Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5859/2021 04.10.2021 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1134/2021 nömrəli 02 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin Ağsu şəhəri, Əfzələddin Xaqani küçəsi 0.04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 106.3 kv.m yaşayış, 208.5 kv.m yardımçı sahədən ibarət 17 nömrəli fərdi yaşayış evinə istifadə hüququnun itirilməklə onların həmin əml akdan məcburi çıxarılması və əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(016)–121/2021 nömrəli qətnaməsi ilə (hakim Anar Əsgərov) iddia təmin edilmiş, Ağsu şəhəri, Əfzələddin Xaqani küçəsi 0.04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 106.3 kv.m yaşayış, 208.5 kv.m yardımçı sahədən ibarət 17 nömrəli fərdi yaşayış evinə istifadə hüququ itirilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin yaşayış evindən çıxarılması və əmlakın boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1134/2021 nömrəli, 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək Ağsu Rayon Məhkəməsinin 11 fevral 2021- ci il tarixli 2(016)–121/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən kassasiya şikayəti verilmişdir. İş materiallarından müəyyən olunur ki, kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi qeyd edilsə də, həmin pozuntuların nədən ibarət olması göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 407.1.4. Kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti qaytarılır. Maddə 408.2. Bu Məcəllənin 408.1.1. və 408.1.3.- 408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından as ılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin üzərinə kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamaq vəzifəsini qoymuşdur. Yalnız bundan sonra kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə göndərilə bilər. Apellyasiya instansiyası məhkəməsi isə kassasiya şikayətin verilməsi qaydalarına riayət olunub-olunmamasını yoxlamadan, şikayəti kassasiya instansiya məhkəməsinə göndərmişdir. Hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.5-ci maddəsinin tələbinə əsasən kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli, şikayət işlə birlikdə onun geri qaytarılması məsələsinin həlli üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408.1.5, 408.3-cü maddələrini rəhbər tutaraq QƏRA RA ALDİM: Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1134/2021 nömrəli 02 iyun 2021ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkə