Məhkəmə qərarları › İş №2(102)-5839/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5839/2020

17.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5839/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Cavabdeh vəkili Vəkil2 iştirakları ilə açıq məhkəmə iclasında, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)-863/2020 saylı qətnaməsindən Cavabdeh kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(050)-2457/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim A.A.Səlimov) iddiaçı X1 Cavabde h qarşı “yaşayış evindən istifadə hüququ verilməklə evə köçürülmə” barədə iddiası qismən təmin edilərək, iddiaçının azyaşlı uşaqları ilə birlikdə Masallı rayonu, Xırmandalı kəndində yerləşən cavabdehin istifadəsində olan 2 mərtəbəli, 4 otaqlı və mətbəxdən ibarət fərdi yaşayış evinə köçürülməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)-863/2020 saylı qətnaməsi ilə (hakimlər T.X.Heydərov sədrlik edən, məruzəçi, T.S.Kərimov və İ.H.Əhmədov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Masallı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ: İşdən görünür ki, id diaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, onun azyaşlı uşaqları ilə birlikdə Masallı rayonu, Xırmandalı kəndində yerləşən cavabdehin istifadəsində olan 2 mərtəbəli, 4 otaqlı və mətbəxdən ibarət fərdi yaşayış evindən istifadə hüququ tanınmaqla, həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni q ərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil2 kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı Əlfiyə İsmayılova və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, cavabdehin vəkili Vəkil2 izahatını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apelyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddianın qismən əsaslı olmasına, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş Mənzi l Məcəlləsinin 53, 54, 123-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, Masallı rayon İHB-nın Xırmandalı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin arayışına əsasən, Cavabdeh Masallı rayonu, Xirmandalı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin təsərrüfatbaşına 05 say lı kitabının 152-ci səhifəsində 328-ci sıralanma ilə təsərrüfat sahibidir. Həmin təsərrüfatda 1990-cı ildə tikilmiş, 0.08 ha həyətyanı torpaq sahəsində yerləşən, sahəsi 80 kv metr olan fərdi yaşayış evi vardır və həmin evin aşağı hissəsi kubiklə, yuxarı hissəsi qırmızı kərpicdən tikilmiş (1-ci mərtəbədə 2 otaq, 2-ci mərtəbədə 2 otaq vardır) cəmi 4 otaq, kuxna və talvardan ibarətdir. Həmin evdə təsərrüfat başçısı- Cavabdeh, arvadı Mərcan İsmayılova, oğlu Əlməddin İsmayılov, gəlini İddiaçı, nəvələri Nərmin İsmayılova, Dilarə İsmayılova və Yusif İsmayılov daimi qeydiyyatda olmaqla yaşamışlar. Eyni zamanda işdən görünür ki, Əlfiyə İsmayılova 2005-ci ildə cavabdehin oğlu Məhəddin İsmayılovla ailə qurub, sonuncunun yaşadığı mübahisəli evə gəlin köçüb və özünə məxsus olan cehiz əşyalarını həmin e vdə yerləşdirib. İddiaçının həmin evdə Məhəddin İsmayılovla faktiki ərarvad münasibətindən xx xxxxxx 2006-cı ildə Nərmin, xx xxxx 2008-ci ildə Dilarə, xx xxxxxx 2012ci ildə Yusif adlı üç uşaqları doğulub. Tərəflər mübahisəli evdə bir ailənin üzvləri kimi birgə yaşayıb ümumi təsərrüfatı birgə idarə etmişlər. xx xxxxxx 2019-cu il tarixdə Məhəddin İsmayılov ölüb. Bundan sonra Əlfiyə İsmayılovanın tələbinə əsasən, Masallı rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə onun mərhum Məhəddin İsmayılovla faktiki nikahından doğulmuş uşuqların atası olması faktı müəyyən edilib. Hazırda iddiaçı, əri Məhəddin İsmayılovun ölümündən bir müddət sonra cavabdehin onu uşaqları ilə birlikdə iradəsinə zidd olaraq mübahisəli evdən çıxardığını göstərib, evdən istifadə hüququ tanınmaqla həmin evə kö çürülməsini iddia edir. Cavadeh isə, iddiaçının mərhum əri Məhəddin İsmayılovla birlikdə özlərinə Masallı rayonu, Xırmandalı kəndindən ev alaraq ailə üzvləri ilə birlikdə köçüb orada yaşadıqlarını göstərib, iddiaya etiraz edir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin 3-cü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə görə, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istif adə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsində göstərilir ki, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cu maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Yəni, şəxsin yaşadığı evdən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsi bütün şəxslərə qadağan edilir. Maddənin mənasına görə, hüquqi dövlətdə bütün məhrum etmələrin əsasında qanun dayanmalıdır. Odur ki, evə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə üç hal aydınlaşdırılmalıdır: birincisi, şəxs köçmək istədiyi evdə yaşayıbmı; ikincisi, şəxs yaşadığı evdən məhrum edilibmi; üçüncüsü, evdən məhrum e dilmə qanunidirmi. Hazırki halda birinci və ikinci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi mübahisəli evdə yaşayıb və cavabdeh tərəfindən yaşadığı həmin evdən məhrum edilib. Belə ki, əri Məhəddin İsmayılovun ölümündən sonra ailədə gərgin münasibətlər yarandığı üçün o, başqa evdə yaşamaq məcburiyyətində qalıb. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini əsassız sayıb belə qənaətə gəlir ki, yaşadığı evi müəyyən səbəblərə görə müvəqqəti olaraq tərk etdikdən sonra iddiaçının həmin evə qayıtmasına və orada yaşamasına cavabdehin imkan verməməsi əslində məhrumetmə hesab olunur. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, məhrumetmə o, halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (evdən çıxarma, evə buraxılmama və s.) yol verən şəx sin həmin ev üzərində mülkiyyət hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Apelyasiya instansiyası məhkəməsi işin bu halını nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, mübahisəli ev üzərində cavabdehin mülkiyyət hüququ olmadığından, ilk vaxtdan iddiaçının məruz qaldığı məhrumetmə (evə buraxılmama) qanunsuz olmuşdur və nəzərə almaq lazımdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir və konstitusion hüquq pozuntusunun nəticələrinin aradan qaldırılması üçün işə baxan məhkəmələr tərəfindən iddiaçı düzgün olaraq yaşamış olduğu evə köçürülmüşdür. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, işin faktiki hall arı üzrə səhv nəticəyə gəlməsini, iddiaçının mərhum əri Məhəddin İsmayılovla birlikdə özlərinə Masallı rayonu, Xırmandalı kəndindən ev alaraq ailə üzvləri ilə birlikdə köçüb orada yaşadıqlarını və sair göstərsə də, apelyasiya instansiyası məhkəməsinin hansı maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini və işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kasasiya şikayətində əsaslandırmayıb və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etir azlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlar a əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh kasasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)863/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar