Məhkəmə qərarları › İş №2(102)-5841/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5841/2022

14.12.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5841/2022 14.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X1rşı “işə bərpa və maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa, müddətli əmək müqaviləsinin bağlanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi nin Mülki kollegiyasının 18 aprel 2022-ci il i tarixli, 2(103)1966/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı 1998-ci ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris mərkəzində müxtəlif vəzifələrdə işləmişdir.

2. Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2019-cu il tarixli “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəz dində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris mərkəzi ləğv edilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxs yaradılmışdır.

3. Bununla əlaqədar, işəgötürənin 29 mart 2020-ci il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə öz xahişi ilə xitam verilmiş və 30 mart 2020-ci il tarixdə onunla yeni əmək müqaviləsi ilə yeni yaradılmış Milli Observatoriyanın Demoqrafik Proqnozlaşdırma şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə işə qəbul olunmuş, əmək müqaviləsinin müddəti 3 ay müəyyən edilmişdir.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxs idarə heyətinin sədri vəzifəsini icra edən Elşən Əsədovun 30 iyun 2020-ci il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, yəni əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X1rşı iddia ərizəsi ilə, daha sonra Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 30 iyun 2020-ci il tarixli əmrin ləğvi, Azərbaycan Respu blikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X5n Demoqrafik təhlil və proqnozlaşdırma departamentinin Demoqrafik proqnozlaşdırma şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa edilməsi, əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icrası zamanı iddiaçı 29 mart 2020-ci il tarixdə dəvət edilərək, öz xahişi ilə işdən azad olunması barədə ərizə yazmağa məcbur edilmiş, elə həmin tarixdən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tab eliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”da işlə təmin olunmağına dair Elşən Əsədovun adına ərizə yazdırılmışdır. 30 mart 2020-ci il tarixdə iddiaçıya şifahi olaraq işdən azad olunması barədə məlumat vermişdir. İddiaçı ilk öncə ETTM-in əməkdaşı kimi çalışmış, daha sonra Observatoriya yarandıqdan sonra “öz xahişi” ilə işdən azad edilmiş və yenidən 3 aylıq müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçı peşəkar, işdə çox geniş səlahiyyətlərə malik olan, eyni zamanda yüksək staja malik şəxsdir. İddiaçı ilə əmək müqaviləsinin müddətli bağlanması üçün hər hansı bir əsas mövcud olmamışdır.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(001)1728/2021 nömrəli qətnaməsi ilə (hakim G.M.Abbasova) iddia təmin edilmiş, Azərbaycan Respublikas ının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X2 İddiaçı arasında bağlanmış 30 mart 2020-ci il tarixli əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X3 əvvəlki vəzifəsinə bərpa edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X5 tərəfindən məcburi işburaxmaya müddəti üzrə 30 iyun 2020-ci il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Birinci in stansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 1 və 8-ci bəndlərinə, Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə, 45-ci maddəsinin 1, 3, 4-cü hissələrinə, 47-ci maddəsinin “f” bəndinə, 73-cü maddəsinin birinci hissəsinə, 74-cü maddəsinin 2-ci hissəsinə, 294-cü maddəsinin 2-ci hissəsinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tarixli qərarına istinad etmiş və göstərmişdir ki, cavabdehin iddiaçının uzun illər xidmətinə baxmayaraq onunla müddətli əmək müqaviləsi bağlaması, digər işçilərlə müqayisədə ayrı-seçkilik kimi qəbul edilə bilməli və bu halın baş verməsi özü-özlüyündə ayrı-seçkiliyin əsası kimi hesab olunmalıdı r. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X5 apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2021ci il tarixli, 2(001)-1728/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 iyul 2021-ci il tarixli, 2(103)-6966/2021 nömrəli qətnaməsi ilə (hakim E.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovanın və F.F.Babayevin iştirakı ilə) cavabdehin apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(001)- 1728/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əmək müqaviləsinin müddəti 30 iyun 2020-ci il tarixdə bitmiş, cavabdeh təşkilat isə Əmək Məcəlləsinin 73-cü maddəsinin verdiyi imkandan istifadə edərək onun əmək müqaviləsinə həmin tarixli əmrlə xitam vermişdir. Bu mənada, iddiaçının bildirdiyi faktiki hallar, onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır.

12. İddiaçının, onunla əmək müqaviləsinin müddətli bağlanmasının qanunsuz olması arqumentinə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinə əsasən, əmək müqaviləsi tərəflərin qarşılıqlı raz ılığı ilə müddətli bağlana bilər və iddiaçı ilə müqavilə də məhz həmin maddi hüquq norması çərçivəsində müddətli bağlanmışdır. Qeyd olunanlara əsasən, birinci instansiya məhkəməsinin iddia tələbi üzrə gəldiyi nəticə əsaslı olmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi və 73-cü maddəsi ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

14. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 iyul 2021-ci il tarixli, 2(103)-6966/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və idd ianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

15. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının 08 dekabr 2021-ci il tarixli, 2(102)-7007/2021 nömrəli qərarı ilə (hakim İ.R.Xələfovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.G.Nurməmmədovun və Z.Ə.Əliyevin iştirakı ilə) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 iyul 2021-ci il tarixli, 2(103)-6966/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

16. Kassasiya məhkəməsinin mövqeyinə görə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində 1998-ci ildən müddətsiz əmək müqaviləsi əsasında işləm iş və Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2019-cu il tarixli Fərmanı ilə həmin mərkəzin ləğv edilməsi ilə bağlı bir ay müddətində tədbirlər görülməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri tərəfindən Azərbaycan Respublikası Prezidentinə 22 fevral 2019-cu il tarixdə məktub hazırlanmış və həmin məktubda ləğv ediləcək mərkəzin ixtisar olunan işçilərinin məşğulluğunun diqqət mərkəzində saxlanılması və sərbəstləşən işçilərin yeni yaradılacaq X3 işlə təmin olunmasının həyata keçiriləcəyi bildirilmişdir. Bundan sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” yaradılmışdır.

17. İd diaçı yeni yaradılmış hüquqi şəxsdə işlə təmin olunarkən onunla müddətli əmək müqaviləsi (3 ay) bağlanmışdır. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin məzmunundan görünür ki, onun tutduğu vəzifə daimi xarakterə malik olmuşdur və işin həmin halı cavabdeh tərəfindən mübahisə olunmur. Belə olduqda, kassasiya kollegiyası hesab etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğun olmamışdır. Nəticədə iddiaçı müqavilənin müddətinin bitməsi ilə əlaqədar işindən məhrum olunmuşdur.

18. İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə dair 30 iyun 2020-ci il tarixli əmrdən görünür ki, həmin əmrin verilməsi üçün müqavilənin müddətinin qurtarması və “xidməti məruzə” əsas kimi götürülmüşdür. Həmin əmrdə əsas kimi istinad olunmuş “xidməti məruzə”nin nə barədə olması məlum deyildir. Belə ki, həmin məruzə işə əlavə edilməmiş və işə baxan məhkəmə instansiyaları tərəfindən tədqiq olunmamışdır.

19. Cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətindən görünür ki, iddiaçı ilə əmək müqaviləsinin uzadılmaması işlə təmin edilmiş sərbəstləşən işçilərin fəaliyyətinin təhlili və qiymətləndirilməsinin nəticələrindən asılı olaraq həyata keçirilmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi iddianın əsassız olması barədə nəticəyə gələrkən iş üzrə həqiqətə nail olmaq və mübahisənin obyektiv həllini təmin etmək üçün həmin qiymətləndirmənin nəticələrini təsdiq edə bilən hər hansı bir sübut əldə etməmiş, həmin istiqamətdə heç bir araşdırma aparmamışdır.

20. Kassasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə qanunun tələbinə uyğun olmayan müddətli əmək müqaviləsinin bağlanması və ondan dərhal sonra işdən azad edilməsi iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində təsbit olunan və eləcə də əmək qanunvericiliyi ilə müdafiə olunan əmək hüququna ziddir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

21. Təkrar apellyasiya baxışı zamanı cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verərək, işə mahiyyəti üzrə baxılmasının təzələnməsini, yeni sübutların təqdim edilməsi və yeni halların araşdırılmasını nəzərə alaraq, iş üzrə iddia tələbinə iddia müddətinin tətbiq olunması barədə ərizəsinin qəbul edilməsini və təmin edilməsini xahiş etmişdir.

22. Apellyasiya məhkəməsinə təqdim edilmiş Xidməti Məruzə və ona əlavə edilmiş sənədlərdən görünür ki, Mill i Observatoriyanın qarşısına qoyulan tədqiqat, təhlil, monitorinq, proqnoz, tədris və təlim kimi funksiya, vəzifə və öhdəliklərin keyfiyyətlə yerinə yetirə bilməsi məqsədi ilə kadr potensialının gücləndirilməsi və uyğun kadrların seçimi istiqamətində bir sıra tədbirlər görülməkdədir. Qeyd olunan tədbirlər sırasında, Milli Observatoriyanın strukturunda müxtəlif vəzifələrə 3 aylıq müddətə təyin edilmiş daha əvvəl “Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəz”ində çalışmış 29 nəfər əməkdaşların fəaliyyətlərinin təhlil və qiymətləndirilməsi aparılmışdır. Qiymətləndirmənin nəticələri həmin əməkdaşların bir başa struktur bölmə rəhbərlərin şifahi rəyləri, işə davamiyyət, nizam-intizam qaydalarına əməl olunması, ünsiyyət və kommunikasiya həmçinin, komandada işləmə potensialları nə zərə alınmaqla ümumiləşdirilmişdir (əlavə olunur). Bununla əlaqədar əldə olunan nəticələr kadrların bacarıqları ilə bağlı minimum şərtlər nəzərə alınmaqla göstərilmişdir ki, qiymətləndirmə aparılmış əməkdaşlardan 12 nəfərin (o cümlədən İddiaçı) əmək müqavilələrinin uzadılmaması məqsədəuyğun hesab edilmişdir.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 aprel 2022-ci il tarixli, 2(103)-1966/2022 nömrəli qətnaməsi ilə (hakim Ş.A.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər A.V.Tanrıverdiyevin və R.Ə.Eyvazovun iştirakı ilə) apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(001)1728/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi və əsa slandırılması ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

25. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X5 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 aprel 2022-ci il tarixli, 2(103)-1966/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi, 68-ci maddəsinin 2ci hissəsinin “b” bəndi, 73-cü maddəsinin 1-ci hissəsi, 296-cı maddəsi, Mülki Məcəllənin 59-61, 329.1, 331.1, 406.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 88, 89, 217, 218.3, 420-ci maddələrinin tələbləri, məhkəmə təcrübəsinin vahidliyi pozulmuşdur.

27. Belə ki, iddiaçı əmək müqaviləsinə imza etməklə, onun şərtlərini qəbul etmiş və bu səbəbdən apellyasiya məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi düzgün tətbiq olunmamışdır. Həmçinin cavabdeh Milli Observatoriya 2020-ci ildə yaradıldığı halda, iddiaçının əvvəllər işlədiyi Əmək və Sosial Problemlər üzrə ElmiTədqiqat və Tədris Mərkəzinin hüquqi varisi deyil, onun sərbəstləşən işçilərini işlə təmin etmək öhdəliyi yoxdur. Bununla yanaşı, iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş 1 aylıq kəsici müddəti ötürməklə məhkəməyə müraciət etsə də, apellyasiya instansiyası məhkəməsi bu halı araşdırmamış və h əmin müddəti tətbiq etməmişdir. Bundan əlavə, iddia ərizəsində tərəflər arasında bağlanmış əmək müqaviləsinin və ya onun hər hansı müddəasının etibarsız hesab edilməsi ilə bağlı iddia tələbi irəli sürülməmişdir. Məhkəmə sübutları düzgün qiymətləndirməmiş və işin hallarını düzgün müəyyən etməmişdir.

28. Kassator məhkəməyə vəsatət verərək, məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab olunmasına əsaslar olduğu üçün işin şifahi icraatda baxılmasını məhkəmə kollegiyasından xahiş etmişdir.

29. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş dəlillərin hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli olması üçün əsasları müəyyən etməmiş və kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələ rinə uyğun olaraq yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

30. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:

31. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

32. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

33. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 47-ci maddəsinin f) bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 59-cı maddəsinin 1-ci hissəsinə əsasə n istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. 59-cı maddəsinin 2-ci hissəsinə əsasən işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslar la və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bi lə-bilə qəsdən pozulduğu gündür.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və i şi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayə ti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə, həm də M PM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və toplanmış sübutlara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir.

38. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, müddətsiz əmək müqaviləsi üzrə işləyən işçinin struktur dəyişikliyi nəticəsində yeni yaradılan qurumda 3 aylıq müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə, o cümlədən Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri ilə uzlaşmır.

39. Belə ki, göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə (öz xahişi əsasında olsa belə), onun yeni qurumda qısa müddətli ə mək müqaviləsi əsasında eyni (yaxud oxşar) işə götürülməsi ƏM-in 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz.

40. Əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır.

41. Bu nöqtəyi nəzərdən kassasiya kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırki halda mövcud olmamışdır. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının 1998-ci ildən işlədiyi və əmək müqaviləsi müddətsiz xarakter daşıdığı halda isə, “öz xahişi ilə” əmək müqaviləsinə xitam verilməsi və cəmi 3 ay müddətinə yeni əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. İşçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür.

42. Bu zaman məhkəmə kollegiyası qeyd edir ki, əmək müqaviləsinin müddətli bağlanmasının qanunsuz olmasının müəyyən edilməsi üçün ayrıca tələbə zərurət yoxdur. Bu məsələyə hüquqi qiymət verilməsi iddia tələbinin mahiyyətindən irəli gəlir. Odur k, apellyasiya məhkəməsi tərəfindən iddianın hədləri i lə bağlı prosessual hüquq normaların pozulmasına dair kassasiya şikayətinin dəlili də əsassızdır.

43. Kassasiya şikayətinin digər dəlili ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində göstərilmiş müddətin iddia müddəti olması həmin normanın adından da bilavasitə müəyyən edilir.

44. Həmçinin, əmək mübahisələrində Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulan müddətin iddia müddəti olması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə” dair 30 iyul 2021-ci il tarixli Qərarında da göstərilmişdir. 45. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasını n 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli qərarında MM-in 375.2-ci maddəsinə şərh verilərkən qeyd olunmuşdur ki, “Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Lakin qanunverici MM-in 375.2-ci maddəsində iddia müddətinin tətbiqi ilə bağlı qaydanı müəyyən edərkən, onu müvafiq ərizənin verilməsi ilə bağlasa da, bu ərizənin verilməsinin hansı məhkəmə qərarının çıxarılmasınadə k mümkünlüyünu göstərməmişdir. Məsələni aydınlaşdırmaq üçün nəzərə alınmalıdır ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizə mahiyyətcə məhkəməyə ünvanlanmış, lakin işin həllinə yönəlmiş maddi-hüquq tələbidir. Maddi-hüquq tələbləri isə (məsələn, ilkin və ya qarşılıqlı iddia tələbləri) mövcud mülki prosessual qanunvericiliyin müddəalarına görə yalnız birinci instansiya məhkəməsində yazılı şəkildə verilə bilər. Təsadüfi deyildir ki, digər ölkələrin qanunvericilik təcrübəsində (məsələn, Rusiya Federasiyasının) iddia müddətinin tətbiqi ilə bağlı ərizənin hər hansı məhkəmə qərarı çıxarılanadək deyil, məhz birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək verilə biləcəyi əks etdirilir.... Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydal arı pozulmasın. Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.

46. Hazırki işin hallarından müəyyən olunur ki, cavabdeh vəkil vasitəsi ilə birinci instansiya məhkəməsində təmsil olunmuş, iddiaya etiraz etsə də, iddia müddətinin tətbiqinə dair ərizə verməmişdir. Cavabdeh müvafiq ərizəni yalnız təkrar apellyasiya baxışında vermişdir. Odur ki, apellyasiya məhkəməsi əsaslı olaraq həmin ərizənin tətbiqindən imtina etmişdir və məhkəmənin həmin mövqeyi Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarına uyğun olmuşdur.

47. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhb ər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 aprel 2022-ci il i tarixli, 2(103)-1966/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar