Məhkəmə qərarları › İş №2(102)-584/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-584/2020

30.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-584/2020 30.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh, vəkili X4, iddiaçının vəkili X2 və üçüncü şəxs “xxxx” İKB-nin vəkili X5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(005)-2462/2018, hakim F.V.Abdıyev) İddiaçı MMC-nin Cavabdeh qarşı iddiası təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 4416 manat məbləğində pulun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-1401/2019, hakimlər E.C.Kazımov, T.S.Səmədov və İ.S.Şirinov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, qətnamə Cavabdeh münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. İşin halları: “xxxx” İKB-nin 6 saylı filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən avtomobilin alınması məqsədi ilə bank tərəfindən Cavabdeh 36 ay müddətinə 21 % dərəcəsi ilə faiz ödəmək şərti ilə 8600 manat məbləğində kredit verilmişdir. “xxxx” İKB ilə zamin İddiaçı MMC və borcalan Cavabdeh arasında xx.xx.2013-cü tarixli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin İddiaçı MMC xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə kredit alan Cavabdeh tərəfindən öhdəliklərin lazımi qaydada icra edilməməsi təqdirdə həmin müqavilə üzrə yaranmış öhdəliklərini icra etməsi üçün zaminlik müqaviləsi ilə müəyyən edilmiş həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Nərimanov Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə borclu ilə Cavabdeh və zamin İddiaçı MMC-dən müştərək qaydada “xxxx” İKB ASC-nin xeyrinə cəmi 4.939 manat məbləğində pulun tutulması və tutmanın Cavabdeh məxsus avtomobilə yönəldilməsi qət olunmuşdur. xx xxxxx 2018-ci il tarixdə İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxxxx 2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin tərəfindən ödənilmiş 4.416 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız formal mülahizəyə əsaslanmış və hüquqi cəhətdən əsaslandırılmamışdır. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçı və üçüncü şəxsin vəkilləri kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin ə sasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə bank qarşısında borc öhdəlikləri üzrə zamin kimi məsuliyyəti öz üzərinə götümüş, ödənilməli olan borc məbləğinin öz bank hesabından silinməsinə razılıq vermiş və onun hesabından vəsait silinmişdir. İddiaçı ödədiyi məbləğin borcludan tutulması barədə hazırki iddia tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475-ci maddəsi ilə öhdəliyi icra etmiş zaminin hüquqları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən fai zlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. İş materiallarından göründüyü kimi iddiaçı cavabdehin 4.416 manat məbləğində öhdəliyini icra etdiyindən onun cavabdehə qarşı həmin məbləğdə tələb hüququ yaranmışdır. Cavabdeh tərəfindən kassasiya şikayətində irəli sürülmüş və apellyasiya şikayətinin dəlilləri ilə məzmunca eynilik təşkil edən dəlillərə apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəll əsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar