Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-585/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində X8 və Ucar rayon İcra və probasiya şöbəsi işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qiymətləndirmə rəyinin mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər X5 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçılar İddiaçı1 Xanlar oğlu və İddiaçı2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində X8 işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-788/2024 nömrəli, 28 avqust 2024-cü il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 1MK984 saylı icra sənədinə əsasən borclu X1 cəmi 40.000.000 manat (köhnə) alınıb tələbkar İddiaçı1 verilməsi qət edilmişdir.
2. Ucar rayon Məhkəməsinin 2-2 saylı, xx.xx.2006-cı il tarixli icra sənədinə əsasən borclu X1 6000 manat pulun alınıb tələbkar İddiaçı1 verilməsi qət edilmişdir.
3. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2006-ci il tarixli, 1MK4616/06 saylı icra sənədinə əsasən borclu X1 200 manat pulun alınıb tələbkar İddiaçı1 verilməsi qət edilmişdir.
4. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-177/2008 saylı, xx.xx.2007-ci il tarixli icra sənədinə əsasən borclu X2 500 manat, mənəvi ziyana görə 500 manat pul tutulub tələbkar İddiaçı2 verilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2008-ci il tarixdə icraata daxil olmuş, qanunla müəyyən olunmuş qaydada icra tədbirləri görülmüş, aidiyyatı orqanlara müvafiq sorğular verilmiş, cavablara əsasən borcluda tələbin yönəldilməsi mümkün olan əmlaklar və gəlirlər aşkar edilməmişdir.
5. Ucar Rayon Məhkəməsinin 2(063)-191/2007 saylı, xx.xx.2007-cı il tarixli icra sənədinə əsasən borclu X1 5000 manat pul alınıb, tələbkar İddiaçı1 verilməsi qət edilmişdir. Borclunun əmlak vəziyyəti yoxlanılaraq xx.xx.2015-ci il tarixdə onun mülkiyyətində Ucar rayonu Qazyan kəndində 1,64 ha torpaq sahəsi aşkar edilmiş, icra sənədinin icrasının təmini və məcburi icra tədbiri olaraq həmən torpaq sahəsinə həbsin qoyulması barədə təqdimatla Ucar Rayon Məhkəməsinə müraciət edilmiş, məhkəmənin 8(063)-108/201 saylı, xx.xx.2015-ci il tarixli qərardadı ilə qeyd edilən torpaq sahəsinə həbs qoyulmuşdur. Qeyd edilən torpaq sahəsi Cavabdeh1 MMC-nin 15-998 saylı hesabatına əsasən 16400 manat məbləğində qiymətləndirilmişdir. Həmin torpaq sahəsi “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 53-ci maddəsinin tələblərinə əsasən borc əvəzinə tələbkara xx.xx.2015-ci il tarixdə təklif edilmiş, lakin tələbkar bundan imtin a etmişdir. Həmin əmlak barəsində qanunvericiliyin tələbinə əsasən "xxxx" MMC-yə hərrac vasitəsi ilə satılması üçün sifariş verilmiş, hərrac keçirilmiş, lakin alıcı olmadığı üçün əmlak satılmamışdır. Həmin torpaq sahəsi “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-ci maddəsinin tələblərinə əsasən tələbkara xx.xx.2016-cı ildə yenidən təklif edilmiş, lakin tələbkar xx.xx.2016-cı il tarixli ərizəsinə əsasən bundan imtina edərək icra sənədinin icraatını dayandırılmasını bildirmişdir. Ucar rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8(063)-60/2016 saylı qərardadına əsasən icra sənədləri üzrə icraat dayandırılmışdır.
6. Cavabdeh2 MMC-nin xx.xx.2016-cı il tarixli, ƏEM/S 18-363/16 saylı rəyinə əsasən Ucar rayonu, Qəzyan kəndində yerləşən 1.64 hektar (164 sot) torpaq sahəsinin bazar dəyə ri 16000,0 manat müəyyən edilmişdir.
7. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi idarəsi tərəfindən vəkil Rasim Vəliyevə ünvanlanmış xx.xx.2016-cı il tarixli cavab məktubuna əsasən Ucar rayonu Qazyan kəndində yerləşən 1,86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin keyfiyyət qrupu 3-4 olmaqla bir hektarının alqı-satqı dəyəri 2015- 2016-cı illərdə 800 manat civarında dəyişmişdir.
8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən Ucar rayon İcra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən Ucar rayonu Qazyan kəndində yerləşən 1,64 ha torpaq sahəsinin bir hektarının 2015-2016-cı illərdə və bü günə olan bazar dəyəri təxminən 800 manat məbləğindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçılar İddiaçı1 Xanlar oğlu və İddiaçı2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində X8 işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC tərəfindən tərtib olunmuş xx.xx.2015-ci il tarixli və Cavabdeh2 MMC tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatların ləğv edilməsini xahiş etmişlər.
10. İddia tələbi onunla əsaslandırmışdır ki, bir nəfər onlara borclu olan şəxs 20052007-ci illər ərzində 5 ədəd qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə əsasən onlara 15.700 manat pul ödəməlidir. Lakin bundan xeyli müddət keçməsinə baxmayaraq, o, həmin pulu onlara ödəməmişdir. 2015-ci ilin iyul ayınd a isə onların çoxsaylı müraciətlərindən sonra o, inzibati məsuliyyətə cəlb olunmuş və onun ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. Daha sonra həmin şəxs cinayət məsuliyyətindən yayınmaq üçün müxtəlif vasitələrə əl atmışdır. Belə ki, onun anası Ucar rayonunun Qazyan kəndində yerləşən pay torpaq sahəsini alaraq, oğluna bağışlamışdır. Bundan sonra onlara borclu olan həmin şəxs 1,64 hektar torpaq sahəsinə görə öz adına xx.xx.2015-ci il tarixdə çıxarış almışdır. Cəmi 1 aydan sonra isə həmin torpaq cavabdehlər tərəfindən qiymətləndirilmiş və faktiki olaraq 300 manata alınmış torpaq sahəsinə bir cavabdeh tərəfindən 16.000, digəri tərəfindən isə 16.400 manat qiymət qoyulmuşdur. Bundan sonra həmin torpaq 15.700 manata onlara təklif edilmiş və onlar da əlbəttə ki, bunu qəbul etməmişlər. Beləliklə, belə görüntü yaradılmışdır ki, onlara borclu olan şəxs qətnamələrin icrasında qərəzli deyildir və bununla da o, cinayət məsuliyyətindən canını qurtarmışdır. Bundan sonra onların vəkili Rasim Vəliyev vasitəsi ilə DƏDRX-nin 16 saylı Ucar ərazi İdarəsinə 3 dəfə sorğu vermişlər və onlara məlum olmuşdur ki, həmin torpaq sahəsinin bazar qiyməti həm 2015-2016-cı illərdə, həm də xx.xx.2018-ci illərdə bazar qiyməti hektarı 800 manat olmuşdur. Bundan başqa, onların Ucar rayon İcra və probasiya şöbəsinə etdiyi müraciət əsasında həmin şöbə müvafiq dövlət orqanına sorğu vermiş və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi şöbəyə cavab vermişdir ki, Ucar rayonunun Qazyan kəndində yerləşən 1,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2015-2016cı illərdə və bu günə olan bazar qiyməti təxminən 800 manat məbləğindədir. Odur ki, Cavabdeh1 MMC tərəfindən tərtib olunmuş xx.xx.2015-ci il tarixli və Cavabdeh2 MMC tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatların ləğv edilməsini xahiş etmişlər. 11. 3-cü şəxs X8 məhkəməyə öz etirazını ünvanlayaraq bildirmişdir ki, iddianı qanunsuz və əsassız hesab edir. Belə ki, Cavabdeh1 MMC tərəfindən tərtib olunmuş xx.xx.2015-ci il tarixli və Cavabdeh2 MMC tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatlar iddiaçılar İddiaçı1 və İddiaçı2 heç bir hüquqlarını pozmur. Həmin hesabatlarla iddiaçılar İddiaçı1 və İddiaçı2 əmlakları deyil, iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X6 məxsus əmlak qiymətləndirilmişdir. Bu səbəbdən hesab edir ki, Cavabdeh1 MMC tərəfindən tərtib olunmuş xx.xx.2015-ci il tarixli və Cavabdeh2 MMC tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatları mübahisələndirmək üçün iddiaçılar İddiaçı1 və İddiaçı2 müvafiq subyektiv hüquqa malik deyillər. Cavabdeh1 MMC tərəfindən tərtib olunmuş xx.xx.2015-ci il tarixli və Cavabdeh2 MMC tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatlardan görünür ki, X6 məxsus 1,64 ha torpaq sahəsinə 16000-16400 manat qiymət qoyulmuşdur. Rəydə əmlakın təsviri haqqında məlumat verilmiş, müxtəlif profillərdən şəkilləri çəkilmiş, torpaq sahəsinə uyğun satış və təkliflər tapılaraq təhlil olunmuşdur. Araşd ırılmış qiymətlər arasındakı fərq faiz nisbəti ilə müəyyənləşdirilmiş, bununla da bazar qiyməti müəyyən edilmişdir. Qiymətləndirmə zamanı həmin qiymətləndirmə obyektinə dair qiymətin hansı meyarlara əsasən təyin olunduğu göstərilmişdir. Göründüyü kimi, mübahisələndirilən hesabatda göstərilmiş qiymətlərin açıq-aşkar əsassız olduğunu təsdiq edən sübutlar iddiaçılar tərəfindən iddia ərizəsinə əlavə edilməmiş, məhkəmə baxışı zamanı belə hal müəyyən edilməmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin əsaslandırarkən, iddianın hüquqi əsası kimi “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna istinad etmişlər. Qeyd etməyi vacib bilir ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunda əmlakın dəyərini müəyyənləşdirən qiymətləndiricinin hesabatının məhkəmə qaydasında mübahisələndirilməsi imk anının nəzərdə tutulması istənilən halda qiymətləndiricinin hesabatının ləğv edilməli olması kimi başa düşülə bilməz. Belə ki, həmin qiymətləndirmə hesabatı yalnız tərəfin hüququnun pozuntusunun yarandığı güman edilən real vəziyyətlərdə ləğv oluna bilər. İcra icraatı zamanı isə tələbkarın hüququnun pozuntusunun yarandığı an qiymətləndirmənin aparılaraq hər hansı bir qiymətin müəyyən edildiyi an deyildir. Həmin an müəyyən edilmiş qiymətləndirmə əsasında əmlakın tələbkara təklif olunaraq onun tərəfindən qəbul edildiyi və yaxud yenə müəyyən edilmiş qiymətləndirmə əsasında icra məmurunun sifarişi üzrə hərracın keçirilməsi nəticəsində əmlakın satıldığı andır. Bu baxımdan, əgər digər növbəti icra hərəkətləri aparılmışdırsa, həmin icra hərəkətləri mübahisələndirilmədən yalnız əmlakın qiymətləndir ilməsi faktına dair mübahisə açılması hüquq və azadlıqların məhkəmə təminatına imkan verə bilməz. Həmin qiymətləndirmə hesabatları yalnız tərəfin hüququnun pozuntusunun yarandığı güman edilən real vəziyyətlərdə ləğv oluna bilər. Göründüyü kimi, Cavabdeh1 MMC tərəfindən tərtib olunmuş xx.xx.2015-ci il tarixli və Cavabdeh2 MMC tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatları mübahisələndirmək üçün iddiaçılar İddiaçı1 və İddiaçı2 müvafiq subyektiv hüquqa malik deyillər. "M.Bağırovun şikayəti üzrə" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk n övbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraat başlamaq haqqında qərar borcluya təqdim ol unduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici məhkəmə icraçısı tərəfindən dəvət olunur. Həmin Qanunun 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak qanunla dövriyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən və əmlakın növlərindən asılı olamayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbka r imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Yuxarıda sadalanan qanunverciliyin tələbinə əsasən onun qətnamə ilə ödənilməli olan pulu birdəfəlik iddiaçılar İddiaçı1 və İddiaçı2 ödəmək imkanı və yetərli pul vəsaiti olmadığına görə və tələb onun mülkiyyətində olan 1.64 hektar torpaq sahəsinə yönəlməli olduğuna görə o könüllü olaraq həmin torpaq sahəsini tələbkarlara təklif etmişdir. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalı, əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunmalı, tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra vərəqəsi isə icra sənədini vermiş məhkəməyə qaytarılmalıdır. Hazırda isə tələbkarlar onun mülkiyyətində olan 1,64 ha torpaq sahəsini nə qəbul etmirlər, nədəki həmin torpaq sahəsindən imtina etmirlər. Əsassız olaraq və heç bir subyektiv hüquqa malik olmadıqları halda qiymətləndiricinin hesabatını məhkəmə qaydasında mübahisələndirirlər. Odur ki, göstərilənlərə əsasən iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
12. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 10/6237 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, 20152016-cı illərə dair internet saytı, təklif olunan qiymətlər, sövdələşmə qiymətləri ilə bağlı olaraq hər bir seçilmiş analoq üzrə məlumatlar və eləcə də, qeyd olunan tarixdə daşınmaz əmlakın qiymətləndirilməsinə dair tədqiqat aparılmadığını və bununla əlaqədar baza məlumatları olmadığından, Ucar rayonu Qəzyan kəndində yerləşən X6 məxsus ümumi sahəsi 1,64 ha tor paq sahəsinin müqavilə bağlandığı tarixdə olan bazar qiymətinə uyğun, yəni torpaq sahəsinin 2015-2016-cı il tarixlərinə bazar qiymətləri müəyyən etmək mümkün olmamışdır.
13. Bakı şəhər Səbail Rayon Məhkəməsinin (hakim-Mədinə Bağırova) 27 sentyabr 2023-cü il tarixli, 2(009)-61/2023 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 50 manatın iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, adı çəkilən daşınmaz əmlakın Cavabdeh2 MMC tərəfindən müəyyənləşdirilmiş qiyməti (müvafiq olaraq 16000 mana t) ilə Cavabdeh1 MMC tərəfindən müəyyənləşdirilmiş (yəni 16400 manat) qiymət arasında böyük fərq olmadığından iddianın təmin olunması və Cavabdeh2 MMC və Cavabdeh1 MMC-nin mübahisələndirilən qiymətləndirmə hesabatlarının ləğv edilməsi üçün hüquqi əsas yoxdur.
15. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, 3-cü şəxs X8 tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizəsi müddət ötürülmədiyindən tətbiq edilməməlidir.
16. Məhkəmə öz mövqeyini “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 5, 7, 8, 9-cu; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 77.1, 88, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti əsaslandırılmşdır ki, hakim ümumiyyətlə onunla qərəzli olmuş, 2 dəfə onun iddia ərizənə baxmaq istəməmiş, buna görə də apellyasiya məhkəməsində 2 dəfə qərardadı ləğv olunmuşdur. İddiaçı bütün bunlara görə 2 dəfə ona etiraz versə də, etirazı təmin olunmamış və həmin etirazların təmin edilməməsi barədə ona heç bir qərar göndərilməmişdir. Bundan başqa o, məhkəmə baxışında üzürlü səbəblərdən iştirak edə bilmədiyi üçün iclasın iki həftə təxirə salınması barədə məhkəməyə teleqram göndərsə də, hakim onun iştirakı olmadan işə baxıb, qətnamə çıxarmışdır. Halbuki, iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək “hipertaniya xəstəliyi İİİ mərhələ çox yüksək risq” diaqnozu ilə müalicədə olmuş və bu barədə müvafiq tibbi ar ayışı vardır. Onu da göstərmək istəyir ki, məhkəmə prosesində digər tərəflər də iştirak etməmişdirlər. Lakin yekunda məhkəmənin 7 sentyabr 2022-ci il tarixli qərardadı ilə ekspertiza təyin edilməsinə baxmayaraq, ekspert 5 aydan sonra xx.xx.2023-cü il tarixdə rəy vermiş, hakim bu qanun pozuntusuna heç bir reaksiya verməmiş, ekspert faktiki olaraq heç bir rəy vermədiyi halda ondan 50 manat məbləğində ekspertiza xərcinin dəyərinin tutulması haqqında qərar çıxarmışdır. Bunlar da onu bir daha təsdiq edir ki, hakim iddiaçı ilə qərəzli olmuşdur. Qanundan da göründüyü kimi qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Burdan belə aydın olur ki, qiymətləndirmənin nəticələri haqqında hes abatlar ləğv edilməyəcəyi təqdirdə verilmiş həmin hesabatlar həqiqi sayılacaq və icra məmuru əmlakı yenidən qiymətləndirsə belə əvvəlki həmin qeyri-dəqiq hesabatlar dəqiq sayılmalı olacaq. Halbuki, cavabdehlərin ekspertiza ilə məşğul olması üçün xüsusi lisenziyaları olmamış və buna görə də onların verdiyi rəylər ekspert rəyi hesab oluna bilməz. Bundan başqa cavabdehlər özəl müəssələrdir və onların heç bir məsuliyyətləri yoxdur. Əgər Ucar Rayon İcra Şöbəsi rəyin verilməsi üçün daha məsuliyyətli orqana, məsələn, Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinə müraciət etsəydi, daha əsaslı rəy ala bilərdi. Onu da bildirmək istəyir ki, onun növbəti müraciətlərindən sonra vəkilii və İcra və Probasiya şöbəsi həmin dövlət orqanına müraciətlər etmiş və əsaslı rəylər almışdırlar. Məhkəmə isə dövlət orq anın verdiyi rəyi deyil, özəl, məsuliyyətsiz və öz marağını güdən “mütəxəssisin” rəyini nəzərə almışdır. Qanundan göründüyü kimi məhkəmənin qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Lakin məhkəmə ekspert qiymətləndirilməsini təyin etsə də, sualları yarımçıq qoymuş və qeyd edilən torpaq sahəsinin hazırki bazar qiyməti barədə ekspert qarşısında sual qoymamışdır. Halbuki, iddiaçı hal-hazırda da həmin torpaq sahəsini qəbul etməmiş və həmin sualın qoyulmasına bu gün də ehtiyac vardır. Lakin qiymətləndirici ehtiyac olmasına baxmayaraq bu hüququndan istifadə etməmiş və yekunda onun qanunla qorunan maraqlarına ziyan vurmuşdur. Belə ki, iş üzrə qəbul edilmiş 2(009)- 1738/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardaddan da göründüyü kimi məhkəmə iclas ında Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxaraq izah etdi ki, Səbail Rayon Məhkəməsinin 2(009)- 2320/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadına əsasən Ucar rayonu Qəzyan kəndində yerləşən 1.64 ha torpaq sahəsinin bazar qiymətinin müəyyən edilməsi Cavabdeh2 MMC-yə həvalə edilmişdir. Torpaq sahəsinə baxmaq üçün tərəflərdən torpaq sahəsinin koordinatlarını istəmiş, lakin tərəflər tərəfindən heç bir sənəd onlara təqdim olunmadığı və tərəflər yerli baxışda iştirak etmədikləri üçün həmin kəndə getsələr də, torpağın yerini müəyyən edə bilməmişlər, ona görə də, rəyi həmin ərazi üzrə torpaqların orta bazar qiyməti üzrə müəyyən etdilər. İş üzrə yenidən ekspertiza keçirilməsinə etiraz etmir. Digər cavabdeh olan Cavabdeh1 MMC-nin hesabatından da görünür ki, ona yalnız sifariş məktubu və məhkəmələrin icra vərəqlər təqdim edilmişdir. Yəni, torpağın sənədləri qiymətləndiriciyə təqdim edilməmişdir. Belə olan halda onun xx.xx.2015-ci il tarixdə torpağa baxış keçirməsi də inandırıcı görünmür. İddiaçı baxışda iştirak etməmişdir. Sənəd olmadan da baxışda iştirak etməyin heç bir əhəmiyyəti ola bilməz. Belə ki, sənəd olmadan heç kim zəmanət verə bilməz ki, qiymətləndiriciyə göstərilən torpaq sahəsi məhz həmin torpaq sahəsidir. İş materiallarında olan məhkəmə torpaqşünaslıq ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 10/6237saylı,xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, 2015-2016-cı illərə dair internet saytı, təklif olunan qiymətlər, sövdələşmə qiymətləri ilə bağlı olaraq hər bir seçilmiş analoq üzrə məlumatlar və eləcə də, qeyd olunan tarixdə daşınmaz əmlakın qiymətləndirilməsinə dair tədqiqat aparılmadığını və bununla əlaqədar baza məlumatları olmadığından, Ucar rayonu Qəzyan kəndində yerləşən X6 məxsus ümumi sahəsi 1,64 ha torpaq sahəsinin müqavilə bağlandığı tarixdə olan bazar qiymətinə uyğun, yəni torpaq sahəsinin 2015- 2016-cı il tarixlərinə bazar qiymətləri müəyyən etmək mümkün olmamışdır. Məhkəmə də həmin rəyi əsas götürərək, iddianı rədd etmişdir. Yəni, ekspertin rəyi məhkəmə üçün məcburi olmuş və məhkəmə iş ürzrə təkrar ekspertiza aparılması məsələsini müzakirə etməmişdir. Halbuki, heç təkrar ekspertizaya da ehtiyac olmamışdır. Belə ki, məhkəmə DƏDRX-nin 16 saylı Ucar ərazi İdarəsinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin cavablarına əsasən də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edə bilərdi. Bundan başqa qeyd edir ki, 2(009)-1738/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadla ekspertizanın aparılması Azərbaycan Respublikası ƏMDK-nin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilsə də, ekspertiza Azərbaycan Respublikası ƏMDK-nin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə aparılmamışdır. Halbuki, ekspertiza Azərbaycan Respublikası ƏMDK-nin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə aparılsaydı ekspert konkret rəy verə bilərdi. Belə ki, qeyd e dilən xidmətdə torpaq sahəsinin 2015-2016-cı il tarixlərinə bazar qiymətləri barədə məlumatlar ola bilərdi.
19. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin 16 iyul 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən müəyyən olunur ki, **********31 reyestr nömrəli çıxarışla X3 mülkiyyətinə verilmiş, Ucar rayonu, Qəzyan kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,64 ha torpaq sahəsinin 1 (bir) hektarının 2015-2016-cı illərə olan bazar dəyəri Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən 800 (səkkiz yüz) manat məbləğində qiymətləndirimişdir.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-788/2024 nömrəl i, 28 avqust 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(009)-61/2023 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin təmin edilməsi, “X12” MMC-nin xx.xx.2016-cı il tarixli, ƏEM/S 18-363/16 saylı rəyinin və Cavabdeh1 MMC-nin 19 oktyabr 2015-ci il tarixli, 15-998 saylı “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat”nın ləğv edilməsi, ekspertiza tədqiqatının dəyəri 50 manatın iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutulması qət edilmişdir.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə”№ 02/2021 saylı, 24 noyabr 2021-ci il tarixli birgə qərardadına əsasən əmlakın hərracdan ilkin satış qiymətinin onun likvid dəyəri ilə müəyyən olunması “İpoteka haqqında” Qanunla ipoteka predmetlərinə münasibətdə təsbit edildiyindən, icra icraatı çərçivəsində borclunun ipoteka predmeti olmayan əmlakı hərracdan satılarkən onun ilkin satış qiyməti likvid deyil, bazar dəyəri ilə müəyyən olunmalıdır. Girov predmeti olan qiymətli kağızlara münasibətdə də Mülki Məcəllənin 1078-23-cü maddəsi və maliyyə bazarlarına nəzarət orqanının qəbul etdiyi “Qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi Qaydası”nda əmlakın girov müqaviləsində göstərilən qiymətlə, müqavilədə qiymət müəyyən edilmədikdə isə qiymətli kağızları n nominal dəyər ilə satışa çıxarılması nəzərdə tutulduğu nəzərə alınmalıdır. (29-cu bənd)
22. Qiymətin mübahisələndirilməsi qaydası ilə bağlı isə qeyd edilməlidir ki, “İcra haqqında” Qanunun 51-ci maddəsindən, habelə yuxarıda qeyd edilən digər müddəalarından belə qənaət hasil olur ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti qiymətləndiricilərdən alınan rəylər əsasında icra məmuru tərəfindən müəyyənləşdirilir. (31-ci bənd)
23. Bu baxımdan, məhkəmə tərkibi hesab etmişdir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmla kının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçi rildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir. (32.ci bənd)
24. İş materiallarından görünür ki, Ucar rayon İcra şöbəsinin məktubu ilə mübahisələndirilən torpaq sahəsinin "xxxx" MMC-yə hərrac vasitəsi ilə satılması üçün sifariş verilmiş, hərrac keçirilmiş, lakin alıcı olmadığı üçün əmlak satılmamışdır. Həmin torpaq sahəsi “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-ci maddəsinin tələblərinə əsasən tələbkara xx.xx.2016-cı ildə yenidən təklif edilmiş, lakin tələbkar xx.xx.2016-cı il tarixli ərizəsinə əsasən bundan imtina edərək icra sənədinin icraatını dayandırılmasını bildirmişdir.
25. Qeyd olunanlara əsasən kollegiya hesab etmişdir ki, Ucar rayonu Qəzyan kəndində yerləşən borclu X7 məxsus torpaq sahəsi barəsində artıq hərrac keçirildiyindən iddiaçılar həmin əmlakın ilkin (başlanğıc) satış qiymətini məhkəmə qaydasında mübahisələndirməkdə haqlı olmuşdur.
26. Birinci instansiya məhkəmənin 07 sentyabr 2022-ci il tarixli iclasında (video görüntü) cavabdeh “X12” MMC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, qiymətləndirmə prosesində o iştirak etmişdir, torpaq sahəsinə baxış keçirmək üçün tərəflərə məlumat vermişdir, lakin tərəflər torpaq səthinin keçilməz olduğunu bildirərək qiymətləndirmə prosesində iştirak etməkdən imtina etmişlər, qiymətləndirmə üçün tərəflərdən kadastr planı istəmiş, Qəzyan ərazisi böyük bir ərazidir, onun gilli, çınqıllı, münbit hissəsi də var, böyük bir ərazidir, onlar o ərazini qiymətləndirmək üçün tərəflərdən koordinatları istədilər, çünki ola bilər çay kənarına, quraqlıq bir əraziyə və ya bataqlıq əraziyə düşə bilər ki, bütün bunlar qiymətə təsir göstərir. Koordinatlar təqdim olunmadığına görə onlar orta qiymət müəyyənləşdirdilər, hektarını təxmini 10000 manata qiymətləndirdilər, baxış keçirdilər, lakin o ərazi böyük olduğundan və konkret koordinatlar olmadığından ümumi baxış keçirdilər, konkret koordinatlar olsa idi və yaxud hər iki tərəf də iştirak edərək təsdiq etsə idi ki, doğurdan da sözügedən torpaq sahəsi bu ərazidir, heç koordinat da olmasa idi, o da onlara əsas verərdi ki, onlar da konkret yanaşardılar, lakin tərəflər iştirak etmədiyinə görə, koordinatlar da olmadığına görə onlar orta qiymət müəyyənləşdirmişdir.
27. Beləliklə “X12” MMC-nin nümayəndəsinin izahatından müəyyən olunur ki, rəy tərtib olunarkən m übahisəli əraziyə-Ucar rayonu Qəzyan kəndində yerləşən X6 məxsus ümumi sahəsi 1,64 ha torpaq sahəsinə baxış keçirilməmiş, ümumi Qəzyan kəndi ərazisinə baxış keçirilərək orta qiymət müəyyən edilmişdir.
28. Mübahisəli torpaq sahəsinin qiymətləndirilməsinə dair digər rəydən-Cavabdeh1 MMC-nin 19 oktyabr 2015-ci il tarixli, 15-998 saylı “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat”dan isə mübahisələndirilən torpaq sahəsinə baxışın keçirilibkeçirilmədiyi, ümumiyətlə torpaq sahəsinin dəyərinin qiymətləndirmənin aparıldığı tarixə 16400 manat olmasının əsaslandırılması müəyyən olunmur.
29. Mübahisəli hesabatda isə qiymətləndirmə obyektinin foto və ya videomateriallar ilə hər hansı təsvirinə yer verilməmiş, hesabatda qiymətləndirmə üzrə yanaşma və metodların adları sadalanmaqla anlayış ları izah olunmuş, lakin, qiymətləndirmə aparılarkən bu metod və yanaşmaların istifadəsi əsaslandırılmamışdır.
30. Digər tərəfdən işə baxılmanın apellyasiya mərhələsində mübahisəli torpaq sahəsinin 2015-2016-cı illər üçün bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilsə də ekspert rəyi əldə etmək mümkün olmamışdır.
31. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 11 mart 2024-cü il tarixli, №3-16-16/2-9/917.10/964 saylı məktubuna əsasən iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq və məhkəmə tikinti-texniki ekspertizalarının aparılmasından imtina edilmiş, məktuba əlavə edilmiş məlumata əsasən imtinanın əsası kimi göstərilmişdir ki, 2015-2016-cı illərdə Mərkəzdə torpaq sahələrinin q iymətləndirilməsinə dair tətdiqat aparılmadığını, həmin illərə dair torpaq sahələrinin qiymətlərinə dair baza malumatlarının mövcud olmadığını nəzərə alaraq Ucar rayonu, Qəzyan kəndində yerləşən 1,64 ha torpaq sahəsinin 2015-2016-cı illər üçün bazar dəyərinin müəyyən olunmasına dair tədqiqat aparılmadı.
32. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadına əsasən əldə edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin 16 iyul 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən müəyyən olunur ki, **********31 reyestr nömrəli çıxarışla X3 mülkiyyətinə verilmiş, Ucar rayonu, Qəzyan kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,64 ha torpaq sahəsinin 1 ( bir) hektarının 2015-2016-cı illərə olan bazar dəyəri Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən 800 (səkkiz yüz) manat məbləğində qiymətləndirimişdir.
33. Beləliklə, göründüyü kimi iddiaçı tərəfindən mübahisələndirilən rəylərlə, apellyasiya mərhələsində əldə edilmiş rəy arasında əhəmiyyətli dərəcədə fərq vardır.
34. Məhkəmə kollegiyası hesab etmişdir ki, "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli, ƏEM/S 18- 363/16 saylı rəyi və Cavabdeh1 MMC-nin 19 oktyabr 2015-ci il tarixli, 15-998 saylı “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat”ı tərtib olunarkən qanunvericiliyin tələblərinə riayət edilməyərək mübahisəli torpaq sahəsinə baxış keçirilmədiyindən, qiymətləndirmə obyektinin foto və ya videomateriallar ilə hər hansı təsvirin ə yer verilmədiyindən, habelə, qiymətləndirmə aparılarkən qiymətləndirmə üzrə yanaşma və metodların istifadəsi üzrə ümumiyyətlə əsaslandırılma aparılmadığından mübahsiələndirilən rəy və hesabat mötəbər hesab edilə bilməz.
35. Digər tərəfdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin 16 iyul 2024-cü il tarixli mütəxəssis rəyindən göründüyü kimi mübahisəli 1.64 ha torpaq sahəsinin 1 (bir) hektarının 2015-2016-cı illərə olan bazar dəyəri 800 manat olmaqla, həmin rəydə torpaq sahəsinin dəqiq kordinatları baza məlumatları əsasında müəyyən edilməklə, müvafiq sxem tərtib edilmişdir. Həmin rəydə müəyyən edilən torpaq sahəsinin bazar dəyəri, mübahisələndirilən rəy və hesabatla müəyyən edilən qiymətlə əhəmiyyətli dərəcədə fərqlənir.
36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddia tələbini əsaslı hesab edərək qeyd etmişdir ki, “X12” MMC-nin xx.xx.2016-cı il tarixli, ƏEM/S 18-363/16 saylı rəy və Cavabdeh1 MMC-nin 19 oktyabr 2015-ci il tarixli, 15-998 saylı “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat” qanunvericiliyin tələblərinə cavab vermədiyindən ləğv edilməlidir.
37. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddanın rədd edilməsi üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Buna görə də qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir.
38. Beləliklə, qeyd olunan xüsusatları ümumilə şdirərək məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(009)-61/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməli, “X12” MMCnin xx.xx.2016-cı il tarixli, ƏEM/S 18-363/16 saylı rəyi və Cavabdeh1 MMC-nin 19 oktyabr 2015-ci il tarixli, 15-998 saylı “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat”ı ləğv edilməlidir.
39. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə”№ 02/2021 saylı, 24 noyabr 2021-ci il tarixli birgə qərardadına əsasən iddiaçının hərracı mübahisələndirmədən “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat”ın ləğvini məhkəmə qaydasında müstəqil mübahisələndirmək hüququ vardır.
40. Kollegiya iddia müddətinin tətbiq olunması ilə bağlı üçüncü şəxsin ərizəsinə münasibətdə qeyd etmişdir ki, Mülki Məcəllənin 372.1 maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir.
41. Kollegiya hesab etmişdir ki, iddiaçı tərəfindən i ddia müddəti ötürülməmişdir.
42. Məhkəmə mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 372.1. 372.2, 373.1, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7, 8, 9-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 384, 385-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
43. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-788/2024 saylı 28. 08. 2024-cü il tarixli qətnaməsini ləğv edərək, Səbail Rayon Məhkəməsinin 2(009)-61/2023 saylı 27. 09. 2023cü il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.
44. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi və onun ərazi idarələri borclunun əmlakının bazar qiymətini müəyyən edəcək səlahiyyətə malik deyil. Çünki həmin qurum Qiymətləndiricilər Palatasının üzvü deyil. Buna baxmayaraq məhkəmə həmin qurumun rəyini əsas götürərək birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib.
45. Bakı Apellyasiya Məhkəməsinin yanaşmasından bəli olur ki, ekspertin orta qiymət müəyyən etməsini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hallardan biri kimi qiymətləndirib. Halbuki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun maddəsi qiymətləndiriciyə müstəqil şəkildə qiymətləndirmə metodu seçmək hüququ verir. Eyni zamanda, həmin Qanunun 12.1.5-ci maddəsində qeyd edilir ki, - sifarişçinin hər hansı zəruri məlumatı verməkdən imtina etməsi qiymətləndirməyə əsaslı təsir göstərərsə, qiymətləndirici qiymətləndirməni aparmaqdan imtina edə bilər. Hesab edirik ki, qiymətləndiricinin fəaliyyətini həyata keçirməmək üçün əsaslı səbəb və qiymətləndirməyə əsaslı təsir edən hal olmadan, orta qiymətə əsaslanaraq rəy verməsi qanuni olub.
46. Bakı Apellyasiya Məhkəməsi qanuni əsaslarla təyin olunmuş və qiymətləndirmə fəaliyyəti həyata keçirmək səlahiyyətləri olan qiymətləndiricilərin müəyyən etdiyi qiyməti deyil də, bu tip mübahisələr və işlər üzrə qanunla qiymətləndirmə fəaliyyəti apara bilməyən, bazar qiyməti müəyyən etmək səlahiyyəti olmayan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publi k hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin 16 iyul 2024-cü il tarixli mütəxəssis rəyini əsas götürərək “qiymətlər arasında əhəmiyyətli fərq” var kimi qiymətləndirməsi qanunsuzdur. Məhkəmə işə aidiyyatı olmayan başqa sübuta istinad edib. Həmin mütəxəssis rəyinə hüquq normalarına uyğun olaraq düzgün qiymət verməyib.
47. Bakı Apellyasiya Məhkəməsi fəaliyyəti Əsasnamə və digər normalarla tənzimlənən və mübahisə üçün rəy vermək səlahiyyətinə malik olmayan qurumun rəyinə istinad edərək məhkəmə təcrübəsinin vahidliyi haqqında Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 02/2021 №-li qərardadına zidd qətnamə qəbul etmişdir.
48. Kassasiya şikayəti “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5, 11-ci maddələrinə, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 02/2021 №-li Qərardadına, Azərbaycan Respublikasının MPM-in 81, 88-ci maddələrinə də istinadən əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
49. İddiaçı1 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşdığını ifadə edərək, kassasiya şikayətinin 8-ci bəndinin isə formaya uyğun yazılmadığını, həmin bənddə işin hallarından bəhs edildiyini və əvvəlki bəndləri təkrarladığını qeyd edərək X4 2(102)-585/2025 saylı iş üzrə verdiyi ka ssasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
50. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
51. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
52. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
53. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu
54. Maddə
7. Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) müəyyənləşdirir. Qiymətlə ndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır.
55. Maddə
8. Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır.
56. Maddə 9.Qiymətləndirici dövlət və kommersiya sirləri istisna olunmaqla, qiymətləndirməni həyata keçirmək üçün zəruri hesab etdiyi hər cür məlumatı yazılı və ya şifahi formada üçüncü şəxslərdən almaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki v ə Kommersiya kollegiyaları “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 02/2021 saylı, 24 noyabr 2021-ci il tarixli birgə qərardadı
57. Bənd
29. Əmlakın hərracdan ilkin satış qiymətinin onun likvid dəyəri ilə müəyyən olunması “İpoteka haqqında” Qanunla ipoteka predmetlərinə münasibətdə təsbit edildiyindən, icra icraatı çərçivəsində borclunun ipoteka predmeti olmayan əmlakı hərracdan satılarkən onun ilkin satış qiyməti likvid deyil, bazar dəyəri ilə müəyyən olunmalıdır. Girov predmeti olan qiymətli kağızlara münasibətdə də Mülki Məcəllənin 1078-23-cü maddəsi və maliyyə bazarlarına nəzarət orqanının qəbul etdiyi “Qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi Qaydas ı”nda əmlakın girov müqaviləsində göstərilən qiymətlə, müqavilədə qiymət müəyyən edilmədikdə isə qiymətli kağızların nominal dəyər ilə satışa çıxarılması nəzərdə tutulduğu nəzərə alınmalıdır.
58. Bənd
31. Qiymətin mübahisələndirilməsi qaydası ilə bağlı isə qeyd edilməlidir ki, “İcra haqqında” Qanunun 51-ci maddəsindən, habelə yuxarıda qeyd edilən digər müddəalarından belə qənaət hasil olur ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti qiymətləndiricilərdən alınan rəylər əsasında icra məmuru tərəfindən müəyyənləşdirilir.
59. Bənd
32. Bu baxımdan, məhkəmə tərkibi hesab edir ki, borclunun ipotek a predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində ə sas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına is tinad etməyə yol verilmir.
63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
64. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
65. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
66. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
67. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya ins tansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
69. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya m əhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
71. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X8 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məh kəməsinin Mülki kollegiyasının 28 avqust 2024-cü il tarixli 2(103)-788/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.