Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5840/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Sumqayıt Dövlət Universitetinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5840/21 (Açar sözlər: işə bərpa, maddi və mənəvi zərər) Bakı şəhəri, 26 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili X12 oğlunun, cavabdeh Sumqayıt Dövlət Universitetinin nümayəndəsi X2 və vəkili Vəkil iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1288/2021 nö mrəli iş üzrə 09 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh Sumqayıt Dövlət Universiteti tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 26 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh Sumqayıt Dövlət Universitetinə qarşı «işə bərpa, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi haqqında tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Dövlət Universitetinin rektoru E.Hüseynovun onun Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad olunmağı barədə 01 oktyabr 2020-ci il tarixli k-43/2 saylı əmrin ləğv olunması, onun Sumqayıt Dövlət Universitetinin «Tarix və onun tədrisi metodikası» kafedrasına dosent vəzifəsinə bərpa olunması, 2020-ci ilin sentyabr ayından işə bər pa olunana kimi məcburi iş buraxmaya görə əmək haqqının tam ödənilməsi və ona vurulmuş mənəvi zərərin əvəzi kimi 10.000 manat məbləğində cavabdehdən onun xeyrinə pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,, 2015-2016-ci tədris ilindən 02 oktyabr 2020ci ilə kimi Sumqayıt Dövlət Universitetində dosent vəzifəsində işləmişdir. İşlədiyi müddətdə Universitetin nüfuzunun qaldırılması üçün əməyini əsirgəməmiş, əmək intizamına, o cümlədən etik davranış qaydalarına daim əməl etməklə kollektivdə nüfuz sahibi olmuşdur. Sumqayıt Dövlət Universitetinin rektoru E.Hüseynov heç bir əsaslı səbəb olmadan, onunla ədavətdə olan bəzi əməkdaşların subyektiv və qərə zli mövqeyini əsas götürərək 01 oktyabr 2020-ci il tarixdə onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad etmişdir. Əmrdə göstərilir: «Rəhbərlik tərəfindən dəfələrlə şifahi, yazılı (Əmr № K-102/3. 30.05.2018-ci il) xəbərdarlıqlara baxmayaraq, əmək funksiyasını və vəzifə borcunu yerinə yetirmədiyinə, qeyri-etik davranışları nəticəsində iş yoldaşlarının əmək hüquqlarını pozduğuna, qanunla qorunan mənafelərinə zidd hərəkət etdiyinə, universitetin Daxili intizam qaydalarına, kollektiv müqavilənin şərtlərinə, onunla bağlanmış fərdi əmək müqaviləsinin 3.2-ci maddəsinə əməl etmədiyinə və işlədiyi kollektivdə mütəmadi gərginlik yaratdığına görə Tarix və coğrafiya fakültəsinin Tarix və onun tədrisi metodikası kafedrasının dosenti İddiaçı ilə bağlanmış ə mək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin "ç" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) 01.10.2020-ci il tarixindən xitam verilsin. İstifadə etmədiyi məzuniyyət günləri yoxdur. Əsas: Rektor prof. E.B.Hüseynovun dərkənarı ilə Humanitar məsələlər üzrə prorektor dos. R.A.Hüseynovun 25.09.2020-ci il tarixli 08-440/20 nömrəli təqdimatı, Tarix və onun tədrisi metodikası kafedrasının müdiri dos. S.S.Məhərrəmovanın 18.09.2020-ci il tarixli 08-420/20 nömrəli təqdimatı, Tarix və onun tədrisi metodikası kafedrasının 14.02.2019-cu il tarixli 10 saylı protokolundan çıxarış, həmin kafedranın dosenti M və baş müəllim N izahatları, müəllim B020-ci il tarixli C-25/20 nömrəli ərizəsi və ona aid 6 səhifədən ibarət materi allar, dos.İddiaçı izahatları, HİK-in 25.09.2020-ci il tarixli 83 saylı protokolundan çıxarış, fakültə dekanı, kafedra müdiri və bir qrup kafedra əməkdaşları tərəfindən tərtib olunmuş İddiaçı şifahi xəbərdar olunduğunu təsdiqləyən iki ədəd akt». Rektor onu Əmək Məcəlləsinin 70-ci maddəsi “ç” bəndinin «İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə» hissəsi ilə işdən azad etmişdir. Halbuki Əmək Məcəlləsinin maddəsində göstərilir ki, işəgötürən işçini 70-ci maddənini ç bəndində göstərilən bir əsas üzrə işdən azad edə bilər. Əmrdən göründüyü kimi, həmin maddənin tələbi pozularaq o, işdən həmin bənddə göstərilən iki əsas üzrə - əmək funksiyasını yerinə yetirməməyə və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə işdən azad edilmişdir. Əmr ümumi xarakter daşımaqla yalnız və yalnız hər hansı bir vasitə ilə onun arzuolunmaz şəxs kimi işdən azad olunmağının əsaslandırılmasına yönəlmişdir. Belə ki, o, Sumqayıt Dövlət Universitetində işlədiyi müddətdə əmək intizamına həmişə riayət etmiş, yalnız bir dəfə 2018-ci ilin mart ayında Universitetin Tələbə Elmi Cəmiyyətinin bölmə üzrə iclasında universitetin müəllimi Sarvan Bədəlovun məqsədli surətdə onu əsəbləşdirməsi nəticəsində əsəb sarsıntısı keçirərək Tibbi Klinikalara müraciət etmiş, həkimlərin tövsiyyəsi ilə ev şəraitində müalicə almışdır. Yaşadığı qəsəbədə qeydiyyatda olmadığına, habelə həkimlərin tövsiyyəsi ilə yataq rejimində olmalı olduğu üçün həyat yoldaşı qeydiyyatda olduğu ünvan üzrə poliklinikaya vaxtında müraciət edib bülleten açdıra bilmədiyi üçün, bülletendən kənar iki gün üzrsüz səbəbə görə iş buraxma vəziyyəti yaranmışdı. O, vəziyyəti olduğu kimi rəhbərliyə sənədlər əsasında izah etsə də, xəstəliyi ilə bağlı ona maddi-mənəvi kömək etmək əvəzinə Universitet rektoru tərəfindən 30.05.2018-ci il tarixli K-102/3 saylı əmrlə ona xəbərdarlıq edilmişdi. Əvvəla Əmək Məcəlləsinin 186-cı maddənin 3-cü bəndinə əsasən xəbərdarlıq intizam tənbehi sayılmır, bundan başqa, 190-cı maddənin 1-bəndinə əsasən intizam tənbehi törədildiyi gündən altı ay müddətində qüvvədə olur. Verilən qərəzli əmrdə artıq qüvvəsini itirmiş olan, habelə intizam tənbehi sayılmayan xəbərdarlığa istinad olunması onu təsdiq edir ki, rektorun onu işdən azad etməyə heç bir qanuni əsası olmamışdır. Lakin bütün bunlara baxmayaraq o, heç bir qüvvəsi olmayan xəbərdarlığa istinad etməklə onu əsass ız və qanunsuz olaraq işdən azad etmişdir. Sonrakı işlədiyi müddətdə tərəfindən heç vaxt əmək intizamı pozulmamışdır. Bunu ona rəhbərlik tərəfindən bu müddət ərzində hər hansı bir intizam tənbehinin verilməməsi də təsdiq edir. Halbuki onun əmək fəaliyyəti əmrdə göstərilənlərin əksinə olaraq rektorluq tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Belə ki, 05 oktyabr 2017-ci il tarixdə rektor E.Hüseynovun tərəfindən «Səmərəli elmi-pedoqoji fəaliyyətinə, gənc nəslin təlim-tərbiyəsindəki uğurlarına görə və 5 oktyabr X6 münasibəti ilə Fəxri Fərmanla təltif olunmuşdur. 2017-ci ildə yüksək elmi-pedoqoji fəaliyyətinə görə 5 illik dosent vəzifəsinə seçilmişdir. 2018-ci ilin fevral ayında isə Universitetin Elmi Şurasının yekdil qərarı ilə sənədləri «Atestatlı dosent” adının verilməsi üçün Ali Atest asiya komissiyasına göndərilmiş, Ali Atestasiya Komissiyası 2018-ci ilin may ayında «Atestatlı dosent» adını təsdiq etmişdir. 2017-2018-ci tədris ilindən 2019-2020-ci tədris ilinin sentyabr ayına qədər “Tarix və Coğrafiya” fakültəsinin «Dövlət İmtahan Komissiyasının 5 üzvündən biri kimi fəaliyyət göstərmişdir. Hər tədris ili rektorun əmri ilə iki magistr dissertasiyasının elmi rəhbəri olmuşdur. Habelə nümunəvi işçi kimi onlarla namizədin arasından Rektor tərəfindən Universitetin 4 əməkdaşından biri kimi Türkiyə Respublikasına ezamiyyətə göndərilərək «Mövlana» proqramı üzrə müəllim mübadiləsi ilə əlaqədar olaraq 2019-cu ilin oktyabr ayının 10-dan 24-nə kimi «X13» Universitetində 14 gün müddətində mühazirələr oxumuş, yüksək təcrübə əldə etmişdir. Sonradan «X13» Universitetinin rektorluğu tər əfindən Sumqayıt Dövlət Universitetinin rektorunun adına onun oradakı nümunəvi fəaliyyəti barədə sertifikat göndərilərək təşəkkür bildirilmişdir. Bundan sonra 2020-ci ilin fevral ayında onun fəaliyyətini yüksək qiymətləndirərək Universitetin rəsmi yığıncağında «Tarix və Coğrafiya» fakültəsi üzrə elmi işlərlə bağlı dekan müavini vəzifəsinə namizədliyi irəli sürülsə də, hansı səbəbdənsə Rektor həmin vəzifəyə onu deyil, dörd vəzifə daşıyan «Tarix və onun tədrisi kafedrası»nın müdiri, onunla qərəzli olan, ona qarşı təşkil edilən qarayaxma kompaniyasının başında duran Snı təyin etmişdir. Belə ki, S onun artan nüfuzundan qorxurdu ki, onu onun yerinə kafedra müdiri seçə bilərlər. Onun «Şimali Azərbaycanda Milli Oyanış Hərakatı» (19-cu əsrin sonu 20-ci əsrin əvvələri) adlı kitabı X9 xanım Əliyevan ın sponsoru olduğu «Məktəb Pres» qəzetində silsilə şəklində dərc edilmişdir ki, buna görə də ona «Qızıl qələm» media laureantı mükafatı da verilmiş və fakt Universitetin saytında da yayımlanmışdır. 2020-ci ilin mart ayının 3-dən etibarən pandemiya ilə bağlı universitetdə canlı dərslər dayandırılaraq onlayn tədrisinə keçilmişdir. 2020-ci ilin may ayının 7-si 10.47-də zarafatla bir tanışına göndərmək istədiyi mesaj səhvən 822-ci qrupun nümayəndəsi olan, (qrup rəhbərlərinin telefon nömrələri müəllimlərdə də olur) İyə getmişdir. Təxminən bir dəqiqə sonra o, mesajın səhv göndərilməsini başa düşüb həmin tələbəyə zəng edərək, mesajın ona səhv getməsini bildirərək silməsini xahiş etmiş, tələbə də mesajı oxumadan sildiyini ona bildirmişdi. Sonradan məlum oldu ki, həmin tələbə mesajı silməyərək onun la qərəzli münasibətdə olan kafedranın əməkdaşı Kyə göndərmiş, o, da həmin mesajı onunla olduqca pis münasibətdə olan kafedra müdiri Sya göndərmişdir. S isə onu Universitet rəhbərliyinin gözündən salmaq, gələcək karyerasına zərbə vurmaq üçün qanunsuz olaraq həmin mesajı ictimailəşdirərək hər vəchlə çalışırdı ki, onu ləkələsin, nüfuzdan salsın. S ilə münasibətlərinin korlanmasının, onun ona qarşı qərəzli olmasının digər səbəblərini zərurət yaranarsa məhkəmədə bildirər. Rektorun ona qarşı qərəzli olmasını, onunla bağlanmış əmək müqaviləsinə xitam verəcəyini qabaqcadan planlaşdırmasını onun 2020-2021-ci tədris ili üçün ona dərs yükünün ayrılmaması barədə göstərişi ilə də təsdiq olunur. Ona dərs yükü ayrılmamasma baxmayaraq o, 02 oktyabr da daxil olmaqla dərs günləri Universitetdə, işlədiyi de kanlıqda olmaqla ona dərslərin ayrılmasını tələb etmişdir. Sonra onun məsələsi əsassız olaraq Universitetin Həmkarlar İttifaqının iclasına çıxarılmış, yuxarıda qeyd etdiyi, tələbəyə göndərdiyi mesaj əsas gətirilməklə Rektorun təzyiqi ilə əsassız olaraq işdən azad olunmağına Həmkarlar İttifaqının razılığı alınmışdır. Cavabdeh onu işdən azad edərkən Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinin tələblərini də pozmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndində göstərilir: «Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Onun tərəfindən həmin bənddə göstərilən pozuntuya səbəb olan hər hansı bir hərəkət edilməmişdir. Bu barədə tərtib edilən aktlar, yazılan təqdimatlar saxta olmaqla həqiqətə uyğun deyil, qərəzli olaraq tərtib edilmişdir. Belə ki, göstərdiyi kimi, 2020-ci ilin mart ayının 3- dən Universitetdə dərslər onlayn qaydada keçirildiyi üçün onlar müəllimlər həmin gündən sentyabr ayının 11-nə kimi iş yerlərində olmamışlar, evlərindən, 07 iyuldan-11 sentyabra kimi (məzuniyyətləri istisna olmaqla) onlayn qaydada dərslər vermişlər, bəzi hallarda fərdi qaydada çağrılaraq Universitet də imtahanları götürmüşlər. Bu vaxtlar isə kollektivin üzvlərindən kiminlə isə hər hansı bir münaqişəsi olmamışdır. Belə bir fakt da mövcud deyil. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-ci hissəsində göstərilir ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmrdə isə belə bir əsaslandırma yoxdur. Belə çıxır ki, onun tərəfindən intizam xətası 03 mart 2020-ci il tarixə kimi törədilməli idi. Bu halda isə 6 aylıq müddət ötürüldüyünə görə Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü bəndinə əsasən onun barəsində intizam tənbehi verilə bilməzdi. Beləliklə, onun işdən Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən azad olunmağı barədə verilən əmr əsassız və qanun suz olduğu üçün ləğv edilməli və ona vurulmuş maddi və mənəvi zərərin əvəzi ödənilməlidir. Əmr ləğv olunduğu halda ona 2020-ci ilin sentyabr ayından işə bərpa olmaya dair əmr verilən müddətə qədərki əmək haqqı tam ödənilməli, həmin əmrlə ona vurulmuş mənəvi zərərin əvəzi kimi 40.000 manat məbləğində cavabdehdən onun xeyrinə pul tutulmalıdır. Belə ki, cavabdehin rəhbərliyində olan vəzifəli şəxslərin ona qarşı törətdikləri mənəvi terror nəticəsində Universitetin kollektivi arasında olan nüfuzuna böyük zərbə vurulmuş, onun mənəvi sarsıntılar keçirməyinə səbəb olmuş, karyerada yüksəlişinə maneçilik törədilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)6355/2020 saylı, 26 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında mülki işin materialları araşdırılarkən və tərəflər dinlənilərkən müəyyən edildi ki, İddiaçı 14.09.2015-ci il tarixdə əmək müqaviləsi əsasında Sumqayıt Dövlət Universiteti Azərbaycan tarixi kafedrasına əmək müqaviləsi ilə dosent (attestatsız) vəzifəsinə işə qəbul edilmişdir. Sumqayıt Dövlət Universitetinin rektoru professor E.B.Hüseynovun K-43/2 №li, 01.10.2020-ci il tarixli əmrinə əsasən İddiaçı rəhbərlik tərəfindən dəfələrlə şifahi, yazılı (Əmr № K-102/3, 30.05.2018-ci il) xəbərdarlıqlara baxmayaraq, əmək funksiyasını və vəzifə borcunu yerinə yetirmədiyinə, qeyri-etik davranışları nəticəsində iş yoldaşlarının əmək hüquqlarını pozduğuna, qanunla qorunan mənafelərinə zidd hərəkət e tdiyinə, universitetin Daxili intizam qaydalarına Kollektiv müqavilənin şərtlərinə, onunla bağlanmış fərdi əmək müqaviləsinin 3.2-ci maddəsinə əməl etmədiyinə və işlədiyi kolektivdə mütəmadi gərginlik yaratdığına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 01.10.2020-ci il tarixdən xitam verilmişdir. Məhkəmə, hazırkı işə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxaraq, belə hesab edir ki, artıq İddiaçı əvvəlki işinə, vəzifəsinə bərpa edilməsinə heç bir əsas yoxdur. İddiaçılə ilə əmək müqaviləsinə qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla və qaydada xitam verilmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Konstitusiyasının 127.2, Azərb aycan Respublikası Əmək Məcəlləsinin 70ç, 72a, 70.2, 70.3, 80.1, 83.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 80, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Səyyad Qafari- sədrlik edən və məruzəçi, Şəmsəddin Abasov, Telman Məmmədov) 2(105)-1288/2021 saylı, 09 iyun 2021ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt şəhər məhkəməsinin 26 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, idd ia tələbinin qismən təmin edilməsi, Sumqayıt Dövlət Universitetinin 01 oktyabr 2020-ci il tarixli k-43/2 saylı əmrinin ləğv olunması, İddiaçı Sumqayıt Dövlət Universitetinin «Tarix və onun tədrisi metodikası» kafedrasına dosent vəzifəsinə bərpa olunması və 2020-ci ilin sentyabr ayından işə bərpa olunana kimi məcburi iş buraxmaya görə əmək haqqının tam ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xita m verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək mü qaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır (Əmək Məcəlləsinin 71.2., 71.3. maddəsi). Göründüyü kimi işəgötürən tərəfindən əmək qanunvericiliyinin yuxarıda qeyd olunan maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsini ləğv etmək üçün işçi əmək funksiyasını və vəzifə borcunu qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməli və iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozsun və ya işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəysin. Lakin hazırkı işdə belə bir hal müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdeh işəgötürən kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini kifayət qədər əsaslandırmamışdır. Həmç inin qeyd olunmalıdır ki, cavabdeh müəssisədə müəllim kimi fəaliyyət göstərən Bənövşə Cəlalzadənin qeyd etdikləri iddiaçının əmək müqaviləsinin xitamı üçün əsas ola bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitam verilməsinə əsas olmadığından, Sumqayıt Dövlət Universitetinin 01 oktyabr 2020-ci il tarixli k-43/2 saylı əmri ləğv olunmalı, İddiaçı Sumqayıt Dövlət Universitetinin «Tarix və onun tədrisi metodikası» kafedrasına dosent vəzifəsinə bərpa olunmalı, 2020-ci ilin sentyabr ayından işə bərpa olunana kimi məcburi iş buraxmaya görə ə mək haqqı tam ödənilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hamı üçün bayramlarda nəzərdə tutulmuş pul hədiyyəsinin və ona vurulmuş mənəvi zərərin əvəzi kimi cavabdehdən xeyrinə 100.000 (yüz min) manat məbləğində pulun tutulması hissəsinə gəldikdə qeyd edir ki, iddiaçı mənəvi zərərin əvəzi kimi cavabdehdən xeyrinə 10.000 (on min) manat məbləğində pulun tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, apellyasiya şikayətində hamı üçün bayramlarda nəzərdə tutulmuş pul hədiyyəsinin və ona vurulmuş mənəvi zərərin əvəzi kimi cavabdehdən xeyrinə 100.000 (yüz min) manat məbləğində pulun tutulmasını xahiş edir. Bu isə faktiki olaraq iddia tələbinin həcminin artırılmasına yönəlmişdir ki, bu da Mülki Prosessual Məcəllənin 372.4 və 372.5-ci maddələrinin tələbləri nə cavab vermir. Məhkəmə kollegiyası iddia tələbinin ona vurulmuş mənəvi zərərin əvəzi kimi 10.000 manat məbləğində cavabdehdən onun xeyrinə pul tutulması hissəsinə gəldikdə qeyd edir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması, habelə cavabdehin təqsiri müəyyən edilmədiyindən, iddia tələbi bu hissədə təmin edilə bilməz. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kssasiya şikayətlərinin dəlilləri Cavabdeh Sumqayıt Dövlət Universiteti (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olu nması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı özü məhkəmədə verdiyi ifadəsində etiraf etmişdir ki, 2018-ci ilin mart ayında bülletendən kənar iki gün üzrsüz səbəbə görə iş buraxmış, SDU rektorunun 30.05.2018-ci il tarixli K-102/3 saylı əmri ilə ona xəbərdarlıq edilmişdir. Bundan sonra iddiaçı işində dönüş yaratmaq əvəzinə yeni səhvlərə imza atmışdır. Belə ki, iddiaçı özü etiraf edir ki, 2020-ci ilin mart ayının 3-dən etibarən pandemiya ilə bağlı universitetdə canlı dərslər dayandırılaraq onlayn tədrisə keçildikdə 2020-ci ilin may ayının 7-si 10.47-də zarafatla bir tanışına göndərmək istədiyi mesaj səhvən 822-ci qrupun nümayəndəsi olan Samirə İbrahimliyə getmişdir. İddiaçı bunun səhvən baş verdiyini iddia etsə də bu özünüm üdafiə cəhdi kimi qiymətləndirilməlidir. X1 məhkəmədə verdiyi ifadə də belə düşünməyə əsas verir. Belə ki, X5 ifadəsində bildirmişdir ki, o, üç ildən artıq müddətdir ki. Tarix və onun tədris metodikası kafedrasında laborant vəzifəsindən müəllim vəzifəsinə keçirilmişdir. Hələ laborant işlədiyi müddət ərzində iddiaçının necə keyfiyyətsiz, əxlaqsız, qadınlara qarşı pis niyyətli insan olduğunun şahidi olmuşdur. Hətta iddiaçının bu hərəkətlərinə dözməyərək kafedra müdiri Sona müəllimədən onun işlədiyi kompüter stolunun yerini digər otağa keçirilməsini xahiş etmişdir. Çünki iddiaçının əxlaqa zidd hərəkətləri fikrini işə yönləndirməyə mane olmuşdur. İddiaçının müəllim, ziyalı adına yaraşmayan qeyri-etik hərəkətləri barədə kafedra müdirinə, dekanına məlumat vermişdir. İddiaçı kafedranın ümumi işin in gedişinə, kollektivdə mehriban münasibətin olmağına həmişə cığallıqla yanaşmış, əxlaqi normalara sığmayan zidd hərəkətlər etmişdir. İddiaçı müəllimlər, tələbələr arasında mənfi aura yaratmışdır. Tələbələr dəfələrlə dekanlığa gedərək etirazlarını bildirmişlər. Bu səbəbdən hesab edir ki. hazırki iddia tələbi üzrə iddiaçının tələbi əsassızdır. Bütün bunlar isə təkcə Əmək Məcəlləsinə deyil, Təhsil Nazirliyi Kollegiyasının 06.11.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş "X7 Qaydaları'na da zidd olmaqla müəllim adına yaraşmayan hərəkətlərdir. Maddi hüquq normaları pozulmuş və düzgün tətbiq olunmamışdır. Belə ki, iş materiallarında olan Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı 01.10.2020-ci il tarixli, № K-43/2 saylı əmrin surətindən görünür ki, İddiaçı rəhbərlik tərəfindən dəfələrlə şif ahi, yazılı (Əmr № K- 102/3, 30.05.2018-ci il) xəbərdarlıqlara baxmayaraq, əmək funksiyasını və vəzifə borcunu yerinə yetirmədiyinə, qeyri-etik davranışları nəticəsində iş yoldaşlarının əmək hüquqlarını pozduğuna, qanunla qorunan mənafelərinə zidd hərəkət etdiyinə, universitetin Daxili intizam qaydalarına, Kollektiv müqavilənin şərtlərinə, onunla bağlanmış fərdi əmək müqaviləsinin 3.2-ci maddəsinə əməl etmədiyinə və işlədiyi kollektivdə mütəmadi gərginlik yaratdığına görə Tarix və coğrafiya fakültəsinin Tarix və onun tədrisi metodikası kafedrasının dosenti İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) 01.10.2020-ci il tarixindən xitam ver ilmişdir. Sumqayıt Dövlət Universitetinin rektoru professor E.B.Hüseynovun K-43/2 №li, 01.10.2020-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi tam qanuni əsaslarla həyata keçirilmişdir və həmin əmrin ləğv edilməsinin hüquqi əsasları yoxdur. Bundan əlavə, iddiaçının ailəli olduğu halda universitetdə formalaşmış yüksək mənəvi mühitə zidd olaraq qızı yaşında universitet əməkdaşına əxlaqsız təkliflər etməsi, hədiyyələrlə onu əldə etməyə cəhd etməsi, onu arxasınca düşərək evinə qədər təqib etməsi, Ali məktəb müəlliminə, ziyalıya yaraşmayan addımlar atması, belə ki. falçıya müraciət etməsi, falçıdan onu universitetdə dekan, kafedra müdiri kimi vəzifələrə keçməsini istəməsi, qızın nə vaxt onun çirkin niyyətinə razılıq verəcəyini falçıdan soruşması onun qeyri-adekvat olduğunu sübut edir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh Sumqayıt Dövlət Universitetinin nümayəndəsi X4 və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili X12 oğlu kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində iş in hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3. Kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 4 18.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyə n edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 09 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, kasasiya y oxlaması nəticəsində müəyyən edilmişdir ki, işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası işin hallarını tam, araşdırmamış, işdə olan sübutlara və işin hallarına düzgün hüquqi qiymət verməmişdir. İşə baxmış apelyasiya kollegiyası əmək müqaviləsinə xitam verilməsinin əsassız olması ilə bağlı qənaətini əmək müqaviləsini ləğv etmək üçün işçi əmək funksiyasını və vəzifə borcunu qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməli və iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozmalı və ya işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməli olması, bu halların isə müəyyən edilmədiyi, həmçinin əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin kifayət qədər əsaslandırılması ilə əsaslandırmışdır. Apelyasiya kollegiyası ümumiyyətlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin pozuntularının olub-olmaması ilə bağlı hər hansı araşdırma aparmamışdır. Əmək qanunvericiliyindən göründüyü kimi, əmək müqaviləsinin 70-ci maddənin “ç” bəndi ilə ləğv edilməsi üçün iki haldan biri, yəni işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi halının mövcud olmasından asılı etmiş, bunun davamı olaraq yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozulmasını da zəruri şərt olaraq göstərmişdir. İşdə olan iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə dair əmrdən (səh 34) görünür ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi göstərilərkən mötərizədə əsaslandırma və a ydınlatmaq qaydasında əsas kimi işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi göstərilmişdir. Buradan da aydın olur ki, iddiaçı ilə əmək müqaviləsinə qeyd edilən bu iki haldan biri üzrə xitam verilmişdir. Əmək Məcəlləsinin 71.2-ci maddəsi isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinin şərtlərini aydın şəkildə göstərmiş və həmin normada qeyd edilmişdir ki, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgö türənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Apelyasiya kollegiyası 71.2-ci maddədə göstərilən halların müəyyən edilmədiyini qeyd etməklə kifayətlənmiş, lakin araşdırmamış və qiymət verməmişdir ki, işçinin üzrsüz səbəbdən iş buraxması onun əmək funskiyasını qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla pozması, vəzifə borcunu bu qayda ilə yerinə yetirmədiyinə görə əmək ahəngini pozması hesab edilməlidir ya yox. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsində əmək funksiyasına anlayış verilmiş və göstərilmişdir ki, Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu başa düşü lür. Digər tərəfdən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 182.1-ci maddəsində göstərilmişdir ki, müəssisələrdə əmək müqavilələri, habelə bağlanmış kollektiv müqavilələr üzrə tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məqsədi ilə müəssisədaxili intizam qaydaları qəbul edilə bilər. İş materiallarında olan Sumqayıt Dövlət Universitetinin daxili intizam qaydalarından (İİ cild, səh 15) görünür ki, əmək intizamına və etik davranış qaydalarına əməl etmək işçinin vəzifəsidir. Həmçinin apelyasiya kollegiyası araşdırmamış və qiymət verməmişdir ki, işçinin etik davranış qaydalarını pozması vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi hesab edilməlidir ya yox. Belə ki, iş ma terialları ilə müəyyən edilir ki, məhkəmə baxışı zamanı dindirilmiş şahidlər müəllim və tələbə heyəti ilə iddiaçı arasında normal münasibətlərin olmadığını, hətta çox vaxt salamlaşmadıqlarını, tələbələrə qarşı qeyri-etik danışıqlara yol verməsini, hətta Universitetin müəlliminə qarşı müəllim etikasından kənar münasibət bəsləməsini, bu münasibəti ilə əlaqədar həmin müəllimə smslər göndərməsini, hədiyyə verməsini bildirmişlər. İddiaçı özü də (İ cild, səh 57) heç bir qəbahət olmadığını, “burada nə var ki” ifadəsini işlətmiş, müəllimə smslər yazmasını Universitetin Həmkarlar İttifaqı Komitəsinin iclasının gedişində dinlənilərkən bildirmişdir. İşdən görünür ki, iddiaçıya Universitetin əməkdaşına qarşı qeyri-etik davranışına görə xəbərdarlıq edilmiş, bu barədə sənədləşmə aparılmış, iddiaçı bir d aha bu hərəkətlərə yol verməyəcəyinə söz vermiş, lakin yenə də həmin hərəkətlərini davam etdirmişdir. Halbuki, iddiaçı bu hərəkətlərə 2018-ci ildə yol verdikdən sonra təkrarlanmayacağına söz versə də, hərəkətlərini davam etdirdiyi üçün 2019-cu ildə də etik davranışını pozmasına görə yenidən sənədləşmə aparılmışdır. Həmçinin işdən görünür ki, iddiaçının kollektivə və tələbə heyətinə olan münasibəti ilə bağlı da müxtəlif tarixlərdə sənədləşmələr aparılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.05.2014-cü il tarixli 600 nömrəli əmri ilə təsdiq edilmiş “X7 Qaydaları”nın 1.5-ci bəndində göstərilmişdir ki, bu qaydaların tətbiqində əsas məqsəd təhsil müəssisələrində sağlam işgüzar durumun bərqərar olunmasına, vətəndaşların təhsil müəsissəsinə və müəllimə etinadının artırılmasına,...... və s. nail olmaqdan ibarətdir. Qaydaların 2-ci bəndinə əsasən, müəllim təhsilalanlarla, rəhbərlik və həmkarları ilə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli davanmalıdır. Yenə həmin bəndə əsasən, müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Müəllim etik davranış qaydalarını pozduğu halda pozuntunu tez bir zamanda aradan qaldırmalı, ictimai etinadın bərpasına çalışmalıdır. Qaydaların 3.9-cu bəndinə əsasən, müəllim pedaqoji etika və əxlaqq normalarına riayət edir, müəllim nüfuzunu yüksək tutur, ziyalılıq nümunəsi göstərir. Qaydaların 6.1-ci bəndinə əsasən, hər bir müəllim etik davranış qaydalarına əməl etməyə borcludur. Kasasiya kollegiyası qeyd edir ki, iddiaçının iş yeri təhsil müəssisəsidir və etik davranış qaydalarına əməl etmək xüsusilə əhəmiyyətlidir. Lakin işdən görünür ki, iddiaçı işlədiyi müəssisədə təhsil vermək, ziyalılıq nümunəsi göstərmək, yüksək və şərəfli müəllim adını uca tutmaq əvəzinə, müəllim etikasından kənar işlərlə məşğul olmuşdur. Bu hal isə hətta iş materiallarında olan iddiaçı tərəfindən Universitetin müəllim əməkdaşına yazılmış sms çıxarışlarının mətnləri (səh 30-33) və “Elman M” adlı şəxs yazdığı smsin mətni (səh 28) ilə öz təsdiqini tapmaqdadır. Göründüyü kimi, apelyasiya kollegiyası işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuş, mübahisəyə müfəssəl qiymət verməklə kifayətlənmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Beləliklə, işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin hallarının və işdə olan sübutların tam, hərtərəfli və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və ədalətli məhkəmə araşdırmasının təmin edilməsi məqsədilə kasasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.06.2021-ci il tarixli, 2(105)-1288/2021 nömrəli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Sumqayıt Dövlət Universiteti tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.06.2021-ci il tarixli, 2(105)1288/2021 saylı qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.