Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5861/2022 19.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər “Azərbaycan Respublikası Xammal və X2 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1 Bank Olmayan Kredit X1 Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərracın yekunlarına dair protokolun etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər “Azərbaycan Respublikası Xammal və X2 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac M ərkəzi” MMC-yə və Cavabdeh1 BOKT ASCyə qarşı hərracın yekunlarına dair protokolun etibarsızlığı və ipotekaya xitam verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4809/2022 nömrəli, 14 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə 19 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-421/2017 nömrəli, 27 dekabr 2017-ci il tarixli qətnaməsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (hazırda Cavabdeh1 Bank olmayan Kredit X1 Cəmiyyəti, bundan sonra – kredit təşkilatı və ya ipoteka saxlayan) iddiası qismən təmin edilərək, İddiaçı1 onun xeyrinə 28 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə 72.438, 57 ABŞ dolları əsas, 35.414,48 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 109.853,05 ABŞ dolları borcun (qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manatla) və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, ipoteka predmetinin 100.000 manat məbləğində qiymətləndirilməsi və borcun əvəzinin bu qiymətlə İddiaçı1 və İddiaçı2 (bundan sonra – iddiaçılar) ümumi birgə mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu 2520/2522-ci məhəllə, Nəsimi küçəsi, 32E saylı binanın 2-ci mərtəbəsində yerləşən 42,9 m2 yaşayış, 37,4 m2 yardımçı, 80,3 m2 ümumi sahədən ibarət 2 otaqlı, 62 saylı mənzilə (bundan sonra – ipoteka predmeti olan mənzil) yönəldilməsi, həmin mənzilin hərracdan satılaraq borcun ödənilməsi və mənzilin boşaldılması qət olunmuşdur.
2. Hə min iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)937/2019 nömrəli, 16 avqust 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi “əsas və faiz borcunun məbləğinə və cəmi borc məbləğinə” aid hissədə dəyişdirilmiş, əsas borc 72.416,24 ABŞ dolları, faiz borcu 13.718,85 ABŞ dolları məbləğində müəyyən olunmuş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
3. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş və Bakı şəhəri Nizami rayon İcra şöbəsi (bundan sonra – İcra şöbəsi) tərəfindən aparılmış icra tədbirləri nəticəsində ipoteka predmeti olan mənzilin hərracdan satılması “Azərbaycan Respublikası Xammal və X2 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra - hərrac təşkilatı) sifariş olunmuşdur.
4. Hərrac təşkilatı tərəfindən 07 dekabr 2020-ci il tarixə təyin edilmiş ilk və 21 dekabr 2020-ci il tarixə təyin edilmiş təkrar hərrac baş tutmamış elan edilmiş və 23 dekabr 2020-ci il tarixli, 01/2454 nömrəli məktubla ipoteka predmeti “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə - 63.750 manata ipoteka saxlayana – kredit təşkilatına təklif olunmuş, hərracın yekunları barədə 21 yanvar 2021-ci il tarixli, 04/03 saylı protokola əsasən həmin qiymətlə ipoteka saxlayan tərəfindən əldə edilmişdir.
5. Qeyd edilən protokol 12 mart 2021-ci il tarixdə İcra şöbəsinə daxil olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçılar Kre dit təşkilatına və Hərrac təşkilatına qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 21 yanvar 2021ci il tarixli, 04/03 saylı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi, 28 aprel 2015-ci il tarixli, MZ/PB-0298/05/13 saylı, 02 nömrəli əlavə ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
7. İddia işin yuxarıda qeyd edilən faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, hərrac təşkilatı tərəfindən ipoteka predmetinin qanunla nəzərdə tutulan sonuncu əldə etmə günündə - xx.xx.2021-ci il tarixdə deyil, 2021-ci ilin mart ayında ipoteka saxlayanın köhnə tarixli saxtalaşdırılmış hərrac protokoluna imza etməsinə şərait yaradılmaqla, dəyərindən qat-qat aşağı qiymətlə satılm ası nəticəsində iddiaçıların mülkiyyət hüququ pozulmuşdur. Belə ki, hərrac təşkilatının xx.xx.2021-ci il tarixli protokolu İcra şöbəsinə xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, ipoteka saxlayan əmlakı qanunla müəyyən edilmiş 30 günlük əldə etmə müddətində deyil, bundan bir neçə ay sonra mart ayında saxtalaşdırılmış protokola imza etməklə əldə etmişdir. Halbuki, ona ipoteka predmetini qanunda nəzərdə tutulan qaydada əldə etməsi üçün kifayət qədər vaxt verilmiş, lakin öz məsuliyyətsizliyi və iddiaçıların mülkiyyət hüquqlarına etinasız yanaşması nəticəsində bu imkanı əldən buraxmışdır. Bundan başqa, ipoteka saxlayan tərəfindən xx.xx.2021-ci il tarixədək hərrac təşkilatına satınalma məbləği, hərrac xidmət haqqı və sadələşdirilmiş vergi məbləği ödənilməmiş, həmin ödəmələr icr a məmurunun depozit hesabına köçürülməmişdir.
8. Kredit təşkilatı iddiaya qarşı etiraz təqdim edərək, bildirmişdir ki, ipoteka predmeti son hərracın baş tutmamasından sonra tələbkarın həmin əmlakı əldə etməsi üçün qanunla müəyyən edilmiş 30 gün müddətində rəsmi qaydada protokol imzalanaraq əldə edilmiş və bunu təsdiq edən xx.xx.2021-ci il tarixli çıxarış məhkəməyə təqdim edilmişdir. İddiaçılar protokolun xx.xx.2021-ci il tarixli olmasına baxmayaraq, çıxarışın xx.xx.2021-ci il tarixdə alınmasını əsas gətirərək, protokolun saxta olduğunu iddia etsələr də, qanunverici protokolla əmlakı əldə etdikdən sonra mülkiyyətə dair çıxarışın alınmasına dair müddət müəyyən etməmişdir. Qanunun şərhinə dair Konstitusiya Məhkəməsinin müvafiq qərarında da bu barədə heç bir müddət müəyyən edilməmişdir. Daşınm az əmlak üzərində mülkiyyətə dair əsasın əldə edilməsindən sonra istənilən vaxt müvafiq orqana bu barədə müraciət edilə bilər.
9. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(007)-2142/2021 nömrəli, 30 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddia təmin edilmişdir.
10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, kredit təşkilatı təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməli olduğu halda bunu etməmişdir. Belə ki, kredit təşkilatının nümayəndəsi məhkəmə iclasında hərrac təşkilatı tərəfindən hərracın baş tutmamış elan edilməsindən sonra sözügedən mənzili xx.xx.2021-ci il tarixli hərracın yekunları barədə protokol əsasında mülkiyyətə götürdüklərini, bunun məhkəməyə təqd im etdikləri çıxarışla təsdiq edildiyini bildirsə də, ipoteka ilə yüklü edilmiş mənzili əldə edərkən vergi qanunvericiliyində müəyyən edilmiş qaydada sadələşdirilmiş vergi xərclərini, o cümlədən, hərrac xidmət haqqını ödədiklərini təsdiq edən sübutları, əks halda qeyd olunan mənzili hansı formada əldə etdiklərinə dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, qanunvericiliyin sözügedən tələbi, yəni ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda hərracın xidmət haqqını ödədikdən sonra protokolun tərtib edilməli olması, həmçinin vergi qanunvericiliyinə edilmiş dəyişiklik nəzərə alınmaqla alıcı və ya ipoteka predmetini əldə edənin yaşayış, qeyriyaşayış və torpaq sahələrinin ödəmə mənbəyindən tutulan sa dələşdirilmiş verginin protokol əldə etməzdən öncə ödəməli olması tərəflərə hələ xx.xx.2020-ci il tarixli bildirişlə hərrac təşkilatı tərəfindən bildirilmişdir.
11. Kredit təşkilatı tərəfindən təqdim edilmiş ipoteka predmeti olan mənzilin ilkin satış qiymətindən 25% az olmayan qiymətlə qəbul edilməsi barədə hərrac təşkilatına ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun və ona əlavə edilmiş xx.xx.2021-ci il tarixli qaimənin isə məhz hansı bildiriş və ya məktuba aid olması təsdiq edilmədiyi halda sübut qismində qəbul edilməsi yolverilməzdir. Həmçinin, qaimənin məhz göstərilən tarixdə tərtib edilməsi də öz təsdiqini tapmır, möhür və ya qeydiyyat nömrəsi, tarixi olmadığından onun istənilən şəxs tərəfindən, istənilən vaxt əldə edildiyi, hazırlandığı qənaətinə gəlinə bilər.
12. Məhkəmə araşdır ması zamanı iddiaçıların vəsatətləri əsasında, o cümlədən məhkəmənin təşəbbüsü ilə bir neçə dəfə hərrac təşkilatına sübutların təqdim edilməsi barədə sorğular verilsə də, təqdim edilmiş hərrac qovluğunda hərracın nəticələri barədə yekun protokol da daxil olmaqla, nə cavabdeh tərəfin məhkəmə iclasında təqdim etdikləri sübutlara dair sənədlər, nə də ipoteka predmetinin əldə edilməsi zamanı ödənilmiş xidmət haqqına, hərracdan əldə olunan gəlir üzrə ödəmə mənbəyindən sadələşdirilmiş verginin ödənilməsi barədə müvafiq sənədlərə (ödəniş tapşırığı, elektron qaimə və s) dair sübutlar aşkar edilməmişdir. Həmin sənədlərin hərrac qovluğunda mövcud olmamasının özü də cavabdehin nümayəndəsinin sübut qismində təqdim etdiyi sənədlərin həqiqiliyinə şübhə yaradır.
13. Qeyd olunanlara əsasən, Məhkəmə belə qənaətə gəlmişdir ki, kredit təşkilatı tərəfindən xx.xx.2021-ci il tarixinədək hərrac təşkilatına satınalma məbləği, hərrac xidmət haqqı və sadələşdirilmiş vergi məbləği ödənilməmiş, həmin ödəmələr ipoteka və icra haqqında qanunların tələblərinə əsasən icra məmurunun depozit hesabına köçürülməmiş, qanunvericiliyin tələbləri pozulmaqla ipoteka predmeti ipoteka saxlayan tərəfindən qəbul edilmiş, ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə qəbul edilməsi barədə bildiriş xx.xx.2021-ci il tarixədək hərrac təşkilatına təqdim edilməmişdir. Bunun əksini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.
14. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1, 139-1.1.2, 317.2, 319.1, 319.3, 416, 567, 597. 1-ci, Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 13.2.10, 150.1.3, 150.3-1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 42.1, 43.1.1, 43.7, 43.8, 44-cü, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Kredit təşkilatı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Şikayət onunla əsaslandırılmışdır ki, hərracın baş tutmamasından sonra kredit təşkilatı tərəfindən hərrac təşkilatına xx.xx.2021-ci il tarixli məktubla müraciət edilmiş, əmlakın borc əvəzinə mülkiyyətə götürülməsinə razılıq verilmiş və əmlak xx.xx.2021-ci il tarixli hərracın yekunları barədə protokolla əldə edilmişdir. Buna dair bütün sübutlar (məktub və poçt qəbzi) təqdim edilsə də, məhkəmə əsassız olaraq həmin protokolu şübhə altına almışdır. Qətnamədə qeyd olunmuşdur ki, vergi qanunvericiliyinə uyğun olaraq, sadələşdirilmiş vergi və hərrac xidməti haqqının ödənilməsinə dair müvafiq sübutlar təqdim edilməmişdir. Halbuki, vergi ödəyicisinin vergi qanunvericiliyini pozması onunla vergi orqanı arasında həll edilməli məsələ olmaqla, bunun hərracın yekunları barədə protokolun etibarlılığına aidiyyəti yoxdur. Eyni zamanda, “İpoteka haqqında” Qanunda ipotekaya xitam verilməsinin konkret əsasları müəyyən edilməklə, 48.1-ci maddədə göstərilən hallar hazırkı işdə müəyyən edilmir.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-624/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və A.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, həmçinin qeyd etmişdir ki, hərrac təşkilatı tərəfindən apellyasiya baxışında məhkəmə sorğuna cavab olaraq hərrac üzrə keçirilmiş sənədlərin təsdiq olunmuş surətləri təqdim olunmuş, lakin həmin sənədlərin içərisində də ipoteka predmetinin əldə edilməsi zamanı ödən ilmiş xidmət haqqına və hərracdan əldə olunan gəlir üzrə ödəmə mənbəyindən sadələşdirilmiş verginin ödənilməsinə dair müvafiq sənədlər mövcud olmamışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-3110/2022 nömrəli, 24 may 2022-ci il tarixli qərarı ilə (hakimlər – V.Həsənov (məruzəçi), Ə.Əhmədov və İ.Şəfiyev) kredit təşkilatı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, apelyasiya instansiyası məhkəməsinin 12 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apelyasiya baxışına qaytarılmışdır.
20. Kassasiya instansiyası məhkəməsi işi yeni apellyasiya baxışına qaytararkən Mülki Məcəllənin 319.3, Vergi Məcəlləsinin 13.2.10, 150.1.13, 150-3.1, “İpoteka haqqında” Azərbaycan Respulikası Qanununun 43.7-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki və Vergi Məcəllələrinin, “İpoteka haqqında” və “İcra haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair” 23 iyul 2020-ci il tarixli Qərarındakı hüquqi mövqelərə istinadən qeyd etmişdir ki, apellyasiya məhkəməsi hərracın baş tutmadığı, ödəniş edilmədiyi halda iddiaçıların əmlakı əldə edən ipoteka saxlayanın vergi, satınalma qiyməti və xidmət haqqını protokol tərtib edilməzdən əvvəl ödəməli olmasına dair dəlillərini yuxarıda istinad olunan maddi hüquq normalarının tələbləri baxımından təhlil etməmişdir.
21. Təkrar hərracın baş tutmamasından sonra hərrac təşkilatçısı təklifi qəb ul etmiş ipoteka saxlayanla protokolu xx.xx.2021-ci il tarixdə rəsmiləşdirmiş, apellyasiya məhkəməsi isə protokolda hərracın tarixinin düzgün müəyyən edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmasına baxmayaraq, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Bu halda, məhkəmənin protokolun onda göstərilən tarixdən daha sonra rəsmləşdirilməsi və faktiki olaraq saxtakarlıq edilməsi ilə bağlı nəticəyə hansı sübutlar əsasında gəlməsini müəyyən etmək mümkünsüzdür. Məhkəmə həmin hallarla bağlı cavabdeh tərəfin irəli sürdüyü dəlillərə qiymət verməmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
22. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-4809/2022 nömrəli, 14 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Mehdiyev (sədrlik edən və məruzəç i), X.Sarıyev və N.Cəfərov) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia rədd olunmuşdur.
23. Məhkəmə kollegiyası, kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyini təkrarlamaqla hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və qətnamədə göstərilən nəticələr işin hallarına uyğun olmamışdır.
24. Belə ki, ipoteka predmeti olan mənzil xx.xx.2021-ci il tarixli hərracın yekunları barədə protokol əsasında təklif göndərildikdən sonra 30 gün ərzində qəbul edilmiş, protokol məhz xx.xx.2021-ci il tarixdə tərtib olunmuş, həmin protokol əsasında əmlak tələbkarın adına mülkiyy ət hüququ ilə qeydə alınmışdır. Verginin, xidmət haqqının, əmlakın dəyərinin ödənilməməsi isə protokolun etibarsızlığı üçün əsas hesab edilmir. Ona görə ki, hərrac baş tutmamış elan edildikdən sonra həyata keçirilən rəsmiləşdirmə hərracdan sonrakı vəziyyətin yalnız rəsmiləşdirilməsi ilə bağlıdır, bu halda əmlakı əldə edən tərəfindən ödəniş həyata keçirilmir, ödəniş həyata keçirilmədiyi üçün isə ödəmə mənbəyindən verginin və xidmət haqqının tutulması da yolverilən deyildir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçılar (Vəkil1) kassasiya şikayəti və ona əlavə verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
26. Şikayət belə əsaslandır ılmışdır ki, apellyasiya məhkəməsi MPM-in 420-ci maddəsinin tələblərini pozmuş, işə əvvəl baxmış kassasiya məhkəməsinin hərrac protokolunun tarixinin araşdırılması ilə bağlı göstərişləri üzrə heç bir əlavə araşdırma aparmamış, iddiaçıların bu məsələ ilə bağlı irəli sürdüyü dəlillərin işdəki bir-birini tamamlayan mötəbər sübutlarla təsdiq olunduğuna ümumiyyətlə toxunmamış, həmin sübutları qiymətləndirməmiş, onların hansı səbəbdən qəbul edilməməsini əsaslandırmamış, cavabdehlərin həmin sübutların təkzib olunması ilə bağlı öz dəlil və sübutlarını təqdim etməkdə passivlik göstərməsini bilərəkdən görməzdən gəlmişdir.
27. Bundan başqa, hərrac təşkilatı ipoteka predmetinin hərracın baş tutmamasından sonra 30 gün ərzində əldə edilməsi barədə bildirişdə xidmət haqqı və vergi məbləği ödənilmədən h ərrac protokolunun rəsmiləşdirilməyəcəyini bildirilmiş və kredit təşkilatı tərəfindən xidmət haqqının və ödəmə mənbəyində verginin ödənilməsini etiraf etmişdir. İşə baxmış məhkəmələr tərəfindən həmin ödəniş sənədlərinin əldə edilməsi məqsədilə hərrac təşkilatına bir neçə dəfə sorğu göndərilsə də, onların hansı səbəbdən məhkəməyə təqdim edilməməsinin səbəbləri araşdırılmamışdır. Kredit təşkilatı tərəfindən hərrac xidmət haqqı və vergi məbləğinin ödənilməsi müəyyən olunduğundan həmin ödəmələrin qanunvericiliyə əsasən ödənilməli olub-olmamasının araşdırılmasına isə ümumiyyətlə zərurət olmamışdır.
28. Həmçinin, nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumu istinad olunan xx.xx.2020-ci il tarixli Qərarında keçirilmiş təkrar hərrac baş tutmamış elan edildiyi halda sadələşdirilmiş vergini n ödənilməli olub-olmamasının və ya kim tərəfindən ödənilməli olmasının mövcud qanunvericilik normaları ilə tam nizamlanmadığını vurğulayaraq müvafiq şərhlə məsələnin tənzimlənməsini qeyri-mümkün hesab etmişdir. Belə ki, məhkəmələr, o cümlədən Konstitusiya Məhkəməsi hər hansı ictimai münasibətin hansı formada tənzimlənməli olması barədə qayda müəyyən edə bilməz, bu məhkəmələrin konstitusion statusuna uyğun gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
30. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
31. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Vergi Məcəlləsi
32. Maddə 150.1.3. Bu maddə ilə müəyyən edilmiş hallar istisna olmaqla fiziki şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin açıq hərrac qaydasında təqdim edilməsi üzrə hərracın nəticələrini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2-ci maddəsində müəyyən olunmuş protokolla təsdiq edən ixtisaslaşdırılmış təşkilatlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
33. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, b u şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
34. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
35. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
36. Maddə
44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı madd əsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki və Vergi Məcəllələrinin, “İpoteka haqqında” və “İcra haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair” 23 iyul 2020-ci il tarixli Qərarı 37....Vergi Məcəlləsinin yuxarıda göstərilən normaları yaşayış və qeyri-yaşayış sahələrinin hərrac qaydasında təqdim edilməsi zamanı verginin məhz ödəmə mənbəyində, yəni əmlakı əldə edənin həyata keçirdiyi ödənişdən tutulmasını nəzərdə tutur.
38. Hərrac baş tutmamış elan edildikdə isə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqları nın qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun (“İpoteka haqqında” Qanunun 43.7-ci maddəsi).
39. Qeyd edilən halda əmlakı əldə edən tərəfindən ödəniş həyata keçirilmədiyindən yuxarıda göstərilən normaların tətbiqi mümkünsüz olur. Vergi ödənilməsi qaydasını tənzimləyən müvafiq qanunvericilik normalarına nəzər yetirildikdə, hərracın baş tutmaması səbəbindən əmlakın ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı vergilərin ödənilməli olub-olmaması məsələsini nizama salan normaların mövcud olmadığı aydın görünür. 40....keçirilmiş təkrar hərrac baş tutmamış elan edildiyi halda sadələşdirilmiş verginin ödənilməli olub-olmaması və ya kim tərəfindən ödənilməli olması mövcu d qanunvericilik normaları ilə tam nizamlanmadığından, Konstitusiya Məhkəməsinin Plenumu müvafiq şərhlə məsələnin tənzimlənməsini qeyri-mümkün hesab edir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu vergilərin dövlətin iqtisadi və sosial proseslərin inkişafına göstərdiyi təsiri, iqtisadi vəziyyəti, eləcə də məhkəmələrdə bu qəbildən olan çoxsaylı işlərin baxılmasının dayandırılmasını nəzərə alaraq qeyd etməyi vacib hesab edir ki, göstərilən məsələlərin qanunvericilikdə mümkün qədər qısa müddət ərzində tənzimlənməsi zəruridir. Mülki Prosessual Məcəllə
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir
43. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Mə hkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir. Ona görə də Məhkəmə kollegiyas ı həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.
51. Kassasiya şikayətinin digər dəlilləri isə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
52. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4809/2022 nömrəl i iş üzrə 14 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.