Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5846/2019 18.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1, vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 aprel 2019-cu il tarixli qətnaməsindən İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 18 iyul 2018-ci il tarixli, 2(010)3522/2018 saylı qətnaməsi ilə iddia təmin edilərək, iddiaçılar İddiaçı1 və İddiaçı2ünvan 1 ünvanda yerləşənevə köçürülmələri qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 aprel 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən X.Sarıyev, hakimlər E.Şamayev və Ş.Məhərrəmova, İş № 2(103)-413/2019) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 18 iyul 2018-ci il tarixli, 2(010)- 3522/2018 saylı qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddiaları təmin edilməməsi, apellyasiya mərhələsində keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada alınıb, Az.MEM, VÖEN **********, AZ34CTRE** ******************. Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə köçürmə tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların hal-hazırda qeydiyyatda olduqları ünvan 1 ünvanda yerləşənevə köçürülmələri barədə qətnamə çıxarılmasın! xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmiş, sübutları düzgün qiymətləndirməmişdir. Ona görə də Bakı A pellyasiya Məhkəməsinin 03 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X2, vəkili Vəkil kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsinin 03 aprel 2019-cu il tarixli qətnaməsinin qətnaməsinin dəyişdirilmədə saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 03 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəl i gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı1 Cavabdehla 1987-ci ildə ailə həyatı qurarq nikaha daxil olmuş və birgə nikahdan 3(üç) övladları olmuşdur. Tərəflərin nikahı 07 aprel 1995-ci ildə pozulmuşdur. İş materialları ilə müəyyən edilir ki iddiaçılar İddiaçı1 cavabdehin keçmiş həyat yoldaşı, İddiaçı2 isə cavabdehin qızıdır. İddiaçının köçmək istədiyi mübahisəli ev ünvan 1 ünvanda yerləşənev cavabdehin mərhum anası X5 adınadır. Həm iddiaçılar, həm də cavabdehlər mübahisəli evdə pasport qeydiyyatındadırlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 yanvar 2019-cu il tarixli, 29018 saylı rəyindən görünür ki, İddiaçı2 Məmməd qızına məxsusünvan 1 ünvanda yerləşənevin həyətyanı torpaq sahəsi texniki pasporta əsasən tikintialtı sahə daxil olmaqla 1448,7 kv.m-dir. İddiaçı2 məxsus ünvan 1 ünvanda yerləşənevin həyətyanı torpaq sahəsində 18 ədəd tikili mövcuddur. Mövcud vəziyyət üzrə 1 və 2 saylı tikililərdən başqa müəyyən edilmiş 16 tikili texniki pasportda öz əksini tapmamışdır. Qeyd olunan tikililərin yerləşmə planı və ölçüləri AutoCad proqramı vasitəsi ilə işlənib hazırlanmış planda göstərilmişdir. Tədqiq olun an torpaq sahəsində texniki pasportda öz əksini tapmayan 16 ədəd tikili mövcuddur. Ümumi həyətyanı sahə 2 hissəyə bölünərək ayrıca giriş-çıxış f qapıları qoyulmuş, İ həyətyanı sahədə 8 tikili (ikisi texniki pasportda öz əksini tapmış), İİ həyətyanı sahədə 10 tikili vardır (həmin tikililər texniki pasportda öz əksini tapmamışdır). Rəyə plan sxem əlavə olunur. Rəyə əlavə edilmiş plan sxemə əsasən cavabdehin istifadəsində olan ümumi tikinti altı sahə ilə birlikdə torpaq sahəsi 2,5 sot, iddiaçıların istifadəsində olan ümumi tikinti altı sahə ilə birlikdə torpaq sahəsi 4,2 sotdur. Hazırda iddiaçılar cavabdehin mübahisəli evdə cavabdehin yaşadığı hissəyə köçmək istəyirlər. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş halları əsasında hesab etmişdir ki, cavabdehin anası X6 sağlığında torpaq sahəsi iki hissəyə ayrılmış, cavabdeh tərəfdə 2,5 sot, iddiaçılar tərəfdə isə 4,2 sot torpaq sahəsi qalmış, tərəflərin hər birinin ayrıca giriş-çıxış qapıları mövcuddur. Cavabdeh tərəfdə 8 tikili (işin texniki pasportda əkini tapmış), iddiaçılar tərəfdə 10 tikili vardır (həmin tikililər texniki pasportda öz əksini tapmamışdır. İddiaçıların cavabdehə məxsus tikililərdə yaşaması, orada hər hansı bir əmlakın olması iş materialları ilə sübuta yetirilmir. İddiaçıların mübahisəli mənzildə cavabdehin yaşadığı hissəyə köçürülməsi üçün onların istifadə hüququ yaranmalıdır. Lakin onlar uzun müddətdir ki, 4,2 sot torpaq sahəsində olan tikililərdə yaşamaqla, cavabdehləri istifadəsində olan 2.5 sot torpaq sahəsindəki tikililərə istifadə hüququ itirmişlər. İddiaçılar kassasiya şikayətində apelly asiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsi əsası kimi ona istinad etmişdirlər ki, apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, işin hallarına qeyri-obyektiv yanaşaraq əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası mülki işlərə baxarkən sübutlara düzgün qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahif ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikasının Konstutisuya Məhkəməsinin Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublik asının Ali Məhkəməsi Plenumunun mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməıyi zəruri hesab edir ki, kassasiya şikayətinin qeyd edilən dəlilləri iş materialları ilə təsdiq edilmir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda, eləcə də məcmu halda qiymət vermişdir. Məhkəmə kolle giyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntusuna yol verməmişdir. Kassasiya şikayətinin dəlilləri Sumqayıt Apellyasiya Məhkəməsinin 19 iyul.2018-ci il tarixli qətnaməsinin ləğvi üçün əsaslı hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili Vəkilin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 03 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5846/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5846/2019
18.09.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver