Məhkəmə qərarları › İş №2(102)-584/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-584/2022

01.02.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-584/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 XXX və digərlərinə qarşı (XXX və X1 üçüncü şəxslər olmaqla) iş üzrə QƏRARİ iş № 2(102)-584/2022 (Açar sözlər: qanunsuz tikilinin sökülməsi ) Bakı şəhəri, 01 fevral 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı (XXX və X1 üçüncü şəxslər olmaqla) “özbaşına tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki K ollegiyasının 2(105)-2543/2021 nömrəli, 12 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Xəzər” Bağçılıq Yoldaşlığı tərəfindən verilmiş X4 əsasən, Sumqayıt şəhəri Səməd Vurğun küçəsi 26-cı məhəllənin arxasında yerləşən 717b nömrəli bağ torpaq sahəsi 16 avqust 1986-cı il tarixdə İddiaçı2, həmin ərazidə yerləşən 717 nömrəli bağ torpaq sahəsi A.S.Alıyevin istifadəsinə verilmişdir. 2. “Xəzər” Bağçılıq Yoldaşlığı tərəfindən verilmiş X4 əsasən, 867 nömrəli bağ torpaq sahəsi Cavabdeh2 istifadəsinə verilmişdir. 3. “Xəzər” Bağçılıq Yoldaşlığı tərəfindən verilmiş X4 əsasən, Sumqayıt şəhəri Xəzər bağçılıq Cəmiyyəti ərazisi Xətai küçəsi 9-cu məhəllədə yerləşən sahəsi 600 kv.m olan 831a nömrəli bağ torpaq sahəsi E.Q.Məmmədovun istifadəsinə verilmişdir. 4. 1-cilər hazırkı mübahisəni başladaraq 2-ci və 3-cü bənddə qeyd olunan şəxslərin onların bağ sahələrinin bir hissəsini özbaşına zəbt etdikləri üçün boşaldılmasını tələb edirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “özbaşına tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən Sumqayıt şəhəri, S.Vurğun küçəsi 26-cı məhəllənin arxasında yerləşən, sahəsi 800 kv.m olan 717 nömrəli bağ torpaq sahəsi və Sumqayıt şəhəri, S.Vurğu n küçəsi 26-cı məhəllənin arxasında yerləşən sahəsi 800 kv.m olan 717b nömrəli bağ torpaq sahəsi ərazisində tikilmiş özbaşına tikililərin və hasarın sökülməsi və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

6. Bundan sonra, iddiaçının razılığı ilə X6 başqa cavabdeh qismində, XXX və X1 mütəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Xəzər” Bağçılıq Cəmiyyətindən verilmiş 717 nömrəli X4 əsasən, Sumqayıt şəhəri Səməd Vurğun küçəsi 26-cı məhəllənin arxasında yerləşən sahəsi 800 kv.m. olan 717 nömrəli bağ torpaq sahəsi İddiaçı1, “Xəzər” Bağçılıq Cəmiyyətindən verilmiş 717b nömrəli X4 əsasən, Sumqayıt şəhəri Səməd Vurğun küçəsi 26-cı məhəllənin arxasında yerləşən sahəsi 80 0 kv.m. olan, 717b nömrəli bağ torpaq sahəsi isə İddiaçı2 məxsusdur. Onlar qohum olduqları üçün bağ sahələrinn sərhədlərini ayırmamışlar və bağları ümumidir. Yəni, onlar torpaqlarını hasar ilə ayırmamışlar. Ümumi olaraq 16 sot torpağı hasara almışlar. Hər iki bağ sahəsinə İddiaçı1 faktiki sahiblik və nəzarət edir. Həmin bağ sahəsi 2007-ci ildən hasarlanıbdır. Bir müddət üzrlü səbəbdən İddiaçı1 ölkədə olmamasından istifadə edən “Xəzər” Bağçılıq Cəmiyyəti onlara məxsus torpaq sahəsini qeyri-qanuni yolla cavabdehlərə satıbdır. Həmin bağ torpaq sahəsi onlara veriləndə tamamilə bataqlıq vəziyyətində idi. Onlar ora külli miqdarda vəsait sərf edərək, normal hala salmışlar, lakin yuxarıda qeyd etdikləri kimi uzun müddət ölkədə olmadığından bağ sahəsi nəzarətsiz qalmış, lakin onlar onu hasara almış lar. Hazırda cavabdehlər onlara məxsus torpağın təxminən 12 sot sahəsini zəbt edərək torpaq sahəsini ayrıca hasara alıblar və iki ədəd qanunsuz ev tikiblər.

8. Sumqayıt Şəhər Məhkəməsinin 23.10.2020-ci il tarixli, 2(060)-5513/2020 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin 07.05.2021-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş 23 aprel 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, İddiaçı1 məxsus Sumqayıt şəhəri, S.Vurğun küçəsi 26-cı məhəllənin arxasında yerləşən, sahəsi 800 kv.m olan 717 nömrəli torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə n öqtələrinin koordinatları) təqdim olunmadığından həmin torpaq sahəsinin sərhədlərini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. İddiaçı2 məxsus Sumqayıt şəhəri, S.Vurğun küçəsi 26-cı məhəllənin arxasında yerləşən, sahəsi 800 kv.m olan 717b nömrəli torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim olunmadığından həmin torpaq sahəsinin sərhədlərini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Cavabdeh2 məxsus istifadəsində olan 867 nömrəli torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim olunmadığından həmin torpaq sahəsinin sərhədlərini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Sumqayıt şəhəri, S.Vurğun küçəsi 26-cı məhəllənin arxasında yerləşən, sahəsi 800 kv.m olan 717 nömrəli torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim olunmadığından hər hansı qonşu torpaq sahələrindən müdaxilə olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Sumqayıt şəhəri, S.Vurğun küçəsi 26-cı məhəllənin arxasında yerləşən, sahəsi 800 kv.m olan 717b nömrəli torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim olunmadığından hər hansı qonşu torpaq sahələrindən müdaxilə olub-olmadığını müəyyən etmək mümkün olmamışdır.

10. Azərbaycan Respublikası “X5”nin 27 may 2021-ci il tarixli, 333 saylı məhkəmə mühəndis-texniki ekspertizası rəyinə əsasən, aparılmış ekspertiza tədqiqatı nəticəsində “Xəzər” bağçılıq cəmiyyəti tərəfindən Sumqayıt şəhəri ərazisində, “Xəzər” bağları massivindən İddiaçı1 verilən 717 saylı 0.08 ha torpaq sahəsi və İddiaçı2 verilən 717b saylı 0.08 ha olan bağ sahələrinin koordinatları və məkan göstəriciləri “Xəzər” bağları massivinin sxematik xəritəsinə əsasən müəyyənləşdirilmişdir. İddia predmeti olan İddiaçı1 verilən 717 saylı 0.08 ha torpaq sahəsi və İddiaçı2 verilən 717b saylı 0.08 ha olan bağ sahələrinin faktiki ümumi sahəsi 0.1762 ha təşkil edir. Həmin torpaq sahəsinin cənubşərqdən 0.0594 ha hissəsi, qərb tərəfdən 0.0546 ha hissəsi qonşu istifadəçilərin faktiki isti fadəsində olmaqla daş hasara alınmışdır. Hər iki qonşu tərəfindən istifadə olunan torpaq sahələri mişar daşı ilə hasarlanmış, daxilində fərdi yaşayış evləri inşa edilmişdir. Mübahisəli torpaq sahələri ərazinin ümumi xəritəsinə əsasən bağ sahələri üçün nəzərdə tutulan ərazidə yerləşir.

11. Sumqayıt Şəhər Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(060)-554/2021 nömrəli qətnaməsi ilə (hakim A.Süleymanova) iddia tələbi rədd edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, torpaq sahəsi üzərində hüquq bilavasitə torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən sonra yaranır. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində həmin sahələrin sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks olunmalıdır. Qanunun göstərişinə əsasən torpaq sahəsinin ərazi sərhədləri ixtiyarlı şəxsin verdiyi sənədlər əsasında təyin edilir.

13. İddiaçılar tərəfindən torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin plan və ölçüsü, koordinatları və s.) təqdim olunmadığından həmin torpaq sahəsinin sərhədlərini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Bu isə cavabdehlər tərəfindən iddia edilən torpaq sahəsinə müdaxilə olub-olmamasını, həmin torpaq sahəsinin iddiaçıların qanuni sahibliyində olmasını müəyyən etməyə imkan vermir.

14. Məhkəmə sübutetmə yükü iddia edənin üzərinə düşür prinsipinə əsaslanaraq hesab etmişdir ki, iddiaçı iddia tələbini – mübahisələndirilən ərazinin ona məxsus olduğunu və cavabdelər tərəfindən həmin əraziyə müdaxilə olunaraq özbaş ına tikili inşa edildiyi məhkəmədə sübuta yetirə bilmədi. İddiaçının tələbin əsası olaraq təqdim etdiyi bağçılıq kitabı və müstəqil ekspert rəyi isə iddianın təmin edilməsi üçün mötəbər sübut kimi qəbul edilə bilməz.

15. Belə ki, iddiaçıların istinad etdikləri bağçılıq kitabı ilə mübahisələndirilən torpaq sahələrinin sərhədlərini, yerləşmə vəziyyətini müəyyən etmək mümkün deyildir. İddiaçı tərəfindən mübahisələndirilən ərazinin ona ayrılmasını təsdiq edən ixtiyarlı subyekt tərəfindən təqdim edilmiş plan və ölçü məhkəməyə təqdim edilməmişdir. Bununla da iddia edildiyi kimi cavabdehlər tərəfindən iddiaçılara məxsus torpaq sahəsinə müdaxilə olubolmadığını müəyyən etmək mümkün olmamışdır. Eləcə də iddiaçı tərəfindən təqdim edilmiş X1 ekspert rəyini məhkəmə əsaslı şübhədən kənar mötəbər sübut növü olaraq qəbul etmir. Çünki həmin ekspert rəyi qanunvericiliyin göstərişinə əsasən müəyyən edilmiş – torpaq sahəsinin plan və ölçüsü, koordinatları və s. özündə əks etdirən sənədlərə əsaslanmır. Məhkəmə Ekspertiza fəaliyyəti haqqında Qanunun tələblərinə ekspert tərəfindən əməl edilməmiş, ekspertlərin rəyini əks etdirən materiallar rəyə əlavə edilməmişdir.

16. Məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirərək, məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmu halda tədqiq edərək bu nəticəyə gəlmişdir ki, iddia sübuta yetirilmədiyindən rədd edilməlidir.

17. Həmin qətnamədən iddiaçılar apellyasiya şikayəti verm işlər. a) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər G.Tağızadə - sədrlik edən və məruzəçi, L.Məmmədova və T.Quliyev) 12 avqust 2021-ci il tarixli 2(105)-2543/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt Şəhər Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(060)-554/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya məhkəməsi hesab etmişdir ki, mübahisə olunan torpağın iddiaçılara məxsus olması barədə gətirdikləri dəlil heç bir qanuni sənədlə sübuta yetirilmədiyi üçün, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı rədd etmişdir.

20. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.

21. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi hüquq normalarını təkrarlamaqla əsaslandırmışdır.

22. Həmin qətnamədən iddiaçılar kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

23. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini iddia ərizəsi və apellyasiya şikayətinə uyğun əsaslandırmışdır. Belə ki, məhkəmələr sübutlara düzgün q iymət verməmiş, iş üzrə düzgün araşdırma aparmamış, rəylər arasındakı ziddiyyətləri nəzərə almamış, qanunvericiliyin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:

25. Maddə.

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

26. Maddə.

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

27. Maddə. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi:

28. Maddə.

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

29. Maddə.

80. Torpaq mülkiyyətçilərinin torpaq sahəsi üzərində torpağın məqsədli təyinatına uyğun olan yaşayış evləri, istehsal, mədəni-məişət təyinatlı və digər tikililər və qurğular inşa etmək hüquqları vardır.

30. Maddə. 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

31. Maddə.

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə. 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

35. Maddə. 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.

36. Maddə. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

37. Maddə. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

38. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

41. İşin mübahisəsiz halı bundan ibarətdir ki, “Xəzər” Bağçılıq Yoldaşlığı tərəfindən tərəfl ərə verilmiş torpaq sahələrinin nə qədər sahəni əhatə etməsi X2 qeyd edilsə də, həmin torpaq sahələrinin sərhədləri və koordinatları müəyyən edilməmişdir. Bu hal iddiaçılar tərəfindən iddia ərizəsi və şikayətlərində də etiraf edilmişdir.

42. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

43. Birinci instansiya məhkəməsi tərəfindən torpaq sahələrinin sərhədlərini və koordinatlarını müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilmiş, sübutların mötəbərliyinə qiymət verən məhkəmə həmin ekspert rəyini (1-ci rəyi) iddianın rədd edilməsinin əsası kimi qəbul etmişdir. Apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsi tərəfindən gəlinən həmin nəticəni qanuni və əsaslı hesab etmişdir.

44. Qeyd etmək lazımdır ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (MPM-nin 103.1-ci maddəsi).

45. Hazırkı işdə “Xəzər” Bağçılıq Yoldaşlığı tərəfindən ayrılmış bağ sahələri üzrə plan və ölçü tərtib edilmədiyi üçün torpaqların koordinatları müəyyən etmək mümkün olmamışdır. Nəzərə almaq lazımdır ki, torpaq mübahisələrinə dair mübahisələr həll edilərkən (xüsusilə torpağın digər şəxs tərəfindən zəbt edilməsi məsələlərində) torpağın yerləşmə yeri, yəni onun palan ölçüsü, koordinatlarının dəqiq müəyyən edilməsi müstəsna əhəmiyyət kəsb edir. Analoji mübahisələri başqa qaydada həll edilməsi ə saslı hesab oluna bilməz. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-nin 81-ci maddəsi). Elə bu yerdə kollegiya onu da qeyd edir ki, məhkəmələr X1 ekspert rəyini də dəyərləndirməklə haqlı olaraq hesab etmişlər ki, həmin ekspert rəyi torpaq sahəsinin plan və ölçüsü, koordinatları və s. özündə əks etdirən sənədlərə əsaslanmır, ekspert rəyində əksini tapan materiallar rəyə əlavə edilməmişdir.

46. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 88-ci maddəsi).

47. Məhkəmə kollegiyası apellyasiya inst ansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

48. Belə ki, iddia üzrə sübut etmək vəzifəsi iddiaçıların üzərinə düşsə də, onlar həmin vəzifəni yerinə yetirə bilməmiş, torpaq sahəsinin zəbt olunması məhkəmələr tərəfindən aparılan araşdırma ilə sübuta yetirilməmişdir.

49. Odur ki, kassasiya şikayətinin dəlilləri qanuni və əsaslı qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz.

50. Qe yd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

51. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2543/2021 nömrəli, 12 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Aqil Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar