Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5845/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddia müddətinin tədbiqi) 30.11.2020 Bakı şəhəri, 30 noyabr 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Xnın katibliyi, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-685/2020 nömrəli iş üzrə 25 fevral 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 noyabr 2020-ci il tarixdə Ali Məhkəmə nin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Notariat işinə əsasən İddiaçı (bundan sonra – iddiaçı) və Cavabdeh (bundan sonra – cavabdeh) 01 iyun 2011-ci ildə Bakı şəhərində 300000 ABŞ dolları məbləğində kredit müqaviləsini bağlamış və kreditin qaytarılma müddətini 31 dekabr 2011-ci il tarixə qədər razılaşmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı pul tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehə 01.06.2011-ci il tarixdə 300000 ABŞ dolları məbləğində faizsiz borc vermişdir. Bununla əlaqədar tərəflər arasında notariat qaydasında təsdiq olunmuş müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən cavabdeh borc məbləğini 31.12.2011-ci il qayta rmağı öhdəsinə götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Həmin məbləği qanunsuz saxladığı üçün Mərkəzi Bankın 2012-2019-cü illər üzrə uçot dərəcəsi nəzərə alınmaqla ümümilikdə 146217 ABŞ dolları faiz borcu da tutulmalıdır İşdə olan ərizədən görünür ki, cavabdehin nümayəndəsi X.İsayeva birinci instansiya məhkəməsində iddia müddətini tətbiqi ilə bağlı ərizə verərək Azərbaycan Respublikası MM-in 375.2-ci maddəsinə əsasən iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 09 avqust 2019-cu il tarixli, 2(021)-2466/2019 saylı qətnaməsi ilə (hakim Qamət Əbilov) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 300000 ABŞ dolları (ödəni ş gününə manat məzənnəsinə uyğun olaraq) və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət olunmuş, iddia qalan hissədə rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıdan 300000 ABŞ dolları pulu 31.12.2011-ci il tarixə kimi qaytaraq şərti ilə borc alması işdə olan 01 iyun 2011-ci il tarixli kredit müqaviləsi ilə təsdiq olunmuşdur. Ona görə də, iddia qismən təmin edilərək göstərilən məbləğdə pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qətnamə ilə razılaşmayan cavabdeh apelyasiya şikayəti vermişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şəfiqə Əliyeva sədrlik edən və məruzəçi, Rəhman Muradov, Ədil Məmmədov) 25 fevral 2020-ci il tarixli qətnaməsi ilə apelyasiy a şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbinin qismən təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi cavabdehin apelyasiya şikayətində göstərdiyi 01 iyun 2011-ci il tarixli müqavilə üzrə borcun qaytarılması üçün iddia müddəti keçmişdir ki, bu da həmin iddianın rədd olunması üçün əsasdır” dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, 300000 ABŞ dolları iddiaçının mülkiyyəti olmuşdur və o, bu əmlakını cavabdehə müəyyən müddətə istifadə üçün vermişdir. Cavabdeh isə həmin borcun heç bir əsas olmadan qaytarılmasından imtina etməsini, yəni öhdəliklərini yerinə yetirlməməsini iddiaçının mülkiyyət hüququnun pozulması kimi qiymətləndirib iddianı qismən təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti tətbiq edilmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırıl mışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə məhkəmə tamamilə əsassız və qanunsuz şəkildə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə yalnış olaraq istinad etmişdir. Həm iddia tələbinin məzmunundan, həm də məhkəmənin qeyd olunan yanaşmasından açıq-aşkar görünür ki, iddia predmeti kredit münasibətləri ilə bağlıdır. Məhkəmə kredit münasibətlərinə, yəni pulun verilib-verilməməsinə mülkiyyət hüququ prizmasından yanaşmaqda səhvə yol vermiş və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” A zərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarlarında əks olunmuş məcburi göstərişləri nəzərə almamışdır. İddiaçının sübut kimi təqdim etdiyi 01 iyun 2011-ci il tarixli müqavilə üzrə borcun qaytarılması üçün iddia müddəti keçmişdir ki, bu da həmin iddianın rədd olunması üçün əsasdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh nümayəndəsi və vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edi lməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə
739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləs inin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmə diyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki işdə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, iddiaçı tələbin rədd edilən hissəsini mübahisələndirməmişdir. Apelyasiya instansiyası məhkəməsi qətnaməni yalnız cavabdehin apelyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlamışdır. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, cavabdehin vəkilinin izahatını dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən tə min edilməli, Gəncə Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 25 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Tərəflər arasında notariat orqanında kredit müqaviləsinin bağlanması və borc münasibətlərinin yaranması işin mübahisələndirilməyən halıdır. İddiaçı həmin müqaviləyə istinad edərək borcunu tələb etmiş, cavabdeh isə iddia müddətinin tədbiqi barədə ərizə verərək müddətin keçməsinə görə iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddia müddətinin tədbiqi barədə ərizəyə ümumiyyətlə qiymət verməmiş, apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin bu barədə dəlilinə qiymət verərək iddiaçı tərəfindən cavabdehə borc verilmiş pulu iddiaçının mülkiyy əti hesab etmiş və mübahisəyə Mülki Məcəllənin 384.0.4-cü maddəsini tədbiq edərək hazırki iddia tələbinə iddia müddətinin tədbiq edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu nəticəyə gəlməklə apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, tərəflər arasında münasibətlər kredit müqaviləsindən irəli gələn borc münasibətidir. Mülki Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 37 3.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normasının tələblərini pozaraq tərəflər arasında olan kredit münasibətlərinə iddia müddətinin tətbiq etməməklə səhvə yol vermiş, hazırki mübahisəyə tədbiq etməli olmayan maddi hüquq normasını tədbiq etmişdir. MPM-nin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-685/2020 nömrəli iş üzrə 25 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov