bağ sahəsidir. Bakı şəhəri Sabunçu rayonu Ləhiş ərazisi üzrə Bağ sahələrinin yerləşmə sxemindən görün ür ki, yoldan şimal istiqamətinə sıra ardıcıllığı ilə 5-ci bağ sahəsi 4702 saylı bağ sahəsinə uyğun gəlir.

33. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, ekspertin mübahisəli ərazi üzrə tərtib edərək rəyə daxil etdiyi torpaq (bağ) sahələrinin faktiki yerləşmə planından da görünür ki, cavabdehin faktiki istifadəsində olan bağ sahəsi yoldan 5-cı sırada yerləşir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 43 saylı bağ tikinti kooperativi nəzdində ayrılmış bağ sahələrinin yerləşmə sxeminin təsdiq edilmiş surətindən də müəyyən olunur ki, iddiaçıya ayrılmış 4703 saylı bağ sahəsi sıra ardıcıllığı ilə 4-cü bağ sahəsdir (i.v.24). Beləliklə, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi yoldan (Bakı dairəvi yolundan) şimal istiqamətində sıra ardıcıllığı ilə 5-ci bağ sahəsidir və qeyd olunan sxemə əsasən 5-ci bağ sahəsi 4702 saylı bağ sahəsinə uyğun gəlir.

34. Apellyasiya instansiyası məhkəməsi təkrar apellyasiya baxışı zamanı təyin edilmiş ekspertizanın qeyd edilən rəyinə istinadən belə nəticəyə gəlmişdir ki, cavabdehin istifadəsində olan torpaq sahəsi ilə iddiaçıya ayrılmış bağ sahəsi üst-üstə düşmür, iddiaçının iddia etdiyi kimi cavabdeh tərəfindən ona ayrılmış bağ sahəsinin zəbt edilməsi halı öz təsdiqini tapmamışdır, əksinə, müəyyən edilmişdir ki, iddiaçıya ayrılmış bağ sahəsi ilə cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi bir-birilə qonşu sahələrdir.

35. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulamışdır ki, həm hazırkı, həm də baxılmış başqa analoji işlər üzrə aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, 80-ci illərin sonu, 90-cı illərin əvvəli Bakı şəhər X3 İcraiyyə Komitəsinin qərarı ilə vətəndaşlara ayrılmış bağ sahələrinin elektron kadastrı aparılmamışdır, həmin sahələr (hazırki işdə olduğu kimi) müvafiq bağ tikinti kooperativinin (yoldaşlığının, cəmiyyətinin və s.) nəzdində yaradılmış bağ sahələrinin yerləşmə sxemi əsasında paylanmışdır. Ona görə də hazırkı işdə 1 saylı Bakı Ərazi İdarəsinin istinad etdiyi «elektron kadastr baza məlumatları» dedikdə, torpaq sahəsinin hər hansı elektron qeydiyyati (müvafiq koordinatlar üzrə yerləşmə yeri) yox, mülki işin 24-cü səhifəsində olan bağ sahələrinin yerləşmə sxemi nəzərdə tutulmuş, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti də öz mütəxəssis rəyində məhz 1 saylı Bakı Ərazi İdarəsinin məktubuna əsaslanmış dır. Həmin sxemdən isə aşkar şəkildə görünür ki, iddiaçıya ayrılmış 4703 saylı bağ sahəsi sıra ardıcıllığı ilə yoldan 4-cü bağ sahəsidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

37. Kassasiya şikayəti belə əsaslandırılıb: - apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 152.1, 152.3, 152.5, 157.1, 157.2, MPM-in 77.1, 88 və 420-ci maddələrini pozmuş, təqdim edilmiş sübutlara tam, hərtərəfli və düzgün hüquqi qiymət verilməmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir; - Ali Məhkəmənin verdiyi göstərişlərə əməl edilməmiş, apellyasiya instansiyası m əhkəməsi iş materiallarında olan ekspert və mütəxəssis rəyləri arasında olan ziddiyyəti aradan qaldırmamış, cavabdehin hansı əsasla həmin ərazidə olan 4702 saylı bağ sahəsindən istifadə etməsi aydınlaşdırılmamış, bağ sahəsinin nə vaxt və kimin istifadəsinə verilməsini müəyyən etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 111.1 Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmal ı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş süb utlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

41. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi, eləcə də apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

44. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 3235-ci bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır.

45. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən ekspert rəyinə əsasən müəyyən edilmiş hallarına görə iddiaçıya ayrılmış 4703 saylı bağ sahəsi sıra ardıcıllığı ilə 4-cü, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi isə yoldan (Bakı dairəvi yolundan) şimal istiqamətində sıra ardıcıllığı ilə 5-ci bağ sahəsidir və qeyd olunan sxemə əsasən 5-ci bağ sahəsi 4702 saylı bağ sahəsinə uyğun gəlir. C avabdehin istifadəsində olan torpaq sahəsi ilə iddiaçıya ayrılmış bağ sahəsi üst-üstə düşmür, iddiaçının iddia etdiyi kimi cavabdeh tərəfindən ona ayrılmış bağ sahəsinin zəbt edilməsi halı öz təsdiqini tapmamışdır, əksinə, müəyyən edilmişdir ki, iddiaçıya ayrılmış bağ sahəsi ilə cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi bir-birilə qonşu sahələrdir.

46. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək iş üzrə təkrar tikintitexniki ekspertizası təyin etmiş, iddia tələbi üzrə düzgün hüquqi nəticəyə gəlmiş, sübutları, o cümlədən ekspert rəyini MPM-in 88 və 103.-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

47. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya ş ikayətinin dəlilləridir.

48. Məhkəmə kollegiyası hazırki iş üzrə Ali Məhkəmənin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edilməməsi, apellyasiya instansiyası məhkəməsinin iş materiallarında olan ekspert və mütəxəssis rəyləri arasında olan ziddiyyəti aradan qaldırmaması barədə kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, yuxarıda qeyd edildiyi kimi işin ikinci apellyasiya baxışı zamanı təkrar tikinti-texniki ekspertizası təyin edilmiş, bütün ziddiyyətlər aradan qaldırılmışdır.

49. Cavabdehin hansı əsasla həmin ərazidə olan 4702 saylı bağ sahəsindən istifadə etməsinin aydınlaşdırılmaması barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu halın aydınlaşdırılması o vaxt iş üçün əhəmiyyətli ola bilərdi ki, cavabdehin istifadə etdiyi torpaq sahəsi ilə iddiaçıya ayrılmış torpaq sahəsinin üst-üstə düşməsi müəyyən edilərdi. Lakin bir halda ki, cavabdehin istifadə etdiyi torpaq sahəsi ilə iddiaçıya ayrılmış torpaq sahəsinin üst-üstə düşməsi müəyyən edilməyib, belə olan halda, cavabdehin qeyd edilən torpaq sahəsindən hansı əsasla istifadə etməsinin aydınlaşdırılmasına zərurət də qalmır. Hazırki iş üzrə Ali Məhkəmənin əvvəlki qərarında bununla bağlı olan göstəriş də məhz bu kontekstə olmuşdur.

50. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilm əsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-387/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar