Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-584/2025 11.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı və iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1nə qarşı birləşdirilmiş işlərə dair icraat üzrə QƏRARİ (Açar sözlər): mənzil tikinti kooperativinin fəaliyyətindən irəli gələn mübahisələr (eyni əşyaya dair bir neçə kreditorla müqavilə bağlanılması), daşınmaz əmlakın alqı-satqısı, əqdin etibarsızlığı, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavab dehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılması və istifadə hüququnun tanınması” tələbinə dair və iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair birləşdirilmiş iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4653/2024 nömrəli 23 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 11 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 MTK-nın sədri X8 və “payçı” qismində İddiaçı arasında bağlanmış mənzil tikinti haqqında xx.xx.2016-cı il tarixli müqaviləyə görə, MTK, Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin kəsişdiyi 987-ci məhəllə ünvanında inşa etdiyi binanın 8-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 135,43 kv.m. olan 42 nömrəli mənzili (bundan sonra mübahisəli mənzil) payçının mülkiyyətinə verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
2. Cavabdeh1 MTK üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə xx.xx.2016-cı il tarixli, 30/12 nömrəli protokola görə, İddiaçı MTK üzvlüyünə qəbul edilmiş və razılıq yolu ilə onun mübahisəli mənzilə düşməsi təsdiq edilmişdir.
3. Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 30/12 nömrəli kassa mədaxil orderinə görə, İddiaçı mənzilin pay haqqı kimi 132.410 manat məbləğində pul ödəmişdir.
4. Cavabdeh1 MTK-n ın sədri X8 və “payçı” qismində X6 arasında bağlanmış mənzil tikinti haqqında xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən MTK mübahisəli mənzili payçının mülkiyyətinə verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
5. Cavabdeh1 MTK üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə xx.xx.2018-ci il tarixli, 42 nömrəli protokola görə X6 MTK-nın üzvlüyünə qəbul edilmiş və razılıq yolu ilə onun MTK-ya məxsus mübahisəli mənzilə düşməsi təsdiq edilmişdir.
6. Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 76 nömrəli maliyyə arayışına görə, X6 mübahiəli mənzilin dəyərini qalıq olmadan 100% ödəmişdir.
7. X6 xx.xx.2023-cü ildə Bakı şəhərində vəfat etmiş, Cavabdeh2 mərhumun hüquqi varisidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, mübahisəli mənzilə dair cavabdehlər tərəfindən törədilən maneələrə son qoyulması, Cavabdeh2 həmin mənzildən çıxarılması, əmlakın boşaldılaraq MTK tərəfindən ona təhvil verilməsi və onun istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi belə əsaslandırılmışdır ki, o, xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən mübahisəli mənzili 132.400 manat ödəməklə MTK-dan almış, çox vaxt Azərbaycan Respublikasında yaşamadığından və işi ilə əlaqədar xaricdə yaşadığından mənzildə yaşamamış dır. Bəzən binanın komendantı ilə əlaqə saxlayaraq mənzili barədə məlumat almış və ara-sıra evin şəkillərinin göndərilməsini xahiş etmişdir. Hətta bir neçə dəfə özü xaricdə yaşadığından qohumlarından mənzilə baş çəkmələrini belə xahiş etmiş və binanın komendantı kimi bildiyi şəxs qohumlarına mənzili göstərərək heç bir problemin olmadığını bildirmişlər. 2023-cü ilin fevral-mart ayında Azərbaycan Respublikasına işlə əlaqədar ezam olunarkən ona məlumat vermişlər ki, həmin binada problemlər var və qərara gəlmişdir ki, mənzilə baxış keçirsin. Binaya gedərkən isə bina sədrinin həbs olunması və binada ciddi problemlərin olması ilə rastlaşmışdır. Həmin vaxt binanın nə komendantı, nə də sədri olmuş və binanın cari təsərrüfat problemlərinin həlli ilə əlaqədar Lətifə xanım adlı bir qadının müvəqqət i bu kimi problemlərin həlli ilə məşğul olduğunu öyrənmişdir. Həmin qadınla ofisdə görüşmüş və qadın bildirmişdir ki, ona aid mənzil hazırda cavabdeh X4 istifadəsindədir. Lakin hansı sənədlər əsasında mənzildən istifadə etməsi barədə onda heç bir məlumat yoxdur. Tərəflərindən sorğular verilməsinə baxmayaraq, cavabdehin hansı əsaslarla mənzildən istifadə etməsinə dair heç bir məlumat əldə edə bilməmişlər. O həmin vaxtdan cari vaxtadək mənzilə daxil ola və mənzildən istifadə edə bilmir. Mənzilin qapısı dəyişdirildiyindən onun təmirli və ya təmirsiz olması onlara məlum deyil. Binanın həyətində gözətçi kimi işləyən şəxslər bildirmişdir ki, həmin mənzil satışdadır. Ətrafda olan alqı-satqı ofislərindən maraqlanaraq həmin binada hər hansı mənzilin satışda olub-olmamasını maraqlananda bu mənzilin də satışda olması bildirilmişdir. Hazırda cavabdeh MTK mənzili başqa şəxslərin adına keçirtməklə iz itirmək istəyir.
10. Eyni zamanda iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 Mənzıl Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, MTK və İddiaçı arasında imzalanmış, mübahisəli mənzilinə dair 30 dekabr 2016-cı il tarixli müqavilənin etibarsızlığı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil onun mərhum anası X5 məxsus olmuşdur. Anası cari ilin aprel ayında vəfat etmiş və o, vərəsəsi kimi qanuna müvafiq olaraq, vərəsəlik işinin açılması üçün notariat orqanına müraciət etmişdir. Adıçəkilən mənzildə o, anası və digər vərəsələri artıq uzun illərdir ki, yaşayırlar. Qısa müddət önc ə X10 adlı şəxs onlara müraciət edərək, mübahisəli mənzilə dair onda da MTK tərəfindən imzalanmış müqavilənin olmasını və ödənişin aparılması haqqında qəbzlərin mövcudluğunu bildirmişdir. Beləliklə məlum olmuşdur ki, eyni mənzilə dair 2 müqavilə mövcuddur. Lakin onun tam ödəniş haqqında maliyyə arayışı olsa da, cavabdehdə bu barədə hər hansı bir rəsmi sənəd mövcud deyil. Həmçinin mənzil almış şəxsin artıq orada uzun illərdir digər insanların yaşamasından sonra tələb irəli sürməsi inandırıcı deyil.
12. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(009)1715/2023 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və "xxxx" Mənzıl Tikinti Kooperativinə qarşı "müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(009)-1715/2023 saylı mülki işlə Bak ı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan, İddiaçı cavabdehlər Cavabdeh1nə və X5 qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılması və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə 2(006)-2109/2023 saylı mülki iş əlaqəli olduğundan ədalət mühakiməsinin düzgün həyata keçirilməsi məqsədilə birləşdirilərək onlara birgə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli 2(006)114/2024 nömrəli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) hər iki iddia rədd edilmişdir.
14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, "xxxx" MTK ilə İddiaçı və X6 arasında bağlanmış müqavilələr podrat müqaviləsi kimi qiymətləndirilməlidir. Cavabdeh2 MTK və İddiaçı arasında imzalanmış, mübahis əli mənzilinə dair 30 dekabr 2016-cı il tarixli müqavilənin etibarsız sayılmasına səbəb ola biləcək dörd mühüm şərtin əqdin subyektiv tərkibinə, məzmununa, iradə və iradə ifadəsinin vəhdətinə və formasına aid qüsurların mövcudluğu müəyyən olunmamışdır.
15. Məhkəmə qeyd etmişdir ki, mübahisəsi gedən mənzillə bağlı həm İddiaçı ilə, həm də X6 ilə müqavilə bağlanmış, mənzil isə X5 təhvil verilmiş və o, həmin mənzili təmir edərək ailəsi ilə birlikdə mənzildə yaşamağa başlamışdır. Cavabdeh2 mübahisələndirdiyi "xxxx" MTK ilə İddiaçı arasında imzalanmış 30 dekabr 2016-cı il tarixli müqavilə etibarsız hesab edilə bilməz, lakin bu onu ayrı icranı qəbul etmək və ya ona dəymiş zərərin əvəzinin ödənilməsini Cavabdeh1 MTK-dan tələb etmək imkanından məhrum etmir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan R espublikası Mülki Məcəlləsinin 178.8, 324.1, 324.2, 324.4, 324.5, 337.1, 337.2, 337.4, 337.5, 339.1, 354.1, 354.2, 385, 386.1, 390.5, 404, 435, 442, 443.1, 452.1, 452.2, 752.1 və 762.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, iddianın ona münasibətdə təmin edilməsini, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə iddiasını təkzib edən sübut və məhkəmənin mövqeyi ümumiyyətlə yoxdur. Məhkəmə yalnız işdə olan prosessual sənədləri və müqaviləni qeyd etməklə idddianı rədd etmişdir. Məhkəmə, ümumiyyətlə X4 müqaviləsinin 3 il sonra bağlanmasına və həmin müqavilənin əhəmiyyətsiz əqd olmasına dair heç bir araşdırma aparmamışdır.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4653/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti qismən təmin edilməklə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-114/2024 nömrəli 17 may 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı iddia tələbinin qismən təmin edilməsi, mübahisəli mənzildən Cavabdeh2 və Cavabdeh1 MTK tərəfindən törədilən maneələrə son qoyulması, Cavabdeh2 həmin mənzildən çıxarılması, mənzilin boşaldılaraq Cavabdeh1 MTK tərəfindən İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1 MTK ilə X6 arasında bağlanmış mənzil tikintisi haqqında xx.xx.2018-ci il tarixli müqavilə üzrə mənzilə görə ödənilmiş 145450 manat pulun Cavabdeh1 MTK-dan alınaraq Cavabdeh2 qaytarılması, Cavabdeh2 İddiaçı və "xxxx" Mənzıl Tikinti Kooperativinə qarşı "müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.
20. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, MTK ilə İddiaçı arasında bağlanmış 30 dekabr 2016-cı il tarixli müqaviləyə əsasən mübahisəli mənzil MTK tərəfindən İddiaçı satılmış və sonuncu mənzilin dəyəri olan 132410 manatı ödəmişdir. Bununla yanaşı iş materiallarında olan 21 noyabr 2018-ci il tarixli müqaviləyə əsasən MTK tərəfindən eyni mənzil X2 və sonunc u tərəfindən müqaviləyə uyğun olaraq mənzilin dəyəri olan 145450 manat ödənilmişdir. Cavabdeh2 X4 hüquqi varisidir. İddiaçı hazırkı tələbində mənzilə yaradılan maneələrin aradan qaldırılmasını, cavabdehin mənzildən çıxarılmasını, mənzilin boşaldılaraq ona təhvil verilməsini və istifadə hüququnun tanınmasını tələb etmişdir. Eyni zamanda Cavabdeh2 isə MTK ilə İddiaçı arasında bağlanmış müqavilənin etibarsızlığını tələb etmişdir.
21. İddiaçı nümayəndəsi və vəkili göstərmişdir ki, İddiaçı Azərbaycan Respublikasında yaşamır, Xəzər dənizi və Qara dəniz X3 üzrə nümayəndəsidir və daim orada yaşayır. 2023-cü il 18 fevral tarixində Assosiasiyanın Azərbaycan Respublikasında tədbiri olduğundan Bakıya gəlmiş, 22 fevral tarixində mənzilə baxış keçirmiş və qapısının dəyişdirildiyini görmüşdür. 2022-ci il 30 mart tarixində qohumu evə getmiş, şəkillər çəkib göndərmişdir ki, mənzildə hər şey qaydasındadır. Həmçinin noyabr ayında da qohumu mənzilə baxış keçirmişdir. İddiaçı mənzili alarkən MTK-nın qoyduğu keyfiyyətsiz giriş qapısını yeni qapı ilə əvəz etmiş, həmçinin pəncərələr və eyvan qapıları keyfiyyətsiz və yarımçıq olduğundan, yeni plastik qapı-pəncərə alıb mənzilə yığmışdır ki, təmir zamanı dəyişdirsin. Whatsapp yazışmaları təqdim edilərək göstərilmişdir ki, 22 fevral 2023- cü il tarixdə İddiaçı mənzilə baxmağa gəlmiş və qapının dəyişdirildiyini görmüşdür.
22. Birinci instansiya məhkəməsində 12 may 2023-cü il tarixli məhkəmə iclasında Cavabdeh2 suallara cavab olaraq göstərmişdir ki, “mənə mənzil təmirsiz vəziyyətdə təqdim olunub. Məndən qabaq mənzil boş idi. Biz gələndə mənzildə plastik qapılar var idi.”
23. Elektron Məhkəmə İnformasiya sistemindən görünür ki, həqiqətən İddiaçı 2023-cü ilin fevral ayında Azərbaycan Respublikasına gəlmişdir. O, Azərbaycanda yaşamasa da, müəyyən edilmişdir ki, mənzilə qohumları tərəfindən baxış keçirilmiş, mənzilin giriş qapısını dəyişdirmiş, yeni plastik qapı-pəncərələr alıb mənzilə yığmışdır ki, təmir vaxtı dəyişdirsin. Yalnız 2023-cü ilin fevral ayında özü mənzilə baxış keçirərkən giriş qapısının dəyişdirildiyini görmüşdür. Təqdim edilən fotoşəkillərdən müəyyən olunur ki, həqiqətən də mübahisəli mənzildə ayrı-ayrı vaxtlarda üç giriş qapısı quraşdırılmışdır: ilk olaraq MTK, sonra İddiaçı, daha sonra isə Cavabdeh2 tərəfindən.
24. İşin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, mübahisəli mənzil ilk dəfə İddiaçı satılmış, daha sonra hə min müqavilə ləğv və ya etibarsız hesab edilmədən 21 noyabr 2018-ci ildə X1.
25. MTK ilə İddiaçı arasında mülki hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər”.
27. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır.
28. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, müba hisəli mənzil İddiaçı məxsus olmuşdur və onunla bağlanmış müqavilə ləğv edilmədən MTK ilə digər şəxs arasında onun iradə ifadəsi olmadan qeyd edilən müqavilə bağlana bilməzdi.
29. Cavabdeh1 MTK faktiki olaraq mülkiyyətində olmayan əşya (mənzil) barəsində sərəncam verməklə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozaraq X6 ilə etibarsız, hazırkı halda isə əhəmiyyətsiz əqd bağlamışdır.
30. Həmçinin hazırkı mübahisəyə Mülki Məcəllənin 452.1-ci maddəsinin tətbiqinə dair məhkəmə kollegiya qeyd etmişdir ki, Cavabdeh2 (X4 hüquqi varisi) münasibətdə həmin normanı tətbiq etməklə iddianı rədd etmək olmaz. Belə ki, Mülki Məcəllənin 452.1-ci maddəsinə görə fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlind ən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
31. Qeyd olunan normadan göründüyü kimi, kreditorun fərdi-müəyyən əşyanı (hazırkı halda mənzili) borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini o halda tələb edə bilməz ki, əmlak artıq mülkiyyət hüququ ilə üçüncü şəxsə verilmiş olsun. Yəni fərdi-müəyyən əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilmədiyi halda, həmin əşya ilə bağlı öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditora verilməlidir.
32. Hazırkı işin hallarından da müəyyən olunduğu kimi, dəyəri ödənilməklə mübahisəli mənzilə dair ilkin olaraq müqavilə İddiaçı ilə bağlanmış və həmin müqaviləyə əsasən MTK onu kooperativ üzvlüyünə qəbul edərək, müqavilədə göstərilən mənzili inşa edib ona təhvil verməyi öhdəsinə götürmüşdür.
33. Bu kateqoriyadan olan işlərə baxılarkən Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqe də nəzərə alınmalıdır, çünki həmin mövqe işə baxan məhkəmələr üçün məcburidir.
34. Konstitusiya Məhkəməsi Plenumunun M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 4 mart 2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Eyni zamanda, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, M.Hüseynovun cavabdeh "xxxx" MTK ilə bağladığı müqavilə etibarlı sayıldığı halda da onun iddiası təmin edilə bilməz. Belə ki, mübahisə predmeti olan mənzil fərdi-müəyyən əşyadır. Mülki Məcəllənin 452.1-ci maddəsinə görə fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Həmin maddəyə istinad edərək apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı M.Hüseynovla cavabdeh "xxxx" MTK arasında mənzilə dair müqavilə daha əvvəl bağlanmışdır. Belə olan halda, fərdi-müəyyən əşya olan mənzil sonradan cavabdeh "xxxx" MTK ilə üçüncü şəxs E.Bağırlının arasında bağlanmış müqavilə əsasında ona təhvil verildiyindən iddiaçı M.Hüseynov mənzilin cavabdeh "xxxx" MTK-dan alınmasını və müqavilədə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb etmək hüququna malik deyildir. Belə ki, onun bu hüququ mənzilin E.Bağırlıya təhvil verildiyi andan aradan qalxmışdır. Bununla bağlı xüsusilə nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sa hiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göründüyü kimi, mənzilin dəyərini tam ödəməklə M.Hüseynov həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, "xxxx" MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi (uzun müddət keçdikdən sonra həmin mənzil barədə E.Bağırlı ilə 6 iyul 2011-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır. Nəticədə mübahisənin həlli zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq norması kimi tətbiq edilən Mülki Məcəllənin 452.1-ci maddəsinin müddəaları duzgün tətbiq edilməmişdir... Göründüyü kimi, satıcı "xxxx" MTK mənzilləri alıcıya təhvil verməyi, M.Hüseynov isə öz növbəsində mənzillərin qiymətini tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin hazırkı iş üzrə M.Hüseynov tərəfindən 3 otaqlı mənzilin dəyərinin ödənilməklə müqavilə üzrə öhdəliyinin tam şəkildə icra etməsinə baxmayaraq, "xxxx" MTK mənzilləri alıcıya təhvil verməmiş və müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir... Göstərilənlərlə yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, E.Bağırlı ilə "xxxx" MTK arasında bağlanmış 6 iyul 2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MTK həmin binada dəyəri ödənilmiş üç otaqlı mənzilin ona təhvil verilməsi barədə öhdəlik götürmüşdür. Bu baxımdan, sonrakı məhkəmə araşdırılmaları zamanı məhz "xxxx" MTKnın qanuna zidd hərəkətləri nəticəsind ə bağlanmış müqavilə üzrə E.Bağırlıya təhvil verilməli olan mənzilin verilməsi və ya həmin öhdəliyin icra edilməməsinə görə dəymiş zərərin (ödənilən vəsaitin və digər xərclərin) ödənilməsi barədə mülki qanunvericiliyə uyğun olaraq onun tərəfindən irəli sürülə bilən tələb nəzərə alınmalıdır.”
35. Göründüyü kimi, Konstitusiya baxışının predmeti olmuş mülki işdə də, hazırkı işdə olduğu kimi, söhbət MTK tərəfindən mənzilin bir şəxsə satıldıqdan sonra başqa şəxsə də satılmasından gedir və Konstitusiya Məhkəməsi işə baxmış məhkəmələr tərəfindən Mülki Məcəllənin 452.1-ci maddəsinin tətbiqini qanuni hesab etməmişdir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mənzilin dəyəri ilkin alıcı tərəfindən ödənildikdən sonra həmin alıcı əmlaka (mənzilə) sahiblik və istifadə etmək hüququnu əldə edir v ə belə olan halda, MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barəsində sərəncam verməsi, yəni sonradan mənzilə dair başqa şəxslə alqı-satqı müqaviləsi bağlaması mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olmamışdır.
36. MTK tərəfindən mənzil artıq İddiaçı satıldığı üçün digər şəxsə satıla bilməzdi, Mülki Məcəllənin 452.1-ci maddənin hazırkı halda cavabdehə münasibətdə tətbiq edilməsi yolverilməzdir.
37. Əqdin etibarsız sayılmasının birinci nəticəsi onun icrasının yolverilməzliyidir. Belə əqd tərəflərdən biri və yaxud hər ikisi tərəfindən icra edilmişsə, belə olan halda restitusiya tətbiq olunur.
38. Hazırkı halda ikitərəfli restitusiyanın tətbiq edilməsini istisna edən hallar yoxdur, yəni X4 hərəkətlərində hər hansı mülki hüquq pozunt usunun olması mülki iş materialları ilə təsdiq edilmir.
39. Cavabdeh1 MTK ilə X6 arasında bağlanmış mənzil tikintisi haqqında xx.xx.2018-ci il tarixli müqavilə etibarsız (əhəmiyyətsiz) olduğundan, etibarsızlığın nəticələri tətbiq olunmaqla müqavilə üzrə tərəflərin hüquqi statusu ilkin vəziyyətə qaytarılmalı, X6 tərəfindən mənzili satın almaq üçün ödənilmiş 145450 manat məbləğində pul vəsaiti "xxxx" MTK-dan alınaraq onun hüquqi varisi Cavabdeh2 qaytarılmalıdır.
40. Mübahisəli mənzil Cavabdeh2 sahibliyindədir. Həmin sahiblik isə qanunsuzdur.
41. İddiaçı Cavabdeh2 və MTK tərəfindən törədilən maneələrə son qoyulması, Cavabdeh2 həmin mənzildən çıxarılması, əmlakın boşaldılaraq MTK tərəfindən ona təhvil verilməsini tələb etməkdə haqlı olmuşdur.
42. İstifadə hüququnun tanınması tələbinə münasibət də isə məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir və mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (sonuncu hüquq dövlət qeydiyyatına alındıqdan sonra yaranır). Yəni mənzil onun mülkiyyətində olmaqla, mülkiyyət hüququnun tərkib hissəsi olaraq istifadə hüququ da var. İstifadə hüququnun ayrıca qətnamə ilə tanınmasına ehtiyac yoxdur. Ona görə bu hissədə iddia tələbi təmin edilmir.
43. Cavabdeh2 iddia tələbinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, yuxarıda sadalananlara əsasən iddia tələbi əsassızdır.
44. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası 152.1, 157.2, 324.1, 324.4, 337-ci maddəl ərinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
45. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4653/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin İddiaçı iddia tələbinin qismən təmin edildiyi hissədə ləğv edilməsi, (qismən ləğv) və işə yenidən baxılması üçün apellyasiya istansiyasına geri qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
46. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 mirasçısı olduğu X6 mübahisəli mənzilə dair xx.xx.2018-ci il tarixdə müqavilə imzalamışdır. Bundan sonra həmin mənzildə təxminən 2 ilə yaxın müddətdə təmir işləri aparılmış və mərhum X6 ailəsi ilə birgə həmin mənzilə köçmüşdür. Apellyasiya instansiyasında qarşı tərə f bir neçə foto təqdim edərək, guya həmin mənzilin 2022-ci ildə təmirsiz olduğunu və hələ də onun sahibliyində olduğunu sübut etməyə çalışmışdır. Məhkəmə məhz apellyasiya instansiyasında niyə sübut təqdim edilməsinə heç bir izah tələb etməyərək adıçəkilən fotoşəkilləri mötəbər sübut kimi qəbul etmişdir. Halbuki tərəfindən eyni qaydada fotoşəkillər təqdim edilmiş, mənzilin 2018 və 2019-cu illərdə təmir edildiyini və həmin mənzildə elə həmin dövrdən yaşadığını sübut etsə də, həmin şəkillərə hər hansı bir münasibət belə bildirməmişdir. Adıçəkilən maddi hüquq normaları əşyanın satıcıdan alıcıya, yəni bu halda MTK-dan nümayəndəsi və vəkili olduğu şəxsə təhvil verilməsini birbaşa tənzimləyir. O, mənzilə dair sahibliyi 2018-ci il tarixdən əldə etmiş, MTK mənzili 2018-ci il tarixdə ona təqdim etmi ş, faktiki olaraq aralarında təhvil-təslim prosesi aparılmışdır. 2018-ci ilin noyabr ayında satıcı olan Cavabdeh1 MTK mərhum anasına mənzili təhvil vermiş və həmin andan da müqavilə üzrə öhdəliyini icra etmişdir. İlkin iddia üzrə iddiaçıya qarşı isə bu hallar baş verməmiş, yəni mənzilin bu günədək təhvil-təslimi icra edilmədən və öhdəliklər yerinə yetirilmədən qalmışdır. Hesab edir ki, apellyasiya intansiyası maddi hüquq normalarının pozulmaqla və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bənzər işlər üzrə qərarında qeyd edilən mövqeyinə qarşı çıxmaqla ədalətsiz qətnamə çıxarmışdır.
47. Həmçinin, qətnamənin “apellyasiya məhkəməsinin mövqeyi” bölməsinin 12-ci bəndində qarşı tərəfin təqdim etdiyi vatsap yazışmasına münasibət bildirilmiş və həmin yazışma, habelə fotoları mötəbər sübut kimi qəbul edilmişdir. Bu halda Mülki Prosessual Məcəllənin 78-ci maddəsinin tələblərini pozulmuşdur. Belə ki, 78-ci maddə birbaşa sübutların hansı mərhələdə təqdim edilməsini tənzimləyir. Bütün sübutlar birinci instansiyanın hazırlıq iclasında təqdim edilməlidir. Nəyə görə apellyasiya instansiyasına təqdim edilmiş sübutun qəbul edilməsi səbəbi haqqında qətnamədə ümumiyyətlə qeyd edilməmişdir. Həmin yazışma və fotolara əsasən guya mənzil 2023-cü ilin fevral ayında tam təmirsiz olmuşdur. Halbuki onun məhkəməyə eyni qaydada təqdim etdiyi vatsap yazışmaları və 2018, 2019-cu ilin fotoşəkillərinə, 2019-cu ildən artıq təmirin bitdiyi, mənzildə yaşayışın olmasına məhkəmə hər hansı bir münasibət bildirməmişdir. Hesab edir ki, bu halda apellyasiya instansiyası sübutların qiymətləndiri lməsində səhvə yol vermiş, birtərəfli mövqe nümayiş etdirmiş, Mülki Prosessual Məcəllənin 88-ci maddəsində qeyd edilən obyektivlik, qərəzsizlik prinsipindən kənara çıxaraq, ədalətsiz qətnamə çıxarmışdır. b)
48. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
49. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
50. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
51. Maddə 178.8.( tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiyada) mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
52. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. (Mülki Məcəllənin 324.4-cü maddəsi).
53. Maddə 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
54. Mad də 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
55. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır
56. Maddə 337.5.Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmal ı və onlardan istifadə etməlidir.
58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
60. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
61. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işi n faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
64. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4- cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
65. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticəl ənə bilsin. Kassasiya baxışının hədləri
66. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
67. Hazırkı kassasiya şikayətində qətnamə İddiaçı iddia tələbinin qismən təmin edildiyi hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassaisya instansiyası məhkəməsinin mövqeyi
68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
69. Belə ki, İddiaçı ilə Cavabdeh1 MTK arasında xx.xx.2016-cı il tarixli müqavilə əsasında mübahisəli mənzilə dair hüquq münasibəti yaranmış, ödəniş tam şəkildə həyata keçirilmiş və kooperativ üzvlüyü rəsmiləşdirilmişdir.
70. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh olunmasına dair» Konstitusiya Məhkəməsinin Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarında kı hüquqi mövqeyinə əsasən - mülki qanunvericiliyin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsini tənzimləyən müddəalarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (Mülki Məcəllənin 178.1 və 178.2-ci maddələri). Lakin Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Normanın məzmunundan göründüyü kimi mülki qanunvericiliyin digər maddələrindən fərqli olaraq bu maddədə kooperativ üzvünün əmlak üzərində mülkiyyət hüququnun ya ranması əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir.
71. Lakin 2018-ci ildə MTK eyni mənzili X5 da satmış, ödənişi qəbul etmiş, bu şəxs daha sonra vəfat etmişdir. Mərhumun hüquqi varisi olan Cavabdeh2 isə hazırda həmin mənzildə yaşayır.
72. Müqavilə bağlanarkən mənzil üzərində mülkiyyət hüququnun Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən artıq iddiaçıya məxsus olması, yəni Cavabdeh1MTK-nın həmin mənzilə sərəncam vermək səlahiyyətinin olmadığından ikinci müqaviləni apellyasiya məhkəməsi əhəmiyyətsiz əqd kimi tanımış, mənzilin boşaldılaraq ilkin alıcıya verilməsini qərara almışdır.
73. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərən cam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Həmin Məcəllənin 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
74. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız qarşı tərəfin sübutlarının qəbul edilməsinə dair kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam şəkildə baxmalıdır. Apellyasiya instansiyası hər iki tərəfin təqdim etdiyi sübutları nəzərdən keçirmiş, İddiaçı tərəfindən təqdim edilən fotoşəkillər və vatsap yazışmaları ilə mənzilin giriş qapısının dəyişdirilməsi, təmirin başlamaması, daha sonra isə mənzilin qanunsuz zəb t edilməsi nəticəsinə gəlmişdir. Cavabdeh2 tərəfindən təqdim edilən 2018-2019-cu illərə aid şəkillər isə həmin dövrə dair mənzildə yaşayış iddiasını dəstəkləsə də, foto və yazışmaların ardıcıllığı və qapıların dəyişdirilməsi faktı sübut edir ki, əvvəlki sahibin hüququ pozulmuşdur, bu isə Mülki Məcəllənin 157.2-ci maddəsi üzrə əmlakın geri tələb edilməsini qanuniləşdirir.
75. Məhkəmə kollegiyası mənzilin faktiki təhvil verilməsinə dair kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 452.1-ci maddəsi yalnız o halda tətbiq edilir ki, fərdi-müəyyən əşya (hazırda mənzil) artıq üçüncü şəxsə mülkiyyət hüququ ilə verilsin. İddiaçı mənzilə dair ilk müqaviləni bağlayan şəxs olmuş, tam ödəniş etmiş, üzvlüyə qəbul edilmiş, yəni mülkiyyət hüququ qazanmışdır. MTK-nın bu əşya üz ərində daha sonra sərəncam verməsi Konstitusiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarında qeyd edildiyi kimi qanunsuzdur və mülkiyyət hüququnu pozur. Hətta sonrakı müqavilə təhvil-təslimlə müşayiət olunsa da, bu qanuni əsasdan məhrumdur, çünki MTK artıq sərəncam səlahiyyətini itirmişdir.
76. Məhkəmə kollegiyası sübutların apellyasiya məhkəməsi tərəfindən qəbul edilməsinin Mülki Prosessual Məcəllənin 78-ci maddəsinin tələblərinə zidd olduğuna dair kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, təqdim olunan vatsap yazışmaları və fotoşəkillər mənzilin kimə və nə vaxt təhvil verilməsini müəyyən etmək məqsədi daşımış, lakin mübahisənin həllində əhəmiyyətli rol oynamamışdır. Çünki apelyasiya məhkəməsi hazıki mübahisəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsin i deyil, müqavilələr bağlanarkən qüvvədə olan Mülki Məcəlləsinin 178.8-ci maddəsini tətbiq etməklə həll etmiş, yəni mənzilin kimə nə vaxt faktiki təhvil verilməsi halı işin həllində əhəmiyyətli olmamışdır.
77. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki təkrar qiymətləndirilməsinə yönəlmişdir ki, bu da Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinin tələblərinə ziddir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qanunvericiliyin tələblərinə və Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi mövqeyinə tam uyğundur.
78. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
79. Yuxarıd a göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2024-cü il tarixli 2(103)-4653/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.