Məhkəmə qərarları › İş №2(102)-5852/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5852/2020

30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5852/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması) 30.11.2020 Bakı şəhəri, xx xxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X3, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1658/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixd ə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Beyləqan Rayon Məhkəməsinin 1(020)-48/2018 saylı, xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 1 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir ona görə ki, o, tamah məqsədilə qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, o, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri X7 rayon filialının sədr müavini işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə Beyləqan rayonunun Yuxarı-Aran kənd sakini İddiaçı Qoşdan oğlunun xe yli miqdarda əmlakını ələ keçirmək niyyəti ilə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” qaydalarına və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.16.1, 32.2 və 37.7-ci maddələrinin 2017-ci il 01 iyul tarixə qədər qüvvədə olan redaksiyasına müvafiq olaraq Qarabağ Müharibəsi əlili olan İddiaçı hərbi qulluqçu kimi əlilliyə görə keçmiş müddət üçün almadığı pensiyasının alınmasına köməklik göstərəcəyi və həmin pensiyanın məbləği plastik karta köçürüldükdən sonra plastik kartı özünə təqdim edəcəyi adı ilə aldadaraq xx xxxxxx 2017ci il tarixdə İddiaçı onu Azərbaycan Respublikası Müdafiə Nazirliyində, bütün dövlət və qeyri dövlət orqanlarında və təşkilatlarında təmsil etməsi, “xxxx” ASC-dən ona çatası plastik kartı alması və digər hərəkətlər etmək səlahiyyətləri verən etibarnamə aldıqdan sonra, İddiaçı keçmiş müddət üçün almadığı pensiya pulunu alması ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsində və digər orqan və təşkilatlarda sənədləşmə işlərinin aparılmasına nail olub, “xxxx” ASC-dən İddiaçı adına verilmiş **********843260 №-li plastik kartı alaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən xx xxxxxx 2016-cı il tarixli, MN-07098 nömrəli məlumat vərəqəsi və pensiya təyinatı üçün əsas olan sənədlər nəzərə alınmaqla İddiaçı keçmiş müddət üçün almadığı pensiya məbləği qismində təyin edilmiş 18285,90 manat pulun və əlilliyə ğörə hər ay üçün 366,20 manat məbləğində təyin edilmiş əmək pensiyasının üç ayı üçün nəzərdə tutulmuş 1098,60 manat pulun, ümumilikdə 19384,50 manat pulun vahid qəsdlə 366 manatını xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri ərazisində yerləşən “xxxx” ASC-yə məxsus A0100146 saylı bankomatdan, 9000 manatını xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri ərazisində yerləşən xxxx” ASC-yə məxsus B1060006 saylı bankomatdan, 692 manatını xx xxxxxx 2017-ci il tarixdə Beyləqan rayonu ərazisində yerləşən “xxxx” ASC-yə məxsus A0140005 saylı bankomatdan, 2000 manatını xx xxxx 2017-ci il tarixdə Sabirabad rayonu ərazisində yerləşən “xxxx” ASC-yə məxsus A0141017 saylı b ankomatdan, 6600 manatını xx xxxx 2017-ci il tarixdə Sabirabad rayonu ərazisində yerləşən “xxxx” ASC-yə məxsus B1440002 saylı bankomatdan, 375 manatını xx xxxx 2017-ci il tarixdə Beyləqan rayonu ərazisində yerləşən “xxxx” ASC-yə məxsus A0140001 saylı bankomatdan, 351 manatını isə xx xxxx 2017-ci il tarixdə Saatlı rayonu ərazisində yerləşən “xxxx” ASC-yə məxsus A0141038 saylı bankomatdan **********843260 nömrəli plastik kart vasitəsi ilə çıxardıb, həmin pulun 3551 manatını ayrı- ayrı vaxtlarda İddiaçı verib, ümumilikdə 15833 manatını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Cavabdeh təkrarən Beyləqan rayonunun Yuxarı-Aran kənd sakini X8 qarşı da həmin cinayət əməlin törədərək ümumilikdə sonuncunun 11127 manatını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Cavabdeh həmin pulu iddiaçıya qaytardığını bildirsə də, göstərdikləri ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Beyləqan Rayоn Məhkəməsinə müraciət еdərək cavabdehdən 15834 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi оnunla əsaslandırılmışdır ki, cavabdehi 1994-cü ildən tanıyır. 2015-ci ildə Qarabağ müharibəsi əlillərinə Müdafiə Nazirliyi tərəfindən pul verilməsini öyrənmiş, bundan sonra həmin puldan ona da düşüb-düşməməsi ilə maraqlanmış və ona 16000 manatadək pul veriləcəyini, həmin pulun məbləğin in daha da artıq ola biləcəyi bildirilmiş, bundan sonra həmin pulu almaq üçün sənədlər toplamağa başlamışdır. Sənədlərini toplayıb xx xxxxxxxx 2016-cı il tarixdə arayış almaq üçün Beyləqan şəhərində yerləşən Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri X7 rayon şöbəsinə gəlmiş, həmin vaxt cavabdehi orada görüb onunla görüşərək arayış almağa gəldiyini və Qarabağ müharibəsi əlillərinə Müdafiə Nazirliyi tərəfindən pul ayrılmasını bildirmiş, cavabdeh ona həqiqətən müharibə əlillərinə pul veriləcəyini, lakin həmin pulun alınmasının çətin olduğunu, həmin pulu üzv olduğu Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin vasitəsi ilə ala biləcəyini və həmin pulu almaqda ona köməklik edə biləcəyini bildirmişdir. Cavabdehə həmin pulu alarkən ona həmin puldan “hörmət” edəcəyini, yəni ona 1000 (min) manat verəcəyini bildirmiş, Cavabdeh isə həmin pulun 30 faizinin ona çatacağını, yerdə qalan hissəsinin isə Müdafiə Nazirliyinin həmin pulu ayırmış idarəsinin əməkdaşlarına və işi düzəldən şəxsə çatacağını, Müdafiə Nazirliyinin həmin pulu verən idarəsinin əməkdaşlarının dörd nəfərdən ibarət olmasını, onlardan birinin qadın hüquqşünas, üç nəfərin isə kişi əməkdaşlar olmasını bildirmişdir. Həmin vaxt Cavabdehə cəmi 1000 manat pul verəcəyini bildirmiş, cavabdeh ona əgər 10000 manat pul alarsa həmin pulun 5000 manatının Müdafiə Nazirliyinin əməkdaşlarına, yerdə qalan 5000 manat pulun isə 2500 manatının ona çatacağını bildirmişdir. Cavabdeh sənədlərini düzəldərsə pulu alanda ona cəmi 1000 manat pul verəcəyini bildirmiş, cavabdeh də onunla razılaşmış, bun dan sonra topladığı bütün sənədlərini cavabdehə vermişdir. xx xxxxxxx 2016-cı il tarixdə həyat yoldaşı Ülviyyə ilə birlikdə Beyləqan rayonunun Yuxarı Aran kəndinə gəlib qaynı Mübarizin evində yaşamağa başlamış, həmin vaxtlarda, yəni 2016-cı ilin oktyabr ayının ortalarında cavabdehlə görüşüb Müdafiə Nazirliyindən veriləcək pulla maraqlanmışdır. Cavabdeh hələlik heç bir yenilik olmadığını bildirmiş, xx xxxxxx 2016-cı il tarixdə ona məxsus plastik kart bağlanmış və pensiyasının DSMF vasitəsi ilə deyil, Müdafiə Nazirliyinin vasitəsi ilə veriləcəyini bilmişdir. Həmin vaxt “xxxx”da krediti olduğu üçün Naildən 175 manat borc pul alıb pensiyası veriləndə qaytaracağını bildirmişdir. 2017ci ilin yanvar ayının sonlarında cavabdeh mobil telefonuna zəng vurub Müdafiə Nazirliyindən ona veriləcək plastik kartı götürməsi üçün ona etibarnamə verməyini bildirmiş, həmin vaxt Beyləqan şəhərində yerləşən notariat kontoru işləmədiyi üçün bir neçə gündən sonra, yəni 2017-ci ilin fevral ayının əvvəllərində Füzuli rayonunun Əhmədbəyli kəndinə gedib orada yerləşən notariat kontorundan etibarnamə alıb Beyləqan şəhərinə qayıtdıqdan sonra cavabdehin yaşadığı Beyləqan şəhəri, M.Əsədov küçəsində 2 saylı binada yerləşən mənzilinə gedib etibarnaməni cavabdehə vermişdir. xx xxxxxx 2017ci il tarixdə cavabdeh mobil telefonuna zəng vurub ona işlədiyi qaz idarəsinə gəlməyini bildirmiş, həmin gün Beyləqan şəhəri RTS qəsəbəsində yerləşən qaz idarəsinə gələrək cavabdehlə görüşmüşdür. Cavabdeh ona 525 manat pul verib həmin pulun iki aylıq pensiyası olmasını, cəmi 700 manat olmaqla 175 manatını borcuna çıxdığını bil dirmiş, həmin vaxt cavabdehdən Müdafiə Nazirliyindən ayrılan pulun nə vaxt veriləcəyini soruşmuşdur. cavabdeh həmin pul barədə hələlik bir məlumatının olmadığını bildirmiş, xx xxxxxx 2017-ci il tarixdə yenə də “xxxx“dan götürdüyü krediti ödəmək üçün qaynı X4 ilə birlikdə cavabdehin işlədiyi qaz idarəsinə gedib ondan 200 manat borc pul istəyib Müdafiə Nazirliyi tərəfindən ona ayrılmış pulunu alarkən borcunu qaytaracağını bildirmişdir. Həmin vaxt cavabdeh ona 200 manat borc pul vermiş, xx xxxx 2017-ci il tarixdə Beyləqan rayonunun Yuxarı Aran kəndində olarkən cavabdeh mobil telefonuna zəng vurub Beyləqan şəhərində onunla görüşmək istədiyini bildirmiş, həmin vaxt həyt yoldaşı Ülviyyə Nərimanova ilə birlikdə idarə etdiyi VAZ-2106 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Beyləqa n şəhərinə gələrək Beyləqan şəhərində Mərkəzi Roçtun qarşısında cavabdehla görüşmüşdür. Həmin vaxt cavabdeh ona 2.500 manat pul verib onun kartına 15000 manat pul köçürüldüyünü, həmin pulun 30 faizinin, yəni 4500 manatının ona çatdığını, yerdə qalan pulun Müdafiə Nazirliyinin həmin pulu verən təşkilatında işləyən şəxslərə çatmasını, ona çatası 4500 manat pulun da 2000 manatının əziyyət haqqı kimi özünə çatdığını, ondan borc aldığı 200 manat pulu çıxdığını bildirmişdir. Həmin vaxt cavabdehdən pul kartını da istəmiş, lakin cavabdeh pul kartının hələlik hazır olmadığını, sonra gətirib verəcəyini bildirmişdir. Bundan sonra cavabdehin verdiyi 2500 manat pulu götürüb cavabdehdən ayrılmış, xx xxxx 2017-ci il tarixdə Yuxarı Aran kəndində yaşayan qaynı Mübarizgildə olarkən Beyləqan rayonunun Mayak kəndində yaşayan Qarabağ müharibəsi əlilləri kimi tanıdığı və X20 kəndinə gəlib onunla görüşərək ona cəmi 351 manat pul və onun adına olan “xxxxa” aid plastik kartı verərək həmin pul və plastik kartı cavabdehin ona göndərdiyini bildirmişlər. xx xxxx 2017-ci il tarixdə “xxxx”ın Beyləqan rayon filialına gedib plastik kartına hansı məbləğdə pul köçürülməsi ilə maraqlanmış, həmin vaxt “xxxx”ın Beyləqan rayon filialından onun adına olan karta dövlət tərəfindən ümumilikdə 19384 manat pul köçürüldüyü bildirilərək bu barədə ona çıxarış verilmişdir. Həmin vaxt cavabdehin ona məxsus olan plastik kart vasitəsi ilə ayrı-ayrı vaxtlarda Bakı, Beyləqan, Sabirabad və Saatlı şəhərlərində cəmi 19384 manat pul çıxararaq, həmin pulun 15834 manat pulunu ələ keçirməsi ona məlum olmuşdur. Bundan sonra həmin gün yəni, xx xxxx 2017-ci il tarixdə həyat yoldaşı Ülviyyə Nərimanova ilə birlikdə Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri X7 rayon filialına cavabdehlə görüşüb “xxxx”ın Beyləqan rayon filialından aldığı çıxarışı ona göstərib pullarını qaytarmasını tələb etmişdir. Həmin vaxt cavabdeh çıxarışa baxıb həmin pulu bankomatlardan özü çıxarsa da pulu tək özü götürmədiyini, pulu ayıran təşkilatın işçilərinə də puldan çatdığını və pulları ona qaytarmayacağını bildirmişdir. Cavabdehdən heç olmasa fevral ayının pensiya pulunu verməsini istəmiş, cavabdeh fevral ayının 10-da ona 500 manat pul verəcəyini bildirmişdir. xx xxxxx 2017-ci il tarixdə həyat yoldaşı xxx ilə birlikdə Beyləqan şəhərinə gəlib İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında cavabdehlə görüşmüş, həmin vaxt cavabd eh ona 300 manat pul vermək istəmiş, ona həmin pulun az olmasını bildirib cavabdehdən həmin pulu almamışdır. Sonra xx xxx 2017-ci il tarixdə həyat yoldaşı Ülviyyə ilə birlikdə cavabdehin evinə gedərək pulunu istəsə də cavabdeh həmin pulu qaytarmamışdır. Bundan sonra xx xxx 2017-ci il tarixdə cavabdehin onu aldadaraq pulunu ələ keçirməsi barədə Beyləqan rayon prokurorluğuna müraciət etmiş, hal-hazırda da cavabdeh ona məxsus 15834 manat pulunu qaytarmamışdır. Bununla bağlı Beyləqan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü çıxarılmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir, döyüş müddətdə yaralanmışdır, əlildir. Cavabdehi və iddiaçını uzun müddətdirki tanıyır və bu işdən məlumat lıdır. Cavabdeh iddiaçıya Qarabağ müharibəsi əlillərinə Müdafiə Nazirliyi tərəfindən ayrılmış pul vəsaitinin alınmasında, sənədlərinin hazırlamasında və aidiyyəti üzrə göndərilməsində köməklik etmişdir. Sonradan Müdafiə Nazirliyi tərəfindən ayrılmış pul vəsaitini iddiaçıya vermişdir. Cavabdehin iddiaçıya dəqiq nə qədər pul verdiyindən xəbəri yoxdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir, döyüş müddətdə yaralanmışdır, əlildir. Cavabdehi və iddiaçını uzun müddətdir ki, tanıyır və bu işdən məlumatlıdır. Cavabdeh iddiaçıya Qarabağ müharibəsi əlillərinə Müdafiə Nazirliyi tərəfindən ayrılmış pul vəsaitini vermişdir. Cavabdehin iddiaçıya dəqiq nə qədər pul verdiyindən xəbəri yoxdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir, döyüş müddətdə yaralanmışdır, əlildir. Cavabdehi və iddiaçını uzun müddətdir ki, tanıyır və bu işdən məlumatlıdır. Cavabdeh iddiaçıya Qarabağ müharibəsi əlillərinə Müdafiə Nazirliyi tərəfindən ayrılmış pul vəsaitinin alınmasında, sənədlərinin hazırlamasında və aidiyyəti üzrə göndərilməsində köməklik etmişdir. Sonradan Müdafiə Nazirliyi tərəfindən ayrılmış pul vəsaitini iddiaçıya vermişdir. Cavabdehin iddiaçıya Müdafiə Nazirliyi tərəfindən ayrılmış pul vəsaitini tam şəkildə ödəmişdir. “xxxx” ASC-nin xx.xx.2017-ci il tarixli çıxarışından görünür ki, iddiaçya məxsus 4169****3260 nömrəli karta xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi 19384 manat mədaxil olunmuş və dövr üzrə 19384,5 manat məxaric olunmuşdur. Beyləqan Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(020)-73/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hаkim Nəsrullah Əliyev) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 5000 manat pulun alınıb iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı və cavabdeh qətnamədən apelyasiya şikayəti vermişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Zəki Babayev - sədrlik edən və məruzəçi, Qəzənfər Kərimov, Nüsrət Mirzəyev) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin еdilmiş, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin еdilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tə rəfindən verilmiş apelyasiya şikayətinə əsasən ləğv еdilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddianın təmin edilməsi, cavabdehdən 15833 manat, həmçinin dövlət rüsumuna görə ödənilmiş 45 manat pul olmaqla cəmi 15878 manat pulun alınaraq iddiaçıya verilməsi qət olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus “xxxx” ASCyə məxsus olan ödəniş kartından cavabdeh tərəfindən ümumilikdə 19384,50 manat pulun çıxarılması iş materiallarında olan Beyləqan Rayon Məhkəməsinin 1(020)-48/2018 saylı, xx xxxxxxx 2019-cu il tarixli hökmü və cavabdehin həm cinayət işi üzrə verdiyi ifadəsi, həm də məhkəmədə verdiyi izahatı ilə etiraf edilməsinə, həmin puldan yalnız 3551 manatının iddiaçıya qaytarılması iddiaçının həm cinayət işi üzrə verdiyi ifadəsi, həm də məhkəmədə verdiyi izahatı ilə təsdiq edilməsinə, bununla da cavabdeh tərəfindən iddiaçının 15833 manatının ələ keçirilməsi və cavabdehə xeyli miqdarda ziyan vurulmasının sübuta yetirilməsinə, cavabdehin isə həmin pulu iddiaçıya qaytarmasını sübuta yetirə bilməməsinə baxmayaraq, birinci instansiya məhkəməsi iş materiallarında məhkəmənin qanuni qüvvəyə minmiş hökmünü nəzərə almamaqda, şahid ifadələrini dinləsə də, həmin ifadələrlə də pulun cavabdeh tərəfindən iddiaçıya qaytarılmasının sübuta yetirilməsinə əhəmiyyət vermədən, hər hansı əsas olmadığı halda 5000 manatın cavabdehdən alınıb iddiaçıya verilməsi və bununla da iddianın qimən təmin edilməsi barədə nəticəyə gəlməkdə haqlı olmamışdır. Cavabdeh iddiaçıya məxsus “xxxx” ASC-yə məxsus olan ödəniş kartından ümumilikdə 19384,50 manat pulu çıxardığından və hə min puldan yalnız 3551 manatının iddiaçıya qaytarılması iddiaçının etirafı ilə təsdiq olunduğundan cavabdehin 15833 manat pulu iddiaçıya qaytarılması öhdəliyi yaranmışdır. Apelyasiya instansiyası məhkəməsi cavabdehin apelyasiya şikayətinin dəlili kimi göstərdiyi, iddiaçıya məxsus ödəniş kartından çıxardığı pulları iddiaçıya qaytarması və iddiaçıya heç bir borcunun olmaması barədə dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, həmin hallar cavabdehin Azərbaycan Respublikasının CM-in 178.2.2, 178.2.3 və 178.2.4cü maddələri ilə təqsirli bilinərək məhrum edilməsi barədə cinayət işində mübahisələndirilə bilən hallar olmuşdur. Lakin həmin hallar cinayət işi üzrə təsdiqini tapmadığından cavabdeh Beyləqan Rayon Məhkəməsinin 1(020)-48/2018 saylı, xx xxxxxxx 2019-cu il tarixli hökmünə əsasən Azər baycan Respublikasının CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhrum edilmişdir. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh iddiaçıya məxsus ödəniş kartından çıxardığı pulları iddiaçıya qaytardığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, cavabdeh iddiaçıya məxsus ödəniş kartından çıxardığı pulları iddiaçıya qaytardığını təsdiq edən sübut kimi - onunla yaxın münasibətdə olan Qarabağ müharibəsi əlilləri X14 oglunun, X12 oglunun və X6 birinci instansiya məhkəməsinə şahid qismində dindirilmələrinə nail olsa da, həmin şahidlər cavabdeh tərəfindən hansı məbləğdə pulun və hansı şəraitdə iddiaçıya qaytarılması barədə heç bir məlumat verə bilməmişlər. Odur ki, şahidlərin ifadələri iddianın rədd edilməsi üçün mötəbər sübutlar kimi qəbul edilə bilməz. Qeyd edilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, maddi və prosessual hüquq normalarının tələbləri baxımından birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini iş materialları ilə sübuta yetirilən 15833 manat həddə deyil, daha az, yəni 5000 manat həddində təmin etmək barədə nəticəyə gələrkən maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla səhvə yol vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsa slandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İddiaçının iddia tələbində qeyd etdiklərini və məhkəmədə dediyi fikirləri onun (cavabdeh) tərəfindən məhkəməyə təqdim olunmuş şahidlər öz ifadələri ilə tam təkzib etimişlər. Lakin, məhkəmə həmin şahidlərin ifadələrini nəzərə almamış və onlara düzgün hüquqi qiymət verməmişdir. İş üzrə məhkəməyə təqdim etidiyimiz bütün sübutlar və hallar cavabdehin mövqeyinin əsaslı olduğunu təsdiq etdiyi halda məhkəmə həmin sübutlara düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışd ır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı və onun vəkili X10 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə: 21.1. Müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozu lmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: M addə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 407.2. Kassasiya şikayətində işin hal larının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurə tindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normaları nın pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi şahid ifadələrinə qiymət vermiş, iş üzrə şahid qismində dindirimiş şəxslərin cavabdeh tərəfindən hansı məbləğdə pulun və hansı şəraitdə iddiaçıya qaytarılması barədə heç bir məlumat verə bilmədiyini qeyd etmiş, nəticədə, şahidlərin ifadələrinin iddianın rədd edilməsi üçün mötəbər sübutlar kimi qəbul etməmişdir. Ona görə də, kassasiya şikayətinin bu dəlilini məhkəmə kollegiyası əsaslı hesab etmir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halla rın aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1658/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar