Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5846/2022 19.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı və iddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinin cavabdeh İddiaçı qarşı bir icraatda birləşdirilmiş işlər üzrə QƏRARİ Açar sözlər: müqavilədən imtina, müqavilədən imtinanın nəticələri, müqavilə üzrə öhdəliyin icrasının qəbul edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə üzrə öhdəliyin icrasının qəbul edilməsi və iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı müqav ilənin ləğvi və ödənilmiş vəsaitin qaytarılması tələblərinə dair bir icraatda birləşdirilmiş işlər üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2019/2022 nömrəli, 22 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayətinə 19 dekabr 2022ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları
1. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 07 saylı müqavilənin 1-ci bəndinə əsasən, İddiaçı (bundan sonra – İddiaçı) Bakı şəhəri, Binəqədi rayonu, 18-ci dağlıq küçəsində inşa edilən hündürmərtəbəli yaşayış binasının “D” blokunda, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 55.8 m2 təşkil edən 1 otaqdan ibarət yaşayış sahəsinin 56.000 manat təşkil edən pay dəyərinin alınması üçün ona mə xsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 1 saylı binanın qarşısında yerləşən, ümumi sahəsi 23.8 m2 təşkil edən qaraj sahəsini qarşılıqlı razılaşma əsasında 26.000 manat dəyərləndirərək Cavabdeh Mənzil Tikinti Kooperativi (bundan sonra – MTK) ilə əvəzləşdirməyi və əlavə olaraq 30.000 manat ödəməyi; MTK isə pay haqqı tam ödənilmiş yaşayış sahəsinə dair hüquq müəyyənedici bütün sənədləri, o cümlədən maliyyə arayışını payçıya təqdim etməyi öhdəsinə götürmüş və tərəflər tikinti və təmir işlərinin aparılması üçün nəzərdə tutulmuş müddətin binanın özül işlərinə başlanmasından hesablanmaqla 36 ay olmasını qəbul etmişlər.
2. Müqavilənin 2-ci bəndinə əsasən, tərəflər qalıq borc məbləğini təşkil edən 30.000 manatın ilkin olaraq 7.000 manatının ödənilməsinə, 23.000 manatının isə hissə-his sə bu müqaviləyə əlavə edilmiş qrafik üzrə 40 ay müddətinə ayda 575 manat olmaqla ödənilməsinə dair razılığa gəlmişlər.
3. İddiaçı xx.xx.2017-ci il tarixdə ilkin olaraq 7.000 manat ödəmiş, xx.xx.2017-ci il tarixdən hər ay 575 manat olmaqla ödəniş etmiş, sonuncu ödəniş xx.xx.2018-ci il tarixdə həyata keçirilmişdir.
4. MTK tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, 37 nömrəli xəbərdarlıq məktubunda mənzilə dair ümumilikdə 13.900 manat vəsait ödənildiyi, sonuncu ödəniş tarixindən (xx.xx.2018-ci il) sonra müqavilə üzrə götürülmüş öhdəliklərə əməl olunmadığı, Kooperativə olan borcun 16100 manat təşkil etdiyi, şifahi xəbərdarlıqlara baxmayaraq, borcun ödənilməsi istiqamətində heç bir tədbir görülmədiyi, həmin məbləğin dəymiş zərərlə birlikdə 5 iş günü ərzində ödənilməsi, əks təqdir də müqavilənin ləğvi və vurulmuş ziyanın ondan tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
5. Birinci iş üzrə İddiaçı MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 oktyabr 2017-ci il tarixli, 07 saylı müqavilə üzrə MTK-nın ondan ödənişi qəbul etməyə məcbur edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, MTK ilə aralarında bağlanmış müqavilə üzrə 1 il ərzində ödənişləri vaxtlı-vaxtında icra etmiş, 16.300 manat borcu qalmışdır. Lakin “Covid19” pandemiyası ilə əlaqədar gəlirlərinin olmaması, həyat yoldaşının virusa yoluxması səbəbindən bir neçə ay ödəməni həyata keçirə bilməmişdir. 2020-ci ilin sentyabr ayında qalan b orcunu ödəmək üçün cavabdehə müraciət etdikdə isə ona müqavilənin ləğv olunduğu bildirilərək, ödəmək üçün gətirdiyi pulun qəbulundan imtina olunmuşdur. Bununla da, MTK müqavilə ödhəliklərini icra etməkdən boyun qaçırmış və onun öhdəliyini icra etməsinə mane olmuş, həmçinin mənzili tikib təhvil verməmişdir.
7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-6938/2021 nömrəli, 07 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddia rədd olunmuşdur.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, İddiaçı (borclu) xx.xx.2017-ci il tarixli müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyindən və MTK (kreditor) icraya marağını itirdiyindən sonuncunun bu müqavilə üzrə icranı qəbul etməkdən imtina etmək hüququ tanınmalıdır. Belə ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir.
9. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 425, 442, 445.1, 445.2, 445.8-ci maddələrinə istinadla əsaslandırmışdır.
10. İkinci iş üzrə MTK, İddiaçı qarşı iddia ərizəsi ilə eyni məhkəməyə müraciət edərək, aralarında bağlanmış xx.xx.2017-ci il tarixli əvəzləşdirmə müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə tərəflərin öhdəliklərinə xitam verilməsi və İddiaçı tərəfindən MTK-ya təhvil verilmiş qaraj söküldüyündən müqavilə üzrə həmin qarajın razılaşdırılmış dəyərini təşkil edən 26.000 manat və əlavə sahəyə görə ödənilmiş 13.900 manat olmaqla, cəmi 39.900 manatın ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia belə əsaslandırılmışdır ki, İddiaçı tərəfindən aralarında bağlanmış müqavilə üzrə MTK-ya sonuncu dəfə xx.xx.2018-ci il tarixdə 575 manat ödənilməklə ümumilikdə 13.900 manat ödənilmiş, həmin vaxtdan 1 il 9 ay keçməsinə baxmayaraq, ödənilməyən 16.100 manat vəsaitin ödənilməsi istiqamətində heç bir addım atılmamış, bununla da, MTK-ya xeyli miqdarda ziyan vurulmuşdur. Belə ki, MTK həmin müddət ərzində sözügedən yaşayış sahəsini başqa bir şəxsə sata və böyük gəlir əldə edə bilərdi. Müqavilə üzrə öhdəliklərin icra olunması üçün borcluya dəfələrlə şifahi şəkildə bildirilmiş və nəhayət xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu ünvanlanmışdır. Göstərilənlərə əsasən, hazırkı iddia ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
12. Birinci instansiya məhkəməsinin 2(006)-115/2022 nömrəli, 14 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia rədd olunmuşdur.
13. Məhkəmə Mülki Məcəllənin 421.2-ci maddəsinə istinadla qeyd etmişdir ki, müqavilənin ləğvi tələbi onu ehtiva edir ki, müqavilə bağlanarkən qanunun tələblərinə əməl edilmiş, lakin hazırda şəraitin dəyişməsi nəticəsində həmin müqavilənin icrası qeyrimümkün olmuşdur.
14. Baxılan işdə İddiaçı 1 il ərzində müqavilə üzrə ödənişləri vaxtında icra etmiş, cəmi 16.300 manat borcu qalmış, lakin “Covid-19” pandemiyası ilə əlaqədar gəli rlərinin olmaması, həyat yoldaşının virusa yoluxması səbəbindən bir neçə ay ödəməni həyata keçirə bilməmişdir. Buna görə də, 2020-ci ilin sentyabr ayında qalan borcunu ödəmək üçün MTK-ya müraciət etdikdə, ona müqavilənin ləğv olunduğu bildirilmiş və ödəmək üçün gətirdiyi pulun qəbulundan imtina edilmişdir. Bununla da, MTK müqavilə öhdəliklərini icra etməkdən boyun qaçırmış və onun öhdəliyini icra etməsinə mane olmuşdur. Digər tərəfdən, cavabdeh mənzili də tikib təhvil verməmişdir. Göründüyü kimi, müqavilənin ləğvi üçün kifayət qədər əsas yoxdur.
15. Məhkəmə mövqeyini əsaslandırarkən, həmçinin Mülki Məcəllənin 157.5-157.7ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində ki icraat
16. Birinci iş üzrə İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddiasının təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilə qüvvədə olmaqla, həm o, həm də MTK müqavilə öhdəliklərinin icrasına əməl etməlidirlər. Müqavilənin qüvvədə olduğu halda, gecikdirilmiş də olsa MTK ödənilən vəsaiti qəbul etməkdən imtina edə bilməz. Tərəfindən pulun ödənilməmiş hissəsinin birdəfəyə ödənilməsi üçün müraciət edilən vaxtadək MTK binanı tikib qurtarmamış, yəni müqavilə öhdəliyini icra etməmişdir.
18. İkinci iş üzrə MTK apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 14 mart 2022-ci il tarixli qətnaməsini n ləğv edilməsini, iddiasının təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Şikayət iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmaqla, əlavə olaraq göstərilmişdir ki, qətnamə heç bir sübuta söykənməyən formal mülahizələr əsasında qəbul edilmiş, məhkəmənin yalnız qanun normalarını sadalamaqla Mülki Məcəllənin 157.5157.7-ci maddələrinə istinadı əsassız olmuşdur.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4389/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli qərardadı ilə hər iki iş bir icraatda birləşdirilmişdir.
21. Məhkəmə kollegiyasının iclasında İddiaçı öz apellyasiya şikayətini müdafiə edərək, həmçinin göstərmişdir ki, 2019-cu ilin təxminən sentyabr-oktyabr aylarında MTKya gedərək 5000 manatı, yəni qra fik üzrə gecikdirilmiş məbləği ödəmək istəmiş, lakin MTK tərəfindən qəbul edilməmişdir, hətta həmin vaxt hazırda MTK-nı təmsil edən vəkil də ofisdə olmuş və onu qəbul etmədiklərini bilavasitə görmüşdür. Daha sonra, 16.100 manatı ödəmək istəmiş, yenə də MTK tərəfindən qəbul edilməmişdir. O, mənzili başqa şəxsə satmaq niyyətində olmamış, təmir etdirmək istəmiş, lakin mənzil ona təhvil verilməmişdir. MTK-nın məqsədi mənzili əlindən alıb baha qiymətə satmaqdır.
22. MTK-nın nümayəndəsi və vəkili isə öz apellyasiya şikayətlərini müdafiə edərək, həmçinin bildirmişdir ki, İddiaçı tanış olduğu üçün mənzil ona ucuz qiymətə satılmış, hazırda 16.100 manat borcu qalmışdır. Mənzil ona ucuz satıldığı üçün gecikdirilmiş məbləğin yeni qiymətlərlə ödənilməsi tələb olunmuş, lakin o, bununla razılaşmamış, özü mənzili başqa şəxsə baha qiymətə satmaq istəmişdir. Düzdür, 2019-cu ilin sentyabroktyabr aylarında MTK-nın ofisinə gəlmişdir, lakin ödəniş etmək üçün yox, mənzili başqa şəxsə satmaq üçün. Bina tikilmiş, lakin hazırda təhvil verilməmişdir. Hesab edir ki, müqavilənin şərtləri əhəmiyyətli dərəcədə pozulduğundan, ləğv olunmalıdır.
23. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-2019/2021 nömrəli, 22 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.Sadıqov (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) MTK-nın apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin 14 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, İddiaçı isə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia t əmin edilmişdir.
24. Məhkəmə kollegiyası MTK-nın iddiasının rədd olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, qeyd etmişdir ki, işin mübahisələndirilməyən hallarına əsasən tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli podrat müqaviləsi üzrə İddiaçı sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 575 manat olmaqla, ümumilikdə 39.900 manat ödədikdən sonra ödənişləri dayandırmış, sonradan ödənişləri bərpa etmək, borcunu tam bağlamaq istədikdə isə MTK ödənişi qəbul etməkdən imtina edərək, müqaviləni ləğv etmək qərarına gəlmişdir.
25. MTK, İddiaçı tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulmasına istinad etsə də, sonuncu tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması halı müəyyən edilməmişdir. Müqaviləyə əsasən ödənilməli olan məbləğin çox hissəsi öd ənilmiş, cəmi 16.100 manat borc qalmışdır. İddiaçı həmin məbləği birdəfəlik ödəmək istəsə də, MTK tərəfindən qəbul edilmir. Digər tərəfdən, müəyyən edilmişdir ki, bina 2020-ci ildə tikilib təhvil verilməli olduğu halda, hələ də təhvil verilməmişdir, yəni MTK tərəfindən də müqavilənin şərtləri tam icra olunmamışdır.
26. Eyni zamanda, İddiaçı hərəkətləri, yəni ödənişin qalan hissəsinin gecikdirilməsi iqtisadi cəhətdən daha güclü tərəf olan MTK-nın mənafeyinə mühüm zərər vurulması kimi qiymətləndirilə bilməz. Mənzilin dəyərinin böyük hissəsi ödənilmiş, qalan məbləğin ödənilməsi isə hazırda MTK tərəfindən qəbul edilmir. İddiaçı tərəfindən ödənilməmiş qalan məbləğ MTK-nın iqtisadi fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edəcək həcmdə deyil və MTK-nın müqavilə bağlanarkən ümid etməyə haqqı çatan lardan xeyli dərəcədə məhrum olması ilə nəticələnən hal baş verməmişdir.
27. Kollegiya onu da qeyd etmişdir ki, MTK, İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu ilə 16.100 manat borcun dəymiş zərərlə birlikdə 5 iş günü ərzində ödənilməsini tələb etmiş, göstərilən müddət ərzində borc məbləği ödənilmədiyi təqdirdə onunla bağlanmış müqavilənin ləğvi və vurulmuş ziyanın ondan tutulması barədə iddia ərizəsilə müvafiq məhkəməyə müraciət olunacağı bildirilmişdir. Halbuki, MTK hələ 2019-cu ilin sentyabr-oktyabr aylarında müqavləni ləğv etmək niyyətində olmuş, bu səbəbdən də İddiaçı hər hansı məbləğdə ödəniş qəbul etməmişdir. MTK-nın nümayəndəsinin kollegiyanın iclasında verdiyi izahatdan isə belə aydın olur ki, MTK qalan məbləği yeni (artırılmış) qiymətlə qəbul etməyə razılı q vermiş, İddiaçı isə etiraz etmişdir. Göründüyü kimi, tərəflər arasında əsas mübahisə qalıq borcun ödənilməsi yox, həmin borcun yeni, yəni daha yüksək qiymətlə ödənilməsi ilə bağlıdır.
28. Kollegiya bu hissədə mövqeyini, Mülki Məcəllənin 398.1, 398.2, 399.1, 752.1, 752.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
29. Apellyasiya instansiya məhkəməsi İddiaçı iddiasının rədd olunması hissəsində birinci instansiya məhkəməsinin qənaətini düzgün hesab etməmişdir, ona görə ki, hazırkı qətnamə ilə tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi barədə iddia rədd edilmiş, İddiaçı öhdəliyini gecikdirməsi nəticəsində MTK-nın mənafeyinə zərər vurulması və ya ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olması kimi hal müəyyən edilməmişdir. Belə olan halda, tərəflər arasında olan müqavil ə münasibətləri davam edir. Ona görə də, müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı öhdəliyini icra edərək, qalan ödəniş məbləğini ödəməli, MTK isə həmin məbləği qəbul etməli və müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirilərək mənzili təhvil verməlidir. İstər müqavilə ilə, istərsə də qanunla müqavilədə nəzərdə tutulmuş qiymətin (mənzilin dəyərinin) artırılmasına əsas verən hal baş verməmişdir. Müqavilənin 9.1-ci bəndinə görə, müqaviləyə əlavə və dəyişikliklərin edilməsi tərəflərin birinin yazılı təklifi və digər tərəfin yazılı razılığı ilə yol verilir.
30. Kollegiya, həmçinin qeyd etmişdir ki, MTK tərəfindən 16.100 manat qalıq borc qəbul edilməzsə, o zaman iddiaçı Mülki Məcəllənin 532.1-ci maddəsinin tələblərinə uyğun olaraq öhdəliyi depozitə qoyma yolu ilə icra edə bilər. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. MTK (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, onun iddiasının təmin, İddiaçı iddiasının rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
32. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı 1 il 9 ay ərzində öhdəliyini icra etməməsi nəticəsində MTK-ya xeyli miqdarda ziyan dəymişdir. Belə ki, sözügedən mənzilin yerləşdiyi yaşayış binasında mənzillərin 1 kvadrat metrinin satış qiyməti 14001500 manat təşkil edir. Bu hal nəzərə alındıqda MTK-ya vurulmuş zərər mühüm hesab edilməlidir. Məhkəmə isə cavabdehin heç bir sübuta söykənməyən formal mülahizələri əsasında qətnamə qəbul etmişdir. Digər tərəfdən, apellyasiya məhkə məsi tərəflər arasında bağlanmış müqavilənin podrat olması qənaətinə gəlsə də, həmin müqavilə faktiki olaraq əvəzləşdirmə müqaviləsi olmaqla, buna dair şərtlər öz əksini tapmışdır.
33. Eyni zamanda, İddiaçı iddia tələbi MTK-nın ödənişi qəbul etməyə məcbur edilməsindən ibarət olsa da, apellyasiya məhkəməsi tələbi əsassız olaraq dəyişərək, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə üzrə İddiaçı tərəfindən edilən ödənişlərin qəbul edilməsinin MTK-ya həvalə edilməsi barədə qətnamə qəbul etmiş, bununla da, iddia tələbindən kənara çıxmış, lakin bu halı əsaslandırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
35. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
36. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
37. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
38. Maddə 423.2. Müqavilənin də yişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
39. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.
40. Maddə 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər.
41. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdiril miş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
42. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
43. Maddə 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. Mülki Prosessual Məcəllə
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidi r.
46. Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
50. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Baxılan işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli podrat müqaviləsinə əsasən, MTK mübahisəli mənzili 36 ay müdətinə tikib İddiaçı təhvil verməyi, İddiaçı isə mənzilin dəyəri kimi razılaşdırılmış 56.000 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İddiaçı öhdəliyinin icrası qaydası kimi tərəflər belə razılaşmışlar ki, sonuncu özünə məxsus 26.000 manat dəyərində qaraj sahəsini MTK-ya verir, qalıq 30.0 00 manatın ilkin olaraq 7000 manat ödəyir, 23.000 manatı isə hissə-hissə 40 ay müddətinə ayda 575 manat olmaqla ödəyir.
54. İddiaçı xx.xx.2017-ci il tarixdə ilkin olaraq 7000 manat ödəmiş, həmin tarixdən hər ay 575 manat olmaqla ödəniş etmiş, sonuncu ödəniş xx.xx.2018-ci il tarixdə həyata keçirilmişdir. MTK tərəfindən qalıq borcun (16.100 manat) 5 gün müddətində ödənilməsi, əks halda müqavilənin ləğv olunacağı ilə bağlı ona xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir.
55. Baxılan iş üzrə MTK İddiaçı tərəfindən öhdəliyin pozulması səbəbindən müqavilədən imtina edərək, imtinanın nəticələrinin tətbiq olunaraq aralarında bağlanmış müqavilənin ləğv edilməsini, sonuncu tərəfindən qarajla əvəzləşdirilmiş və əlavə ödənilmiş 39900 manatın ona ödənilməsi barədə qətnamə qəbul olunması nı xahiş edir.
56. İddiaçı isə qalıq öhdəliyinin icra edilməməsini koronovirus pandemiyası ilə əlaqədar maddi vəziyyətində yaranmış çətinliklərlə əlaqədar olduğunu, sonradan öhdəliyini icra etmək istədikdə isə MTK-nın bundan imtina etdiyini bildirərək, ödənişlərin qəbul edilməsi vəzifəsinin MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş edir.
57. Birinci instansiya məhkəmələri tərəfindən hər iki iddia rədd olunmuşdur. Birinci iş üzrə məhkəmə İddiaçı iddiasına münasibətdə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı (borclu) müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etmədiyindən və MTK (kreditor) icraya marağını itirdiyindən sonuncunun bu müqavilə üzrə icranı qəbul etməkdən imtina etmək hüququ tanınmalıdır.
58. İkinci iş üzrə MTK-nın iddiasını rədd edən məhkəmə isə Mülki Məcəllənin 421.2-ci maddəsinə istinadla qeyd etmişdir ki, İddiaçı 1 il ərzində müqavilə üzrə ödənişləri vaxtında icra etmiş, cəmi 16.300 manat borcu qalmış, lakin “Covid-19” pandemiyası ilə əlaqədar gəlirlərinin olmaması, həyat yoldaşının virusa yoluxması səbəbindən bir neçə ay ödəməni həyata keçirə bilməmiş, 2020-ci ilin sentyabr ayında qalan borcunu ödəmək üçün MTK-ya müraciət etdikdə, ona müqavilənin ləğv olunduğu bildirilmiş və ödənişin qəbulundan imtina edilmişdir. Bununla da, MTK müqavilə öhdəliklərini icra etməkdən boyun qaçırmış və onun öhdəliyini icra etməsinə mane olmuşdur. Digər tərəfdən, cavabdeh mənzili də tikib təhvil verməmişdir, buna görə də müqavilənin ləğvi üçün kifayət qədər əsas yoxdur.
59. Apellyasiya instansiyası məhkəməsi MTK-nın iddiasının rədd olunması hissəsində b irinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmış, İddiaçı iddiasının rədd olunması hissəsində isə qətnaməni ləğv edərək, onun iddiasını təmin etmiş və gəldiyi qənaəti belə əsaslandırmışdır ki, MTK İddiaçı tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulmasına istinad etsə də, bu hal müəyyən edilməmişdir. Müqaviləyə əsasən ödənilməli olan məbləğin çox hissəsi ödənilmiş, cəmi 16.100 manat borc qalmışdır. İddiaçı həmin məbləği birdəfəlik ödəmək istəsə də, MTK ödənişi qəbul etməkdən imtina edərək, müqaviləni ləğv etmək qərarına gəlmişdir. Digər tərəfdən, bina 2020-ci ildə tikilib təhvil verilməli olduğu halda, hələ də təhvil verilməmiş, yəni MTK tərəfindən də müqavilənin şərtləri tam icra olunmamışdır. Məhkəmə hesab etmişdir ki, İddiaçı hərəkətləri, yəni ödənişin qalan hissəsinin gecik dirilməsi iqtisadi cəhətdən daha güclü tərəf olan MTK-nın mənafeyinə mühüm zərər vurulması kimi qiymətləndirilə bilməz.
60. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
61. Baxılan işdə MTK-nın iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 421.2 və 421.3-cü maddələri təşkil edir. Həmin maddələrin dispozisiya şərtlərinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
62. MTK İddiaçı tərəfindən müqavilə öhdəliyi 1 il 7 ay icra edilmədikdən sonra öhdəliyin 5 gün müddətində icrası və əks halda müqavilənin ləğv ediləcəyi barədə ona yazılı bildiriş göndərmiş və imtinanın hüquqi nəticəsinin (müqavilənin ləğvi və alınanların qaytarılması) tətbiqi üçün məhkəmədə iddia qaldırmışdır. Mübahisənin mahiyyəti üzrə düzgün həlli, habelə müqavilə münasibətlərini davam etdirməyə məcbu r etmə barədə İddiaçı tələbinin uğurluluğu MTK-nın müqavilədən imtinasının qanuni olub-olmadığı barədə məsələyə verilən hüquqi qiymətdən asılıdır.
63. Apellyasiya instansiyası məhkəməsi mövqeyini ilk növbədə onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması halı müəyyən edilməmişdir. İddiaçı hərəkətləri, yəni ödəşin qalan hissəsinin gecikdirilməsi iqtisadi cəhətdən daha güclü tərəf olan MTK-nın mənafeyinə mühüm zərər vurulması kimi qiymətləndirilə bilməz.
64. Bununla bağlı nəzərə alınmalıdır ki, müqavilə tərəflərdən birinin müqavilə şərtlərini pozmasının əhəmiyyətli olub-olmadığı həmin tərəflərin iqtisadi imkanları ilə deyil, müqavilənin predmeti və öhdəliklərin həcmi ilə bağlıdır. Baxılan işin mübahisəsiz hallarına görə tərəflər arasında bağlanmış m üqavilənin dəyəri 56000 manat olmuş, İddiaçı tərəfindən həmin müqavilə üzrə öhdəliyin 16100 manat hissəsi uzun müddət (1 il 7 aydan artıq) ödənilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin MTK-nın iqtisadi cəhətdən güclü olmasına istinad edərək bu halı müqavilənin əhəmiyyətli pozuntusu hesab etməməsi Mülki Məcəllənin 421.2-ci maddəsinin məqsəd və mənasına uyğun deyil.
65. Apellyasiya instansiyası məhkəməsinin digər əsaslandırılması ondan ibarət olmuşdur ki, İddiaçı həmin məbləği birdəfəlik ödəmək istəsə də, MTK ödənişi qəbul etməkdən imtina edərək, müqaviləni ləğv etmək qərarına gəlmişdir.
66. Halbuki mülki qanunvericilikdə müqavilə tərəfinin öhdəliyini əhəmiyyətli pozmasından və bununla bağlı olaraq digər tərəfin müqavilə şərtlərinə əsasən müqavilənin icrasından birtərəfli imtina etdi yini həmin tərəfə bəyan etdikdən sonra müqavilə üzrə öhdəliklərini əhəmiyyətli pozmuş şəxsin aralarında bağlanmış müqaviləyə istinad edərək öhdəliklərini icra etməyə hazır olduğunu bildirməsi və ya buna cəhd etməsi qarşı tərəfin razılığı olmadan müqavilə münasibətlərinin bərpa olunması əsası kimi nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən belə birtərəfli imtina əsaslı olduğu halda müqavilə müvafiq surətdə ləğv edilmiş sayıldığı üçün tərəflər arasında müqavilə hüquq münasibətlərinin bərpası yalnız qarşılıqlı razılıq əsasında mümkündür.
67. Apellyasiya instansiyası məhkəməsinin MTK tərəfindən də müqavilə şərtləri tam icra olunmadığı üçün İddiaçı öhdəliklərinin icrasını gecikdirməsinin qanuni olduğu barədə mövqeyi də anlaşılan deyil. Çünki yuxarıda da qeyd olunduğu kimi işin mübahisəsiz hallarına görə M.Hüseynova tərəfindən öhdəlik xx.xx.2018-ci ildən başlayaraq icra edilməmiş, öhdəliyin icra edilməsi barədə MTK-nın bildirişi xx.xx.2020-ci il tarixdə verilmiş, MTK tərəfindən müqavilənin icrasının son müddəti isə xx.xx.2020-ci il tarixi olmuşdur.
68. Həmçinin qeyd olunmalıdır ki, MTK-nın iddiasını rədd edən birinci instansiya məhkəməsi Mülki Məcəllənin 421.2-ci maddəsinə istinadla İddiaçı 1 il ərzində müqavilə üzrə ödənişləri vaxtında icra etdiyi, cəmi 16.300 manat borcu qaldığı, lakin “Covid-19” pandemiyası ilə əlaqədar gəlirlərinin olmaması, həyat yoldaşının virusa yoluxması səbəbindən bir neçə ay ödəməni həyata keçirə bilmədiyi barədə etirazlarını əsaslı saymış və apellyasiya instansiyası məhkəməsi qətnaməni həmin hissədə dəyişdirilmədən saxlamaqla b u mövqe ilə razılaşmışdır.
69. Azərbaycan Respublikasında “COVİD 19” pandemiyasının 2020-ci ilin əvvələrindən yayılmağa başladığı və bununla bağlı ilk rəsmi məhdudiyyətlərin həmin ilin mart ayında qoyulduğu hamıya bəlli olan hal olduğu üçün MPM-in 82.1-ci maddəsinə əsasən bu halın sübuta ehtiyacı yoxdur. M.Hüseynova tərəfindən öhdəliyin xx.xx.2018-ci ildən başlayaraq icra edilmədiyi nəzərə alınarsa həmin etiraz özü-özlüyündə əsassızdır.
70. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə ca vab verən məhkəmə aktı qəbul edilməlidir.
71. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2019/2022 nömrəli, 22 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.