Məhkəmə qərarları › İş №2(102)-586/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-586/2020

04.02.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-586/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X10, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dairmülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsi nin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (T.Əkbərov) iddia qismən təmin edilərək, X3 və xx xxx 2018-ci il təvəllüdlü övladı - X4 ilə birlikdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 467 saylı sahədə yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən E.Kazımov, hakimlər T.Səmədov və İ.Şirinov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instan siyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla uşağı X2 Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 467 saylı sahədə yerləşən fərdi yaşayış evinə köçürülməyi və həmin evdən istifadəsinə maneçilik törədilməsinin Cavabdeh qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansi yası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı 2009-cu ilin avqustun 26da nikah bağlamış və birgə nikahdan xx xxx 2018-ci il tarixdə X5 doğulmuşdur. Həmçinin iş materiallarından görünür ki, Əzizbəyov rayon X11 İcraiyyə Komitəsinin xx xxxxxx 1992-ci il tarixli Qərarı ilə ünvan 1 ünvanında yaşayan Məcidov Ələmdar Hadi oğluna ünvan 2ərdi ev tikmək üçün 750 kv.m torpaq sahəsi ayrılmışdır. Bundan sonra həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir. Ev in kommunal xidmətlərdən istifadə müqavilələri (su, işıq, qaz) Cavabdeh ilə bağlanmışdır. Ev xüsusi mülkiyyət hüququ üzrə reyestrdə qeydə alınmamışdır. Eyni zamanda işin halları ilə müəyyən edilir ki, Cavabdeh nikaha girdiyi vaxtdan İddiaçı qeyd edilən yaşayış evinə köçürmüş və sonuncu cavabdehlə nikah münasibətləri pozulana qədər həmin evdə yaşamışdır. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətl əri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri ə sas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş, özbaşına tikiliyə köçürmə tələbi ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Ona görə də məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəli hüquq münasibəti 2008-ci ildə yarandığından, hazırkı mübahisəyə həmin vaxt qüvvədə olmuş hüquq normaları tətbiq edilməli və mübahisə xx xxxxxxx 2009-cu il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə uyğun həll edilməlidir. Qüvvədə olan Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kiray əçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, la kin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafıq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşma çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Bununla əlaqədar, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh kassasiya şikayətində göstərilən dəlilləri qətnamə nin ləğv və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Əvvəla ona görə ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin tikili faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə(özbaşına tikiliyə) iddiaçının və cavabdehin aidiyyətinin olub-olmaması ilə bağlıdır. Belə ki, cavabdeh iddia tələbinə etiraz edərək bildirir ki, mübahisəli evin sahibi o, deyildir. Göründüyü kimi, onun iddia tələbinə bu cür etirazı anlaşılan deyildir. Çünki, bir tərəfdən mübahisəli evin sahibi olmadığını bildirir, digər tərəfdən isə iddiaçının həmin evə köçürülməsinə qarşı çıxır. İkincisi, cavabdeh mübahisəli özbaşına tikilinin başqa şəxsə məxsus olmasına dair məhkəməyə hər hansı bir mötəbər sü but təqdim etməmişdir. Çünki, iddia tələbinə etirazının əsası kimi istinad etdiyi həmin halı sübut etmək yükü artıq onun üzərinə düşsə də, bu hallara dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Əksinə, iddiaçının davamlı olaraq uzun müddət onunla birgə həmin evdə yaşamasını təkzib etmir. Üçüncüsü, iddiaçı və cavabdeh mübahisəli evdə(özbaşına tikilidə) uzun müddət yaşamışlar. İddiaçının cavabdeh ilə nikahının pozulması, etibarlı ailə münasibətlərinin olmaması, eləcə də iddiaçının müvəqqəti olaraq valideynlərinin evində yaşaması iddianın təmin edilməməsi üçün əsas ola bilməzdi. Çünki, qeyd olunduğu kimi həmin ev faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. İddiaçının həmin evdə azyaşlı uşağı və cavabdehlə eyni əsasla, yəni evə dair sərəncam hüququ əldə etməsə də yaşam aq hüququ yaranmışdır. İddiaçının uşağı ilə birgə həmin evdə yaşayanlarla eyni əsasla yaşaması hər hansı şəxsin, o cümlədən cavabdehin hansısa bir hüququnu pozmur. Əksinə iddiaçının bu tələbinin təmin edilməməsi onun və azyaşlı uşağının hüquqlarının pozulmasına səbəb olardı. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehkassasiya şikayəti təmin edilməsin. Bakı Apel lyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar