Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-585/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə, Cavabdeh1nə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icra icraatından irəli gələn mübahisələr, hərracın nəticələrinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İd diaçı cavabdehlər Cavabdeh2 QSC-yə, Cavabdeh1nə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və "xxxx" MMC-yə qarşı “hərracın etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması” tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-898/2023 nömrəli iş üzrə 5 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə “21” fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2(025)-744/2018 nömrəli qətnaməsinə əsasən İddiaçı qətnam ənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 31 mart 2015-ci il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə 112.652,17 ABŞ dolları əsas, 53.904,06 ABŞ dolları faiz və 50 ABŞ dolları cərimə, cəmi 166.606,23 ABŞ dolları və 08 sentyabr 2015-ci il tarixli 007KK**********01 nömrəli kredit razılaşması üzrə 4.340,03 ABŞ dolları əsas və 50 ABŞ dolları cərimə olmaqla, cəmi 4.390,03 ABŞ dolları olmaqla, iki razılaşma üzrə ümumilikdə 170.996,26 (bir yüz yetmiş min doqquz yüz doxsan altı dollar iyirmi altı sent) ABŞ dolları məbləğində kredit borcunun iddiaçı Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutma açıq hərracdan satılmaqla ipoteka ilə yüklü edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı * ****** nömrəli çıxarışa əsasən (reyestr nömrəsi – **********99-06301; qeydiyyat nömrəsi – 190701199; qeydiyyat tarixi – xx.xx.2007-ci il) İddiaçı məxsus Qəbələ şəhəri Heydər Əliyev küçəsində yerləşən 8 saylı qeyri-yaşayış binasına (0,0106 ha torpaq sahəsi ilə birlikdə) və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa əsasən (reyestr nömrəsi – **********80-10301; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2010-cu il) İddiaçı məxsus Qəbələ rayonu ndə yerləşən fərdi yaşayış evinə (0,19 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra bir ay ərzində onun və ailə üzvlərinin evi tərk etmədikləri halda, onların həmin evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin evdən məcburi qaydada çıxarılmaqla, evin boşaldılaraq alıcıya təhvil verilməsi qət edilmişdir
2. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 oktyabr 2019-cu il tarixli, 2(107)-697/2019 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2 QSC tərəfindən verilmiş apelyasiya qismən şikayəti təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2018ci il tarixli, 2(025)-744/2018 nömrəli qətnaməsi “ipoteka predmeti olan ünvan 4ayış binasının (0,0106 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti 117.000 (bir yüz on yeddi min) manat, Qəbələ rayonu ndə yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiymətinin isə 138.000 (bir yüz otuz səkkiz) manat müəyyən edilməsi” hissəsində dəyişdirilməsi, ipoteka predmeti olan Qəbələ şəhəri Heydər Əliyev küçəsin də yerləşən 8 saylı qeyri-yaşayış binasının (0,0106 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti 100.000 (bir yüz min) manat, Qəbələ rayonu ndə yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti isə 80.000 (səksən min) manat həddində müəyyən edilmiş, Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 14 fevral 2020ci il tarixli, 2(102)-1276/2020 nömrəli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-697/2019 nömrəli iş üzrə 17 oktyabr 2019-cu il tarixli qətnaməsi qismən, iddianın qeyri-yaşayış binasına tutmanın yönəldikdən və o, satıldıqd an 1 ay sonra cavabdehin həmin əmlakdan çıxarılmasının, əmlakın boşaldılmasının və alıcıya təhvil verilməsinin təmin edilməməsi hissəsində və əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
4. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 fevral 2021-ci il tarixli, 2(107)-55/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli 2(025)-744/2018 nömrəli qətnaməsi dəyişdirilmiş, ipoteka predmeti olan ünvan 4ayış binasının (mağazanın) (0,0106 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış (likvid) qiyməti 115.000 (bir yüz on beş min) manat, Qəbələ rayonunun ndə yerləşə n fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış (likvid) qiyməti isə 100.000 (bir yüz min) manat həddində müəyyən edilməsi, İddiaçı mülkiyyətində olan qeyriyaşayış binasına (0.0106 ha torpaq sahəsi ilə birlikdə) tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri-yaşayış sahəsinin boşaldılması və Cavabdeh2 QSC-yə təhvil verilməsi, iş üzrə məhkəmə məsrəfi olan iki yüz manat cavabdehdən tutulub "xxxx" MMC-nin (VÖEN: **********, h/h AZ66AİİB**********3905478109, Kapital Bank ASC-nin Nərimanov filialı kod: 200093, VÖEN: **********, S.Wİ.F.T. AİİBAZ2X, m/h AZ37NABZ********************) hesabına keçirilməsi, Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edi lmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-4127/2021 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-55/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Cavabdeh1 tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 04 oktyabr 2022-ci il tarixli, 6127/9 nömrəli sifarişdən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-55/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq İddiaçı məxsus qeyri-yaşayış binasının (mağazanın) (0,0106 ha torpaq sahəsi ilə birlikdə), Qəbələ rayonunun ndə yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) hərrac vasitəsi ilə satışının keçirilməsi xahiş ed ilmişdir. 7. "xxxx" MMC-nin №385/2/22 nömrəli, xx.xx.2022-ci il tarixli “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” protokolun surətinə əsasən X1 məxsus Qəbələ rayonu, ndə yerləşən fərdi yaşayış evi (0,19 ha torpaq sahəsi ilə birlikdə) Şəki Apellyasiya Məhkəməsinin 2(107)-55/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin, Cavabdeh1 6127/9 nömrəli, xx.xx.2022-ci il tarixli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 100.000 manat, əmlakın təkrar hərracdakı satış qiyməti 63.750 manat olmaqla qalib alıcı Cavabdeh2 QSC-yə satılmışdır. 8. "xxxx" MMC-nin №385/1/22 nömrəli, xx.xx.2022-ci il tarixli “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” protokolun surətindən görünür ki, X1 məxsus ünva n 4ayış binası (mağaza, 0,00106 ha torpaq sahəsi ilə birlikdə) Şəki Apellyasiya Məhkəməsinin 2(107)-55/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin, Cavabdeh1 6127/9 nömrəli, xx.xx.2022-ci il tarixli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 115.000 manat, əmlakın təkrar hərracdakı satış qiyməti 73.312,50 manat olmaqla qalib alıcı Cavabdeh2 QSC-yə satılmışdır. 9. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” müqavilənin surətinə əsasən X1 məxsus Qəbələ rayonu, ndə yerləşən fərdi yaşayış evi (0,19 ha torpaq sahəsi ilə birlikdə) Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 55/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin, Cavabdeh1 6127/9 nömrəli, xx.xx.2022-ci il ta rixli sifariş məktubunun icrasına əsasən təkrar hərracdakı satış qiyməti 63.750 manat olmaqla qalib alıcı AccessBank” QSC-yə satılmışdır.
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********99-06301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli çıxarışın surətinə əsasən ünvan 2 ünvanında yerləşən 0,0106 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 89,24 m² olan qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə Cavabdeh2 QSC-nin adına qeydiyyata alınmışdır.
11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publi k Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********80-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, Qəbələ rayonu, ndə yerləşən 0,19 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 310,20 m² olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 QSC-nin adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdehlər Cavabdeh2 QSC-nə, Cavabdeh1nə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və "xxxx" MMC-yə qarşı “hərracın eti barsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4ayış binasına (mağaza, 0,0106 ha torpaq sahəsi ilə birlikdə) dair "xxxx" MMC-nin “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 28 noyabr 2022-ci il tarixli, 385/1/22 nömrəli protokolun, həmin protokol əsasında verilmiş alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 ASC-nin adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********999-06301 reyestr nömrəli çıxarışın ləğv edilməsi; Qəbələ rayonu, ndə yerləşən fərdi yaşayış evinə (0,19 ha torpaq sahəsi ilə birlikdə) dair "xxxx" MMC-nin “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 28 noyabr 2022ci il tarixli, 385/2/22 nömrəli protokolun, həmin protokol əsasında verilmiş alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 ASC-nin adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********80-06301 reyestr nömrəli çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı işin yuxarıda qeyd edilən faktiki ha llarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(107)55/2021 nömrəli icra vərəqəsinə əsasən icra hərəkətləri aparılmış və ona məxsus əmlak satışa çıxarılmışdır. Onun birinci hərrac barədə məlumatı olsa da, ikinci hərrac barədə məlumatı olmamışdır. Birinci hərracın ona bildirişi gəldiyindən, daha sonra ikinci hərrac barədə də bildiriş gələcəyini düşünmüşdür. Lakin ona ikinci hərrac barədə bildiriş gəlməmiş və bundan xəbəri olmamışdır. Bu yaxınlarda Cavabdeh1 icra məmuru, eyni zamanda Cavabdeh2 QSC-nin nümayəndəsi yaşadığı ünvana, eyni zamanda işlədiyi mağazaya gələrək ipoteka predmeti olan əmlakların Cavabdeh2 QSC-nin adına keçdiyini, onun həmin əmlakları boşaltmağı lazım olduğu bildirilmişdir. Onun isə bu proseslərdən h əmin günə qədər xəbəri olmamışdır. "xxxx" MMC-nin “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 28 noyabr 2022-ci il tarixli, 385/1/22 nömrəli protokoluna əsasən Şəki Apellyasiya Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(107)-55/2021 nömrəli icra sənədinə əsasən ona məxsus ünvan 4ayış binası (mağaza, 0,0106 ha torpaq sahəsi ilə birlikdə) 73.312,50 manata Cavabdeh2 QSC tərəfindən əldə edilmişdir. Həmçinin göstərilmişdir ki, əmlakın ilkin satış qiyməti 115.000 manat olmuş, “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 43.5-ci maddəsinə əsasən birinci hərracda 15 faiz, 43.7-cü maddəsinə əsasən 25 faiz azalmaqla 73.312,50 manat olmuşdur. Nəticədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət adastr və Reyestri Publik Hüquqi Şə xsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, ********** qeydiyyat nömrəli, **********999-06301 reyestr nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 0,0106 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 89.24 kv.m. qeyri-yaşayış binası Cavabdeh2 QSC-nin adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Eyni zamanda "xxxx" MMC-nin “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 28 noyabr 2022-ci il tarixli, 385/2/22 nömrəli protokoluna əsasən Şəki Apellyasiya Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(107)-55/2021 nömrəli icra sənədinə əsasən ona məxsus Qəbələ rayonu, ndə yerləşən fərdi yaşayış evi (0,19 ha torpaq sahəsi ilə birlikdə) 63.750 manata Cavabdeh2 QSC tə rəfindən əldə edilmişdir. Həmçinin göstərilmişdir ki, əmlakın ilkin satış qiyməti 100.000 manat olmuş, “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 43.5-ci maddəsinə əsasən birinci hərracda 15 faiz, 43.7-cü maddəsinə əsasən 25 faiz azalmaqla 63.750 manat olmuşdur. Nəticədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********80-06301 reyestr nömrəli çıxarışa əsasən Qəbələ rayonu ndə yerləşən 0,19 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh2 QSC-nin adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İddiaçının isə ikin ci hərracdan xəbəri olmamışdır. O, hərrac keçirilən vaxt həmin evin və qeyri-yaşayış binasının mülkiyyətçisi olduğu halda ikinci hərrac onun iştirakı olmadan təşkil olunmuş, həmin ev və qeyri-yaşayış binası dəyərindən ucuz qiymətə satılmış və evi və qeyri-yaşayış binasını alan isə onu ucuz qiymətə almaqda maraqlı olan bank olmuşdur. Hal-hazırda ona məxsus qeyri-yaşayış binasının qiyməti 200.000 manatdan çox, fərdi yaşayış evinin (torpaq sahəsi ilə birlikdə) qiyməti isə 150.000 manatdan çoxdur. Lakin ona məxsus evin və qeyri-yaşayış binasının dəyərindən xeyli az qiymətləndirilməsi ilə onun mülkiyyət hüquqları kəskin şəkildə pozmuşdur. Bu yaxınlarda icra məmuru və Cavabdeh2 QSC-nin nümayəndəsi yaşadığı ünvana gələn zaman ona məxsus ünvan 4ayış binasını (mağaza, 0,0106 ha torpaq sahəsi ilə bi rlikdə) və Qəbələ rayonu, ndə yerləşən fərdi yaşayış evini (0,19 ha torpaq sahəsi ilə birlikdə) Cavabdeh2 QSC tərəfindən alındığını və sonuncunun balansına keçirildiyini bildirmişlər. Bu yaxınlaradək qətnamə üzrə icra icraatına başlanması, əmlaklarının hərraca çıxarılması və hərracda satılması ona bildirilməmiş, rəsmi xəbərdarlıq göndərilməmiş, ikinci hərrac məqsədli şəkildə iştirakı olmadan həyata keçirilmişdir. Hesab edir ki, ikinci hərrac keçirilən zaman, onun hüquqları kobud surətdə pozularaq, əmlakları qanunsuz olaraq əlindən qərəzli şəkildə alınmışdır. Cavabdehlər hərracı keçirən təşkilatçılar bank ilə əlaqəyə girərək, əmlakları ona sərf edən ucuz, dəyərindən çox-çox aşağı qiymətə satılmasını təşkil etmiş və cavabdehlər bu cür qanunsuz hərəkətləri ilə ona külli miqdarda ziyan vurmuşl ar. Cavabdehlər onun maraqlarına toxunaraq, qanunsuz hərəkətləri ilə Mülki Məcəllənin və “İpoteka haqqında” Qanunun tələblərini kobud surətdə pozmuşlar. Hərracın keçirilməsi zamanı ipotekaya qoyulmuş daşınmaz əmlakların satılması “İcra haqqında” Azərbaycan Respublikası Qanunun, “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələbləri pozulmaqla həyata keçirildiyindən, ona məxsus ünvan 4ayış binası (mağaza, 0,0106 ha torpaq sahəsi ilə birlikdə) və Qəbələ rayonu, ndə yerləşən fərdi yaşayış evi (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilə bağlı hərracların yekunları barədə “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 28 noyabr 2022-ci il tarixli, 385/1/22 nömrəli protokolun və “ipoteka pr edmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 28 noyabr 2022-ci il tarixli, 385/2/22 nömrəli protokolun və hərracın yekunları üzrə həmin tarixli əmlakın alqı-satqı müqavilələri etibarsız hesab olunmalıdır. Belə ki, qeyd olunan hərracların keçirilməsi ilə bağlı əmlakların mülkiyyətçisinə, yəni ona qanunla müəyyən olunmuş qaydada bildirişlər göndərilməmiş və onun həmin hərrac barədə məlumatı olmamışdır. Bu isə onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Ona məxsus ünvan 4ayış binası (mağaza, 0,0106 ha torpaq sahəsi ilə birlikdə) “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 28 noyabr 2022-ci il tarixli, 385/1/22 nömrəli protokola əsasən Cavabdeh2 QSC-yə satılmış və daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 QSC-nin adına qeydiyyata a lınmamışdır. Eyni zamanda ona məxsus Qəbələ rayonu, ndə yerləşən fərdi yaşayış evi (0,19 ha torpaq sahəsi ilə birlikdə) “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 28 noyabr 2022-ci il tarixli, 385/2/22 nömrəli protokola əsasən Cavabdeh2 QSC-yə satılmış və daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 QSC-nin adına qeydiyyata alınmamışdır. Hesab edir ki, hərracların nəticələri haqqında yekun protokollar etibarsız olduğundan ünvan 4ayış binası (mağaza, 0,0106 ha torpaq sahəsi ilə birlikdə) və Qəbələ rayonu, ndə yerləşən fərdi yaşayış evi (0,19 ha torpaq sahəsi ilə birlikdə) üzərində Cavabdeh2 QSC-nin mülkiyyət hüququna dair qeydiyyat ləğv edilməli, həmin əşyalar, daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə onun adına qeydiyyata alınmalıdır. Başqa sözl ə, Cavabdeh2 QSC-nin adına verilmiş çıxarışlar ləğv edilməlidir.
14. Qəbələ Rayon Məhkəməsinin (hakim A.B.Əliyev) 15 may 2023-cü il tarixli, 2(025)-445/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
15. Məhkəmə hesab etmişdir ki, ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 0,0106 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 89,24 m² olan qeyri-yaşayış binası və Qəbələ rayonu, ndə yerləşən 0,19 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 310,20 m² olan fərdi yaşayış evi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun müvafiq maddələrinin tələblərinə uyğun olaraq hərracda satılaraq özgəninkiləşdirilmişdir.Bu səbəbdən də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
16. Məhkəmə iddiaçının əsas gətirdiyi, hərrac təşkilatçısının hərracın keçirilməsi barədə ona məlumat verməməsini, hərracın onun xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etmişdir ki, iş materiallarında olan "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022ci il tarixli və xx.xx.2022-ci il tarixli teleqramların surətindən görünür ki, "xxxx" MMC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli göndəriş xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixli göndəriş xx.xx.2022-ci il tarixdə sonuncuya çatdırılmışdır. Eyni zamanda iş materiallarında olan “MARKET” qəzetinin surətindən görünür ki, qeyri-yaşayış binasının (mağaza 0,0106 ha torpaq sahəsi ilə birlikdə), ilkin satış qiyməti 115.000 manat; Qəbələ rayonunun ndə yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qi yməti 100.000 manat olmaqla hərracın 02 noyabr 2022-ci il, saat 11:00-da keçiriləcəyi barədə qəzetdə elan verilmişdir. Bundan əlavə iş materiallarında olan “MARKET” qəzetinin surətindən görünür ki, qeyri-yaşayış binasının (mağaza 0,0106 ha torpaq sahəsi ilə birlikdə), ilkin satış qiyməti 97750 manat; Qəbələ rayonunun ndə yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti 85.000 manat olmaqla hərracın 21 noyabr 2022-ci il, saat 11:00-da keçiriləcəyi barədə qəzetdə elan verilmişdir. Hərrac təşkilatı tərəfindən işin faktiki hallarını araşdıran məhkəməyə təqdim etdiyi sübutlarla (teleqramlar ilə) müəyyən olunmuşdur ki, hərracın keçirilməsinin vaxtı və yeri barədə bildirişlər iddiaçının yaşadığı (ipoteka predmeti olan) ünvana göndərilmiş və imza edilməklə həm in ünvanda təqdim olunmuşdur. İddiaçının keçirilmiş hərrac barədə məlumatlandırılmamasına dair dəlilləri həqiqətə uyğun deyil və iş materialları ilə təkzib olunmuşdur. Həmçinin məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla və verdikləri izahatlardan da məlum olmuşdur ki, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının tam məlumatı olmuşdur.
17. Məhkəmə iş üzrə gəldiyi nəticənin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2, 416.1, 425.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.1, 42.1, 43.4, 43.5, 43.7-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1 və 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı qətnamədən ap ellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini rədd edərkən işin mövcud hallarını araşdırmamış, tərəflərin, xüsusilə cavabdehin təqdim etdiyi sübutları kifayət qədər araşdırmamış, Mülki Məcəllənin və Mülki Prosessual Məcəllənin tələblərini pozmuş, nəticədə əsassız qətnamə qəbul etmişdir. Yalnız cavabdeh tərəflərin əsassız və qanunsuz “sübutları”na istinad etmişdir. Hərrac qanunsuz və əsassız aparılıb, keçirilməmişdir, formal tələblərə əməl edilməmişdir, nəticədə kobud şəkildə mülkiyyət hüququndan məhrum edilmişdir. Qeyd edir ki, həmin fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır və yeganə yaşayış yeridir. Lakin təəssü flər olsun ki, Qəbələ Rayon Məhkəməsi öz qərarının əsaslandırıcı hissəsində ona da vurğu etmişdir ki, iddiaçının hərracın yekunlarından xəbəri olmuşdur, bunu onunla əsaslandırmıdır ki, “iş materiallarında olan "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli teleqramların surətindən görünür ki, "xxxx" MMC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli göndəriş xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixli göndəriş xx.xx.2022-ci il tarixdə sonuncuya çatdırılmışdır.” Lakin həmin teleqramların həqiqətən də iddiaçı tərəfindən qəbul edilməsini kifayət qədər araşdırmamış, bununla bağlı sorğular verməmişdir.
20. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – M.A.Əsədli (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və E.M.Mehdiyev) 2(107)-898/2023 nöm rəli iş üzrə 5 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Qəbələ Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(025)-445/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin və Mülki Prosessual Məcəllənin hansı tələblərinin pozulduğu apelyator tərəfindən əsaslandırılmasmışdır. Birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin və Mülki Prosessual Məcəllənin t ələblərinin pozulduğu müəyyən edilmir. Ona görə də şikayət həmin hissədə əsassız olduğundan təmin edilə bilməz.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, şikayətin digər dəlili ondan ibarətdir ki, Qəbələ Rayon Məhkəməsi öz qərarının əsaslandırıcı hissəsində ona da vurğu etmişdir ki, iddiaçının hərracın yekunlarından xəbəri olmuşdur, bunu onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli teleqram xx.xx.2022-ci il tarixdə çatdırılmış, xx.xx.2022-ci il tarixli teleqram xx.xx.2022-ci il tarixdə sonuncuya çatdırılmışdır.” Lakin həmin teleqramların həqiqətən də onun tərəfindən qəbul edilməsini kifayət qədər araşdırmamış, bununla bağlı sorğular verməmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi apellyatorun şikayətinin həmin dəlillərini əsassı z hesab edərək, qeyd etmişdir ki, adı keçən teleqramların iddiaçıya çatdırılıbçatdırılmamsı barədə əlavə sorğu verməyə lüzum olmamışdır. Çünki iş materiallarında olan sorğudan görünür ki, "xxxx" MMC-nin Azərpoçt MMC-yə ünvanlanmış sorğusuna artıq cavab verilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, eyni zamanda iş materiallarında olan “MARKET” qəzetinin surətindən görünür ki, qeyri-yaşayış binasının (mağaza 0,0106 ha torpaq sahəsi ilə birlikdə), ilkin satış qiyməti 115.000 manat; Qəbələ rayonunun ndə yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti 100.000 manat olmaqla hərracın 02 noyabr 2022-ci il, saat 11:00-da keçiriləcəyi barədə qəzetdə elan verilmişdir. Bundan əlavə iş materiallarında olan “MARKET” qəzetinin surəti ndən görünür ki, qeyri-yaşayış binasının (mağaza 0,0106 ha torpaq sahəsi ilə birlikdə), ilkin satış qiyməti 97.750 manat; Qəbələ rayonunun ndə yerləşən fərdi yaşayış evinin (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti 85.000 manat olmaqla hərracın 21 noyabr 2022-ci il, saat 11:00-da keçiriləcəyi barədə qəzetdə elan verilmişdir. Hərrac təşkilatı tərəfindən işin faktiki hallarını araşdıran məhkəməyə təqdim etdiyi sübutlarla (teleqramlar ilə) müəyyən olunmuşdur ki, hərracın keçirilməsinin vaxtı və yeri barədə bildirişlər iddiaçının yaşadığı (ipoteka predmeti olan) ünvana göndərilmiş və imza edilməklə həmin ünvanda təqdim olunmuşdur. İddiaçının keçirilmiş hərrac barədə məlumatlandırılmamasına dair dəlilləri həqiqətə uyğun deyil və iş materialları ilə təkzib olunmuşdur. Həmçinin m əhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla və verdikləri izahatlardan da məlum olmuşdur ki, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının tam məlumatı olmuşdur.
25. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 55/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin, Cavabdeh1 6127/9 nömrəli, xx.xx.2022-ci il tarixli sifariş məktubunun icrasına əsasən, İddiaçı məxsus qeyri-yaşayış binası (mağazanın) (0,0106 ha torpaq sahəsi ilə birlikdə) və Qəbələ rayonunun ndə yerləşən fərdi yaşayış evi (0,19 ha torpaq sahəsi ilə birlikdə) ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlaklar qüvvədə olan qanunvericiliyin tələbl ərinə uyğun olaraq alıcı Cavabdeh2 QSC-nə satılmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 0,0106 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 89,24 m² olan qeyri-yaşayış binası və Qəbələ rayonu, ndə yerləşən 0,19 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 310,20 m² olan fərdi yaşayış evi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərracda satılaraq özgəninkiləşdirilmişdir
26. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2, 416.1, 425.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qan ununun 41.1, 42.1, 43.4, 43.5, 43.7-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı (vəkili Nümayəndə4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
28. Cavabdeh kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun ol araq belə əsaslandırmışdır ki, hərrac qanuni qaydada keçirilməmiş, keçirilmiş hərrac nəticəsində iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə instansiyaları hərracın keçirilməsini kifayət qədər araşdırmamış, nəticədə bankın iddiaçının mülkiyyətində olan iki əmlakı həddən artıq aşağı qiymətə əldə etməsinə səbəb olmuşdur. İddiaçı hərrac prosesindən məlumatsız olduğundan və ona ikinci hərrac barədə lazımi məlumat verilmədiyindən qətnamədə nəzərdə tutulan məbləği tələbkar Cavabdeh2 QSC-yə ödəyə bilməmişdir. Nəticədə hüquqları pozularaq mülkiyyət hüququndan məhrum olmuşdur. Əgər hərrac təşkilatı qanunamüvafiq qaydada hərracı keçirmiş və iddiaçıya məlumat vermiş olsaydı iddiaçı qalıq borcunu iddiaçı təşkilata ödəyərək hərracın keçirilməsini dayandıra və mülkiyyətində olmuş ə mlakların bank tərəfindən alınmasını və mülkiyyət hüquqlarının pozulmasının qarşısını ala bilərdi. Məhkəmələrin qətnamələrində göstərilmişdir ki, iddiaçının keçirilmiş hərrac barədə məlumatlandırılmamasına dair dəlilləri həqiqətə uyğun deyil və iş materialları ilə təkzib olunmuşdur. Lakin məhkəmə iddiaçının hərracdan xəbəri olmasını məhkəmə iclasında tədqiq olunmuş hansı sübutlarla olmasını əsaslandırmamışdır. Yalnız şablon ifadələrdən istifadə etmişdir. Birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin qətnamələrində həmçinin göstərilmişdir ki, iş materiallarında olan "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli teleqramların surətindən görünür ki, "xxxx" MMC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli göndəriş xx.xx.2022-ci il tarixdə, x x.xx.2022-ci il tarixli göndəriş xx.xx.2022-ci il tarixdə sonuncuya çatdırılmışdır. Lakin iddiaçı bu halla məhkəmə iclasları zamanı da razılaşmamışdır. Məhkəmə isə teleqramın həqiqətən də iddiaçıya çatmasını müvafiq Poçt orqanına sorğu verməklə dəqiqləşdirməmişdir. Yalnız cavabdeh tərəflərin əsassız və qanunsuz “sübutları”na istinad etmişdir. Bu isə məhkəmələrin işə səthi yanaşmasını və işin həqiqi hallarının müəyyən edilməməsini sübut edir. Məhkəmə iddia tələbini rədd edərkən işin mövcud hallarını araşdırmamış, tərəflərin, xüsusilə cavabdehin təqdim etdiyi sübutları kifayət qədər araşdırmamış, Mülki Məcəllənin və Mülki Prosessual Məcəllənin tələblərini pozmuş, nəticədə əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz da xil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 415.2.Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
31. Maddə 416.1.Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
32. Maddə 425.1.Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
33. Maddə 41.1.İpoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər.
34. Maddə 42.1.Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc et dirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
35. Maddə 43.4.İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir
36. Maddə 43.5.Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxla yanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
37. Maddə 43.7.Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanm asına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarı 38. “....Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki,bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhə miyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın l əğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya ins tansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
49. Kassasiya instansiyası məhkəməsi ilk növbədə qeyd edir ki, kassatorun kassasiya şikayətində göstərdiyi “məhkəmənin iddiaçının hərracdan xəbəri olmasını məhkəmə iclasında tədqiq olunmuş hansı sübutlarla olmasını əsaslandırmaması, yalnız şablon ifadələrdən istifadə etməsi ” dəlili ilə “birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin qətnamələrində həmçinin göstərilmişdir ki, iş materiallarında olan "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli teleqramların surətindən görünür ki, "xxxx" MMC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli göndəriş xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixli göndəriş xx.xx.2022-ci il tarixdə sonuncuya çatdırılmışdır. Məhkəmə isə teleqramın həqiqətən də iddiaçıya çatmasını müvafiq poçt orqanına sorğu verməklə dəqiqləşdirməmişdir” dəlili ziddiyyət təşkil edir.
50. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli teleqramların həqiqətən də iddiaçıya çatmasını müvafiq Poçt orqanına sorğu verməklə dəqiqlə şdirməməsi dəlilinə münasibətdə qeyd edir ki, bununla bağlı məhkəmənin sorğu vermək vəzifəsi yoxdur. Göstərilən teleqramlar rəsmi poçt rabitəsi tərəfindən verilən teleqramlardır və bunun mötəbərliliyini şübhə altına alan hər hansı sübutu iddiaçı məhkəməyə təqdim etməmişdir.
51. Həmçinin nəzərə alınmalıdır ki, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında vurğulamışdır ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatç ı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki,bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.
52. Beləliklə, hərracın təşkili, keçiril məsi qaydası və proseduru ilə bağlı hərrac təşkilatı tərəfindən hər hansı pozuntuya yol verilməmişdir. İddiaçının hərracın keçirilməsi proseduru barədə məlumatlandırılmaması iş materialları ilə təkzib olunmuşdur.
53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət veri ldiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
55. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-898/2023 nömrəli iş üzrə 5 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Sənan Hacıyev Elşanə Vəliyeva Elşad Şamayev