Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5851/2020 30.11.2020 ALİ MƏHKƏMƏ İddiaçı cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin XXXı X1rşı iş Açar sözlər: əsl olmayan cavabdeh, iddia tələbinə cavab verməli olan şəxs, mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 və vəkili X2 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1358/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiy a şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2006-cı il tarixli, 10 saylı əmrlə xx.xx.2006-cı il tarixdən “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra - QSC) X3 X7 (bundan sonra – cavabdeh) təmir sexinə teplovozların təmiri üzrə İİİ dərəcəli çilingər qəbul edilmiş, xx.xx.2006-cı il tarixli, 25 saylı əmrlə xx.xx.2006-cı il tarixdən istismar sexinə teplovoz maşınisti köməkçisi dublyoru keçirilmiş, xx.xx.2006-cı il tarixli, 31 saylı əmri ilə xx.xx.2006cı il tarixdən sərbəst maşinist köməkçisi işinə buraxılmış, xx.xx.2013-cü il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir. xx xxxxxx 2015-ci il tarixli, 05/k saylı əmrlə iddiaçı xx.xx.2015-ci il tari xdən istismar sexinə teplovoz maşinisti köməkçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2015-ci il tarixdə o, teplovoz maşinisti köməkçisi dublyoru keçirilmiş və xx.xx.2015-ci il tarixli, 29/k saylı əmri ilə xx.xx.2015-ci il tarixdən sərbəst maşinist işinə buraxılmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli, 35/k saylı əmri ilə iddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinin tələbinə əsasən atasının xəstə olduğu və digər obyektiv hallarla bağlı üzürlü səbəblərdən buraxdığı müddəti bərpa edərək işdən azad olunması barədə xx.xx.2019-cu il t arixli, 35/k saylı əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə idarə rəisinin hədə qorxusu altında, təziq altında, guya könüllü olaraq işdən azad olunmağı barəsində ondan ərizə alınmışdır. xx.xx.2019-cu il tarixdə qeyri-iş günü olduğu üçün müdür ərizəyə imzanın aşağısında xx.xx.2019-cu il tarixi yazdırmışdır. Müdür əlavə olaraq ona bir ay vaxt keçəndən sonra onu özü işə bərpa edəcəyini bildirmişdir. Lakin, xx.xx.2019-cu il tarixdən etibarən onu işə buraxmamışlar. Əmək kitabçasını xx.xx.2019-cü il tarixdə mühasibatlıqdan imza etməklə almışdır. Lakin işdən azad olunmağı barəsində əmrdən çıxarışı verməmişlər. Sonradan dəfələr lə müraciəti əsasında nəhayət ki, xx.xx.2019-cu il tarixdə idarədən əmrdən çıxarış adı altında xx.xx.2019-cu il tarixli, 35/k nömrəli əmrin kserosurətini, həmin kserosurətin altından adını, soyadını yazdıraraq imza etdirməklə ona vermişlər. Beləliklə o, işdən azad olunması barədə əmrin kserosurətini xx.xx.2019-cu il tarixdə almışdır. Bundan sonra ona məlum olmuşdur ki, xx xxxxxxx 2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən işdən azad edilmişdir. Hazırda onun himayəsində yaşlı xəstə atası və anası var, ailənin yeganə oğul övladıdır, valideynləri onun himayəsi altındadırlar. Bundan əlavə ailəlidir, birinci nikahdan 1 övladı var, ikinci nikahdan isə iki azyaşlı uşaqları var. Məhkəmənin qətnam əsinə əsasən əmək haqqından 1 uşağın saxlanması üçün aliment ödəyir. Hazırda məcburən işdən çıxarıldığı üçün alimenti də ödəyə bilmir. Atası ağır dərəcəli şəkərli diabet xəstəliyindən əziyyət çəkir və infaktdır. Bu səbəbdən qanunla nəzərdə tutulmuş vaxtda yəni, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi, üzürlü səbəbdən işə bərpa tələbinə dair məhkəmədə iddia qaldıra bilməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının iki qab dizel yanacağını kənar şəxsə satdığını əks etdirən fotoşəkil Bakı şəhərində rəhbərliyə daxil olduqdan sonra, oradan göstəriş gəlmişdir ki, iddiaçı işdən çıxarılmalıdır. Onlar iddiaçıya yaxşılıq etmək məqsədilə sonuncuya təklif etmişlər ki, özü ərizə yazaraq işdən çıxsın. İddiaçı da onların tə klifini qəbul edərək, könüllü işdən çıxmaq barədə ərizə yazmışdır. Həmçinin, mübahisələndirilən əmrin surəti iddiaçıya xx.xx.2019-cu il tarixdə verilib. İddiaçının dizel yanacağını satması barədə hüquq mühafizə orqanlarına şikayət etməmişlər. İki qab dizel yanacağının ümumi dəyəri 24 manat təşkil edir. İddiaçı müəssisəyə 24 manat məbləğində ziyan vurmuşdur. Salyan Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(057)143/20 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim M.Qasımov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi ilkin olaraq qeyd etmişdir ki, sözügedən əmrin surəti iddiaçıya xx.xx.2019-cu il tarixdə təqdim edildiyinə görə iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmiş iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş idd ia müddətini ötürməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh müəssisə onlara vurulmuş ziyana görə digər tənbeh növü seçmək əvəzinə, iddiaçının iradəsinə zidd olaraq ona “öz xahişi ilə işdən azad olunma”sına dair ərizə yazdırmaqla “Əmək müqaviləsinin bağlanmasını, dəyişdirilməsini və xitamını nizama salan əmək qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1993-cü il tarixli 5 nömrəli qərarının 8-ci bəndinin “a” yarımbəndinin tələblərini pozmuşdur. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 294, 296 və 300-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Birinci instansiya məhkəməsinin qətnaməsindən "xxxx" QSC apellyasiya şikayəti vermişdir. Şikayət, həmçinin onunla əsaslandırmışdır k i, məhkəmə iş üzrə cavabdehin hüquqi şəxs olub-olmamasını araşdırmamışdır. Əslində cavabdeh hüquqi şəxs deyil, "xxxx" QSC-nin Departamentinin tabeliyində fəaliyyət göstərən idarədir. İdarənin isə hazırkı iş üzrə cavabdeh qismində çıxış etməsi yolverilməzdir. İş materiallarında olan əmək müqavilələrinin elektron sistemindən çıxarışdan da görünür ki, iddiaçının əmək müqaviləsinə xitam verilərkən işəgötürən qismində "xxxx" QSC çıxış etmişdir. Beləliklə, işəgötürən "xxxx" QSC olduğu halda məhkəmə hüquqi şəxs olmayan bir qurumu məhkəmə baxışının subyekti kimi tanımış və həmin qurumun işçisindən nümayəndə qismində izahat almışdır. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-1358/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qət naməsi ilə (hakimlər – Q.Kərimov (sədrlik edən və məruzəçi), Z.Babayev və N.Mirzəyev) "xxxx" QSC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən işdən azad ediləndən sonra yəni, xx xxxxxxx 2019cu il tarixdə əmək kitabçası ona təqdim edilmiş və müəssisə tərəfindən onunla son haqqhesab aparılmışdır. İddiaçı xx xxxxxxx 2019-cu il tarixdə işdən azad olunmuş və onunla son haqq-hesab xx xxxxxxx 2019-cu il tarixdə aparılmışdır. Bu halı, iddiaçı iddia ərizəsində etiraf etmişdir. Məhkəmə kollegiyası işin hallarına Əmək Məcəlləsinin 296-cı maddəsini tətbiq edərək qeyd etmişdir ki, iddiaçı onun iş dən azad olunmasını artıq xx xxxxxxx 2019-cu il tarixdə bilmiş və işə bərpa olunmasına dair iddia ərizəsi ilə xx xxxxxx 2019-cu il tarixdə məhkəməyə müraciət etməklə həmin kateqoriyalardan olan işlər üzrə qanunla nəzərdə tutulmuş 1 aylıq iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. İddiaçı mühasibatlıqdan əmək kitabçasını aldığı gündən qanunla nəzərdə tutulmuş qaydada 1 ay müddətində məhkəməyə müraciət edə bilərdi. Üzürlü səbəb olmadan qanunla nəzərdə tutulmuş iddia müddəti ötürülməklə verilmiş iddia ərizəsinin təmin olunması hüquqi cəhətdən yolverilməzdir. Bundan əlavə, iddiaçı onun işdən azad olunması barədə ərizə yazmasına məcbur edilməsini təsdiq edən hallar iş materiallarında mövcud olmadığından birinci instansiya məhkəməsinin yalnız iddiaçının sözü əsasında iddiaçının işdən getməyə d air ərizəni təsir altında yazmasına dair nəticəsi iş materiallarına uyğun deyildir. Məhkəmə kollegiyasının qənaətinə əsasən, iddiaçı iş yerində qanunsuz olaraq dizel yanacağının satması ilə bağlı hadisə aşkarlanandan sonra cavabdehin hüquq-mühafizə orqanlarına müraciətinin olmasının qarşısını almaq niyyəti ilə könüllü olaraq işdən azad olunmaya dair ərizə yazmışdır. Sonra isə guya onun məcburi ərizə yazdırmaqla işdən azad olunmasına dair cavabdehin təsirinə məruz qalmasını bildirərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxıl ması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını araşdırmamış, işə səthi yanaşmış, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Məhkəmə apellyasiya şikayətinin iş üzrə cavabdeh olmayan "xxxx" QSC tərəfindən verildiyinə əhəmiyyət verməmiş, şikayətinin və bununla bağlı verdiyi etirazın dəlillərinə qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin əsaslı olduğunu bildirdi və apelyasiya instansiyası məhk əməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. “xxxx” QSC-nin nümayəndəsi məhkəmə iclasında bildirdi ki, cavabdeh hüquqi şəxs deyil, təmsil etdiyi hüquqi şəxsin idarəsidir. İdarə rəisi işə qəbul və işdən azad etmə barədə əmrləri ona verilmiş vəkalət əsasında Cəmiyyətin adından imzalayır. Lakin işçilərlə əmək müqavilələrində, habelə əmək müqavilələrinin elektron sistemində işəgötürən kimi “xxxx” QSC göstərilir. Nümayəndə və vəkil kassasiya şikayətinin təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üz rə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müst əsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilm iş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi Maddə 3
1. Müəssisə - mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyi...
3. İşəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (mü vəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs...
5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. MPM Maddə
48. Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Maddə 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülkiprosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanun vericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Maddə 51.3. Başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən:...417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər... Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə iddiaçı tələbini cavabdeh qismində “xxxx” QSC-nin XXXı X1rşı yönəltmişdir. Halbuki MPM-in 48 və 49.1-ci maddələrinə əsasən məhz qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxslər tam həcmdə mülki-prosessual hüquq və fəaliyyət qabiliyyətinə malikdirlər. Eyni zamanda əmək qanunvericiliyi müəssisə dedikdə, mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxsi, onun və xarici hüquqi şəxsin filialını, nümayəndəliyini tanıyır, mülkiyyətçin i və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbərini, səlahiyyətli orqanını işəgötürən hesab edir. Baxılan iş üzrə cavabdehin “xxxx” QSC-nin X3 bölməsi olduğu, habelə əmək müqavilələrinin elektron sistemindən çıxarışda iddiaçının əmək müqaviləsinə xitam verilərkən işəgötürən qismində "xxxx" QSC-nin çıxış etdiyi işin mübahisə olunmayan hallarıdır. İşə birinci instansiya məhkəməsində və apellyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən başqa cavabdehin cəlb olunması və ya cavabdehin əsl cavabdehlə əvəz olunması barədə ərizə verilməmiş, bu məsələ müzakirə predmeti olmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən maraqlarına toxunulan şəxs qismində “xxxx” QSC-nin verdiyi apellyasiya şikayəti də ilk növbədə cavabdehin hüquqi şəxs olması, "xxxx" QSC-nin Departamentinin tabeliyi ndə fəaliyyət göstərməsi, onun hazırkı iş üzrə cavabdeh qismində çıxış etməsinin yolverilməzliyi ilə əsaslandırılmışdır. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi şikayətin qeyd olunan dəlillərinə ümumiyyətlə münasibət bildirmədən, yuxarıda sadalanan mülki prosessual və əmək qanunvericiliyinin tələblərinə zidd olaraq, iddia tələbinə cavab verməklə bağlı müvafiq hüquqi mükəlləfiyyətə malik olmayan şəxsə qarşı verilmiş iddia tələbinə iddianın mahiyyəti üzrə əsaslılığı baxımından qiymət verərək iddianı rədd etmişdir. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilməlidir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş pozuntunun xarakterini, apellyasiya baxışı zaman ı cavabdehin əsl cavabdehlə əvəz edilməsinin və ya əlavə cavabdeh cəlb edilməsinin mümkünsüzlüyünü nəzərə alaraq, iş üzrə müəyyən edilmiş hallar və sübutlar əsasında MPM-in 417.1.4-cü maddəsinə əsasən yeni qərar qəbul olunmasını mümkün hesab edir. Belə ki, hazırkı iş üzrə tələbə cavab verməli olan "xxxx" QSC iddiaçı tərəfindən cavabdeh kimi cəlb olunmadığından iddiaçının işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə tələblərinə iddianın əsaslı olub-olmaması baxımından mahiyyəti üzrə qiymət verilə bilməz. Ona görə də iddia ona cavab verməli olan şəxsə qarşı verildiyi əsası ilə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Ş irvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1358/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin XXXı X1rşı işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.