Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5844/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X1 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X1 qarşı əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi barədə mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1472/2022 nömrəli, 29 avqust 2022-ci il tarixli qərardadından iddiaçı t ərəfindən verilmiş kassasiya şikayətinə 1 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onun işdən azad edilməsi barədə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X3 Daşkəsən Rayon Mərkəzi Xəstəxanası üzrə 1 sentyabr 2021-ci il tarixli 256 nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daşkəsən Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 18 yanvar 2022-ci il tarixli, 2(030)-12/2021 nömrəli qətnaməsi i lə (hakim Azad Əliyev) iddia tələbi təmin edilməmişdir.
3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 5 may 2022-ci il tarixli, 2(104)-1472/2022 nömrəli qətnaməsi ilə (hakimlər-L.S.Süleymanov (sədrlik edən və məruzəçi), Ş.Q.Rzaquliyev və İ.T.Həsənov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
5. İş materiallarında olan xəbərnaməyə istinadən iddiaçının qətnaməni 16 may 2022-ci il tarixində imza edərək aldığı müəyyən olunmuşdur.
6. İddiaçı (Vəkil) 18 iyul 2022-ci il tarixdə qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya instansiyası məhkəməsinin 20 iyul 2022-ci il tarixli qərardadı ilə (hakimlər-R.Ş.Muradov (sədrlik edən və məruzəçi), F.Ə.Mehtiyev və Ə.İ.Məmmədov) kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər qaytarılmışdır.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, kassasiya şikayəti Vəkil tərəfindən tərtib edilərək imzalansa da, onun vəkil orderi kassasiya şikayətinə əlavə edilməmişdir. Bundan əlavə iddiaçının atasının adı İmran olduğu halda, kassasiya şikayətində Kəniş kimi qeyd edilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi qərardad qəbul edərkən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.1,2, 407.4, 408.1.1 və 408.1.3-cü madd ələrinə istinad etmişdir.
10. İddiaçı kassasiya şikayətindəki nöqsanları aradan qaldıraraq və prosessual müddətin ötürülməsinin üzrlü hesab edilməsi barədə ərizəni şikayətə əlavə edərək 12 avqust 2022-ci il tarixdə yenidən məhkəməyə müraciət etmişdir.
11. Apellyasiya instansiyası məhkəməsinin 16 avqust 2022-ci il tarixli qərardadı ilə (hakimlər- L.S.Süleymanov (sədrlik edən və məruzəçi), A.H.Hüseynzadə və İ.T.Həsənov) kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər qaytarılmışdır.
12. Məhkəmənin qənaəti ondan ibarət olmuşdur ki, iş materialları araşdırılarkən məlum olmuşdur ki, iş materiallarında olan digər sənədlərlə buraxılmış müddətin üzrlü hesab edilməsi barədə ərizədə olan imzalar fərqlidir. Məhkəmə iclasında iddiaçı mülki işin 3 və 105-ci səhifələrindəki imzaların ona məxsus olduğ unu bildirsə də, buraxılmış müddətin üzrlü hesab edilməsi barədə ərizədə olan imza və kassasiya şikayətindəki imza ona məxsus deyildir.
13. Apellyasiya instansiyası məhkəməsi qərardad qəbul edərkən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.3 və 408.1.1-ci maddələrinə istinad etmişdir.
14. İddiaçı kassasiya şikayətindəki nöqsanları aradan qaldıraraq 24 avqust 2022-ci il tarixdə yenidən məhkəməyə müraciət etmişdir.
15. Apellyasiya instansiyası məhkəməsinin 29 avqust 2022-ci il tarixli qərardadı ilə (hakimlər- L.S.Süleymanov (sədrlik edən və məruzəçi), A.H.Hüseynzadə və İ.T.Həsənov) kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər qaytarılmışdır.
16. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin 5 may 2022-ci il tarixli qətnaməsinin surəti iddiaçı tərəfindən 16 may 2022-ci il tarixdə poçt vasitəsilə qəbz imzalanmaqla qəbul edilmişdir. Kassasiya şikayəti iddiaçı 22 avqust 2022-ci il tarixdə müvafiq çatdırılma məntəqəsinə təhvil verilmiş və məhkəmənin dəftərxanasına 24 avqust 2022-ci il tarixdə daxil olmuşdur. Bununla da qətnamədən kassasiya şikayəti vermə müddəti ötürülmüş və buraxılmış müddətin bərpasına dair vəsatət verilməmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi qərardad qəbul edərkən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.1 və 408.1.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək 29 avqust 2022-ci il tarixli, 2(104)1472/2022 nömrəli qərardadın ləğv edilməsi, kassasiya şikayətinin kassasiya icraatına qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı əsassızdır. Belə ki, kassatorun müddət ötürmədən verdiyi apellyasiya şikayəti düzgün imzalanmamasına görə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarıldığından hal-hazırkı kassasiya şikayətinin vermə müddəti ötürülmüş hesab edilə bilməz. Odur ki məhkəmənin gəldiyi nəticə düzgün deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bi r tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
25. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdiri lir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
26. Maddə
360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
27. Maddə 361.1.3. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı göstərilməlidir.
28. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apel lyasiya instansiyası məhkəməsinə göndərilir.
29. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
30. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
31. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli ol an bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə ol unmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməs i üçün əsas yoxdur.
37. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olduğundan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.
38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1472/2022 nömrəli, 29 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.