Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5861/2019 13.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, X6, X3, Cavabdeh2, onun nümayəndəsi X1 iştirakları ilə, X6 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: X6 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğ v edilməsini, X6 iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı X6 cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2 qarşı mənzilə sahiblik və istifadə hüququnun tanınması, müqavilənin etibarsız hesab edilməsi, sahiblik və istifadə hüququnun həyata keçirilməsi üçün mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə; Cavabdeh2 cavabdehlər X6 və “xxxx” MMC-yə qarşı əqdin etibarsız hesab edilməsi, qanunsuz müdaxilələrin qadağan edilməsi, mənzilə sahiblik və ifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdilər. Bakı şəhəri, Xətai rayon məhkəməsinin 05 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən F.Məmmədov, iş 2(011)-158/2018) iddiaçı X6 cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2 qarşı mənzilə sahiblik və istifadə hüququnun tanınması, müqavilənin etibarsız hesab edilməsi, sahiblik və istifadə hüququnun həyata keçirilməsi üçün mənzilin boşaldılması tələbinə dair iddiasının rədd edilməsi, Cavabdeh2 iddiasının qismən təmin edilməsi, Cavabdeh2 “xxxx” MMC-nin Bakı şəhəri, ünvan 1 ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən, 2 otaqlı, sahəsi 102,3 kv.metr olan 303 saylı mənzilə istifadə və sahiblik hüququnun tanınması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi), V.Baxışovavə V.Həsənov, iş № 2(103)-4494/2018) iddiaçı X6 apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri, Xətai rayon məhkəməsinin 05 yanvar 201 8-ci il tarixli qətnaməsi ləğv olunmuş, X6 oğlunun iddiasının qismən təmin edilməsi, Bakı şəhəri, ünvan 1 ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən, 2 otaqlı, sahəsi 102,3 kv.metr olan 303 saylı mənzilə dair “xxxx” MMC ilə Cavabdeh2 arasında bağlanmış 09.01.2016-cı il tarixli, 2018 nömrəli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 ailə üzvləri - əri X7, övladı X10 və bacısı X4 ilə birlikdə həmin mənzildən çıxarılması və mənzilin boşaldılaraq X6 təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh2 iddiasının rədd olunması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 dekabr 2018-ci il tarixli qərarı ilə (hakimlər Ə.Mirzəliyev (sədrlik edən və məruzəçi), İ.Xələfov və G.Quliyev, iş № 2(102)-7768/201 8) Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Mahmudov (sədrlik edən və məruzəçi), E.Hüseynovvə V.Məlikov, iş № 2(107)-1786/2019) iddiaçı X6 apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Xətai rayon məhkəməsinin 05 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: X6 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kolle giyasının 10 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, X6 iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: X6 X5 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, X6 iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci m addəsinin tələbinə müvafiq olaraq Cavabdeh2 və nümayəndəsi X1 izahatları dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlan ılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli Bakı şəhəri, ünvan 1 ünvanda inşa edilən İX blokun Xİİİ mərtəbəsində yerləşən 102.3 k v.m sahəsi olan 303 saylı mənzilə dair ilkin müqavilə “xxxx” MMC ilə X6 oğlu arasında 31.05.2008-ci il tarixdə qiyməti 93400 manat müəyyən edilməklə bağlanmışdır. İddiaçı tərəfindən həmin müqavilə üzrə 65195 manat ödənildikdən sonra, binanın tikintisi uzandığı üçün ödənişlərin aparılması dayandırılmışdır. İdeal-İ İnşaat MMC 31.05.2008-ci il tarixli müqavilənin 5.2.3cü bəndinə əsaslanaraq, həmin mənzili təkrar satışa çıxarmışdır. Belə ki, müqavilənin həmin bəndi mənzil tikintisi ilə əlaqədar Sifarişçi tərəfindən müqavilənin 3-cü və 4-cü bəndlərində nəzərdə tutulmuş ödəmələri vaxtında ödəmədikdə Podratçının bir tərəfli qaydada xəbərdarlıq etmədən müqaviləni xitam etmək hüququ vardır. Bundan sonra, 09.01,2016-cı il tarixdə həmin mənzilə dair müqavilə “xxxx” MMC ilə Cavabdeh2 ilə bağlanmışdır. Mənzilin dəyəri Cavabdeh2 tərəfindən həmin tarixdə tam olaraq ödənilmişdir. Bu barədə ona kassa mədaxil orderi və maliyyə arayışı təqdim olunmuşdur. O, mənzili sahibliyə qəbul edərək, təmir etmiş və ailə üzvləri ilə birlikdə köçürək yaşamağa başlamış, hazırda da istifadə edir. İddiaçı “xxxx” MMC-yə qalıq borc üzrə 22.06.2016-cı ildə 28205 manat ödəniş etmişdir. Həmin tarixdə İddiaçı “xxxx” MMC arasında bağlanmış notariat qaydada razılaşmaya əsasən “xxxx” MMC tərəflər arasında bağlanmış 31.05.2008-ci il tarixli 592 saylı çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqaviləyə əsasən Bakı şəhəri, ünvan 1 ünvanında çoxmənzilli yaşayış binasının 13-cü mərtəbəsində sifarişçinin sifarişi əsasında sifarişçi üçün inşa edərək təhvil verməli olduğu sahəsi 102.3 kv.m ibarət 2 otaqlı 303 saylı mənzilin əvəzinə heç bir əlavə ödəniş tələb etmədən həmin 9 saylı binanın 7-ci mərtəbəsində yerləşən, sahəsi 102.3 kv.m ibarət 2 otaqlı 291 saylı mənzilini təhvil verməyi öhdəsinə götürmüşdür. "xxxx” MMC həmin razılaşmanın şərtlərinə əməl etmədiyindən, təhvil verilməli olan 9 saylı binanın 7-ci mərtəbəsində yerləşən, sahəsi 102.3 kv.m ibarət 2 otaqlı 291 saylı mənzil mübahisəli olduğundan, iddiaçı 303 saylı mənzillə bağlı hazırkı iddia tələbini irəli sürmüşdür. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 329.1, 452.1, 751.1, 752.2, 423.1, 354, 424.5, 424.2, 178.8-ci maddələrini tətbiq etmişdir. X6 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, ona istinad e tmişdir ki, apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1, 751, 752-ci maddələrini düzgün tətbiq etməmişdir. Kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə bax ıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5861/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5861/2019
13.09.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver