Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5851/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cаvаbdеh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən istifadə ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiаçı İddiaçı cаvаbdеh Cavabdeh qаrşı (Sabunçu rayonu Balaxanı bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilməklə) “torpaq sahəsindən istifadə ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-18/2022 n ömrəli, 5 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 22 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin 08 yanvar 2003-cü il tarixli,116/A 18N saylı sərəncamı ilə İddiaçı Yeni Balaxanı yaşayış massivində şəxsi mülk tikmək üçün 600 kv.metr torpaq sahəsi ayrılmışdır. İddiaçı ayrılmış torpaq sahəsinə dair Balaxanı Bələdiyyəsinin torpaq komissiyasının sədrinin imzası və bələdiyyənin möhürü ilə təsdiqlənmiş eskiz planı tərtib edilmişdir.
2. Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin 14 yanvar 2003-cü il tarixli 18N saylı sərəncamı ilə Cavabdeh Yeni Balaxanı yaşayış massivində 1200 kv.metr torpaq sahəsi ayrılmışdır. Cavabdeh ayrılmış torpaq sahəsinə dair Balaxanı Bələdiyyəsinin sədrinin imzası və bələdiyyənin möhürü ilə təsdiqlənmiş eskiz planı tərtib edilmiş, həmçinin torpaq sahəsinin naturada verilməsi barədə akt tərtib olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Bakı şəhəri Sabunçu rayonu, Balaxanı Bələdiyyəsi tərəfindən verilmiş Sabunçu rayonu, Yeni Balaxanı yaşayış massivində 600 kv.metr torpaq sahəsindən istifadəsi ilə bağlı Cavabdeh tərəfindən edilən məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini, Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 188-ci maddəsinin tərkib əlamətləri olduğuna dair ciddi şübhələr olduğundan bununla bağlı Azərbaycan Respublikası MPM nin 265.4-cü maddəsinə müvafiq olaraq xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsini xahiş etmişdir.
4. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Balaxanı Bələdiyyəsi tərəfindən verilmiş Sabunçu rayonu, Yeni Balaxanı yaşayış massivində 600 kv.m torpaq sahəsindən istifadəsi ilə bağlı cavabdeh tərəfindən edilən məhdudiyyətlərin aradan qaldırılması və ona dəymiş 500 manat məbləğində maddi ziyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sabunçu rayon Balaxanı Bələdiyyəsinin 116/A saylı 08 yanvar 2004-cü il tarixli sərəncamı əsasında Yeni Balaxanı yaşayış massivində şəxsi mülk tikmək üçün ona verilmiş 600 kv.m torpaq sahəsini hasarlamış və ev tikməyə hazırlaşarkən cavabdeh həmin hasarın qarşısında taxta qapı qoydurmuş, həmin torpaq sahəsinin satıldığını qeyd etmişdir. Cavabdehin bu hərəkətləri ilə onun sahibliyinə və istifadəsinə verilmiş torpaq sahəsindən istifadə ilə bağlı hüquqları məhdudlaşdırılmışdır. Ona edilən xəbərdarlıqlara baxmayaraq cavabdeh torpaq sahəsindən istifadə ilə bağlı etdiyi məhdudiyyətləri könüllü olaraq aradan qaldırmır.
6. Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsi tərəfindən Cavabdeh verilmiş xx.xx.2017-ci il tarixdə verilmiş məktubda qeyd olunmuşdur ki, Balaxanı Bələdiyyəsi tərəfindən 2000-2005-ci ilə qədər verilən sərəncam və qərarların arxiv məlumatları olmadığı üçün 14 yanvar 2003-cü il tarixli 18N saylı sərəncamın Bələdiyyə tərəfindən verilib-verilməməsi haqqında heç bir məlumat verilməsi mümkün deyil.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2017-ci il tarixli **********72 nömrəli məktubunda qeyd olunub ki, İddiaçı və Cavabdeh Bakı şəhəri, Balaxanı qəsəbəsi, Yeni yaşayış massivində 600 kv.metr torpaq sahəsinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli, 2(008)7406/2017 saylı qətnaməsi ilə (hakim V.Həsənov) iddia qismən təmin edilmiş, iddiaçının Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin 08 yanvar 2004-cü il tarixli 116/A saylı sərəncamına əsasən ayrılmış Bakı şəhəri Sabunçu rayonu, Yeni Balaxanı yaşayış massivində 600 kv.m torpaq sahəsindən istifadəsi ilə bağlı cavabdeh tərəfindən edilən məhdu diyyətlərin aradan qaldırılması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir.
9. Məhkəmə hesab etmişdir ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara, o cümlədən mübahisəli torpaq sahəsinin onun istifadəsində olmasına dair sübutu məhkəməyə təqdim etmişdir. Göründüyü kimi, iddiaçı mübahisəli torpaq sahəsi ilə bağlı hazırkı tələblə məhkəməyə müraciət etməkdə də haqlı olmuş və onun bu tələblə bağlı subyektiv hüququ vardır. Lakin Cavabdeh Yeni Balaxanı yaşayış massivində 1200 kv.metr torpaq sahəsinin ayrılmasına dair Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin 14 yanvar 2003-cü il tarixli 18N saylı sərəncamı məhkəməyə təqdim edilsə də, sərəncamın verildiyi müddətdə Bələdiyyələrin həmin sahənin qanunla, yəni “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Resp ublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən Balaxanı qəsəbəsi 11-ci zonada yerləşdiyinə görə qərar və ya sərəncamla 600 kv.metrdən artıq torpaq sahəsinin ayrılması nəzərdə tutulmadığı halda, Cavabdeh 1200 kv.metr torpaq sahəsinin hansı əsasla ayrılmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin Cavabdeh 1200 kv.metr torpaq sahəsinin ayrılmasına dair sərəncamın verilməsinə dair sübutlar Sabunçu rayonu Balaxanı Bələdiyyəsində və arxivində aşkar edilmədiyindən həmin sənədin qanunauyğun verilməsi təsdiqini tapmır. Bundan başqa, İddiaçı Bakı şəhəri Sabunçu rayonu, Balaxanı Bələdiyyəsi tərəfindən verilmiş Sabunçu rayonu, Yeni Balaxanı yaşayış massivində 600 kv.metr torpaq sahəsi ayrılarkən iddiaçı tərəfindən qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməsi öz təs diqini tapsa da, Cavabdeh tərəfindən sərəncam verilərkən belə bir rüsumun ödənilməsi barədə sübut məhkəməyə təqdim edilməmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası “Torpaq islahatı haqqında” Qanunun 9 və 10-cu maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7406/2017 saylı iş üzrə 08 dekabr 2017-ci il tarixli qətnaməsinin “dəymiş maddi ziyanın cavabdehdən alınaraq ona ödənilməsi” hissəsində ləğv edilərək, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin “dəymiş maddi ziyanın ödənilməsi hissəsində” təmin edilərək iddiaçıya ödənilməsi barədə yeni qətnamə qəbul edilməsi və Cavabdeh əm əlində Azərbaycan Respublikası CM- nin 188, 322-ci maddələrinin tərkibinin əlamətləri olmağına ciddi şübhələr olduğundan bununla bağlı Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə müvafiq olaraq xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsini xahiş etmişdir.
12. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, qanunvericiliyin tələblərindən də göründüyü kimi Cavabdeh ona verilmiş torpaq sahəsini qanunsuz zəbt edərək torpaq sahəsinə girişi məhdudlaşdırmış, hər yerə bu torpaq sahəsinin satıldığını qeyd edərək onun torpaq sahəsindən sahiblik və istifadəsi ilə bağlı hüquqlarını məhdudlaşdırmış, onun qanunla qorunan hüquqlarını kobud şəkildə pozmuşdur. İşə məhkəmədə baxılan zaman Cavabdeh özbaşınalıq edərək, qeyd olun an torpaq sahəsində qonşu ilə arasında çəkdirdiyi daş hasarın 40 kv.metrini, 800 ədəd daşı uçurdaraq sökülmüş daşlardan 200 ədədini də götürüb aparmışdır. Qeyd edilən hasarı əvvəlki vəziyyətinə gətirmək üçün 150 manat dəyərində 1 Zil maşını qum, 120 manat dəyərində 20 kisə sement, 80 manat dəyərində 200 ədəd daş və hasarı bərpa etməyə görə 150 manat usta pulu, cəmi 500 manat pul lazımdır.
13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə prosesi başdan-sona qədər formal keçirilmişdir. Çəkişmə zamanı dəfələrlə qarşı tərəfin arqumentlərinin əsassız olması sübut edilsə də məhkəmə sonda iddia tələbinin təmin edilməsi ba rədə qətnamə çıxartmış və üstəlik qətnamədə heç bir mötəbər sübuta istinad etməmişdir. İlk öncə, işlə bağlı iki mübahisəli ərazi olmasına baxmayaraq, məhkəmə bu sahələrin eyni ərazi olub-olmamasını və ya onların kəsişib kəsişmədiyini müəyyən etmək üçün heç bir tədbir görməmişdir. Yalnız qarşı tərəfin sözlərinə əsasən iddiaçının torpaq sahəsi ilə onun torpaq sahəsinin eyni olması qənaətinə gəlmişdir. Məsələnin dəqiq müəyyən edilməsi üçün bu sahədə xüsusi biliyə malik ekspertlərin iştirakı ilə yerli baxışın keçirilməsi üçün hər hansı tədbir görülməmiş və ya iddianı təsdiq edəcək əlavə sübut tələb etməmişdir. Digər tərəfdən, ekspertiza keçirtmədən, əlavə sübut tələb etmədən və məhkəmə prosesləri ərzində heç bir dayandırılma olmadan işə baxılmışdır.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegi yasının 07 iyun 2018-ci il tarixli, 2(103)-5369/2018 saylı qətnaməsi ilə (hakimlər V.Baxışova (sədrlik edən və məruzəçi), V.Həsənov, N.Cəfərov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Sabunçu Rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilmişdir.
16. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sabunçu rayonu Balaxanı Bələdiyyəsi ilə iddiaçı arasında torpaq sahəsinin istifadəyə verilməsi barədə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada müqavilə bağlanmamış, aktla təhvil verilməmiş, torpaq sahəsi üzərində istifadə hüququnu təsdiq edən qanunla nəzərdə tutulmuş sənədlər olmadığından onun torpaq sah əsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Bələdiyyə tərəfindən tərəflərin istifadəsinə verilmiş torpaqların dəqiq koordinatları olmadığından torpaq sahələrinin üst-üstə düşüb-düşmədiyini müəyyənləşdirilməsi üçün məhkəmə tərəfindən ekspertiza keçirmək mümkün olmamışdır. Eyni zamanda işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən tərəflərə ayrılmış torpaq sahələri üzərində Balaxanı Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınıb-alınmadığı müəyyənləşdirilməmişdir. Halbuki “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bələdiyyələr yalnız mülkiyyətlərində olan torpaq sahələri üzərində sərəncam vermək hüququna malikdirlər. Mübahisəli torpaq sahəsi üzərində iddiaçının istifadə hüququ olduğu məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddia təmin edilə bilməz.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66, 67.4, 68-ci, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2, 6.9-cu, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Qətnamədən iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
19. Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Cavabdeh ona verilmiş torpaq sahəsini qanunsuz zəbt edərək torpaq sahə sinə girişini məhdudlaşdırmış, hər yerə bu torpaq sahəsinin satıldığını qeyd edərək onun torpaq sahəsindən sahiblik və istifadə ilə bağlı hüquqlarını pozmuşdur. Cavabdeh iddiaçının torpaq sahəsindən sahiblik və istifadə ilə bağlı hüquqlarını məhdudlaşdırmaqla yanaşı, onun qanunla qorunan hüquqlarını pozaraq özbaşınalıq edərək ona məxsus daş hasarı sökməklə ona maddi ziyan vurmuşdur.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli, 2(102)-6532/2018 nömrəli qərarı ilə (hakimlər G.Quliyev (sədrlik edən və məruzəçi), Ə.Mirzəliyev, T.Qoldman) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
21. Məhkəmə kollegiyası hesab etmişdir ki, hər iki tərəf bələdiyyənin qərarı əsasında mübahisəli torpaq sahəsinin onlar üçün ayrıldığını bildirir. Bu halda işin düzgün həlli üçün ilk növbədə həm iddiaçının, həm də cavabdehin torpaq sahələri yerində müəyyən olunmalı, mübahisə edilən torpaq sahələrinin sərhədləri dəqiqləşdirilməli, daha sonra iddiaçıya verilmiş torpaq sahəsinin cavabdeh tərəfindən tutulub-tutulmadığı araşdırılmalıdır. Eyni zamanda mübahisəli torpaq sahələrinə dair sərəncam verərək eskiz planı tərtib etmiş bələdiyyə və torpaq üzrə mütəxəssis cəlb edilməklə torpaq sahələrinin sərhədləri naturada müəyyən edilə bilər.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə istinadla əsasl andırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
23. Balaxanı Bələdiyyəsi tərəfindən məhkəmənın sorğusuna cavab olaraq ünvanlanmış 61 nömrəli, 26 may 2022-ci il tarixli məktubun məzmunundan görünür ki, İddiaçı və Cavabdeh adına torpaq sahəsinin olmasına dair Sərəncam və digər sənədlər Balaxanı Bələdiyyəsinin arxivində aşkar edilməmişdir.
24. İşə apelyasiya instansiyası məhkəməsində baxılarkən torpaq sahələrinin təqdim olunmuş sənədlər üzrə yerinin müəyyən olunması və iddiaçının torpaq sahəsinin cavabdeh tutulmasını müəyyən etmək üçün ekspertiza təyin olunmuş, lakin mütəxəssis tərəfindən rəy verilmədiyinə görə ekspert tədqiqatı aparılması mümkün olmamışdır.
25. Məhkəmə kollegiyası işin həqiqi halının müəyyən edilmək üçün iddiaçının və cavabdehin torpaq sərhədlərini müəy yən etmək məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı X2 və Balaxanı Bələdiyyəsinin sədri X1, həmçinin tərəflərin iştirakları ilə mübahisəli torpaq sahələrini yerində müayinə etmişdir.
26. Yerində müayinə zamanı Balaxanı Bələdiyyəsinin sədri B.Haşımov bildirmişdir ki, İddiaçı və Cavabdeh adına torpaq sahəsinin olmasına dair sərəncam və digər sənədlər Balaxanı Bələdiyyəsinin arxivində yoxdur. Həmin ərazi neft torpaqlarına aid ərazidir və Balaxanı bələdiyyəsinin balansında deyil. Tərəflərə verilən sərəncamlar və torpağın sxemləri isə mübahisəlidir. İddiaçı tərəfindən verilən sxem mübahisəli torpağa aid deyil.
27. Yerində müayinə iclası zamanı mütəxəssis qismində iştirak edən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı İ.Bahadov bildirmişdir ki, iddiaçıya verilmiş torpaq sahəsinin sxemində qonşu torpaqların göstəriciləri, yəni torpaq sahəsinin ətrafında nələrin olduğu qeyd edilmədiyindən, bu torpaq sahəsinin yerini müəyyən etmək mümkün deyil. Lakin cavabdehə verilmiş torpaq sahəsinin sxemində qonşu torpaq sahələri, həmçinin “Rus məzarlığı” ilə sərhəddə olduğu qeyd edilir və bu hal yerində də təsdiqini tapır. İddiaçının təqdim etdiyi torpaq sahəsinin sxemi ilə cavabdehin təqdim etdiyi torpaq sahəsinin sxemi faktiki sahələrlə üst-üstə düşmür. Mübahisəli torpaq sahəsinin 645 kv.metr, yəni 6 sot, 2 yan-yana torpaq sahəsinin isə birlikdə 14 sot olduğunu bildirmişdir.
28. Yerində müayinə iclası zamanı iddiaçının iddia etdiyi torpaq sahəsində qonşu ilə arasında çəkd irdiyi daş hasarın 40 kv.metrini, 800 ədəd daşı uçurdaraq sökülməsi, daşlardan 200 ədədini də götürüb aparılması sübut olunmadı.
29. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 5 iyul 2022-ci il tarixli, 2(103)18/2022 saylı qətnaməsi ilə (hakimlər X.Mərdanova, E.Həsənov və V.Sadıqov) İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin rədd olunması, məhkəmə xərclərinin tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.
30. Hazırki işin hallarından görünür ki, cavabdehə mübahisəli torpaq sahəsi bələdiyyənin qərarı əsasında 2003-cü ildə, iddiaçıya isə iddia etdiyi torpaq sahəsi eyni bələdiyyənin qərarı ilə 2004-cü ildə ayrılmış dır. Lakin hər iki tərəf bu sərəncamların həqiqiliyini təsdiq edən digər sübutları (arxiv arayışlarını, sərəncamın əsillərini və s.) məhkəməyə təqdim edə bilməmişdir.
31. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının mübahisə predmetinə dair hər-hansı hüququ olmadığından, onun müvafiq subyektiv hüquqa malik şəxs kimi qəbul edilə bilməz. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq h üquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur.
32. Bundan başqa kollegiya qeyd etmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin faktiki olaraq kimə ayrılması və harada yerləşməsinə dair sübutlar, həmçinin cavabdeh tərəfindən torpaq sahəsinə müdaxilə hallarını təsdiq edən mötəbər sübutlar iş materiallarında mövcud deyildir.
33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya Balaxanı Bələdiyyəsi tərəfindən verilmiş torpaq sahəsinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada bağlanmaması müəyyən edilmiş, yerində müayinə aparılarkən sərhədlər müəyyən edilməmiş, mübahisəli torpaq sahəsinin Balaxanı Bələdiyyəsinin mülkiyyətində olmaması olduğu halda iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməyə hüququ olmamışdır.
34. Həmçinin iddiaçının subyektiv hüququ olmu ş olsa belə, işdən göründüyü kimi cavabdehə torpaq sahəsi 2003-cü ildə 1200 kv.metr torpaq sahəsi, iddiaçıya isə 2004-cü ildə 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Məhz iddiaçıya ayrılmış torpaq sahəsinin cavabdehin istifadəsində olan torpaq sahəsinin daxilində yerləşməsi isə təsdiq olunmamışdır. Bu fakt mübahisəli torpaq sahəsinin yerində müayinəsi zamanı mütəxəssislər tərəfindən də təsdiq edilmişdir.
35. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan ki mi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
36. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3, 157.2, 157.4, 158.4, 164.1, 164.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50, 56.1, 66.1, 67.4, 68, 111-ci, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 5.1, 6.2, 6.9-cu, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. 9.1, 9.3, 14.2, 77.1, 80, 81, 88, 119.1, 217.1, 217.3-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
37. İddiаçı İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi iddiaçı tərəfindən özbaşına zəbt edilməmiş, Sabunçu rayonu Balaxanı Bələdiyyəsi tərəfindən xx.xx.2004-cü il tarixli sərəncamla ayrılmış və iddiaçı həmin sahəni hasara almışdır. Yəni iddiaçı torpaq sahəsinin mülkiyyətçisi olmasa da, qanuni sahibi kimi torpaq sahəsindən istifadə etmişdir.
39. Məhkəmə iddiaçının mübahisə ilə bağlı subyektiv hüququnun olmaması qənaətinə gəldiyini təsdiq etmək istəsə də, mübahisəli torpaq sahəsi müvafiq sərəncamla iddiaçıya ayrıldığından həmin torpaq sahəsindən istifadə hüququ ona mənsub olmuşdur.
40. Məhkəmənin qətnaməsində mütəxəssis olaraq qeyd etdiyi şəxsin hazırki mübahisə üzrə lazımı biliklərə malik olması, mübahisə ilə bağlı verdiyi izahatların həqiqəti əks etdirməsinə dəlalət edən hər hansı sübut mövcud deyil. Mütəxəssis ekspert olmadığından bilə-bilə rəy verdiyinə görə məsuliyyət daşımadığından onun verdiyi izahat da məhkəmə üçün mötəbər hesab edilə bilməz.
41. Kassator şikayətini Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 68, 111, MPM-nin 4.1, 217.3, 420-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
43. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
44. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
45. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
46. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
47. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətləri ndən çəkinməlidir.
48. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
49. Maddə 50.1. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır.
50. Maddə 56.1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir.
51. Maddə 6 6.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
52. Maddə 67.4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
53. M addə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
54. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun
55. Maddə 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüqu qudur.
56. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.
57. Maddə 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
60. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
61. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
62. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin ol unub-olunmadığını müəyyən edir.
63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
65. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olm ayaraq yoxlanılmalıdır.
66. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
67. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
68. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qə bul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
69. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsin in ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
71. Belə ki, iddia tələbi, iddiaçının Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin 08 yanvar 2003-cü il tarixli,116/A 18N saylı sərəncamına əsasən istifadəsində olduğunu iddia etdiyi torpaq sahəsindən cavabdehin çıxarılmasından ibarətdir.
72. Bu növ tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
73. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını bu əsaslar üzrə araşdırmış, iddiaçının hüquqlarının pozulması müəyyən olunmadığına görə iddianın rədd olunması barədə nəticəyə gəlmişdir.
74. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institutun xüsusi əhəmiyyəti vardır. Nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Həm də işdəki sübutlar biribirini tamamlamalı, onlar mötəbər və ziddiyyətsiz olmalıdırlar. Məhz belə sübutlar iddianın təmin edilməsi üçün əsas götürülə bilər.
75. Kassasiya kollegiyası qeyd edir ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər əsas etibarilə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına, qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması barədə dəlillərdir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutların qiymətləndirilməsi kassasiya instansiyasının səlahiyyətinə aid deyil. Buna görə də kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya icraatı müstəsna olaraq hüquqi məsələlərə baxmaqla məhdudlaşır.
76. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
77. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPMin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-18/2022 nömrəli, 5 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.