Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5847/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilkin, Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: ümumi birgə mülkiyyətin bölünməsi, cehiz əmlak, mənzildən istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması ) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması və cehiz əmlakı barədə ilkin, Cavabdeh1 İdd iaçı qarşı ümumi birgə mülkiyyətin bölünməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1263/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 6 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 1997-ci il tarixli mənzil bağışlama müqaviləsinə əsasən X2 məxsus Bakı şəhəri, Atatürk prospekti, ev 29, mənzil 34-ü İddiaçı bağışlamışdır. 2. xx.xx.2002-ci il tarixli, 157472 saylı müqaviləyə əsasən satıcı X3 məxsus Bakı şəhəri, Nizami küçəsi, ev 93, mənzil 19-u alıcı Sadıxova (İsmayılova) İradə Şamil qızına satmışdır.
3. Tərəflər 1988-ci tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar və Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 29 avqust 2017-ci il tarixdə verilmiş AZ-İ № 274349 saylı nikahın pozulması haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 ilə X10 arasındakı nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında elə həmin tarixdə 287 № ilə qeydiyyat aparılmış, nikah ləğv olunandan sonra qadına Bayramova soyadı verilmişdir.
4. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 X4 adına paylı mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 3386 saylı reyestr kitabının 317117 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat a parılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 verməklə mülkiyyət hüquqları ilə iddiaçıya məxsus olan ünvan 1 ünvanında olan mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması, Cavabdeh2 mülkiyyət hüquqları ilə iddiaçıya məxsus olan ünvan 1 ünvanında olan mənzilə istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil qeydiyyat nömrəsi **********7805101-093036 xx.xx.2020-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ əsasında iddiaçının mülkiyyətindədir. Cavabdeh1 iddiaçının keçmiş həyat yoldaşıdır. Cavabdeh1la evləndikdən sonra iddiaçının valideyinlərinə məxsus evdə bir müddət yaşasalar da, iddiaçı sonradan doğulduğu və anasının ona bağışladığı ünvan 1 ünvanında yerləşən mənzilə köçdülər və Cavabdeh1 həmin mənzilə qeydiyyata düşdü. Cavabdeh1la bağlanmış nikahları nikahın ləğv edilməsi haqqında qeydlər kitabında 29 avqust 2017-ci il tarixdə 287 saylı qeyd ilə ləğv edildi. Ailə-daxili münaqişələr nəticəsində birlikdə yaşamaqları qeyri-mümkün olduğuna görə iddiaçı ona məxsus evdən oğlu ilə birlikdə çıxdılar. Lakin cavabdeh hal-hazırda da mülkiyyət hüquqları ilə iddiaçıya məxsus əmlakda yaşamağa davam edir. Tərəflərin birgə eyni mənzildə yaşamaqları qeyrimümkündür. Ona görə də cavabdehin mənzildən istifadə hüququn a iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada kompensasiya verilməklə məhkəmə qaydasında xitam verilməli və mənzildən çıxarılmalıdır. Digər cavabdeh, Cavabdeh2 iddiaçının övladıdır. Mülkiyyət hüquqları ilə iddiaçıya məxsus Nəsimi rayonu, Nizami küçəsi, ev 93, mənzil 19 ünvanında yerləşən mənzildə doğulub və qeydiyyatdadır. Ailə həyatı qurub və həyat yoldaşına məxsus mənzilə köçüb. Cavabdehlər iddiaçıya məxsus evdə qeydiyyatda olduğu və mənzildən istifadə etdiyi halda onun həmin mənzildə yaşamağı mümkünsüzdür. İddiaçı hazırda kirayədə qalır.
7. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, X1 verməklə mülkiyyət hüquqları üzrə iddiaçıya məxsus olan ünvan 1 ünvanında olan mənzildən istifadə hüququna xitam verilməs i və mənzilin boşaldılması, Cavabdeh2 mülkiyyət hüquqları üzrə iddiaçıya məxsus olan ünvan 1 ünvanında olan mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması, iddiaçıya məxsus lakin cavabdehdə qalmış əmlakların - ünvan 1 ünvanında yerləşən Yataq Belqiya şpon, kravat 2x2-metr başlıq şpon vevqe üzəri şüşə-3,20* Birləşik tumbalarla, döşək ortoped, kamod şpon vevqe üzəri şüşə, dekorativ vaza rəngi tünd palıd H-80-sm, xalça narıncı Avropa, TV-alt, qarderob quraşdırma, divan açılan, divar tipli TV-alt, qarderob quraşdırma, küc, bronza güzgü konsol əntiq, təbii dəri divan 3- yerli, təbii dəri divan 2-yerli, təbii dəri kreslo 2-ədəd, qorka qara parlaq, puf 80*80, jurnal stolu R120-sm, təbii dekorativ dəri lazer işlənmə ornament, çil-çıraq xrustal-qızıl su, bra-zəncirlə xrustal q ızıl su, dünya qülləsi şəkil, döşəmə üstü vaza Vileroy bos şüşə, dekorativ güllər, dekorativ albalı aksesuar H-90 sm, vaza dekor qara qızıl işlənmə R-75-sm, vaza dekor qara qızıl işlənmə R-75sm, dekor buruq aksesuar, vaza dekor dəst qaşla 1 ədəd, divar şəkili əl işi, televizor, DVD kolonkalar, keramik vaza dəst 3-ədəd, divar saatı, Tarşer Xrustal 2 ədəd H100-R25 2x470, kravat 2x2- metr başlıq şpon vevqe üzəri şüşə-3,20 birləşik tumbalarla, döşək ortopedik, kamod şpon vevqe üzəri şüşə, dekorativ Vaz rəngi tünd palıd H-80-sm, xalça narıncı Avropa, TV-alt, qarderob quraşdırma, divan açılan-bağlanan, divar tipli TV-alt, qarderob quraşdırma künc, bronza güzgü konsol əntiq, təbii dəri divan 3-yerli ağ, təbii dəri divan 2yerli ağ, təbii dəri kreslo 2-əd ağ, qorka qara parlaq, puf 80x80, jurnal st olu R-120-sm, təbii dekorativ dəri lazer işlənmə ornament, çil-çıraq xrustal-qızıl su, bra-zəncirlə xrustal-qızıl su, dünya qülləsi şəkil (mirovıye-başni), döşəmə üstü vaza vileroy BOS Şüşə, dekorativ güllər, dekorativ Albalı aksesuar H-90sm, vaza dekor qara qızıl işlənmə R-60-sm, vaza dekor krem R-50- sm, dekor buruq aksesuar (piştaxtanın içində), vaza dekor çərcivə ilə dəst qaşla 1 ədəd, divar şəkili əl işi, televizor, ev kinoteatrı, keramik vaza dəst 3 ədəd qara, divar saatı, tarşer Xrutal 2 ədəd H100-25x25 2x470, divan aypara 2 səviyəli qəhvəyiacıq krem, qəhvəyi puf - jurnalnıy+şüşə, əl işi yağlı boya tema ağ güllər, qorka spot-lampa ilə-şüşə polka ilə Belqiya, vaza dekorativ qızıl keramika, stol-stul türk klassik, qorka 2 ədəd klassik kamod, çil-çıraq xrustal-2-səviyəli, klassik dekor ativ şəkil divar üçün, xalça açıq-qəhvəyi türk, saat PodKlassik, Madonna QDR serviz 12-Person 120-ədəd sovet vaxtı alınıb, çay servizi 6person tündgöy kobolt sovet vaxtı alınıb, kofe servizi 6-person tünd-göy kobolt sovet vaxtı alınıb, çəhrayı farfor 6-person çay servizi çexiya sovet vaxtı alınıb, çəhrayı farfor 6-person çay servizi çexiya sovet vaxtı alınıb, çəhrayı farfor desert dəsti (blud 1 ədəd, konfet qabı 3 ədəd, meyvə qabı 2 ədəd, çərəz qabı 2 ədəd çexiya) sovet vaxtı alınıb, sovet vaxtı cin istehsalı işıqda farforun divarında qadın əksi görünür 6-person, serviz 6-person sovet vaxtı çex kofe servizi mirvari-içi qızıl-suyu, oval vaza 4 ayaqlı dəstəkli 1 ədəd, dekorativ tarelka 2 ədəd klassik, şamdan gümüş suyu, statuetka qadın, vaza farfor ağ rəng qızıl işləmə bagema xrezontem, döşə mə üstü vaza dara bagema, açılan divan göy rəng, velo trenajor, divar mebeli şpon işləmə yazı stolu, xalça əl-işləmə bordo, soyuducu simens metal rəng, televizor “Samsung” dispenser-bosh, künc divan qara mətbəx, şüşə miz oval mətbəx, metal stul 2 ədəd mətbəx, şkaf kupe ayna qapı, mətbəx mebeli, mətbəx kamodu, “Simens” markalı kondisionerin alınıb iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
8. Cavabdeh1 İddiaçı qarşı ümumi birgə mülkiyyətinin bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın təmin edilməməsi, ünvan 1 üzərində və evdəki bütün əşyalar üzərində iddiaçı Cavabdeh1 2/3 hissədə mülkiyyət hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.
9. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmış dır ki, ünvan 1 isə alqı-satqı müqavilələri əsasında və ilk iddiaçı ilə rəsmi nikahda olduqları müddətdə əldə edilmişdir. Yəni İddiaçı həmin mənzili əvəzsiz əldə etməmişdir. Beləliklə həmin mənzil tərəflərin ümumi birgə mülkiyyətindədir və mənzilə 2/3 hissədə mülkiyyət hüququ tanınmalıdır. Bu halı məhkəmə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müvafiq sorğu verməklə də təsdiq edə bilər, zamanında evdəki bütün dəyərli əşyalar hamısı birgə nikahda olduqları müddətdə alınmışdır. Eyni zamanda qeyd edilməlidir ki, həmin mənzilin alınmasında İddiaçı heç iştirak etməmişdir. Həmin mənzilin alınmasında bütün xərcləri iddiaçı çəkmişdir. İddiaçı həyatı boyu heç yerdə işləməyib. İddiaçı isə bütün karyerası ərzində kifayət qədər yaxşı işləmişdir. Bunu tərəflərindən təqdim ediləcək əmək kitabçaların ın surətləri də təsdiq edə bilər.
10. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun 06 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, ləğv prosesində olan "xxxx" ASC ilə borcalanlardan biri olan Cavabdeh2 arasında 07 fevral 2018-ci il tarixli, 11/181/AİFK nömrəli kredit müqaviləsi bağlanmışdır. Borcalana verilmiş ipoteka krediti hesabına Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 392, M16, m1 ümvanında yerləşən yaşayış sahəsi alınmışdır.
11. Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 22 oktyabr 2021-ci il tarixli, 2(006)-2044/2021 nömrəli qətnaməsi ilə (hakim Rəşid Səmədov) ilkin iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi və onun mənzildən çıxarılması, ilkin idd ia üzrə İddiaçı məxsus olan dekorativ vaza (rəngi tünd palıd H-80 sm); döşəmə üstü vaza (Vileroy bos şüşə); vaza dekor (dəst qaşla 1 ədəd); keramik vaza (dəst - 3 ədəd); vaza dekor (qara qızıl işlənmə R-60 sm); vaza dekor (krem R-50 sm); vaza dekor (çərçivə ilə dəst qaşla – 1 ədəd); vaza dekorativ (qızıl keramika); Madonna QDR serviz (12 person 120 ədəd, sovet vaxtı alınıb); çay servizi (6 person, tünd göy kobolt, sovet vaxtı alınıb); kofe servizi (6 person, tünd göy kobolt, sovet vaxtı alınıb); çəhrayı farfor (6 person, çay servizi, Çexiya, sovet vaxtı alınıb); çəhrayı farfor (6 person, çay servizi, Çexiya, sovet vaxtı alınıb); çəhrayi farfor desert dəsti (bulud -1 ədəd, konfet qabı – 3 ədəd, meyvə qabı – 2 ədəd, çərəz qabı – 2 ədəd, Çexiya, sovet vaxtı alınıb); sovet vaxtı Çin istehsalı işıqda farforun divarında qadın əksi görünür 6 person; serviz (6 person, sovet vaxtı Çex kofe servizi mirvari-içi qızıl suyu); oval vaza (4 ayaqlı, dəstəkli, 1 ədəd); dekorativ tarelka - 2 ədəd klassik; şamdan (gümüş suyu); vaza farfor (ağ rəng, qızıl işləmə bogema xrezontem); döşəmə üstü vaza (Dara Bogema) cehiz əmlakları ilkin iddia üzrə Cavabdeh1 alınıb ilkin iddia üzrə İddiaçı qaytarılması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin də qismən təmin olunması, ünvan 1 ünvanında yerləşən mənzil və həmin mənzildəki əşyalar (cehiz əmlak kimi qaytarılmalı olan əşyalar istisna olmaqla) üzərində Cavabdeh1 və İddiaçı hər birinin ½ hissədə mülkiyyət hüquqlarının tanınması, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmən in mövqeyi ondan ibarət olmuşdur ki, ilkin iddia tələbi “X1 verməklə mülkiyyət hüquqları ilə iddiaçıya məxsus olan ünvan 1 ünvanında olan mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” hissəsində əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən olunmuşdur ki, ünvan 1 X4 və X8 birgə nikahları dövründə əldə edilmişdir. Məhkəmə ilkin iddia tələbinin “Cavabdeh2 mülkiyyət hüquqları ilə iddiaçıya məxsus olan ünvan 1 ünvanında olan mənzilə istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” hissəsi ilə bağlı qeyd edir ki, ilkin iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından müəyyən edildi ki, ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir, Cavabdeh2 həmin mənzildə formal olaraq qeydiyyatdadır. Eyni zamanda müəyyən olundu ki, ilkin iddia üzrə Cavabdeh2 ipoteka krediti hesabına alınmış mənzili var və onun mübahisəli yaşayış sahəsinə ehtiyacı yoxdur. Məhkəmə hesab etmişdir ki, ilkin iddia qismən təmin edilməli, ilkin iddia üzrə Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməli və o, mənzildən çıxarılmalıdır. Məhkəmə ilkin iddia tələbinin “iddiaçıya məxsus lakin cavabdehdə qalmış ünvan 1 ünvanında yerləşən əmlakların cavabdehdən alınıb iddiaçıya qaytarılması” hissəsinə qiymət verərək hesab edir ki, ilkin iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, yanlız bu əşyalar - dekorativ vaza (rəngi tünd palıd H-80 sm); döşəmə üstü vaza (Vileroy bos şüşə); vaza dekor (dəst qaşla 1 ədəd); keramik vaza (dəst - 3 ədəd); vaza dekor (qara qızıl işlənmə R-60 sm); vaza dekor (krem R-50 sm); vaza dekor (çərçivə ilə dəst qaşla – 1 ədəd); vaza dekorativ (qızıl keramika); Madonna QDR serviz (12 person 120 ədəd, sovet vaxtı alınıb); çay servizi (6 person, tünd göy kobolt, sovet vaxtı alınıb); kofe servizi (6 person, tünd göy kobolt, sovet vaxtı alınıb); çəhrayı farfor (6 person, çay servizi, Çexiya, sovet vaxtı alınıb); çəhrayı farfor (6 person, çay servizi, Çexiya, sovet vaxtı alınıb); çəhrayi farfor - desert dəsti (bulud -1 ədəd, konfet qabı – 3 ədəd, meyvə qabı – 2 ədəd, çərəz qabı – 2 ədəd, Çexiya, sovet vaxtı alınıb); sovet vaxtı Çin istehsalı işıqda farforun divarında qadın əksi görünür 6 person; serviz (6 person, sovet vaxtı Çex kofe servizi mirvari-içi qızıl suyu); ova l vaza (4 ayaqlı, dəstəkli, 1 ədəd); dekorativ tarelka - 2 ədəd klassik; şamdan (gümüş suyu); vaza farfor (ağ rəng, qızıl işləmə bogema xrezontem); döşəmə üstü vaza (Dara Bogema) cehiz əmlakları kimi ilkin iddia üzrə İddiaçı məxsusdur. Bu halı ilkin iddia üzrə Cavabdeh1 da təsdiq etmişdir. İlkin iddia üzrə iddiaçının cehiz kimi tələb etdiyi digər əşyalar isə tərəflərin birgə nikahları dövründə əldə edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı məxsus olan dekorativ vaza (rəngi tünd palıd H-80 sm); döşəmə üstü vaza (Vileroy bos şüşə); vaza dekor (dəst qaşla 1 ədəd); keramik vaza (dəst 3 ədəd); vaza dekor (qara qızıl işlənmə R-60 sm); vaza dekor (krem R-50 sm); vaza dekor (çərçivə ilə dəst qaşla – 1 ədəd); vaza dekorativ (qızıl keramika); Madonna QDR serviz (12 person 120 ədəd, sovet vaxtı alınıb); çay servizi (6 person, tünd göy kobolt, sovet vaxtı alınıb); kofe servizi (6 person, tünd göy kobolt, sovet vaxtı alınıb); çəhrayı farfor (6 person, çay servizi, Çexiya, sovet vaxtı alınıb); çəhrayı farfor (6 person, çay servizi, Çexiya, sovet vaxtı alınıb); çəhrayi farfor - desert dəsti (bulud -1 ədəd, konfet qabı – 3 ədəd, meyvə qabı – 2 ədəd, çərəz qabı – 2 ədəd, Çexiya, sovet vaxtı alınıb); sovet vaxtı Çin istehsalı işıqda farforun divarında qadın əksi görünür 6 person; serviz (6 person, sovet vaxtı Çex kofe servizi mirvari-içi qızıl suyu); oval vaza (4 ayaqlı, dəstəkli, 1 ədəd); dekorativ tarelka - 2 ədəd klassik; şamdan (gümüş suyu); vaza farfor (ağ rəng, qızıl işləmə bogema xrezontem); döşəmə üstü vaza (Dara Bogema) cehiz əmlakları ilkin iddia üzrə Cavabdeh1 alınıb ilkin iddia üzrə İddiaçı qaytarılmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbinin “ünvan 1 üzərində və evdəki bütün əşyalar üzərində iddiaçının 2/3 hissədə mülkiyyət hüququnun müəyyən edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia tələbi həmin hissədə qismən təmin edilməklə, birgə nikah dövründə əldə edilmiş əmlaklara tərəflərin bərabər payları müəyyən edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 və həmin mənzildəki əşyalar (cehiz əmlak kimi qaytarılmalı olan əşyalar istisna olmaqla) tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlaklar olaraq ümumi birgə mülkiyyət hesab edildiyindən, qarşılıqlı iddia üzrə iddiaçı həmin əmlakların bölünməsi ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə hesab etmişdir ki, ünvan 1 ünvanında yerləş ən mənzil və həmin mənzildəki əşyalar (cehiz əmlak kimi qaytarılmalı olan əşyalar istisna olmaqla) üzərində Cavabdeh1 və İddiaçı hər birinin ½ hissədə mülkiyyət hüquqları tanınmalıdır. Bundan əlavə, məhkəmə ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkilinin “iddia müddətinin tətbiqi barədə” ərizəsinə qiymət verərək qeyd etmişdir ki, tərəflər arasında bağlanılmış nikah 2017-ci ildə pozulsa da, qarşılıqlı iddia üzrə iddiaçı sözügedən mübahisəli ünvanda hazırki vaxtadək yaşayır. Belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, ər-arvadın nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımı nikah pozulduğu andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən (ilkin iddiaçının mənzildən istifadə hüququna xitam verilməsi haqqında iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan) hesablanmalı olduğundan, habelə qarşılıqlı iddia üzrə iddiaçının mübahisəli ünvanda hazırki vaxtadək yaşadığından qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün iddia müddəti ötürülməmiş hesab edilməlidir.
13. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 15, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 225.1, 228, 255.8, 373.4, 373.5, 377.1, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 23.1, 32.1, 32.2.2, 33.1, 33.2, 36.3, 36.8 və 36.9-cu maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikahın 2017-ci ildə pozulmasına və birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü üçün tətbiq olunmalı 3 illik iddia müddətinin buraxılması halını birinci instansiya məhkəməsi düzgün qiymətləndirməmiş, yalnız tərəfin şifahi verdiyi ifadəsi əsasında qanunsuz və ədalətsiz qərar qəbul etmişdir.
16. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 X4 adına paylı mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 3386 saylı reyestr kitabının 317117 nömrəli vərəqində, ** ******** nömrə ilə qeydiyyat aparılmışdır. Həmin çıxarışdan görünür ki, daşınmaz əmlakın ümumi sahəsi 218.5 kv.m olmaqla 4 otaq İradə Bayramovaya, 2 otaq isə Nabatxanım Ramazanovaya məxsusdur.
17. Apellyasiya icraatı zamanı çıxarışda qeyd edilən otaqların faktiki olaraq hansı sahədə İradə Bayramovaya və Nabatxanım Ramazanovaya məxsus olması müəyyən edilmədiyindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə - Bakı şəhəri, Nizami rayonu, Nizami küçəsi ev 93, 19 saylı mənzilin İradə Bayramovaya və Nabatxanım Ramazanovaya məxsus sahələrin (hansı paylı mülkiyyətçiyə konkret hansı ölçüdə sahələrin məxsusluğu barədə) ölçüləri barədə məlumatların və bu məlumatları əks etdirən sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsinə dair sorğu verilmişdir. Sorğuya əsasən təqdim edilmiş sənədlərlə də ümumi sahəsi 218.5 kv.m olan mənzilin, İradə Bayramovaya və Nabatxanım Ramazanovaya məxsus faktiki sahənin müəyyən edilməsi mümkün olmamışdır.
18. Mübahisəli mənzilin plan sxemindən görünür ki, 4 otaq İradə Bayramovaya və 2 otaq Nabatxanım Ramazanovaya aid edilmişdir, eyni zamanda mənzildə ümumi istifadədə olan hissələr də qeyd edilmişdir.
19. Apellyasiya baxışı zamanı keçirilmiş yerli baxışda müəyyən edilmişdir ki, mübahisəli mənzil binanın ikinci mərtəbəsində yerləşir. Mənzilə daxil olduqda ilk olaraq mətbəx, mətbəxin sol hissəsində ümumi istifadədə olan vanna otağı və ümumi dəhliz yerləşir. Ümumi dəhlizin sağ hissəsində 2 otaq, dəhlizin sonunda iri zal yerləşir. Zaldan sonra ayrıayrı girişləri olan və ümumi d əhlizi zala birləşən 3 otaq yerləşir. Yerli baxış zamanı iştirak edən cavabdeh – qarşılıqlılı iddia üzrə iddiaçı Cavabdeh1 bildirdi ki, girişdən ümumi dəhlizin sağında yerləşən 2 otaq və zalın yanında olan 2 otaq, ümumilikdə mənzilin 4 otağının iddiaçı – qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus mülkiyyət sənədində əks olunan sahələrdir, digər sahələr isə ümumi istifadədə olan sahələrdir.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 29 iyun 2022-ci il tarixli, 2(103)-1263/2022 nömrəli qətnaməsi ilə (hakimlər – Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və R.M.Həsənov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi - qarşılıqlı iddia tələbinin ünvan 1 ünvanında yerləşən mənzili nə dair payın həcminin müəyyən edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmişdir. ünvan 1 ünvanında yerləşən mənzilin 67.4 kv.m sahəsinin ½ hissəsinə, yəni 33.6 kv.m sahəsinə Cavabdeh1 pay hüququnun tanınması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ünvan 1 ünvanında yerləşən mənzildəki əşyalar (cehiz əmlak kimi qaytarılmalı olan əşyalar istisna olmaqla) üzərində Cavabdeh1 və İddiaçı hər birinin ½ hissədə mülkiyyət hüquqları tanınması barədə düzgün nəticəyə gəlsə də, göstərilən mənzilin ümumilikdə tərəflərin hər birinin ½ hissədə mülkiyyət hüquqlarının tanınması barədə birinci instansiya məhkəməsi yanl ış nəticəyə gəlmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 - İ.X9 tərəfindən ona bağışlanan Atatürk pr-ti, ev 29 34 saylı mənzili sataraq, əldə edilmiş vəsait hesabına hazırda mübahisələndirilən evin müəyyən hissəsini əldə etməsini bildirsə də, bu barədə, yəni mübahisəli mənzilin müəyyən bir hissəsinin məhz İddiaçı bağışlanmış mənzilin satılmasından əldə edilməsi barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi işin qeyd olunan hallarına münasibət bildirmədən, ümumilikdə mənzil üzərində tərəflərin hər birinin ½ hissədə paylarını tanımışdır. Halbuki mənzilin yalnız 102.7 kv.m sahəsinə dair Sadıxova (Bayramova) İradə Şamil qızının mülkiyyətinə keçməsi ilə bağlı faktiki olaraq alqı-satqı müqavilələri və sərəncam mövcuddur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mübahisəli mənzilin 1 otağı – yaşayış sahəsi 35.3 kv.m Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 89 nömrəli sərəncamına əsasən Sadıxova (Bayramova) İradə Şamil qızının adına qeydiyyatdan keçdiyindən, həmin sahə əvəzsiz əldə edilmiş hesab edilir və qeyd olunan sahə tərəflərin birgə mülkiyyəti hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Bundan başqa, iddiaçının apellyasiya şikayəti mübahisəli mənzilə payın həcminin müəyyən edilməsi hissəsində əsaslı olmuşdur. Mübahisələnd irilən qalan hissələrdə isə apellyasiya şikayəti formal mülahizələrdən ibarət olmuşdur.
22. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 225.1, 372.1, 373.4, 373.5, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 23.1, 32.1, 32.2.2, 33.1, 33.2, 36.3, 36.8 və 36.9-cu maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin qismən ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarına tam və hərtərəfli qiymət vermədən qətnamə qəbul etmişdir. Belə k i, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnaməyə əsasən tərəflər arasında nikah xx.xx.2017-ci il tarixdə pozulmuşdur. Qeyd edilən maddi hüquq norması məhkəmə tərəfindən düzgün tətbiq edilməmiş və kobud qanun pozuntusuna yol verilmişdir. Belə ki, birinci instansiya məhkəməsi ilkin iddia üzrə Cavabdeh1 mübahisəli ünvanda yaşamasını əsas tutaraq iddia müddətinin axımının tərəflər arasındakı nikahın pozulduğu tarixdən, yəni xx.xx.2017-ci il tarixdən hesablamamışdır. Məhkəmənin mövqeyi belə olmuşdur ki, iddia müddətinin axımı ilkin iddia üzrə İddiaçı tərəfindən Cavabdeh1 qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddia verild iyi tarixdən hesablanmalıdır. Məhkəmənin bu mövqeyi tamamilə məntiqə və qanunaziddir. Çünki istənilən mübahisə üzrə (bəzi tələblər istisna olmaqla) iddia müddəti anlayışı vardır. Məhkəmələrin mövqeyindən belə məlum olur ki, iddia üzrə İddiaçı tərəfindən Cavabdeh1 qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsəydi bu iş üzrə iddia müddətinin axımı sonsuzadək başlamayacaqdı. Halbuki, ünvan 1 bağışlama, alqı-satqı müqaviləsi və sərəncam əsasında İddiaçı mülkiyyətinə keçmişdir. Həm xx.xx.1993-cü il tarixli, xx.xx.2002-ci il tarixli, həm xx.xx.2002-ci il tarixli alqı-satqı müqavilələri üzrə həm də, Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli sərəncamına, xx.xx.2003-cü il tarixli mühafizə müqaviləsinə Cavabd eh1 tərəfindən mənzilin İddiaçı mülkiyyətinə keçməsinə razılıq verilmişdir. Bu isə o deməkdir ki, hələ xx.xx.1998-ci il tarixdən ilkin iddia üzrə Cavabdeh1 bilirdi ki, ünvan 1 İddiaçı adına reyestrdən qeydiyyatdan keçmişdir. Ona görə də tərəflər arasındakı nikah pozulduqdan 3 il müddətində ümumi birgə əmlakın bölünməsi barədə iddia qaldırmalı idi. Çünki ona məlum idi ki, mənzil öz adına deyil. İddiaçı etiraf edir ki, Cavabdeh1 mübahisəli mənzilə istifadə hüququ və pasport qeydiyyatı var. Tərəflər arasındakı nikah pozulduqdan sonra Cavabdeh1 mübahisəli mənzildə yaşamağa davam etməklə mülkiyyət hüququnun deyil, istifadə hüququnun olduğunu realizə və nümayiş etdirmişdir. Çünki mülkiyyət hüququnu təsdiq edən hər-hansı sənədin onda olmadığını və mənzilin İddiaçı mülkiyyətində olduğunu və bunu n üçün özünün razılıq verdiyini bildirdi. Bütün qeyd olunanlara əsasən iddia müddətinin axımı tərəflər arasındakı nikahın pozulduğu, yəni xx.xx.2017-ci il tarixindən hesablanmalıdır. Nə birinci, nə də apellyasiya instansiyası məhkəməsi bu xüsusatlara fikir verməməklə ədalətli məhkəmə araşdırması hüququnu kobud şəkildə pozmuşdur. İddiaçı hesab edir ki, cavabdeh tərəfin mübahisəli mənzildə yaşaması onu iddia qaldırmaq hüququndan məhrum etmir. Qeyd olunanlardan əlavə, iddiaçı məhkəmə prosesində verdiyi izahat zamanı da bildirmişdir ki, Cavabdeh1 ilə yaşamaq qeyri-mümkün olduğuna görə məcburiyyət qarşılığında ona məxsus mənzildən çıxmışdır və bu günə qədər kirayədə qalır. Belə ki, hətta o evdən lazım olan əşyanı götürmək üçün getsə də, cavabdeh onu bıçaqla hədələyərək mənzilə daxil olmağa mane olmuşdur. İddiaçı Cavabdeh1 bu hərəkətləri məqsədli şəkildə etdiyini düşünür. Məqsədi isə iddiaçıya məxsus əmlakın yarısını ələ keçirməkdir. Lakin məhkəmə işin bu hallarına qiymət verməmiş və nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir.
25. Cavabdeh1 (Vəkil2) qətnamədən kassasiya şikayəti vermiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qismən – ünvan 1 ünvanında yerləşən mənzilin 67.4 kv.m. sahəsinin ½ hissəsinə, yəni 33.6 kv.m. sahəsinə Cavabdeh1 pay hüququnun tanınması hissəsində dəyişdirilərək, ünvan 1 ünvanında yerləşən mənzilin 102.7 kv.m. sahəsinin ½ hissəsinə, yəni 51.35 kv.m. sahəsinə Cavabdeh1 pay hüququnun tanınması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti qarşılıqlı iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olar aq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “birinci instansiya məhkəməsi işin qeyd olunan hallarına münasibət bildirmədən, ümumilikdə mənzil üzərində tərəflərin hər birinin ½ hissədə paylarını tanımışdır. Halbuki, mənzilin yalnız 102.7 kv.m. sahəsinə dair Sadıxova (Bayramova) İradə Şamil qızının mülkiyyətinə keçməsi ilə bağlı faktiki olaraq alqı-satqı müqavilələri və sərəncam mövcuddur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mübahisəli mənzilin 1 otağı – yaşayış sahəsi 35.3 kv.m. Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 89 nömrəli sərəncamına əsasən Sadıxova (Bayramova) İradə Şamil qızının adına qeydiyyatdan keçdiyindən, həmin sahə əvəzsiz əldə edilmiş hesab edilir və qeyd olunan sahə tərəflərin birgə mülkiyyəti hesab edilə bil məz”. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin mənzilin yalnız 102.7 kv.m. sahəsinin Sadıxova (Bayramova) İradə Şamil qızının mülkiyyətinə keçməsi ilə bağlı mövqeyi ilə razılaşsaq da, mübahisəli mənzilin 1 otağının – yaşayış sahəsi 35.3 kv.m. olan sahəsinin Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 89 nömrəli sərəncamına əsasən Sadıxova (Bayramova) İradə Şamil qızının adına qeydiyyatdan keçdiyindən, həmin sahənin əvəzsiz əldə edilmiş hesab edilməsi və qeyd olunan sahənin tərəflərin birgə mülkiyyəti hesab edilə bilməməsi ilə bağlı mövqeyi ilə razı deyilik. Birincisi, Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 89 nömrəli sərəncamına əsasən sahəsi 13.5 kv m. olan otaq bizim ailənin yaşadığı sahəsi 21,8 kv.m olan 1 otaqlı mənzilə əlavə edi lmişdir. Sahəsi 13,5 kv.m olan otaq birgə nikah dövründə əldə edilən sahəsi 21.8 kv.m. olan mənzilə əlavə edilməklə sahəsi 35,3 kv.m olan mənzil əmələ gəlmişdir. Məhkəmə isə bu hala qiymət vermədən sahəsi 35,3 kv.m olan bir otağın İradə Sadıxovaya (Bayramova) əvəzsiz verildiyini qeyd etmişdir. Sərəncamda qeyd etdiyi aydın şəkildə öz əksini tapmışdır. İkincisi, sərəncamda qeyd edilmişdir ki, İradə Sadıxova (Bayramova) 5 nəfər ailə tərkibi ilə sahəsi 35,3 kv.m. olan mənzilinin kirayəçisi hesab edilsin. Bir halı da qeyd edək ki, sahəsi 13,5 kv.m. olan otaq da İradə Sadıxovanın (Bayramovanın) özünə görə yox, 5 nəfər ailə üzvü ilə bir otaqlı mənzildə yaşadığına görə verildiyindən, həm də həmin müddətdən sonra həm sahəsi 13,5 kv.m. olan otaqda, həm də ümumi mənzildə Nazim Sadıxovun vəsaiti hesab ına əsaslı təmir getdiyindən, əsaslı dəyişikliklər edildiyindən (məhkəmə tərkibi yerli baxış zamanı əsaslı təmirin şahidi oldular) ünvan 1 ünvanında yerləşən mənzilin 102.7 kv.m. sahəsinin ½ hissəsinə, yəni 51.35 kv.m. sahəsinə Cavabdeh1 pay hüququ tanınmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, onun verdiyi kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin kassasiya şikayəti formal mülahizələrə əsaslanır. İddiaçı həmçinin qeyd etmişdir ki, əgər cavabdeh evin təmirinə xərc çəkdiyini sübut edən hər hansı əsaslı dəlili və ya sübutu məhkəməyə təqdim edərsə, o, evə d air iddiasından imtina etməyə hazırdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
30. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
31. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
32. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.
33. Maddə 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyib sə, xüsusi iddia müddətlərinə də şamil edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi 34.Maddə 23.1. Nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. 35.Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 36.Maddə 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasınd an asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 37.Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 38.Maddə 33.2. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. 39.Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 40.Maddə 36.8. Ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir. 41.Madd ə 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
46. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olu nmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instan siya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrı hissələrdə qismən mübahisələndirildiyindən məhkəmə aktı mübahisələndirilən hissələrdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmam ası halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək, ilk iddianın və qarşılıqlı iddianın qismən təmin olunması nəticəsinə gəlmişdir.
52. Məhkəmə haqlı olaraq daşınmaz əmlaka münasibətdə tərəflərin birgə nikah müddətində əldə edilmiş hissəsini birgə mülkiyyət kimi müəyyən edərək həmin hissələr üzrə payları müəyyən etmişdir. İddia müddətinin tətbiq olunmaması ilə bağlı kassasiya şikayətinin dəlilli isə əsassızdır, apellyasiya məhkəməsi bununla bağlı mövqeyini düzgün əsasl andırmışdır.
53. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
54. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və pro sessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 iyun 2022-ci il tarixli, 2(103)-1263/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.