Məhkəmə qərarları › İş №2(102)-5850/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5850/2020

23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5850/2020 23.11.2020 ALİ MƏHKƏMƏ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə pulun ödənilməsi, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili X1, Cavabdeh1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-931/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıda kı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada 3500 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 2(066)-807/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərardadı ilə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Kəlbəcər Rayon Məhkəməsinə (bundan sonra – birinci instansiya məhkəməsi) göndərilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərə 20 baş qoyun satmış, sonuncular pulu nağd verə bilmədiklərindən bu barədə yazılı qəbz tərtib edərək heyvanların dəyəri olan 3500 manatı xx xxxxxx 2016-cı il tarixəd ək qaytaracaqlarına dair vəd vermişlər. Dəfələrlə cavabdehlərdən pulun geri qaytarılmasını tələb etmiş, lakin sonuncular borcu ödəməmişlər. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, 2016cı ilin payız ayında iddiaçıdan 20 baş xırdabuynuzlu heyvan almış və qiymətini 3500 manat razılaşmışlar. Borcunu hissə-hissə (bir dəfə 1200, növbəti dəfə 1700, sonra isə 2017-ci ilin yanvar ayında 500 manat) ödəməklə iddiaçıya qaytarmışdır. Bütün bu olanlardan isə digər cavabdeh olan arvadının məlumatı olmamışdır. İddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi şahidlər X2 və X4 ifadələrində Cavabdeh1 iddiaçıdan aldığı heyvanların pulunu ödəmədiyini bildirmişlər. İddiaçının sübut qismində məhkməyə təqdim etdiyi əlyazmada Cavabdeh1 iddiaçıya 20 baş xırdabuynuzlu heyv ana görə 3500 manat borcunun olduğu və həmin borcu xx xxxxxx 2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürdüyü qeyd olunmuşdur. Birinci instansiya məhkəməsinin 2(040)-653/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019cu il tarixli qətnaməsi ilə (hakim H.Qəniyev) iddia qismən təmin edilərək Cavabdeh1 3500 manatın alınaraq iddiaçıya verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının Cavabdeh1 20 baş heyvan satması və sonuncunun iddiaçıya 3500 manat məbləğində borcunun olması Cavabdeh1 özünün etirafedici izahatı ilə tam təsdiq olunmuşdur. Cavabdeh1 iddiaçıya olan borcunu tam ödədiyini bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqim etməmişdir, həmçinin borcun ödənilməsi halı məhkəmə araşdırması nəticəsində öz təsdiq ini tapmamışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 442, 567, 598.1, 600.1-ci maddələrini tətbiq edərək belə qənaətə gəlmişdir ki, Cavabdeh1 3500 manat məbləğində pul alınaraq iddiaçıya verilməli, iddia digər cavabdehə aid hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, digər cavabdehlə iddiaçı arasında hər hansı əqd bağlanmamışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-931/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Muradov (sədrlik edən və məruzəçi), Ş.Əliyeva və Ə.Məmmədov) Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətn aməsi “Cavabdeh1 3500 manatın alınsın” hissədə ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilərək Cavabdeh1 3200 manatın alınıb iddiaçıya verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Cavabdeh1 biri 160 manat olmaqla 20 baş xırda buynuzlu heyvanları nisyə satmış, sonuncu da öz növbəsində bu barədə qəbz yazaraq 3500 manatı xx xxxxxx 2016-cı il tarixədək qaytaracağı barədə öhdəlik götürmüşdür. Cavabdeh tərəf nisyə alınmış heyvanların pulunu ödəmədiyindən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı qısmən təmin etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşmışdır. Belə ki, tərəflər aras ında birinin dəyəri 160 manat olmaqla ümumi dəyəri 3200 manat dəyərində 20 baş xırda buynuzlu heyvanların nisyə alqı-satqısı işin mübahisə olunmayan tərəfidir. Mübahisə nisyə satılmış heyvanların dəyirinin ödənilib-ödənilməməsi ilə bağlıdır. İddiaçı tərəf cavabdehə nisyə satdığı heyvanların pulunun ödənilməməsini, cavabdeh tərəf isə nisyə aldığı heyvanların dəyərini və əlavə olaraq da gecikdirməyə görə 300 manat ödədiyini bildirir. Kollegiya iddiaçı tərəfin dəlilini inandırıcı, cavabdeh tərəfin dəlilini isə inandırıcı saymamışdır. Belə ki, Cavabdeh1 nisyə aldığı heyvanların dəyərini və əlavə olaraq 300 manat iddiaçıya hissə-hissə ödəməsini qeyd etsə də, bu barədə məhkəməyə hər hansı bir möhtəbər sübut təqdim etməmiş, eləcə də iddiaçı tərəf cavabdehin bu dəlilini qəti olaraq inkar etmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi nisyə satılmış və birinin dəyəri 160 manat olmaqla, ümumi dəyəri 3200 manat olan 20 baş xırda buynuzlu heyvanların dəyərini Cavabdeh1 alınaraq iddiaçıya verilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. 300 manat əlavə tələb olunmasını isə məhkəmə kollegiyası əsassız hesab etmiş və qeyd etmişdir ki, nisyə alqı-satqı üzrə tərəflər arasında öhdəlik hüquq münasibətləri 3200 manat olmuşdur. Buna baxmayaraq əlyazmada cavabdeh iddiaçıya 3500 manat ödəyəcəyini qeyd etmişdir. Məhkəmə kollegiyasının iclasında tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, əlavə 300 manat məhz iddiaçı tərəfin təkidi nəticəsində yazılmışdı r. (əslində əlyazmada gecikdirmə halına görə əlavə 300 manat ödənilməsi qeyd olunmur, sadəcə qoyunların pulu 3500 manat göstərilir) Lakin işə baxan birinci instansiya məhkəməsi işin qeyd olunan bu halına düzgün hüquqi qiymət vermədən iddianı 3500 manat təmin etmişdir. Belə olan təqdirdə kollegiya hesab etmişdir ki, qətnamə bu hissədə ləğv edilməli və iddia həmin hissədə təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 385.1, 567, 577.1, 577.2, 600.1, 600.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və sübutlara düzgün qiy mət verilməsi üçün işin yenidən apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi mübahisəyə düzgün qiymət verməmiş, çəkişmə prinsipinə əməl etmədən işin həqiqi hallarını, mübahisənin hüquqi vəziyyətini düzgün araşdırmadn maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Qətnamədə göstərilmiş nəicələr işin hallarına uyğun gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Kassator məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasında işt irak edən iddiaçının vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər Cavabdeh2 hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nətic ələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin Cavabdeh1 aid təmin olunmuş hissəsində yoxlanıldığından və iş üzrə yalnız həmin cavabdeh kassasiya şikayəti verdiyindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddia tələbinin qeyd edilən cavabdehə qarşı təmin olunmuş hissəsində yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

567. Alğı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 577.1. Alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. Maddə 577.2. Əgər alğı-satqı müqaviləsi verilməli əşyaların miqdarını müəyyənl əşdirməyə imkan vermirsə, müqavilə bağlanmış sayılmır. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə - iddia tələbinin Cavabdeh1 qarşı təmin olunmuş hissəsində apelyasiya instansiya sı məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apelyasiya instansiyası məhkəməsinin maddi hüquq normalarının tətbiqində səhvə yol verdiyini ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olmasını əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdır ma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-931/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddia tələbinin Cavabdeh1 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar