Məhkəmə qərarları › İş №2(102)-5860/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5860/2019

29.08.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5860/2019 29.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, X2 ibarət tərkibdə, Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, onların vəkili X1 oğlunun, Cavabdeh oğlunun vəkili X1 qızının iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli, 2(103)3479/2019 nömrəli qətnaməsindən Cavabdeh oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim A.Əliy ev ) 07 iyun 2018-ci il tarixli, 2(005)-1986/2018 nömrəli qərardadı ilə vəsatətin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, İddiaçı1 və İddiaçı2 qarşı “mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(005)-1986/2018 nömrəli qeydiyyat nömrəsində olan mülki işin həmin məhkəmənin icraatında olan iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “əmlakın naturada bölünməsi və pay ların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(005)-1277/18 nömrəli qeydiyyat nömrəsində olan mülki işə birləşdirilməsi və birləşdirilmiş iş üzrə 2(005)-1277/2018 qeydiyyat nömrəsinin saxlanılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim A.Əliyev ) 21 dekabr 2018-ci il tarixli, 2(005)-1277/2018 nömrəli qətnaməsi ilə X1 və İddiaçı2lərin iddia tələblərinin təmin edilməməsi, Cavabdeh iddiasının isə təmin edilərək ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi üzərində onun tam mülkiyyət hüququnun tanınması, X1, həmçinin İddiaçı1 Bünyamin oğlunun və İddiaçı2 Bünyamin qızının həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən Daşınmaz Əmlakın Dövlət reyestrindəki qeydiyyatın, həmin qeydiyyat əsasında verilmiş ********** qeydiyyat nömrəli və ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi, iddianın qaldırılması ilə əlaqədar tərəflərin dövlət büdcəsinə ödədikləri dövlət rüsumunun onların özünə aid olunması, ekspertiza tədqiqatının dəyərinə görə İddiaçı1 və İddiaçı2 müştərək qaydada 200 (iki yüz) manat məbləğində pulun tutulması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Həsənov, X.Mərdanova, F.Babayev) 25 aprel 2018-ci il tarixli, 2(103)-3479/2019 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1277/2018 saylı iş üzrə 21 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamənin çıxarılması, İddiaçı1 və İddiaçı2 iddia tələblərinin təmin olunması, ünvan 1 ünvanında yerləşən qeyri-ya şayış sahəsinin (binasının) tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus olması barədə hüquqların dövlət qeydiyyatı haqqında daşımaz əmlakın dövlət reyestrindən verilmiş 10.10.2017-ci il tarixli, RX Seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab olunması, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binasının texniki pasport üzrə göstərilən 2 və 3 saylı tikililərinin arasındakı sökülmüş arakəsmə divarı yenidən bərpa olunmaqla, eyni zamanda 7 saylı tikilidən 8 saylı tikiliyə və 5 saylı tikilidən 4, 8 saylı tikililərə keçid qapıları bağlanmaqla, həmçinin 3 saylı tikilidən 4 saylı tikiliyə, 4 saylı tikilidən 8 saylı tikiliyə keçid qapıları açılmaqla texniki pasport üzrə göstərilən 1, 2, 5, 6, 7, 9 saylı tikililərin İddiaçı1 və İddiaçı2, 3, 4, 8, 10, 11, 12 saylı tikililərin və texniki pasportda ə ks olunmayan əlavə tikililərin isə Cavabdeh verilməsi qaydasında əmlakın naturada real bölgüsünün həyata keçirilməsi, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, İddiaçı1 və İddiaçı2 qarşı “mülkiyyət hüququna xitam verilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindəki qeydiyyatın və həmin qeydiyyatın əsasında verilmiş çıxarışların qanunsuz hesab edilməsi” tələblərinə dair iddiasının rədd edilməsi qət edilmiş, iş üzrə keçirilmiş ekspertizanın xərci qismində 200 (iki yüz) manat məbləğində pulun Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Cavabdeh oğlu və vəkili Məmmədov Tural Nizami oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiy asının 25 aprel 2019-cu il tarixli, 2(103)-3479/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsini də cavabdeh qismində göstərdikləri iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus olması barədə daşımaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab olunması, həmin qeyri-yaşayış sahəsinin Cavabdeh məxsus 1/2 hissəsinin və onlara məxsus 1/2 hissəsinin naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı Cavabdehlər Əmlak Məsələlə ri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, İddiaçı1 və İddiaçı2 qarşı iddia ərizəsi ilə (sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə) məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin tam mülkiyyət hüququ üzrə ona məxsus olması, X1, həmçinin cavabdehlər İddiaçı1 Bünyamin oğlunun və İddiaçı2 Bünyamin qızının həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın, həmin qeydiyyat əsasında verilmiş ********** qeydiyyat nömrəli və ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tə rəflərin izahatları: Cavabdeh oğlu və vəkili Məmmədov Tural Nizami oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman işə birtərəfli yanaşılmış, işin halları tam araşdırılmamışdır. Ona görə də o, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli, 2(103)-3479/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi, X6 m əhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili X1 qızı kassasiya şikayətini müdafiə edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili X1 oğlu kassasiya şikayətinə etiraz edərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli, 2(103)-3479/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını barədə qərar qəbul edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instan siyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və iş materiallarından məlum olur ki, Cavabdeh ünvan 2 ünvanında yerləşməklə dövlət mülkiyyətində olan 27 saylı t/h mağazanın müdiri, Bunyamin Məmmədzadə isə həmin mağazanın satıcısı olmuş, əmlakın müəssisə kollektivinə güzəştli şatışı yolu ilə əldə edilməsi üçün onların etdiyi müraciət əsasında 30 mart 1999-cu ildə keçirilmiş auksionda sözügedən mağazanın vəkil edilmiş şəxsi qismində iştirak edən Cavabdeh keçirilən güzəştli satışda hüququ olan 2 nəfərin (Cavabdeh və Bunyamin Məmmədzadə) hər biri üçün 4 ədəd olmaqla cəmi 8 ədəd və ümumi dəyəri 11 684 400 manat (köhnə manat) olan özəllə şdirmə çekləri təqdim etmiş, əmlakın tam dəyəri olan 77 896 000 manatdan (köhnə manat) həmin özəlləşdirmə çeklərinin dəyəri çıxılmaqla əmlakın (mağaza) satış dəyəri 66 212 000 manat olaraq müəyyənləşdirilmiş və o, auksionun qalibi olmuşdur; Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin 19.01.2006-cı il tarixli, 000156 nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə”sinə əsasən isə, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 132,8 m2 olan 27 saylı həmin mağaza ümumi birgə mülkiyyət olaraq Cavabdeh və Bünyamin Məmmədova satılmışdır. İş materiallarından görünür ki, X3 15 iyun 2017-ci il tarixdə vəfat etmiş, onun vəfatından sonra vərəsəsi (qızı) İddiaçı2 müraciəti əsasında Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda 13 iyul 2017-ci il tarixdə vərəsəlik işi açılmış, həmin notariat kontorunun müraciəti əsasında isə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 132,8 m2 olan 27 saylı mağaza qeyri-yaşayış binası olaraq ümumi birgə mülkiyyət hüququ üzrə xüsusi mülkiyyət kimi Cavabdeh və Bünyamin Məmmədzadənin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla Bunyamin Məmmədzadənin adına 15.08.2017-ci il tarixli çıxarış verilmişdir. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına görə İddiaçı1 ilə İddiaçı2 arasında Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda təsdiq edilməklə 18.12.2017-ci il tarixli “mirasın bölüşdürülməsi müqaviləsi” bağlanmış, müqaviləyə əsasən vərəsələr çoxsaylı digər miras əmlakları ilə yanaşı, ünvan 1 ünvanında yerləşən 132,8 m2 sahəsi olan qeyri-yaşayış binasının mərhum Bünyam in Məmmədzadəyə məxsus 1/2 hissəsinin hər birinə 1/2 hissədə olmaqla bölüşdürülməsi (mülkiyyətlərinə keçirilməsi) barədə razılaşmışlar; həmçinin, həmin notariat kontoru tərəfindən onların (X1 və İddiaçı2lərin) adına eyni tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşin müəyyən olunmuş digər halına görə, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 132,8 m2 olan qeyri-yaşayış binası 1/2 hissədə Cavabdeh, habelə 1/4 hissədə İddiaçı1 və 1/4 hissədə isə İddiaçı2 adlarına paylı mülkiyyət hüququ üzrə xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla sonunculara müvafiq olaraq 25.12.2017-ci il tarixdə RX seriyalı ******* nömrəli və 26.12.2017-ci il tarixdə RX seriyalı ******* nömrəli çıxarışlar, o cümlədən texniki pasportlar verilmişdir. İş mate riallarından həmçinin məlum olur ki, Cavabdeh 16.09.2017-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən əmlaka dair texniki pasportunu itirdiyinə görə yeni texniki pasport və mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın verilməsini xahiş etmiş, onun ərizəsi icra edilərkən mübahisə mövzusu olan 27 saylı mağaza qeyri-yaşayış sahəsi olaraq və ünvanıünvan 3 xüsusi mülkiyyət kimi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, 10.10.2017-ci il tarixdə ona bu barədə RX seriyalı ******* nömrəli çıxarış verilmişdir; bununla belə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Cavabdeh ünvanlamış olduğu 31.05.2018-ci il tarixli məktubla, aparılan araşdırma zamanı sözügedə n əmlakın paylı mülkiyyətdə olan qeyri-yaşayış binası olduğunun məlum olduğu, həmin texniki səhvin aradan qaldırılaraq reyestrdə müvafiq düzəlişin edildiyi və bununla bağlı 10.10.2017-ci il tarixli çıxarışın əslinin 3 gün müddətində İdarəyə təqdim edilməsinin zəruri olduğu Cavabdeh diqqətinə çatdırılmış, həmin İdarə tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş sənədlərdən isə texniki pasportun itməsi ilə bağlı qəzetdə verilən elanda sözügedən 27 saylı mağazanın məhz Cavabdeh və Bunyamin Məmmədzadəyə məxsus olduğunun göstərildiyi, o cümlədən Cavabdeh İdarəyə ünvanladığı ərizəyə əmlakın ümumi birgə mülkiyyətdə olduğunu göstərən dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnaməni də əlavə etmiş olduğu müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi m übahisənin obyektiv həlli üçün ilk növbədə “qeyri-yaşayış sahəsinin tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus olması barədə daşımaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab olunması” tələbinə qiymət verməyi, ümumiyyətlə sözügedən əmlakın paylı mülkiyyətdə olub-olmadığının araşdırılmasını məqsədəmüvafiq hesab edərək qeyd etmişdir ki, X1 və İddiaçı2lər iddia tələblərində həmin çıxarışın etibarsız olduğunu irəli sürməkdədirlər və onların digər (əmlakın naturada bölünməsi) tələbləri məhz bu tələbin təmin olunub-olunmamasından, başqa sözlə əmlakın paylı mülkiyyətdə olub-olmadığının aydınlaşdırılmasından bilavasitə asılıdır. Digər tərəfdən Cavabdeh iddia tələblərinin qanuni əsasını məhz həmin çıxarış təşkil edir və belə olan halda məhkəmə belə bir tələbin olub-olmamasından a sılı olmayaraq da həmin çıxarışın etibarlı olub-olmadığına qiymət verməlidir. İş materiallarından görünür ki, apellyasiya baxışı zamanı da İdarənin nümayəndəsiİbrahim Kəlbiyev, sözügedən texniki səhvə yol verən işçinin işdən çıxarıldığını bildirmişdir. Həmçinin, adı çəkilən İdarənin Cavabdeh 31.05.2018-ci il tarixli məktub ünvanlayaraq həmin texniki səhv barədə məlumat verdiyi, səhvin düzəldilməsi məqsədilə çıxarışın əslinin 3 gün müddətində İdarəyə təqdim edilməsini tələb etdiyi müəyyən edilmişdir. İdarə tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş sənədlərdən də texniki pasportun itməsi ilə bağlı qəzetdə verilən elanda 27 saylı mağazanın məhz Cavabdeh və Bunyamin Məmmədzadəyə məxsus olduğunun (başqa sözlə ümumi birgə mülkiyyətdə olduğunun) göstərildiyi, həmçinin 10.10.2017-ci il tarixli mübahisəli çıxarışın verilməsinə əsas olmuş ərizəyə dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamənin də əlavə edilmiş olduğu müəyyən olunmuşdur. 19.01.2006-cı il tarixli 000156 nömrəli həmin şəhadətnamədə də, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 132,8 m2 olan 27 saylı həmin mağazanın ümumi birgə mülkiyyət olaraq Cavabdeh və Bunyamin Məmmədzadəyə satıldığı göstərilmiş, onun (şəhadətnamənin) qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ləğv olunduğu və ya etibarsız hesab edildiyi müəyyən olunmamışdır. Bütün bunlar isə “qeyri-yaşayış sahəsinin tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab olunması” tələbinə münasibətdə X1 və İddiaçı2lərin irəli sürdükləri faktiki hallar ın öz təsdiqini tapdığını göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə görə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Apellyasiya instansiyası məhkəməsi “mərhum Bunyamin Məmmədzadə hərracda iştirak etmədiyindən məhz özünün auksionun qalibi olması və buna görə də əmlakın tam mülkiyyətçisi sayılması, əmlakın paylı mülkiyyət kimi qeydə alınmasından sonradan xəbər tutması, cavabdehlərin və onların mərhum atalarının adına olan çıxarışların qeyri-qanuni verilməsi” barədə Cavabdeh dəlillərini ağlabatan mühakimə əsasında inandırıcı hesa b etməyərək qeyd etmişdir ki, Cavabdeh özünün iddia ərizəsində mərhum Bunyamin Məmmədzadənin hərracda iştirak etmədiyini, auksionda məhz özünün iştirak etməklə qalib olduğunu göstərsə də, qeyd edilənlər iş materialları ilə təkzib olunur. Belə ki, yuxarıda da göstərildiyi ünvan 2 ünvanında yerləşən mübahisəli 27 saylı t/h mağazanın müəssisə kollektivinə güzəştli şatışı yolu ilə əldə edilməsi üçün həm Cavabdeh, həm də mərhum Bunyamin Məmmədzadə sözügedən mağazanın əmək kollektivinin üzvləri qismində müraciət etmişlər. 30 mart 1999-cu ildə keçirilmiş auksionda isə sadəcə Cavabdeh iştirak etdiyi göstərilsə də, iş materiallarından onun (Cavabdeh) auksionda 27 saylı t/h mağazanın vəkil edilmiş şəxsi qismində iştirak etdiyi, hətta keçirilən güzəştli satışda hüququ olan 2 nəfərin (Cavabdeh və Buny amin Məmmədzadə) hər biri üçün 4 ədəd olmaqla cəmi 8 ədəd və ümumi dəyəri 11 684 400 manat (köhnə manat) olan özəlləşdirmə çekləri təqdim etdiyi, əmlakın tam dəyərindən (77 896 000 köhnə manat) həmin özəlləşdirmə çeklərinin dəyərinin çıxılmaqla əmlakın (mağazanın) satış dəyərinin 66 212 000 manat olaraq müəyyənləşdirildiyi və nəticədə auksionun qalibi olduğu aydın olmaqdadır. Başqa sözlə, Cavabdeh məhz sözügedən mağazanın (müəssisə kollektivinin) vəkil edilmiş şəxsi qismində auksionun qalibi olmuşdur. İkincisi, qeyd edildiyi kimi o (Cavabdeh), tam mülkiyyət hüququ barədə 10.10.2017-ci il tarixli çıxarışın verilməsinə əsas olmuş ərizəsinə 19.01.2006-cı il tarixli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə”ni əlavə etmişdir ki, həmin şəhadətnamədə mübahisəli ə mlakın (27 saylı mağaza) onun və Bunyamin Məmmədzadənin ümumi birgə mülkiyyətində olduğu açıq-aşkar göstərilmişdir. Bu isə əmlakın tam mülkiyyətçisi olması və onun (əmlakın) paylı mülkiyyət kimi qeydə alınmasından sonradan xəbər tutması ilə bildirdiklərinin əsassız olduğu göstərməklə yanaşı, onun mövqeyinin əvvəldən qeyrisəmimi olduğu qənaətinə gəlməyə əsas verir. Üçüncüsü, o (Cavabdeh) özünün iddia ərizəsində mübahisəli əmlakın hələ özəlləşdirilmədən əvvəl bacısı Asya Əsgərova və mərhum Bunyamin Məmmədzadə tərəfindən şərikli olaraq – əmlakı idarə edən şəxsə hər biri tərəfindən 12 000 ABŞ dolları məbləğində haqq ödənilməklə faktiki olaraq alındığını, özəlləşdirilmə zamanı keçirilən güzəştli satışda da iştirak üçün həm özünün, həm də mərhum Bunyamin Məmmədzadənin müraciət etdiklərini və əml akı paylı şəkildə almaq niyyətində olduqlarını göstərməklə özünün irəli sürmüş olduğu dəlilləri dolaylı da olsa təkzib etmiş, ziddiyyətli mövqe ortaya qoymuşdur. Dördüncüsü o, bir tərəfdən tam mülkiyyət hüququ barədə 10.10.2017-ci il tarixli çıxarışa istinadən mübahisə mövzusu olan mağazanın tam mülkiyyətçisi olduğunu göstərsə də, digər tərəfdən mübahisəli əmlakın tam mülkiyyət hüququ ilə özünə məxsus olması barədə qətnamə çıxarılmasını istəməklə əmlakın tam mülkiyyətçisi olması ilə bağlı özünün irəli sürdüyü arqumenti şübhə altına almışdır. Beşincisi, Cavabdeh iddiasında mərhum Bunyamin Məmmədzadənin auksionda iştirak etmək üçün maddi imkanının olmadığını və bu səbəbdən əmlakın məhz özünün adına rəsmiləşdirilməsi barədə razılaşdıqlarını (əmlak üçün Bunyamin Məmmədzadənin əvvəlcədən ödəmiş olduğu 12 000 ABŞ dolları məbləğində pulu qaytarmaq şərtilə) göstərsə də, Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda açılmış vərəsəlik işindən Bunyamin Məmmədzadənin kifayət qədər maddi imkanlara malik olduğu aydın olur. Nəhayət, məhkəmə araşdırması zamanı adətən Asya Əsgərovanın (bəzi hallarda isə Sevinc Əlizadə adlı şəxsin) adından bank vasitəsilə mərhum Bunyamin Məmmədzadənin adına çoxsaylı ödənişlərin olunduğu müəyyən edilmişdir. X1 və İddiaçı2lər həmin ödənişlərin mərhum atalarına çatası icarə haqqı olduğunu irəli sürsələr də, Cavabdeh mövqeyinə görə həmin ödənişlər mərhum Bunyamin Məmmədzadə ilə razılaşmalarına əsasən mərhumun əmlaka görə əvvəlcədən ödəmiş olduğu 12 000 ABŞ dolları məbləğində pulun hissələrə bölünmüş şəkildə və faizlər hesablamaqla qaytarması ilə bağlı olmuşd ur. Sözügedən ödənişlərin adətən eyni məbləğlərdə olması (ödənişlər adətən 400 manat, bəzi hallarda isə 300 manat olmuşdur), onların cəminin (Cavabdeh mövqeyinə görə cəmi 34 000 manat ödənilmişdir) Cavabdeh mərhum Bunyamin Məmmədzadəyə qaytarılmalı olduğunu bildirdiyi 12 000 ABŞ dollarından dəfələrlə artıq olması ilə bağlı işin faktiki hallarını ağlabatan mühakimə əsasında nəzərdən keçirən məhkəmə kollegiyası, ödənişlərin mərhum Bunyamin Məmmədzadəyə qaytarılmalı olan borc olduğu barədə Cavabdeh (nümayəndəsinin) izahatlarını inandırıcı hesab etmir. Əksinə həmin ödənişlərin mərhum Bunyamin Məmmədzadəyə çatası icarə haqqı olduğu qənaətinə gəlmək daha məntiqlidir. Apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən əmlak kirayəsi ilə əlaqədar münasibətlərinin adətən şifahi qaydada yaranmas ı ilə bağlı ölkədə olan işgüzar adətləri də nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli əmlakın möhlətlə ödənilməli olan qalıq dəyərinin Cavabdeh adından həyata keçirilməsi də fərqli qənaətə gəlməyə əsas vermir və hesab etmişdir ki, zəruri sübutlar təqdim etməklə həmin ödənişlərin mərhum Bunyamin Məmmədzadəyə aid hissəsinin qaytarılması ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olduğu Cavabdeh izah olunmalıdır və həmin iddianın əsaslı olub-olmadığına isə səlahiyətli məhkəmə qiymət verə bilər. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh iddia tələbləri üzrə əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayaraq qeyd etmişdir ki, mübahisəli əmlaka dair Cavabdeh adına verilmiş 10.10.2017-ci il tarixli çıxarışın etibarsızlığı nəticə etibarilə on un iddia tələblərinin dispozitiv şərtlərini istisna edir. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Apellyasiya instansiyası məhkəməsi “mərhum Bünyamin Məmmədzadəni n, həmçinin onun vərəsələri olan X1 və İddiaçı2lərin mübahisəli əmlak üzərində mülkiyyət hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş çıxarışların ləğv edilməsi” tələbləri ilə bağlı həmçinin qeyd etmişdir ki, mərhum Bünyamin Məmmədzadənin adına olan çıxarışın verilməsinə əsas olmuş ərizəyə digər sənədlərlə yanaşı dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 19.01.2006-cı il tarixli 000156 nömrəli şəhadətnamə də əlavə edilmiş və sözügedən çıxarış məhz həmin şəhadətnamə əsas götürülməklə verilmişdir. Qeyd edildiyi kimi həmin şəhadətnaməyə görə, mübahisəli əmlak (27 saylı mağaza) məhz ümumi birgə mülkiyyət kimi Cavabdeh və mərhum Bunyamin Məmmədzadəyə satılmış, şəhadətnamənin qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ləğv, yaxud etibarsız hesab edilmiş olduğu isə müəyyən olunmamışdır (Cavabdeh ötən müddət ərzində həmin şəhadətnaməni ümumiyyətlə mübahisələndirməmişdir). Cavabdeh iddia tələblərinin əsassız olması barədə gəldiyi qənaətə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi iddia müddətinin tətbiqinə dair X1 və İddiaçı2lərin (nümayəndələrinin) ərizələrinə də ayrıca qiymət verməyi zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırmışdır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. X1 və İddiaçı2lərin “qeyri-yaşa yış sahəsinin Cavabdeh məxsus 1/2 hissəsinin və onlara məxsus 1/2 hissəsinin naturada bölünməsi” tələbləri ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 132,8 m2 olan 27 saylı mağaza ümumi birgə mülkiyyət olaraq Cavabdeh və mərhum Bünyamin Məmmədzadəyə satılmış, sonuncunun vəfatından sonra onun payı vərəsəlik qaydasında övladları X1 və İddiaçı2lərə keçmişdir; daşınmaz əmlakın dövlət reyestrindən sonuncuların adına verilmiş çıxarışlara əsasən, ümumi sahəsi 132,8 m2 olan mübahisəli qeyri-yaşayış binası (mağaza) 1/2 hissədə Cavabdeh, 1/4 hissədə İddiaçı1, 1/4 hissədə isə İddiaçı2 mülkiyyətindədir. Sonuncular mərhum atalarından miras olaraq qalmış hissənin naturada bölünməsini istəməkdədirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2 15.1-ci, 215.2-ci və 215.4-cü maddələrinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Həmin Məcəllənin 220-ci maddəsinə görə isə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsa sən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldı rılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Apellyasiya instansiyası məhkəməsi mülki qanunvericiliyin yuxarıda istinad edilən müddəalarını, iddiaçıların iradəsinin əmlakın onlara aid hissəsinin bir bütün olaraq (hər birinin payının ayrı-ayrılıqda deyil) naturada bölgüsünə yönəldiyini, habelə ekspert rəyi ilə bölgünün mümkünlüyü nəticəsinə gəlindiyini nəzərə alaraq əmlakın ekspert rəyində göst ərilən qaydada naturada ayrılmasını məqsədəmüvafiq hesab edərək belə qənaətə gəlmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri (Cavabdeh, habelə X1 və İddiaçı2lər) arasında əmlaka sahiblik və ondan istifadədə razılaşma olmadığı, mübahisəli əmlakdan iddiaçıların istifadə etməsinə maneələr yaradıldığı, həmçinin tərəflərin ümumi əmlakın bölünməsi barədə razılığa gələ bilmədikləri müəyyən edilmişdir. Bu baxımdan iddiaçılar, öz paylarının bir bütün olaraq naturada ayrılmasını (başqa sözlə, mərhum atalarından miras olaraq qalmış hissənin naturada bölünməsini) məhkəmə qaydasında tələb etməkdə haqlı olmuşlar. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04.04.2014-cü il tarixli q ərarına əsasən, qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində işə birtərəfli yanaşıldığını və işin hallarının tam araşdırılmadığını bildirsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Beləliklə, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Nəticə olaraq kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrin i rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli, 2(103)-3479/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar